Search is not available for this dataset
text
stringlengths
10
518k
29 oktyabr - AFR-də Konrad Adenauer tərəfindən yeni hökumətin təşkili.
3 noyabr - SSRİ-də göyərtəsində Layka adlı it olan "Sputnik 2"-nin kosmosa çıxarılması və Laykanın ölümü.
13 dekabr - İranda baş verən zəlzələ nəticəsində 2 min adamın həlak olması.
Avropanın Atom Enerjisi birliyinin yaradılması haqqında müqavilə imzalanması.
Əfsanəvi partizan Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi.
4 yanvar - Eldar Sabiroğlu, Azərbaycanlı dövlət xadimi 25 fevral - Adnan Yalım, türk rəssamı 10 mart - Üsamə bin Laden, Əl-Qaidə təşkilatının qurucusu 25 aprel – Həmidə Ömərova, Azərbaycan aktrisası 6 iyun - Abbas Əhməd Axundi, İran siyasətçisi, nəqliyyat naziri Georgi Pırvanov, Bolqarıstanın baş naziri Yelmar Məmmədov...
1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir.
Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir.
Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi.
Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır.
1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur.
Keçirilən yer Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir.
Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir.
Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir.
Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir.
Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi.
1948-ci ildə Frankfurt Beynəlxalq Ticarət Yarmarkasının yaradılması ilə 1950-ci illərə qədər davam edən şəhərin yenidən qurulması növbəti onilliklərdə şəhər üçün artım dövrü olmasını sübut etdi.
Milli və beynəlxalq maliyyə institutlarının investisiyalar qoyması ilə 1957-ci ildə Frankfurtda ilk çoxmərtəbəli biznes binaları görünməyə başladı.İkinci müsabiqənin keçirilməsi üçün seçilmiş yer Großer Sendesaal des hessischen Rundfunks studiyası idi. Studiya Frankfurt Maynda yerləşən keçmiş televiziya studiyası və mu...
Bu Hessen Yayım kompaniyasının keçmiş qərargahı idi. Hal-hazırda bura musiqi zalı kimi istifadə edilir.
Bu ilki müsabiqədə İtaliya təmsilçisinin mahnısı 5:09 dəqiqə davam etdiyi halda, Böyük Britaniya təmsiçinin mahnısı cəmi 1:52 dəqiqə davam etmişdir.
Buna görə növbəti müsabiqələrdə mahnıların 3 dəqiqədən uzun olmaması şərti qoyulmuşdur, bu qayda hal-hazırda da mövcuddur.Əvvəlki müsabiqədən fərqli olaraq bu ilki müsabiqədə duetlərin iştirak etməsinə icazə verilmişdi.
Danimarkalı təmsilçilər Birte Vilke və Qustav Vinkler müsabiqədə çıxış edən ilk duet olub.
Öz çıxışlarının sonunda cütlük öpüşüblər, bu öpüş müsabiqə tarixindəki ən uzun müddətli öpüş olub.Bu, münsiflərin telefonla əlaqə saxladığı ilk müsabiqə idi. Həmçinin, bu müsabiqə Niderlandın qalib gəldiyi ilk müsabiqə idi. Başqa əhəmyyətli dəyişiklik münsiflərin öz ölkələrinin nümayəndələrinə səs verə bilməməsi idi.
Bu qayda da indiyə kimi mövcuddur.
İştirakçı ölkələr Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq, Niderland və İsveçrə müsabiqədə ikinci dəfə təmsil olunurdular.
Avstriya, Danimarka və Böyük Britaniya müsabiqədə debüt edirdilər.
Bu ölkələr 1956-cı ildə də təmsil olunmaq istəsələr də, müraciət etdikləri tarix təyin olunmuş vaxtdan sonra olmuşdu.
Hər çıxışda orkestra rəhbərlik edən konduktor olmalı idi. Belçika - Uili Berkinq Lüksemburq - Uili Berkinq Böyük Britaniya - Erik Robinson İtaliya - Armando Trovajoli Avstriya - Karl de Qruf Niderland - Dolf van der Linden Almaniya - Uili Berkinq Fransa - Paul Durand Danimarka - Kay Mortensen İsveçrə - Uili Berkinq Səs...
