text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Polis əməkdaşları ötən gün vətəndaşlardan 9 silah götürüb. Bildirilib ki, yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 7 ədəd müxtəlif markalı tüfəng və 195 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tə... | publikaz_normalized |
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir. Yeni tədris dövrünə hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçiril... | publikaz_normalized |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyəti açıqlayıb. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür. Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunel... | publikaz_normalized |
Nikolayev şəhərinin sakinləri Xerson vilayətinin Kiyevin nəzarətində olan Snigirevski rayonuna doğru hərəkət edən Ukrayna Silahlı Qüvvələrinin (AFU) çoxlu sayda hərbi texnika kolonnasını görüblər. Onun sözlərinə görə, həmin ərazidə Ukrayna Silahlı Qüvvələrinin yeni bölmələrinin intensiv hazırlığı və təlimi başlayıb. Bu... | publikaz_normalized |
xəsarət alan var - VİDEO":"Bakıda klubda insident olub, xəsarət alan var. Onun sözlərinə görə, ötən gün paytaxtın Səbail rayonunda klubların birində insident olub, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb: Hadisədə bir nəfər yüngül xəsarət alıb. Fakta görə cinayət işi açılıb, hazırda istintaq hərəkətləri ... | publikaz_normalized |
Azərbaycanda geniş yayılan qızılca xəstəliyi hər kəsi narahat etməyə başlayıb. Səhiyyə Nazirliyi valideynlərə uşaqları peyvənd etmələri barədə dəfələrlə xəbərdarlıq edib. Lakin buna baxmayaraq bir çox valideyn peyvənddən imtina edir. "Bəzi valideynlər iddia edir ki, peyvənddən sonra uşaqlarında hansısa bir problem yara... | publikaz_normalized |
Bizdən nümunə götürün":"Kiyevin Qərb müttəfiqləri Londondan nümunə götürməli və Ukraynaya yardımı artırmalıdırlar. Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Böyük Britaniya Ukraynanı dəstəkləmək üçün hər cür səy göstərir. Böyük Britaniyanın baş naziri Rişi Sunak, Kiyevə səfəri zamanı hərbi dəstəyin 2,5 milyard funt-st... | publikaz_normalized |
Fransa millisinin baş məşqçisi Didye Deşam Fransa prezidentinin həyat yoldaşından qeyri-adi xahiş alıb. Deşam xeyriyyə tədbirində iştirak edib və orada Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla görüşüb. Sports.fr"-in məlumatına görə, jMakronun xanım Deşamdan "Reyms"i izləyib-izləmədiyini soruşub... | publikaz_normalized |
Vicdanınız çox dözəcək" - VİDEO":"Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Ümumdünya Təşkilatının Təhlükəsizlik Şurasının (GŞ) Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş iclasında söz davasına çıxıblar. Vicdanınız çox dözəcək" deyən Lavrov Qərbin Rusiyanın Ukraynaya hücu... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN ) Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən şəhəri, Mirzə Şəfi Vazeh küçəsində yerləşən dülgər sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöq... | publikaz_normalized |
Yanvarın 24-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensiv olub. Bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 44 sm, Kişçay (Şəki), Ordubadda 29 sm, Daşkəsəndə 26 ... | publikaz_normalized |
İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Çelsi” “Midlsbro”ya qalib gəlib. London klubu 2000-ci ildən bəri 18-ci dəfə yerli kubokların (FA Kuboku və İngiltərə Liqa Kuboku) finalına yüksəlib. Bu, ölkə futbolunda ən yaxşı nəticədir. Çesi" 18 finaldan 3-ünü qazanıb: 2 İngiltərə Kuboku (2011/2012, 20... | publikaz_normalized |
Bu günün valyuta məzənnələri açıqlanıb. Türk lirəsi bir qədər ucuzlaşaraq 0.0561, avro 1.8470 manat. Rusiya rublu isə 0.0192 manat təşkil edib. Valyuta" "Kod" "Kurs" "ABŞ dolları" "USD" "1.7" "Avro" "EUR" "1.847" "Avstraliya dolları" "AUD" "1.1177" "Argentina pesosu" "ARS" "0.0021" "Belarus rublu" "BYN" "0.5195" "Brazi... | publikaz_normalized |
