Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1920 — VII Yay Olimpiya Oyunları Antverpendə keçirilib. |
1947 — Pakistan Britaniya imperiyasından müstəqillik qazanıb. |
Azərbaycana aid hadisələr 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Mövlud Mirəliyev bürünc medal qazanıb. |
1600-cü ildən əvvəl 1742 — VII Piy, Roma papası 1867 — Con Qolsuorsi, İngiltərə yazıçısı 1895 — İshaq Cəfərzadə, Azərbaycan arxeoloqu və etnoqrafı 1953 — Ceyms Horner, ABŞ bəstəkarı 1957 — Alim Qasımov, Azərbaycan xanəndəsi 1960 — Sara Braytman, İngiltərə opera müğənnisi 1966 — Helli Berri, ABŞ aktrisası 1979 — Nicat M... |
14 dekabr — Qriqorian təqvimində ilin 348-ci günü. |
(uzun ildə 349-cu) Bu tarixdə ilin sonuna 17 gün qalır. |
XX və XXI əsrdə Yuli təqvimi ilə 1 dekabr tarixinə uyğun gəlir. |
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1819 — Alabama ABŞ-nin 22-ci ştatı olub. |
1911 — Olav Byaland, Helmer Hanssen, Sverre Hassel və Oskar Vistinqdən ibarət Roald Amundsenin komandası Cənub qütbünə ilk səyahət edən şəxslər olmuşdur. |
1939 — Qış Müharibəsi: Sovet İttifaqı Finlandiyanı işğal etdiyi üçün Millətlər İttifaqından qovulub. |
2012 — Sendi Huk ibtidai məktəbində atışma: Konnektikut ştatının Sendi Huk kəndində silahlı şəxs də daxil olmaqla 28 nəfər öldürülüb. |
Azərbaycana aid hadisələr 1928 — Bakı Zooloji Parkı təsis edilib. |
2015 — Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti təsis edilib. |
2016 — Buta Airways təsis edilib. |
1600-cü ildən əvvəl 1503 — Nostradamus, Fransa astroloqu 1546 — Tixo Brahe, Danimarka astronomu 1789 — Mariya Şimanovskaya, Polşa bəstəkarı və pianoçusu 1830 — Viktor Madaras, Macarıstan boyakarı 1861 — Cürci Zeydan, Livan yazıçısı 1862 — Semyon Nadson, Rusiya şairi 1883 — Morihey Ueşiba, Yaponiya döyüş sənəti ustası 1... |
14 fevral — Qriqorian təqvimində ilin 45-ci günü. |
Bu tarixdə ilin sonuna 320 gün (uzun ildə 321 gün) qalır. |
XX və XXI əsrdə Yuli təqvimi ilə 1 fevral tarixinə uyğun gəlir. |
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1859 — Oreqon ABŞ-nin 33-cü ştatı olub. |
1876 — Aleksandr Bell və Elişa Qrey telefona patent almaq üçün müraciət edib. |
1912 — Arizona ABŞ-nin 48-ci ştatı olub. |
1949 — Knesset (İsrail parlamenti) ilk dəfə toplanıb. |
1952 — VI Qış Olimpiya Oyunları Osloda keçirilib. |
1993 — Rusiya Federasiyası Kommunist Partiyası təsis edilib. |
2004 — Tunis milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. |
2005 - YouTube Platforması Yaradıldı 2020 — Ekvador və Misirdə ilk dəfə COVID-19 qeydə alınıb. |
Azərbaycana aid hadisələr 1956 — Azərbaycan Televiziyası (AzTV) təsis edilib. |
1998 — Bürc FM radio kanalı təsis edilib. |
2011 — Mədəniyyət TV təsis edilib. |
1600-cü ildən əvvəl 1483 — Babur, Böyük Moğol imperatoru 1855 — Vsevolod Qarşin, Rusiya yazıçısı 1878 — Viktor Nogin, Rusiya inqilabçısı 1898 — Fris Svikki, İsveçrə astronomu 1912 — Xuan Puyol, İspaniya və Venesuela casusu 1918 — Davud Axundov, Azərbaycan memarı 1925 — Nazim Rzayev, Azərbaycan dirijoru 1928 — Sergey Ka... |
