Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Rusiyadan sonra Napoleon İngiltərəni məğlub etmək və dünya ağalığı planını həyata keçirmək niyyətində idi. Rusiya Fransanın ona qarşı müharibəyə hazırlaşdığını bilirdi, digər tərəfdən, Avropada öz mövqelərinin zəifləməsini istəmirdi. |
1812-ci ilin fevralında Fransa Prussiya ilə gizli saziş imzalamışdı. |
Prussiya Rusiyaya qarşı 20 minlik qoşun göndərməli idi. 1812-ci ilin martında Avstriya Fransa ilə saziş bağlayıb Ukraynaya 30 min nəfər qoşun göndərməyi vəd etdi. |
Rusiya üzərində qələbədən sonra Pribaltika Prussiyaya, Volın Avstriyaya verilməli idi. Avstriya və Prussiya könüllü şəkildə Rusiyaya qarşı müharibə etmək fikrində deyildi. |
Fransa İsveçi və Türkiyəni Rusiyaya qarşı müharibəyə qoşmaq istəyirdi, lakin buna nail olmadı. |
İsveç 1812-ci ilin fevralında Rusiya ilə gizli saziş imzalamışdı. |
1812-ci ilin iyulun 18-də Rusiya ilə İngiltərə arasında müqavilə imzalanmışdı. |
1812-ci ilin mayında Rusiya Türkiyə ilə Buxarest sülhü imzaladı. |
Napoleon Rusiyaya hücum üçün 600 minlik qoşun hazırlamışdı. |
Rusiyanın sərhəd boyu dağınıq vəziyyətdə yerləşən ordusu isə 220 min əsgər və zabitdən ibarət idi.1812-ci ilin iyunun 24-də Fransa ordusu Rusiyaya hücum etdi. |
Napoleon Rusiya qoşunlarını sərhəddə mühasirəyə alıb məhv edə bilmədi, Smolensk döyüşündən sonra Rusiya ilə ilk dəfə danışıqlara cəhd etdi. |
Lakin Rusiya bu təklifə Borodino döyüşü və partizan hərakatı ilə cavab verdi. |
Napoleonun planının əksinə olaraq Rusiya qoşunu böyük döyüşə girməyib ölkənin içərilərinə geri çəkildi. |
7 sentyabr 1812-ci ildə Borodino çölündə baş vermiş döyüşdə Fransa ordusu 60 min nəfər, Rusiya ordusu isə 40 min əsgər itirdi. |
Döyüşdən sonra Rusiya ordusu geri çəkilməkdə davam etdi. |
Borodino döyüşü “Böyük Fransa ordusu”nun məğlubedilməzliyi haqqında əfsanəyə son qoydu. |
1812-ci ilin sentyabrın 14-də Fransa ordusu Moskvaya daxil oldu, lakin Napoleon Moskvada olarkən üç dəfə I Aleksandra Rusiya üçün əlverişli şərtlərlə danışıqlara başlamağı təklif etdi. |
I Aleksandr bu təklifləri qəbul etmədi. |
Fransa ordusu bir neçə döyüşdə məğlubiyyətə uğrayıb Rusiya ərazisini tərk etdi. |
Geriyə çəkilən Fransa qoşunları müttəfiq orduları tərəfindən təqib edilirdi. |
Fransaya qarşı yaradılan altıncı koalisiyaya Rusiya, İngiltərə, Prussiya, İsveç və Avstriya daxil idi. Napoleon Leyptsiqdə 1813-cü ilin oktyabrında baş vermiş döyüşdə məğlub olub Reynin arxasına və Parisə qaçdı. |
Müharibənin son məqsədlərinə müttəfiqlərin münasibəti müxtəlif idi. Rusiya və Prussiya Fransada Bonopartları hakimiyyətdən salmaq istəyirdilər. |
İngiltərə Fransada Burbonların hakimiyyətə qayıtmasını təklif edirdi. |
Napoleon Fransanın inqilabdan əvvəlki sərhədlərə qayıtması şərti ilə müttəfiqlərin danışıqlara başlamaq təklifini qəbul etmədi. |