Hər bir yayımlayan kanal həmçinin müsabiqənin öz dillərində şərh edilməsi üçün müsabiqəyə şərhçi göndərmişdi.
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi Xarici keçidlər Eurovision Song Contest
1957 Formula-1 mövsümü — FİA tərəfindən təşkil edilən 8-ci Formula-1 Dünya Çempionatı.
Çempionat 13 yanvar — 8 sentyabr tarixləri arasında keçirilib və 8 mərhələdən ibarət idi. Çempionatın reqlamenti haqqında ümumi məlumat Xallar, yarışın ilk beş ən yaxşı pilotu tərəfindən qazanılır, sırasıyla 8, 6, 4, 3, 2 bal alırdılar.
Bundan əlavə, pilot yarışın ən sürətlisi üçün əlavə 1 xal toplanılırdı.
Pilotların fərdi təsnifatında, çempionatın ən yaxşı 5 yarışının nəticələri nəzərə alınır.
Yarış əsnasında bir-birlərini əvəz edən bir neçə atlı tərəfindən atılan ballar yarışda qalan sayına görə aralarına bölünür.
1957 UEFA Çempionlar Kuboku finalı ― 30 may 1957-ci ildə Çempionlar Kuboku 1956/1957 mövsümünün qalibini müəyyən etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinin Santyaqo Bernabeu stadionunda keçirilən futbol oyunu.
Matçda İspaniyanın "Real Madrid" və İtaliyanın "Fiorentina" klubları qarşılaşmışdılar.
Real Madrid" 2-ci hissədə Alfredo Di Stefano və Fransisko Xentonun vurduğu qolları sayəsində oyunda 2–0 hesabı ilə qalib gəldi.
Komandalardan birinin ev stadionunda oynadığı dörd finaldan (Çempionlar Liqası dövrünü nəzərə almaqla, 1965, 1984 və 2012 finalları) birincisi idi və həmçinin qalib gələn komandanın ev stadionunda oynadığı ilk final idi. "Real Madrid"in ilk qolu mübahisələrə səbəb oldu ki, Niderlandlı hakim Leo Horn yan xətt hakimin pe...
Finala gedən yol Real Madrid "Real Madrid" turnirə son qalib kimi qatıldı, klub son mövsümün final oyununda Paris şəhərinin Park de Prens stadionunda 4–3 heabı ilə "Reyms" klubuna qalib gəldi.
O, son çempion olduğu üçün onlar birbaşa birinci raunda keçdilər ki, bu mərhələdə Avstriya çempionu "Rapid Vyana" ilə heç-heçə etdilər.
Santyaqo Bernabeu stadionunda keçirilən ilk oyunda Alfredo Di Stefano və Ramon Marsal iki qol vuraraq, klublarına 4–2 hesablı qalibiyyət gətirdilər.
İkinci oyunda Ernst Happel het-trik edərək "Rapid"i 3 qol qabağa saldı, lakin Di Stefanonun qolu hesabı 3–1 etdi.
Oyunun ümumi hesabı 5–5 oldu.
Səfərdə vurulan qol qaydası 1965-ci ilə qədər tətbiq olunmadığı üçün Bernabeuda təkrar oyun keçirildi, hansında ki Xoseito və Raymon Kopanın qolları sayəsində "Real Madrid" 2–0 hesablı qələbə qazandı.1/4 finalda madridlilər Fransa çempionu "Nitsa" ilə qarşılaşdılar.
Xoseito və Enrike Mateosun iki qolu Madrid klubuna 3–0 hesablı qələbə bəxş etdi.
Səfərdə keçirilən oyunda Jak Fua Fransa təmsilçisinə ümid versə də, Xoseitonun daha bir qolu və Di Stefanonun iki qolu cütlüyn taleyini həll etdi; oyunun sonunda "Nitsa" oyunçusu Ferents Koçurun penalti zərbəsindən vurduğu qol yekun 6–2 hesabını təyin etdi.Yarımfinal mərhələsində "Real Madrid"in növbəti rəqibi "Mançest...