Kim olursa, olsun..." - VİDEO":"“Konservatoriyada dərs demirəm. Amma iradımı muğam ifaçılarına bildirməliyəm. Yaşlı sənətkarımız ədəbi dilə diqqət etməlidir. Muğamları regionlara bölüblər. Bu, Şirvan, bu, Naxçıvan, bu, cənub, bu, filan tərəfdir. Muğamı ədəbi dillə oxumaq lazımdır”. Sənətkar ləhcə ilə muğam oxuyan xanən... | publikaz_normalized |
Ukrayna və ya İsrail Avro-2024-ə vəsiqə qazanarsa...":"UEFA prezidenti Aleksander Çeferin "The Telegraph" qəzetinə müsahibəsində Ukrayna və ya İsrailin Avro-2024-də iştirakçı olma ehtimalı ilə bağlı suala cavablandırıb. “İndi geosiyasi baxımdan dünyanın çılğınlaşdığını deyə biləcəyimiz vaxtlardır. Belə bir vəziyyətdə t... | publikaz_normalized |
NATO-nun cavab verəcəyi gözlənilir":"Rusiya Avropanın mərkəzində nəhəng tıxac-elektron müharibə aparatı (EWS) yerləşdirib. Cihaz Polşa və İsveçin GPS ötürücülərini sıradan çıxarıb. “Tobol” adlı cihazın daha əvvəl Starlink peyklərini blokladığı məlum olub. NATO-nun əks texnologiya ilə cavab verməsi gözlənilir. Bildirili... | publikaz_normalized |
Türkiyədə yerli sakin bankda növbəyə durmamaq üçün bomba barədə polisə saxta məlumat verib. Hadisənin Kırşehirdə baş verdiyi bildirilir. “Adam növbədə çox dayandığı üçün banka bomba qoyulduğu barədə məlumat verib. O, polis tərəfindən saxlanılıb, törətdiyi əməli etiraf edib və əlavə edib ki, bu əməli uzun müddət növbə g... | publikaz_normalized |
Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti transferini reallaşdırıb. Bu barədə tanınmış insayder Fabritsio Romano "X" sosial şəbəkəsində paylaşım edib. 19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Braqa”da çıxış edəcək. İtaliyalı... | publikaz_normalized |
Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib. Bildirişlər yanvarın 23-dən etibarən göndərilir. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. | publikaz_normalized |
“Qonşudan borca çörək alırdım” - VİDEO":"“Yaşadığım o çətinliklərdən sonra düşünürdüm ki, internat evindən çıxan kimi, anam və atamı barışdıracağam. Sadəcə bu, mümkün olmayan məsələ idi. Amma dəyişməsəydi də heç bir şey mənim üçün dəyişməyəcəkdi. Zamanla belə onu bağışlaya bilməzdim. Elə şeylər var ki, bağışlamaq olmur... | publikaz_normalized |
Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensi... | publikaz_normalized |
Vatikanın apellyasiya məhkəməsi cinsi zorakılıqda ittiham olunan keşiş Qabriele Martinellini 2,5 il müddətinə azadlıqdan məhrum edib. Lakin dəlil çatışmazlığı səbəbiylə 2021-ci ildə sərbəst buraxılıb. Apellyasiya məhkəməsi Martinelli haqqında bəraət hökmünü ləğv edib və 31 yaşlı keşişin günahkar olduğuna qərar verib. M... | publikaz_normalized |
Tərəfdarları təzyiq edir ki...":"ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkiləri üçün Nyu-Hempşir ştatında keçirilən Respublikaçılar Partiyasının praymerizində qalib gəlib. Associated Press" xəbər agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə görə, Tramp ikinci dəfə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi N... | publikaz_normalized |
Hakim futbolçunu boğaraq sakitləşdirdi - FOTO":"Afrika Millətlər Kubokunda D qrupunda 3-cü tur çərçivəsində keçirilən Mavritaniya - Əlcəzair (1:0) matçında gözlənilməz hadisə yaşanıb. Matçın epizodlarından birində somalili referi Omar Abdulkadir Artan Əlcəzair yığmasının hücumçusu Yussif Belailinin boynundan yapışıb. F... | publikaz_normalized |
Bu ölkəyə qaçıb":"Perm Şəhər Duması Rusiyanın Ukraynaya təcavüzün əleyhinə çıxış edən Rusiya Federasiyası Kommunist Partiyasının deputatı Sergey Medvedevi vaxtından əvvəl səlahiyyətlərindən məhrum edib. Qərar yekdilliklə qəbul edilib. “Bu gün bu qərarı qəbul etməyimizi vacib və aktual hesab edirəm. Dövlətimizin ideolog... | publikaz_normalized |