1814-cü ilin martın 1-də İngiltərə, Avstriya, Rusiya və Prussiya Şomon müqaviləsini imzaladılar. |
Bu dövlətlər tam qələbəyə qədər Fransa ilə gizli müqavilə bağlamamalı idi. |
Onlardan üçü Fransaya qarşı 150 min qoşun göndərməli, İngiltərə isə hər il 5 milyon funt sterlinq pul verməli idi. Xarici keçidlər Rammacher, Wolfgang. |
Napoleon und das Wetter 1812" (alman). |
2012-06-23 tarixində arxivləşdirilib. |
İstifadə tarixi: 2012-05-29. |
Napoleons großes Gemetzel" (alman). |
2012-06-23 tarixində arxivləşdirilib. |
İstifadə tarixi: 2012-05-29. |
1812-ci il müharibəsi (ing. |
War of 1812) — Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniya arasında 1812–1814-cü illəri əhatə etmiş müharibə. |
İkinci İstiqlal müharibəsidə adlandırılan müharibə Böyük Britaniyanın 1810-cu ildən artan siyasi təziqlərinin nəticəsində başlamışdır. |
Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında olan tərəfdarları vasitəsilə müharibəyə başlamışdır. |
Əsas məqsəd Şimali Amerikada əvvəlki tək ingilis ağalığı qurmaq idi. İki il davam edən müharibənin sonunda Böyük Britaniya məğlub olmuş və ABŞ-la imzaladığı müqavilədə bir daha onun ərazilərinə iddia etməyəcəyinə dair öhdəlik götürmüşdür. |
Uvertüranın premyerası 20 avqust 1882-ci ildə Moskvada baş tutmuşdur. |
Rusiyanın 1812-ci il qələbəsinə ithaf edilmiş Xilaskar Məsih kafedralında həyata keçirilmiş debüt ifa zamanı dirijor İpploit Altani olmuşdur. |
Nyu-Yorkda Karnegi zalının açılışına həsr olunmuş ifa zamanı isə Çaykovski özü orkestra drijorluq etmişdir. |
Bu böyük Avropa bəstəkarından birinin ABŞ-yə etdiyi ilk səfərlərdən biri idi.15 dəqiqə davam edəm uvertüra daha çox musiqidə istifadə olunmuş silah atışı səsləri, çayms zınqırovları və finalda top atəşi açılması ilə məşhurdur. |
Əsər ənənəvi olaraq hər il ABŞ-da Müstəqillik Günü atəşfəşanlığını müşayət etmək üçün ifa edilir. |
“Şelkunçik”, “Yatmış gözəl” və “Qu gölü” balet süitaları ilə yanaşı “1812-ci il uvertürası” Çaykovskinin ən məşhur əsərlərindən biridir. |
davay Yazılma tarixi Tarixi-siyasi fon: I Napoleonun Rusiyaya hücumu 7 sentyabr 1812-ci ildə Moskvadan 120 km cənubda yerləşən Borodino ərazisində I Napoleonun ordusu ilə Mixail Kutuzovun rəhbərlik etdiyi Rusiya ordusu qarşılaşır. |
Borodino döyüşü 100.000-dən çox insanın ölümü ilə nəticələnir və sahə döyüşlərində təcrübəli olan fransızlar qalib gəlirlər. |
Lakin, bu qələbə Pirr qələbəsi olur.Ehtiyyatları tükənmək üzrə olan fransızlar Moskvaya doğru irəliləyirlər və kiçik müqaviməti qıran Napoleon şəhəri ələ keçirir. |
Çar I Aleksandrın təslim olacağını gözləyən fransızlar Moskavnı ələ keçirdikdən sonra tamamilə boşaldılmış və böyük bir hissəsi hərbiçilər tərəfindən yandırılmış xarabalıqla qarşılaşırlar. |
Qış ehtiyyatı olmayan Napoleon geri çəkilməyə məcbur olur. |