Ektor Rial və Di Stefanonun səyləri nəticəsində oyunun başlamasından bir saat sonra hesab artıq 2–0 idi; cavabında Tommi Teylor bir qolun əvəzini çıxsa da, bir dəqiqədən sonra Mateos fərqləndi.
Old Traffordun qəbul etdiyi cavab oyunda Kopa və Rial fərqlənərək "Real Madrid"ə finala vəsiqə qazandıracaq önəmli qolların müəllifləri oldular; Teylor və Bobbi Çarltonun qolları yekun 5–3 hesabını təyin etdilər.
Bu nəticə "Real Madrid"i ard-arda ikinci Avropa kuboku finalına çıxartdı.
Fiorentina" turnirə Seria A-nın 1955/1956 mövsümünün son qalib kimi qatıldı.
Klub ilkin mərhələ püşkatmasında Cənubi Mərkəzi Avropa qrupuna düşdü, lakin püşkatmadan çıxan ilk dörd komanda sırasına daxil edilmədi və birinci raunda vəsiqə qazandı.
Onun rəqibi, birinci raunda avtomatik vəsiqə qazanan digər klub İsveçin "Norrçöpinq" komandası oldu.
Artemio Françi stadionunda keçirilən ilk oyunda qonaq komanda Hari Bildin sayəsində hesabı açdı, lakin çox keçməmiş Klaudio Bizzarinin qolu oyunun yekun 1–1 hesabını təyin etdi.
İkinci oyunda Cuzepe Vircilinin yeganə qolu ümumi 2–1 hesabı ilə İtaliya təmsilçisini növbətə mərhələyə keçirtdi.İsveçrənin "Qrasshopper" klubuna qarşı keçirilən yarımfinal oyununda "Fiorentina" Armando Seqato və Romano Takkola (2) səyləri nəticəsində tez bir vaxt ərzində hesabı 3–0 etdi, lakin Rober Ballaman səfərdə o...
İkinci oyunda Julinyo fərqi bir qədər də artırsa da, Ballaman yenidən İsveçrə klubu üçün fərqi azaltdı; buna baxmayaraq Migel Montuori "Fiorentina"nın ümumlikdə beşinci qolun müəllifi oldu və beləcə hesabı 5–3 edən Branislav Vukosavleviçin qolu daha çox təsəlli rolu aldı.Fiorentinaın yarımfinalda rəqibi Yuqoslaviyanın ...
Belqradda keçirilən oyunda yeganə qol oyunun başa çatmasına 2 dəqiqə qalmış italiyalıların xeyrinə Maurilio Prini tərəfindən vuruldu.
Cavab oyunu qolsuz keçdi və cütlüyün qalibi Fiorentina olaraq Çempionlar Kuboku finalına çıxan ilk İtaliya təmsilçisi oldu.
Final 30 may 1957-ci ildə Santyaqo Bernabeu stadionunda keçirildi.
Oyunun baş hakimi Niderlandlı Leo Horn oldu.
Di Stefanonun penaltisi və Xentonun bir qolu Madrid klubuna 2-0 hesablı qələbə yaşatdı və çempion titulunu qorudu.
Bu klubun Çempionlar Kubokunda ikinci çempionluğu oldu.
Həmçinin bax UEFA Çempionlar Kuboku 1956/1957
20 yanvar - SSRİ tərəfindən Yunanıstana xəbərdarlıq edildi ki, əgər öz ərazisində NATO raketlərinin yerləşdirilməsinə razılıq verərsə, ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcəkdir.
1 fevral - Misir və Suriyanın vahid bir dövlətdə-Birləşmiş Ərəb Respublikasında birləşməsi.
Birləşmiş Ərəb Respublikasının yaradılması ilə əlaqədar Suriyada bütün siyasi partiyaların buraxılması.
İndoneziya ordusunun Sumatrada seperatçılara qarşı hərbi əməliyyatlara başlaması.
14 mart - ABŞ-də Qremmi mükafatının təsis edilməsi.
Böyük Britaniya tərəfindən Yəmənin köçəri tayfalarının aramsız yürüşlərinin qarşısının alınması üçün Ədəndə fövqəladə vəziyyətin elan edilməsi.