Qərb Kiyevə nə göndərəcək?":"Ukrayna Müdafiə Nazirliyi 2024-cü ildə Qərbdən “hələ mövcud olmayan” silahlar gözləyir. Ramşteyn formatında keçirilən növbəti görüşdə Ukraynaya uzaqmənzilli silahların tədarükünün artırılması məsələləri ayrıca müzakirə olunub. Qrup iclasında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Va... | publikaz_normalized |
Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb. O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir: Ümumiyyətlə, həm ixracın, həm idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır". Xatırladaq ki, bugünkü tədbirdə A... | publikaz_normalized |
Bakıya işləmək üçün çağırılan, sığınacağa yerləşdirilən afrikalı qadın danışıb. 10 gündən çoxdur ölkəmizdə olan əcnəbi bildirib ki, Azərbaycanda işlə təmin olunmaq və Afrikada yaşayan ailəsinə pul göndərmək istəyir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova qeyd edib ki, afrikalı qa... | publikaz_normalized |
Məşhur aparıcı və aktrisa kimi fəaliyyət göstərən Səhər Əkbər ailə qurmağa hazırlaşır. Xəzər Tv-nin gözəl aparıcısı Həmid adlı bəylə münasibətlərini rəsmiləşdirməyə qərar verib. Səhərin nişan mərasimindən paylaşdığı videoda ailə üzvləri və gələcək qaynanası yer alıb. Videoda diqqət çəkən digər məqamı isə ona bahalı zin... | publikaz_normalized |
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarın yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib. Bildirilib ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar hazırda respublika əhəmiyyətli avtomobil yollarında məhdudiyyət tətbiq edilməsə də, əsasən dağlıq və dağətiyi rayonlar... | publikaz_normalized |
İntihardır":"Yeyib-içib kökəlib sonra da bıçağı verirsiz cərraha ki, "Al mənim mədəmi kəs tulla, al bu da üstündə neçə min pul". Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək. Bariatrik cərrahiyyənin fəsadlarından söz açan pediatr xüsusilə xanımları bu fikirdən daşındırmağa çalışıb. İndi kimlərsə fikir bildi... | publikaz_normalized |
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Əməkdar artist Ülviyyə Əliyeva ana olub. Aktrisa anasının xəstəliyi və vəfatı ilə əlaqədar bu xəbəri hər kəsdən gizlədib, bu barədə danışmaq istəməyib. O, hamiləliyi boyunca və övladını dünyaya gətirəndən sonra sevincini yalnız ən yaxınları ilə bölüşüb. Ülviyyə o... | publikaz_normalized |
Bağırov onlara hansı cavabı verib?":"Ötən gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. O, ötən əsrin əvvəllərindən geosiyasi güc mərkəzlərinin ermənilərlə əməkdaşlığına, haylara dəstək verməsinə dair tarix faktları dilə gətirib. Bildirib ki, Azərbaycan xalqı imperiyalar yaradan, döv... | publikaz_normalized |
Sənin kimisini..." - VİDEO":"ATV-də yayımlanan "Bizimləsən" verilişində daha bir qalmaqal yaşanıb. Milli.Az bildirir ki, gərginlik səngimək bilmədiyi proqramda bu dəfə ekspertlər bir-biri ilə söz savaşına çıxıblar. Aktrisa Sonaxanım Əliyeva və Nigar Fərhad arasında yaranan gərginlik pik həddə çatıb. Tərəflər atmacalı s... | publikaz_normalized |
Dietoloq Maryana Cutova 24 Yanvar Ümumdünya Piroq Günü ilə bağlı xəbərdarlıq edib. O, həm də gündəlik icazə verilən şirniyyat və karbohidrat miqdarı haqda məlumat verib. Qənnadı məhsullarını nəzarətsiz yemək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Şirin bulkaların piylənməyə və ya diabetə səbəb olmasının qarşısı... | publikaz_normalized |
Bakı-Şamaxı-Yevlax yolunda...":"Bildirilir ki, agentlik tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda gecə və gündüz saatlarında hərəkətin fasiləsizliyi və təhlükəsizliyini təmin etmək istiqamətində işlər davam etdirilib: “Magistral yolun qardan təmizlənməsi, buz bağlamış hissələrinə qum-duz qarışığının səpilməsi işl... | publikaz_normalized |