19 oktyabrdan dekabra qədər davam edən bu çəkilmə zamanı fransızlar bir neçə problemlə üzləşməli olurlar: aclıq, tif, soyuq, kazakların müntəzəm hücumları və ordunun ölkədən çıxmasına mane olmağa çalışan rus ordusu. |
Noyabrda Napoleon ordunu tərk edir və onun Böyük Ordusu Polşa ərazisində təhlükəsiz yerə çatdıqda on dəfə kiçilmiş vəziyyətdə olur. |
Əsərin sifariş edilməsi Rusiya qələbəsinin əbədiləşdirilməsi üçün Çar I Aleksandr tərəfindən inşası sifariş edilmiş Xilaskar Məsih kafedralının inşası 1880-ci ildə yekunlaşmaq üzərə idi; 1881-ci ildə isə Çar II Aleksandrın tacqoymasının 25 illik yubileyi qeyd olunmalı idi; həmçinin 1882-ci ildə Moskvada Ümumrusiya bədi... |
Çaykovskinin yaxın dostu və müəllimi olan Nikolay Rubinşteyn ona təntənəli mərasimlərdə ifa etmək üçün musiqili pyes yazmağı təklif edir. |
12 oktyabr 1880-ci ildə Çaykovski əsər üzərində çalışmağa başlayır və altı həftə sonra işi tamamlayır. |
Digər kontekstlərə uğunlaşdırılması Sonradan ilhamlandırıcı patriotik himn kimi uvertüra digər kontekstlərə uyğunlaşdırılmış və rus qələbəsindən daha çox başqa mövzularla əlaqələndirilmişdir. |
ABŞ-da “1812-ci il uvertürası” 4 iyul 1974-cü ildə Boston Pops orkestrı tərəfindən Artur Fidlerin seçimi əsasında Müstəqillik günündə ifa edildikdən sonra geniş məşhurluq qazanmışdır.Böyük Britaniya bəstəkarı Malkolm Arnold özünün “A Grand, Grand Overture” adlı əsərini uvertüraya parodiya kimi yazmış və ABŞ prezidenti ... |
İnstrumentasiya “1812-ci il uvertürası” aşağıdakı heyətdən ibarət orkestrla ifa olunmaq üçün yazılmışdır:: Nəfəsli alətlər dəstəsi: Bu hissədə “Açıq” saxlanılmış instrumentasiyanın “istənilən mis nəfəsli alətlə” tamamlana biləcəyi qeyd edilir. |
Qapalı məkanlarda ifa zamanı bu hissənin ifasının orqana həvalə edilməsi də mümkündür. |
Hissənin hərbi və ya mars musiqi dəstələri tərəfindən ifası da mümkündür. |
Qeyd: nəfəsli alətlər dəstəsi və ya onu əvəz edən alətlər yalnız finalda istifadə edilir. |
Taxta nəfəsli alətlər: 1 fleyta-pikkolo, 2 fleyta, 2 qoboy, 1 ingilis qoboyu, 2 soprano klarnet və 2 faqot Metal nəfəsli alətlər: 4 F valtorn, 2 B♭ kornet, 2 E♭ truba, 3 trombon (2 tenor, 1 bass) və 1 tuba Zərb alətləri: litavr, böyük bass orkestr barabanı, kiçik baraban, boşqab, buben, üçbucaq, karillon Simli alətlər:... |
Döyüş topu atəşi səsinin olduğu hissələr bəzən top atəşi səsyazması ilə, bəzən isə Qustav Malerin “Altıncı simfoniya”sında olduğu kimi taxta və ya metal çəkic zərbəsinin səsi ilə əvəz edilir. |
Qapalı məkanlarda ifa zamanı top atəşi səsini əvəzləmək üçün bass baraban və ya qonq/tam-tam səsindən də istifadə olunur. |
Musiqi xüsusiyyətləri Əsər Pravoslav kilsəsinə məxsus “Müqəddəs xaç troparı” (həmçinin “İlahi, öz xalqını xilas et” adıyla tanınır) adlı həzin rus melodiyasının violonçel və iki alt vasitəsiylə ifası ilə başlayır. |
Bu hissə işğalın qısa zamanda bitməsi üçün dua edən rus xalqını təmsil edir. |