14 iyul — Qriqorian təqvimində ilin 195-ci günü. |
(uzun ildə 196-cı) Bu tarixdə ilin sonuna 170 gün qalır. |
XX və XXI əsrdə Yuli təqvimi ilə 1 iyul tarixinə uyğun gəlir. |
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1950 — Koreya müharibəsi: Taecon döyüşünün başlanması. |
2002 — Yeni Zelandiya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. |
2015 — NASA-nın Yeni Üfüqlər zondu Plutona ilk uçuşunu həyata keçirir və bununla da Günəş Sisteminin ilkin tədqiqatını tamamlayır. |
2016 — Fransanın Nitsa şəhərində Bastiliya Günü münasibətilə keçirilən mərasimdə terrorçu yük maşını kütlənin üstünə sürüb və avtomobildən enərək insanlara atəş açıblar. |
Terror hücumu nəticəsində 867 nəfər ölüb, 434 nəfər yaralanıb. |
Azərbaycana aid hadisələr 1600-cü ildən əvvəl 924 — İmperator Murakami, Yaponiya imperatoru 1806 — İsmayıl bəy Qutqaşınlı, Azərbaycan yazıçısı və general-mayoru 1860 — Vasili Veliçko, Rusiya şairi 1862 — Qustav Klimt, Avstriya boyakarı 1903 — İrvinq Stoun, Amerika Birləşmiş Ştatları yazıçısı 1913 — Cerald Ford, ABŞ pre... |
14 iyul inqilabı (ərəb. |
1958 حركة 14 تموز) və ya 1958-ci il İraq inqilabı — İraqda kral ailəsinin güllələnməsi və respublika qurulması ilə sona çatan silahlı çevriliş. |
1958-ci ildə ildə reallaşan qanlı hərbi çevriliş nəticəsində 1921-ci ildən İraqı idarə edən Haşimilər sülaləsi devrilərək, bütün kral ailəsi güllələndi. |
Krallıq ləğv edilib, respublika elan edildi. |
General Əbdülkərim Qasım respublika başçısı oldu. |
İraq bu inqilabın ardından Bağdad paktından çıxdığını açıqladı. |
İnqilab həmçinin İraq və İordaniya arasında 6 ay əvvəl qurulan Haşimilər Ərəb Federasiyasına da son verdi. |
Üsyanın başçılarından olan general Əbdülkərim Qasım 1963-cü il hərbi çevrilişinə qədər İraqın baş naziri oldu. |
Bu dövr isə xüsusilə kommunizm və etnik milliyyətçiliyin sürətlə yayıldığı illərdir. |
İraq Haşimilər sülaləsinin rəhbərlik etdiyi konstitusiyalı monarxiya idi. Gənc kral II Feysal bin Qazi əslində ölkənin idarəedilməsindən uzaq tutulurdu. |
İraqın daxili və xarici siyasəti Şahzadə Abdül-İlahın rəhbərliyi altında hakim elitası tərəfindən idarə olunurdu.İraq ordusunda respublikaçı-qəsdçi təşkilat 1949-cu ildə yaradıldı. |
Yeddi ərəb dövlətinin yenicə yaranan İsrail dövlətinə qarşı 1948-1949-cu illərdə apardığı müharibədə məğlub olmaları həmin təşkilatın yaranmasına təkan verdi. |
Onun əsasını sadəcə mayor rütbəsi daşıyan, amma şəxsi keyfiyyətlərinə görə zabitlər arasında böyün nüfuzu olan Rıfat əl-Həcc Sirri qoydu. |
İranda Baş nazir Müsəddiqin nefti milliləşdirməsi və Böyük Britaniya ilə əlaqələri kəsməsindən, eləcə də Misirdə Camal Əbdül Nasirin rəhbərliyi altında millətçi zabitlərin monarxiyanı devirməsindən sonra İraqda da monarxiya və onun yürütdüyü ingilispərəst xarici siyasətə qarşı müxalif əhvali-ruhiyyə gücləndi. |