Qərb də yaxın buraxmır":"Nə Qərb, nə də Rusiya Ermənistanın parlament müxalifəti ilə əməkdaşlıq etmir. “Parlamentarilərdən biri şikayət edib ki, müxalifət deputatları Ermənistanda akkreditə olunmuş demək olar ki, bütün səfirlər üçün “persona non-qrata” olublar. Müxalifət görüş tələb edəndə ya cavab vermirlər, ya da ayl... | publikaz_normalized |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa... | publikaz_normalized |
Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu gün mətbəədə yaradılan şərait və proseslə tanış olublar. MSK sədri seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin... | publikaz_normalized |
Bu gün Bakıda qətl törədilib. 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadi... | publikaz_normalized |
Bunu kim edib?":"Amerika təyyarə istehsalçısı “Boeing”in bir çox təyyarələrində boltlar kütləvi şəkildə boşaldılıb. O, aydınlaşdırıb ki, yoxlama zamanı aviaşirkətin mütəxəssisləri “Boeing” avadanlığının bəzi hissələrində boltların bərkidilmədiyini aşkar ediblər. “Oxşar hadisə bizim şirkətdə də baş verib. Bu, bizim işçi... | publikaz_normalized |
Absurddur!":"6 nömrəli məktəbdə baş verən hadisəyə Elm və Təhsil Nazirliyinin verdiyi açıqlama absurd səslənir (kamera görüntüsündə təsdiqin tapmadı). Bu məsələ ciddi araşdırılmalıdır". Bütün məktəblərdə uşaqlar digər şagirdlər tərəfindən bulinqə məruz qaldığını deyən ifaçı bu halın həm dövlət, həm də özəl məktəblərdə ... | publikaz_normalized |
Zodiak işarələrindən birinin heç bir şəkildə reaksiya vermədiyi mövzu digərini mənəvi cəhətdən çox zədələyə bilər. Bu barədə astroloq Svetlana Rayt “Moskva 24”ə danışıb. Məlum olub ki, bürclərin hər birində bədənə böyük zərər verə biləcək müəyyən mənfi emosiyalar var. Məsələn, hər hansı bir bürc tez-tez qəzəblənirsə, o... | publikaz_normalized |
Sarı dənizə doğru...":"Şimali Koreya ordusu Sarı dənizə doğru çoxsaylı qanadlı raketlər atıb. Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Pxenyanın Sarı dənizə doğru çoxsaylı qanadlı raketlər atdığı bildirilib: “Təqib və qiymətləndirmə fəaliyyətlərimizi effektiv şəkildə davam etdirdiyimiz halda, Şimali Kore... | publikaz_normalized |
Yanvarın 24-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində qarlı hava şəraiti davam edir. Belə ki, hazırda Naxçıvan, Şərur, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Zaqatala, Altıağac, Quba, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuva... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə türkiyəli müğənni Rafet El Romanın "Hər şeyə rəğman" adlı mahnısına çəkilən klipində rol alıb. Konsertdə qurulan səhnəciyi tamaşaçılar alqışlarla qarşılayıb. Klip müğənninin yutub kanalında təqdim olunub. | publikaz_normalized |
17-ciyə hamilədir - VİDEO":"Azərbaycanda 42 yaşlı qadın 16 uşaq anasıdır. O, aparıcının "davamı olacaq? Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Aftandil İsrafilov niyə bahalı üzük taxırmış?":"Bir də, barmağı hərəkətə gətirən ürək əsas şərtdir. Bitmiş bir fikri ifadə edən bir və ya bir neçə sözdən ibarət söz birləşməsi... Qarmonda da gərək cümlə olsun. Beyində yaranan, ürəkdə cilalanan və barmaqlarla dilə gələn ”Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "... | publikaz_normalized |
Kim Çen Indan utanın":"Şimali Koreya Rusiya üçün daha təsirli tərəfdaş oldu, nəinki ABŞ və Avropa Ukrayna üçün. O, KXDR- i Qərb ölkələrinə nümunə göstərib . “Nə qədər çılğın səslənsə də, belə görünür ki, Şimali Koreya Rusiya üçün Ukraynanı artilleriya sursatları ilə təmin edən dostlarımızdan daha effektiv tərəfdaşdır”.... | publikaz_normalized |