Kolumbiyada polis zabitləri tərəfindən uğursuzluqla nəticələnmiş dövlət çevrilişi cəhdi.
Seylonda daşqınlar, tətillər və etnik münaqişələrlə əlaqədarfövqəladə vəziyyətin elan edilməsi.
Amerikada F-4 "Fantom" qırıcı-bombardmançı təyyarənin ilk uçuşunun həyata keçirilməsi.
29 may - ADR-da ərzaq talonlarının ləğv edilməsi.
16 iyun - Macarıstanın eks-prezidenti İmre Nadın edam edilməsi.
20 iyun - İndoneziyada Hollandiyanın "Shell" heft kompaniyasının fəaliyyətinin qadağan edilməsi.
14 iyul - İraqda monarxiya rejiminin devrilməsi, İraqın respublika elan edilməsi.
17 iyul]] - Livan böhranı: Böyük Britaniya ordusunun İordaniyaya daxil olması.
avqust - Alberto Leras Kamarqonun Kolumbiya prezidenti vəzifəsinə seçilməsi.
9 avqust - Admiral Ameriku di Deuş Rodriqiş Tomaşın Portuqaliya prezidenti vəzifəsinə seçilməsi.
1 sentyabr - Özbəkistanda dünyada uran və qızıl emalı ilə məşğul olan ən iri dağ-mədən metallurgiya kombinatı olan Nəvai kombinatının istifadəyə verilməsi.
6 sentyabr - Oman sultanlığı tərəfindən Belucistan sahilindəki Qvadar limanının Pakistana verilməsi.
4 oktyabr - Fransada beşinci respublika dövrünün başlanması.
Fransanın müasir Konstitusiyasının qüvvəyə minməsi.
Qvineya Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi.
Argentinada tətil hərəkatının genişlənməsi ilə əlaqədar fövqəladə vəziyyətin elan edilməsi.
1 dekabr - Mərkəzi Afrika Respublikasının Fransada ayrılaraq öz müstəqilliyini elan etməsi.
21 dekabr - Fransada Şarl de Qollun prezident seçilməsi.
Göygöl rayonu ərazisində Eldar şamı Dövlət Təbiət Qoruğunun yaradılması.
Ağdaş rayonu ərazisində Türyançay Dövlət Təbiət Qoruğunun yaradılması.
10 yanvar – Muxtar Qasımov, Azərbaycanın Milli Qəhrəmanı 25 fevral - İradə Aşumova, Azərbaycan atıcısı 8 mart - Mahir Həmzəyev, Litva və Azərbaycan ictimai-mədəni xadimi, Azərbaycan - Litva tarixi və ədəbi əlaqələri, 1918 - 1922-ci illər dövlətlərarası münasibətlərinin tədqiqatçısı, publisist və tərcüməçi, Litva Azərba...
20 yanvar - SSRİ tərəfindən Yunanıstana xəbərdarlıq edildi ki, əgər öz ərazisində NATO raketlərinin yerləşdirilməsinə razılıq verərsə, ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcəkdir.
1 fevral - Misir və Suriyanın vahid bir dövlətdə-Birləşmiş Ərəb Respublikasında birləşməsi.
Birləşmiş Ərəb Respublikasının yaradılması ilə əlaqədar Suriyada bütün siyasi partiyaların buraxılması.
İndoneziya ordusunun Sumatrada seperatçılara qarşı hərbi əməliyyatlara başlaması.
14 mart - ABŞ-də Qremmi mükafatının təsis edilməsi.
Böyük Britaniya tərəfindən Yəmənin köçəri tayfalarının aramsız yürüşlərinin qarşısının alınması üçün Ədəndə fövqəladə vəziyyətin elan edilməsi.
Kolumbiyada polis zabitləri tərəfindən uğursuzluqla nəticələnmiş dövlət çevrilişi cəhdi.
Seylonda daşqınlar, tətillər və etnik münaqişələrlə əlaqədarfövqəladə vəziyyətin elan edilməsi.
Amerikada F-4 "Fantom" qırıcı-bombardmançı təyyarənin ilk uçuşunun həyata keçirilməsi.
29 may - ADR-da ərzaq talonlarının ləğv edilməsi.