Narazı hərbçilərdən əlavə ölkədə qeyri-leqal şəkildə liberal, millətçi, solçu partiyalar fəaliyyət göstərirdilər. |
1955-ci ildə ABŞ-nin himayəsi altında Böyük Britaniya, Türkiyə, İraq, İran və Pakistanın iştirakı ilə Mərkəz Müqaviləsi Təşkilatının (The Central Treaty Organization – CENTO) yaradılması, eləcə də Nasirin Süveyş kanalını milliləşdirməsindən sonra baş verən Süveyş böhranı zamanı İraq iqtidarının Misiri dəstəkləməməsi na... |
Bu illərdə respublikaçı zabitlər arasında general Əbdülkərim Qasım və polkovnik Əbül Salam Arif irəli çıxmağa başlayırlar. |
Ölkənin müxtəlifyönümlü siyasi təşkilatları isə 1957-ci ildə Milli Birlik Cəbhəsində (MBC) birləşdilər. |
MBC ordudakı müxalif zabitlərlə sıx əlaqə saxlayırdı. |
1957-ci ilin dekabrında kral II Feysələ orduda qəsdçi təşkilatın olması barədə informasiya daxil olanda, o, yalnız hərbi tapşırıq yerinə yetirən hərbi hissələrə döyüş sursatının verilməsini tapşırdı. |
Bu da hazırlanın çevrilişi həyata keçirməyi xeyli çətinləşdirdi. |
Amma bir müddət sonra əlverişli şərait yarandı. |
Hadisələrin gedişi İnqilabi şəraitin yetişməsi 1958-ci ilin ortalarında Livanda daxili vəziyyət gərginləşdi. |
Burada 1943-cü ildə bağlanan və ölkənin çoxməzhəbli tərkibini nəzərə alan Milli pakta əsasən, Prezident vəzifəsini maronit-xristian, Baş nazir vəzifəsini isə sünnü müsəlman, parlamentin sədri vəzifəsini isə şiə müsəlman tuturdu. |
1950-ci illərdə bütün ərəb dünyasını sarsıdan hadisələr Livandan da yan keçmədi. |
Xristian prezident qərbyönümlü siyasətə üstünlük verirdi, müsəlmanlar – xüsusən də sünnü müsəlmanlar – isə ərəb həmrəyliyinin tərəfdarı idilər. |
1958-ci il fevralın 1-də Misir və Suriya Birlərşmiş Ərəb Respublikasını yaradanda Livan müsəlmanları da bu birliyə qoşulmağa tərəfdar oldular, xristianlar isə yox. |
Üstəlik, prezident Şamun dalbadal prezident seçilməyə məhdudiyyət qoyan konstitusiyanı dəyişdirmək istədi. |
Nəticədə tərəflər arasında silahlı toqquşmalar başladı. |
İraq və İordaniya da 1958-ci il fevralın 14-də Haşimi Ərəb Federasiyası yaratmışdılar. |
İordaniya Livan ilə həmsərhəd olduğundan buradakı hadisələrdən ciddi narahatlıq keçirirdi və İraqdan kömək istədi. |
İraq hökuməti də özünün 3-cü diviziyasının 19-cu və 20-ci briqadalarını İordaniyaya göndərməyi qərara aldı. |
İyulun 13-də gecə saatlarına qədər, kral sarayı Qasr əl-Rihabda Kral II Feysal, Nuri Səid və Əbdül İlahın 14 iyul 1958-ci il tarixində İstanbulda keçirilməsi planlaşdırılan Bağdad Paktına daxil ölkələrin görüşünə getməsi şərəfinə ziyafət təşkil edildi. |
Bağdad hava limanında İraq nümayəndə heyətini Türkiyəyə çatdırmalı olan təyyarənin son hazırlıqları tamamlanmaq üzrə idi. |
Bütün bunlar monarxın toyu ərəfəsində baş verirdi. |
İraq hökümətinin İordaniyaya göndərməyi qərara aldığı 3-cü diviziyanın 19-cu briqadanın komandiri Əbdülkərim Qasım, 20-ci briqada da isə Əbül Salam Arif xidmət edirdi. |