Amma şərt var":"UEFA prezidenti Aleksander Çeferin "Telegraph Sport"a müsahibəsində Rusiya futbolu barədə danışıb. O, rusiyalı gənclərdə qərbə qarşı nifrət aşılanmasını istəmir və onları günahı olmayan bir işə görə cəzalandırmağı doğru hesab etmir. Eyni zamanda, Çeferin münaqişə davam etdiyi müddətdə Rusiyanın əsas mil... | publikaz_normalized |
74 nəfər öldü - Ukrayna vurub? - YENİLƏNDİ/VİDEO":"Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb. Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib. ***" "Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Qəza nəticə... | publikaz_normalized |
Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin vurulması faktını təsdiqləyib. Məlumata görə, əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub. Hadisədən sonra Belqorod vilayətində raket hücumu ilə bağlı həyəcan siqnalı verilib. Vilayətin qubernatoru Vyaçeslav Qladkov əhaliyə çağırış da ... | publikaz_normalized |
Yanvarın 13-də başlayan Afrika Millətlər Kuboku tam sürətlə davam edir. Bu çempionatın yanvarda keçirilməsi futbol ictimaiyyətində birmənalı qarşılanmasa da, hər kəs buna hörmət etmək məcburiyyətindədir. İki ildən bir baş tutan Afrika çempionatı qitədəki hava şəraitinə uyğun olaraq yanvarda keçirilir. Yalnız istisna ha... | publikaz_normalized |
Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək. Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat ödəməsini tələb edirdi. Xalq artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytə... | publikaz_normalized |
Bu, kifayət qədər...":"Rusiyanın Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğradığı barədə məlumat vermişdik. “Bu, kifayət qədər yeni, təzə məlumatdır, indi bununla məşğul olacağıq. Hələlik heç nə deyə bilmərəm”, – Peskov bildirib. Qeyd edək ki, təyyarədə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qullu... | publikaz_normalized |
Qərarlar ancaq "Real"ın xeyrinədir":"Barselona"nın prezidenti Xuan Laporta VAR-ı qərəzli olmaqda ittiham edib. Buna görə də onlar həmişə Madrid klubunun xeyrinə qərarlar verirlər: Barselona" toparlanıb və çempionluq yarışında qalmaq istəyir. Biz də ümid edirik ki, rəqiblərimiz büdrəyəcək və sonra fərqi bağlaya bilərik.... | publikaz_normalized |
“Bal ayındayam”":"Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək. "Bu haqda Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb və iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb. "Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödəni... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, ötən axşam müğənni Əlikram Bayramov oğlu Qaliblə birgə Nanə Ağamalıyevanın aparıcısı olduğu "7 tamam" verilişinə çıxaraq, 2012-ci ilin avtomobilini 40 min dollara (təxminən 68 min manat) satmağa çalışıb. Efirdə avtomobil alqı-satqısını da gördük. Sonra da hamısı səviyyədən danışırlar. Verilişiniz... | publikaz_normalized |
İl-76-nı Ukrayna bu raketlə vurub":"Ukrayna Silahlı Qüvvələri (AFU) Belqorod vilayətində İl-76 hərbi təyyarəsini “Patriot” zenit-raket kompleksi ilə vurub. Kanal Rusiya regionu üzərində səmada “Patriot” hava hücumundan müdafiə raketlərinin partlamasının izini göstərən kadr dərc edib. Rusiya Müdafiə Nazirliyi bildirib k... | publikaz_normalized |
Çəkinizi boyunuzun...":"İdeal çəkinizi hesablamaq üçün kilonuzu boyunuzun kvadrat metrinə bölmək lazımdır. Onun sözlərinə görə, 18,5 ilə 24,9 arasında dəyişən nəticə çəkinin normal olduğunu göstərir. 25-dən 29.9-a qədər olan rəqəmlər artıq çəkini göstərir. Bu, həm də profilaktik tədbirlər görməli olduğunuzu bildirir. 3... | publikaz_normalized |
Bütün Ukraynada...":"Ukrayna hakimiyyəti “Kinjal” raketlərini daşıya bilən Rusiyanın MiQ-31K təyyarəsinin havaya qalxması ilə əlaqədar bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edib. Ukraynanın bütün ərazisində raket təhlükəsi. MiQ-31K Mozdok aerodromundan qalxdı", - məlumatda deyilir. İnsanlara sığınacaqlara... | publikaz_normalized |