Daha sonra fransız ordusunun hücumunu göstərmək üçün Fransanın dövlət himni olan “Marselyeza” səslənir. |
Fransızların getdikcə Moskvaya yaxınlaşmalarını göstərən hissə “Marselyeza” və rus xalq musiqisinin rəqabəti şəklində səslənir və iki ordunun döyüşməsini göstərir. |
Bu hissədə toplardan beş dəfə atəş açılır və bu atəşlər Borodino döyüşünü göstərir. |
Bu hissədə “Marselyeza”nın melodiyası daha qabarıqlaşır və rus xalq musiqisini batırır. |
Bundan sonra gələn uzun eniş fransızların Moskvadan geri çəkilməsini təmsil edir. |
Bu hissənin sonunda əsərin başlanğıcında istifadə edilən himn melodiyası sələnir. |
Bunu duaya cavab kimi qiymətləndirmək olar. |
Uvertüranın finalında on bir top atəşi açılır və “Tanrı çarı qorusun!” melodiyası səslənir. |
Milli motivlərin anaxronizmi Uvertürada “Marselyeza” Fransa dövlət himni kimi istifadə edilsə də, 1795-ci ildə o, Napoleon Bonapart tərəfindən qadağan edilmiş və 1805-ci ildə başlayan Rusiya hücumu zamanı istifadə edilməmişdir. |
Əsər Fransa dövlət himni kimi 1879-cu ildə - uvertüranın sifarişindən bir il əvvək bərpa edilmişdir ki, bu da onun Çaykovski tərəfindən nəyə görə istifadə edilməsini izah edə bilər. |
I Napoleon rejiminin qeyri-rəsmi himni olmuş “Veillons au salut de l'Empire” mahnısı 1882-ci ilə kimi unudulmuş, “Marselyeza”nın əhəmiyyəti isə rus zadəganları arasında bilinən idi. Əsərdə “İlahi, öz xalqını xilas et” melodiyası ordunun işğalından azad olmaq haqqında duanı ifadə edir. |
Həmin himnin bir hissəsi “Bütün pravoslav xristianlara düşmənləri üzərində qələbə bəxş et” kimi tərcümə olunur. |
Bu himni əsərə əlavə etməklə Çaykovski Tanrının pravoslav ruslara fransızlar üzərində qələbə bəxş etdiyini göstərir. |
Sonradan “Marselyeza” melodiyasının güclü səslənməsi rusların sanki məğlub olduqlarını göstərir. |
Daha sonra “İlahi, öz xalqını xilas et” və “Tanrı çarı qorusun!” melodiyalarının birlikdə səslənməsi “Marselyeza”nın melodiyasını əvəz edir və bu zaman fonda zınqırovlar səslənir. |
Bu zınqırovlar Moskva kilsələrinin zənglərinə işarə edir. |
Əsərdə zənglərin istifadə edilməsi mühüm əhəmiyyət daşıyır, belə ki, pravoslav inancında kilsə zəngləri İlahi səsi kimi qəbul olunur. |
İfa praktikası Canlı ifa zamanı müasir dövrdə yaxşı öyrədilmiş hərbi personal və müasir döyüş topları istifadə edilir. |
1800-cü illərdə istifadə edilən topların isə iki dəqiqə ara ilə on altı atışı dəqiqliklə həyata keçirməsi mümkün deyildi. |
Səsyazma tarixi Əsərin məlum olan ilk orkestr səsyazması Kral Albert Holl tərəfindən Lendon Ronaldın dirijorluğu ilə top atəşləri və zınqırovlar xaric heç bir zərb alətinin iştirakı olmadan yazılmış və 1916-cı ildə “His Master’s Voice” tərəfindən 12 düymlük plastində satışa çıxarılmışdır. |