Mənsuriyədə yerləşən bu hissələr İordaniyaya getmək üçün əvvəlcə cənuba, Bağdada doğru hərəkət etməli, paytaxtın yanından isə şərqə dönərək İordaniyaya yollanmalı idilər. |
Amma hər şey belə olmadı. |
Bağdad həndəvərinə çatdıqda, 19-cu briqada burada ehtiyatda durdu, 20-ci briqada isə qəflətən paytaxta daxil oldu. |
Hərbçilər şəhərin mühüm məntəqələrini ələ keçirməyə başladılar. |
Arifin göndərdiyi bir batalyon da səhər 5-ə işləmiş əl-Rahab kral sarayını mühasirəyə aldı. |
Kral qvardiyasının çoxu üsyançılara tərəf keçdi, az bir hissəsi isə müqavimətə cəhd etdi, amma tank atəşindən sonra onlar da təslim oldular. |
Qiyamçılar səsgücləndirici vasitəsilə kral ailəsinə yanğın başlayan sarayı tərk etməyi təklif etdilər. |
Az sonra saraydan aralarında hakim xanədanın üzvləri ilə yanaşı qulluqçuların da olduğu 14 nəfər çıxdı. |
Onları üzü divara saxlayandan sonra isə hərbçilərdən biri atəş açaraq hamını öldürdü. |
Ölənlər arasında II Feysəl və onun dayısı, kral azyaşlı olduğu müddətdə ölkəni naib kimi idarədə edən Əbd əl-İlah da vardı. |
14 nəfərin arasında yalnız Əbd əl-İlahın arvadı Xəyyam sağ qaldı. |
Qəsdçilər əvvəlcə onun da öldüyünü güman etdilər. |
Sağ qaldığını anlayanda isə daha toxunmadılar. |
Onu "Əl-Rəşid xəstəxanasına göndərdilər. |
II Faysalın meyidi əvvəlki iqamətgahının qarşısında kütləvi şəkildə nümayiş etdirildi. |
Kral ailəsinin digər nümayəndələrindən fərqli olaraq, gənc kralın cəsədi təhqirə məruz qalmadı, onu gizlicə dəfn etdilər. |
Kral ailəsinin qətliamından sonra iraqlıların xüsusi nifrət etdikləri başqa bir şəxsin – yeddi dəfə ölkənin Baş naziri postunu tutan və ingilispərəst siyasətin əsas siması hesab olunan Nuri əl-Səidin axtarışına başlandı. |
Onun tutulması üçün 10.000 İraq dinarı mükafat təyin edildi. |
Amma onu yalnız ertəsi gün, çadraya bürünərək ölkədən qaçmaq istərkən yaxalamaq mümkün oldu. |
Bəzi versiyalara kütlənin əlinə sağkeçmək istəməyən əl-Səid özünü güllələdi, başqa ehtimala görə isə yaxınlıqdakı əsgər tərəfindən öldürüldü. |
Həm əl-Səidin, həm də Əbd əl-İlahın cəsədləri əhali tərəfindən küçələrdə süründü, həqarətlərə məruz qaldı.İyulun 15-də səhər saat 6-da radio bütün ölkəyə zülmə qarşı silahlı bir qiyamın baş verdiyini, kralın və sülalənin devrildiyini, hökumətin dağıldığını elan etdi. |
Üsyanın liderlərindən olan Əbül Salam Arif xalqa müraciət etdi. |
Bir müddət sonra keçmiş kral iqamətgahının yaxınlığındakı meydan insan izdihamı yaşadı. |
Əbdülkərim Qasım komendant saatı tətbiq edənə qədər kütləvi izdiham daha da qəzəbləndi, bu da Əl-Səidin cənazəsinin dəfn edildiyi günün ertəsi kütləvi çıxışların və talanların qarşısını ala bilmədi. |
Kütlə tərəfindən Kral sülaləsinin qurucusu I Faysalın abidəsi Dəclə çayına atıldı, bir neçə nazirin və İngiltərə səfirliyinin binası yandırıldı (bu yanğın söndürüldü). |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.