Kərə yağı, kişmiş...":"Corciya ştatının Flintston şəhərinin ən yaşlı sakini Telma Mey Kirbi Littl bir neçə gün əvvəl 110 yaşını böyük ailəsi ilə qeyd edib. Çoxsaylı nəvələrindən biri Derriberi Kirbi bildirib ki, nənəsi heyrətamizdir, çox baməzə insandır və güclü yumor hissinə malikdir. Səbəbkar mətbuata danışmaqdan imt... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü ildə 31 tibb müəssisəsində radioloji fəaliyyəti məhdudlaşdırıb. Belə ki, Agentlik tərəfindən ötən il ərzində ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 151 “xüsusi icazə” ve... | publikaz_normalized |
Serbiyanın paytaxtı Belqradda şəhərin ən böyük Çin bazarı yanır. Bildirilir ki, yanğını söndürmək üçün 62 yanğınsöndürən və 18 maşın, həmçinin biri Rusiyadan alınan iki helikopter cəlb olunub. İtkilərlə bağlı məlumat verilmir. | publikaz_normalized |
Şirvan şəhərində yerləşən Şirvan Araz zavodu MMC-də baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə gətirilən üç nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliy... | publikaz_normalized |
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. | publikaz_normalized |
Medianın İnkişafı Agentliyi Müşahidə Şurasının tərkibi təsdiq edilib. Müşahidə Şurasının sədri" "İsmayılov Dağbəyi Mirzəxan oğlu" "Müşahidə Şurasının üzvləri: Əliyev Vüqar Zifər oğlu" "Mehrəliyeva Şəfəq Akif qızı" "Mikayılova Sevil Əlirazı qızı" "Şıxlinskiy Elçin İsmayıl oğlu. | publikaz_normalized |
Qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir. Qurum abonentlərin diqqətinə çatdırıb ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticə... | publikaz_normalized |
Azərbaycanla bağlı nələr müzakirə ediləcək?":"İran prezidenti İbrahim Rəisinin bugünkü Türkiyə səfəri zamanı iqtisadiyyat və nəqliyyat kimi sahələrdə 10 müqavilənin imzalanması planlaşdırılır. Yada salaq ki, Rəisinin yanvarın 4-də gözlənilən rəsmi səfəri İranda baş verən terror aktı səbəbindən təxirə salınmışdı. Bundan... | publikaz_normalized |
İncə toxunuşlar bədənə müsbət təsir göstərir və səhhətimizi yaxşılaşdırır. Qucaqlaşmaq həm də qanda xoşbəxtlik hormonu olan oksitosinin ifrazını stimullaşdırır. Mütəxəssis qucaqlaşmağın orqanizmə təsirindən söz açıb. Alimlər sübut ediblər ki, bir neçə dəqiqə partnyorunu qucaqlayan qadınlarda oksitosinin səviyyəsi daha ... | publikaz_normalized |
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən il fevralın 19-u saat 19 radələrində şəhərin 6-cı mikrorayon ərazisində yerləşən evdə 1995-ci il təvəllüdlü Samirə Məmmədzadəni qətlə yetirən şəxsə hökm oxunub. Araşdırmalar zamanı məlum olub ki, Ağdam rayon sakini olan Samirə Məmmədzadə Sumqayıt Dövlət Universitetini bitirdik... | publikaz_normalized |
Şirvan şəhərində vəzifəli şəxsə qarşı zorakılıq etmiş şəxsin məhkəməsi yekunlaşıb. Bildirilib ki, ötən ilin may ayında Asəf yaşadığı binanın qarşısında Şirvan şəhər İcra Hakimiyyəti Mənzil-Təsərrüfat İdarəsinin rəisi İsmayıl İsmayılovla mübahisə edib. O, ərazidə iş aparan dövlət qurumunun əməkdaşlarının oturacaq qismin... | publikaz_normalized |
“Bakı Metropoliteni” QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərdən birinin halı pisləşib. Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilk... | publikaz_normalized |
Son zamanlar Cənubi Asiya ölkələrində geniş yayılmış əridilmiş yağ və onun çeşidi olan qxi çox məşhurlaşıb. İnsanlar adi kərə yağı əvəzinə onlardan istifadə etməyi üstün tuturlar. Ancaq bu məhsullar təhlükəli ola bilər. O, bildirib ki, əridilmiş və ya təmizlənmiş kərə yağı bütün süd qatı maddələrinin çıxarıldığı yağdır... | publikaz_normalized |