Kral Opera Orkestrı tərəfindən təxminən həmin dövrdə edilmiş səsyazmasında da atəş açılmamışdır.Antal Doratinin dirijorluğu ilə 1954-cü ildə Minneapolis Simfonik Orkestrı ilə Vest-Pointdə yazılmış və Mercury Records tərəfindən yayımlanmış səsyazmasında Nyu Heyvendəki Yel Memorial Karillonundan və ABŞ-dakı yeganə Napole... |
İlk yayım zamanı valın bir tərəfində uvertüra, digər tərəfində isə Dims Teylorun top və zınqırov səslərinin istifadəsi haqqında mətni oxuması səslənirdi. |
Sonrakı yayımlanmalarda valın bir tərəfində uvertüra və Dims Teylorun mətni, digər tərəfində isə Çaykovskinin “İtalyan kapriççiosu” səsləndirilmişdir. |
5 aprel 1958-ci ildə stereofonik səsyazma zamanı Riversayd kilsəsindəki Lora Spelman Rokfeller Memorial Karillonundan istifadə olunmuşdur. |
Bu yayımlanmada da Çaykovskinin “1812-ci il uvertürası” və “İtalyan kapriççosu” birləşdirilmiş, qeydlər isə yenidən Dims Teylor tərəfindən səsləndirilmişdir. |
Sonrakı yayımlanmalar zamanı “1812-ci il uvertürası” və Bethovenin “Vellinqtonun qələbəsi”nin London Simfonik Orkestrı və topların iştirakı ilə yazılmış səsyazması bir valda birləşdirilmişdir.Kennet Olvinin “Decca” üçün yazılmış ilk səsyazmasında top atəşi yerinə yavaşladılmış odlu silah atəşindən istifafə olunmuşdur. |
1963-cü ildə Robert Şarplz və London Festival Orkestrının ifasında yayımlanmış səsyazması sonradan “Decca” tərəfindən kvadrofon səsə uyğunlaşdırılmışdır. |
“Black Dyke Band” əsərin nəfəsli alətlər orkestrı üçün uyğunlaşdırılmış variantının səsyazmasını həyata keçirmişdir. |
Qrupun “Symphonic Brass” albomuna daxil olan bu səsyazmasında original notlarda olduğu kimi top atəşlərindən istifadə edilmişdir.1967-ci ildə “Deutsche Grammophon” üçün Herbert fon Karayanın drijorluğu, Berlin Filarmoniya Orkestrı və Don Kazakları Xorunun ifasında uvertüranın səsyazması həyata keçirilmişdir.1971-ci ild... |
Böyük Britaniya rok-zərbçisi Kozi Pouell 1979-cu ildə çıxarılmış “Over The Top” albomuna daxil olan eyni adlı mahnının sonunda uvertüranın musiqisindən istifadə edilmişdir. |
Əsərin ilk rəqəmsal səsyazması 1979-cu ildə “Telarc” üçün Sinsinnati Simfonik Orkestrı tərəfindən həyata keçirilmişdir. |
Həmçinin bu səsyazmasında XIX əsrə aid tam çaplı hərbi topların atışından istifadə edilmişdir. |
Bu səsyazması “Telarc”ın bestselleri olmaqla qısa zamanda populyarlıq qazanmış və hi-fi səsyazma metodunun sınaqlarına başlanmasına səbəb olmuşdur. |
Yalnız ən yaxşı və daha düzgün qurulmuş alətlər top atəşi səslərinin düzgün səslənməsinə imkan vermis, səsyazması isə dinləyicilərin audio texnikalarının sıradan çıxmaması üçün düzgün quraşdırmaya səsləyən xəbərdarlıqla müşayət edilmişdir.. 1989-cu ildə “Swingle Singers” qrupu əsərin a kapella versiyasını yazdırmış və ... |
Bu səsyazması bəstəkarın məzarına mümkün qədər yaxın ərazidə həyata keçirilmişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.