Baş Prokurorluq və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) birgə təşkilatçılığı ilə Baş Prokurorluqda “İnsan alverinə qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlıq və əsas strateji tərəfdaşlarla mübadilə” mövzusunda təlim keçirilib. Sözügedən seminara hakimlər, pr... | publikaz_normalized |
Kocaelispor"un formasını geyinən Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev Türkiyə mətbuatının suallarını cavablandırıb. Komandamız yaxşı çıxış etdi. Düzdür, oyunda iştirak etmədim. Lakin azarkeşlərimizin sayəsində qələbə qazandıq. Çünki onlar rəqib komandaya ciddi təzyiq göstərdilər. Açığı, bu mənim xoşuma gəl... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi yanvarın 23-nə keçən gecə Ağdaş şəhərində 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Qeyd edək ki, hadisəyə 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlunun idarə etdiyi “VAZ” markalı avtomobil səbəb olub. Sürətlə hərəkət edən avtomobil Ağdaş şəhərinin Heydə... | publikaz_normalized |
Həkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, məşhur inancın əksinə olaraq, ürəkdə ağrıların olmaması bu orqanın sağlamlığından xəbər vermir. Mütəxəssis bildirib ki, bəzən ürək-damar sistemində problem olan insanın ürəyi ancaq ölüm anında bunu büruzə verir. “Ürəyiniz ağrıyanda - qabırğaarası nevralgiya deyil, ürəy... | publikaz_normalized |
Tanınmış aparıcı Nurlana Cəfərova ilə "Eurovision 2009" təmsilçimiz Aysel Adıgözəlzadə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə gediblər. Əbu-Dabidə Şeyx Zayed Məscidini ziyarət edən aparıcı qeyd edib ki, bu, onun məscidə ikinci gəlişidir. Məkanın aurası elədir ki, şəkilə heç bir effekt verməyə ehtiyac qalmır. Arzum var i... | publikaz_normalized |
Azad edilmiş ərazilərin dirçəlişinə dəstək verməyə davam edən Bakcell Xankəndi şəhərində rəsmi diler mağazasını təqdim edən ilk mobil operator oldu. 24 yanvar tarixindən etibarən, Qarabağ universiteti ilə üzbəüz ünvanda yerləşən Bakcell mağazası müştərilərə yüksək sürətli və innovativ rabitə xidmətlərini təqdim edir. X... | publikaz_normalized |
Atletiko" "Rapid Buxarest"in və Rumıniya millisinin qapıçısı Horatiu Moldova ilə müqavilə imzalayıb. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Bu keçidə görə "Atlteiko" "Rapid"ə 800 min avro ödəyib. Bu mövsüm 26 yaşlı qolkiper "Rapid"in heyətində bütün yarışlarda 23 oyun keçirib. 2023-cü ildə Moldova Rumıniy... | publikaz_normalized |
56 yaşlı amerikalı aktrisa Nikol Kidman geyimi ilə gündəm yaradıb. Qalaya dərin yarıqlı və kürək dekolteli qara libasda gələn kino ulduzunun çıxışını hər kəs heyranlıqla izləyib. Onun xüsusilə güclü kürək əzələlərinə malik olması diqqətdən qaçmayıb. Qeyd edək ki, sözügedən serialda aktrisa baş rolu canlandırır. Serial ... | publikaz_normalized |
Maşın şou" layihəsinin yenidən başlayıb-başlamayacağı haqda son günlər sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Müzakirələrin getdiyi ərəfədə şounun arxiv kadrları da tez-tez paylaşılır. "Bu dəfə Xalq artisti Röya Ayxanın iştirak etdiyi "Maşın şou"dan görüntülər paylaşılıb. Videoda Röyanın nə dediyini tam ayırd e... | publikaz_normalized |
Cənubi Qafqazda Rusiyanın yerini tutmaq, başqa oyuçuları bölgəyə buraxmamaq haqda planlar İran akademik və siyasi çevrələrinin ciddi müzakirə etdiyi mövzulardan biri olaraq inkişaf etdirilir. Tehran Universitetinin siyasi coğrafiya kafedrasının dosenti Bəhram Əmir Əhmədian qeyd edir ki, İran Mərkəzi Asiya və Qafqaz res... | publikaz_normalized |
O qeyd edib ki, ölkə ərazisində ceyran populyasiyasının ən geniş yayıldığı ərazi Şirvan Milli Parkıdır: “2023-cü ilin payız mövsümündə aparılan son sayğı prosesində ölkə üzrə 7889, Şirvan Milli Parkında isə 6732 baş ceyran qeydə alınıb”. | publikaz_normalized |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. Monitorinqlər çərçivəsində Bakı şəhəri, həmçinin Abşeron, Şabran, Sabirabad, Neftçala, Ucar, Xaçmaz, Cəlilabad və Xızı rayonlarındakı 11 ... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, aparıcı və aktrisa Səhər Əkbər ailə qurmağa hazırlaşır. Cütlüyün xoşbəxtlik saçan fotolarını təqdim edirik: | publikaz_normalized |
Prius"un vurduğu qəbir daşını indi də "Sonata" əzdi - VİDEO":Qarlı hava şəraiti ilə əlaqədar olaraq yer sürüşlən olduğu üçün baş verən qəzaların sayı artıb. Bu dəfə "Hyundai Sonata" markalı maşın sürüşərək başdaşını əzib. | publikaz_normalized |
“Sehrli xalat” filmində oynadığı Rəşid obrazı ilə yaddaşlarda həkk olunan aktyor Azər Qurbanov vəfat edib. Onun sözlərinə görə, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) dünyasını dəyişib. Məlumat üçün bildirək ki, A.Qurbanov “Odessa” kinostudiyasının istehsalı olan “Göy ... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil alıb. 1975–1976-c... | publikaz_normalized |
Nar" müştəriyönümlülük strategiyasının beynəlxalq səviyyədə tanınması ilə daha bir uğura imza atdı. Mobil operator ISO 9001:2015 Keyfiyyətin İdarə olunması və ISO 10002:2018 Müştəri Məmnuniyyətinin İdarə olunması üzrə beynəlxalq sertifikatlara layiq görülüb. Qiymətləndirilmə aparıcı beynəlxalq yoxlama və sertifikatlaşd... | publikaz_normalized |
Azərbaycan Könüllü Təşkilatları İttifaqının seçki könüllüləri bölgələrdə ilk dəfə səsvermədə iştirak edəcək gənclərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylayır. “Seçki Könüllüləri” qrupu Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Qeyd edək ki, seçki könüllüləri Naxçıvan Muxtar... | publikaz_normalized |
Sosial şəbəkələr nə həftə sonları, nə də bayramlar tanımır. Ötən ilin əsas trendlərini TikTok istifadəçiləri təyin etdi. 2024-cü ildə də sosial şəbəkə yavaşlamır, yanvarın ilk iki həftəsində biz artıq iki yeni trendlə tanış olduq: “Baba” stili və “ofis sirenası”. Onların ardınca “mafiya xanımı” tərzi ortaya çıxdı. Əgər... | publikaz_normalized |
Tikinti sahəsi ilə bağlı yeni dövlət standartları qəbul edilib. Təriflər və tələblər”, AZS EN 13279-2:2023 “Gips yapışdırıcıları və gips suvaqları – Hissə 2: Sınaq üsulları” və AZS ГОСТ 7473:2023 “Beton qarışıqları. Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib. Müasir tələblərə uyğun, beynəlxalq təcrübə əsası... | publikaz_normalized |
Bakı İdman sarayının arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi, “Arpaçay” karate klubu və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı və “Baku City Residences”in baş sponsorluğu ilə 9-cu ARPACHAY OPEN-2024 turniri keçirilib. Yarışda 57 idmançı ilə təmsil olunan Fövqəladə Hallar Nazirliyinin İdman-sağl... | publikaz_normalized |
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olan Eyvazov Vüqar Eyvaz oğlu 35-ci doğum günündə yad edilib. Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və şəhid ailələri iştirak edib. İştirakçıl... | publikaz_normalized |
Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. “Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi b... | publikaz_normalized |
Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin istintaqı yekunlaşıb. Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsi... | publikaz_normalized |
Mirzoyanın xəritə açıqlaması bunu təsdiqləyir":"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin mövcud olduğunu və insanların qəsdən qətlə yetirilməsi məqsədilə ölkəmizə təqdim edilmədiyin... | publikaz_normalized |
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasında qurumun 2024-cü il üçün perspektiv iş planı təsdiqlənib. İdman mütəxəssislərinə veriləcək yeni döş nişanları və müvafiq vəsiqələr, həmçinin “İdman səfiri”nin seçilməsi haqqında Əsasnamə, “İdman obyektləri və avadanlıqlarının standartlaşdırılması” üzrə Texniki Ko... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.