ID
stringlengths
7
8
Metadata
stringlengths
4
319
Sentence
stringlengths
6
66.9k
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu abidələr sayəsində tarixçilər həmin dövrün ictimai-siyasi, dini-ideoloji, mədəni həyatının epizodlarını, sənətşünaslar isə xalq sənətinin bədii-estetik xüsusiyyətlərini araşdırırlar.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Memarlıq abidələri, məzar daşları, saxsı, metal, taxta və s. əşyaların üzərindəki müxtəlif formalı sənduqələr, başdaşı, sinədaşı, qoç və at fiqurlu məzar daşları, məscid, hamam, ovdan, karvansara, mədrəsə, qala divarları, istehkamlar və ictimai binalar üzərində qoyulmuş yazılı lövhələr (daş kitabələr) epiqrafikanın təd...
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Həmin abidələrin özləri, onların bədii keyfiyyətləri isə sənətşünasların araşdırma predmetidir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Mətnlərin məzmununa görə XVIII yüzilliyin kitabələrini beş qrupa bölmək mümkündür: İnşaat xarakterli (yəni tikinti tarixindən bəhs edən) kitabələr (1); mətni nisbətən geniş, lakin sayı çox az olan sənədlərin lapidar nüsxələri (2); epitafiyalarməzar daşlarına qısaca həkk olunmuş yazılar (3); dini mətnlər (4); adətən məz...
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şimal-qərb bölgələrində yaşayıb yaratmış xəttat – həkkaklar çay daşları üzərində işləmişlər.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Yerli material ustaların iş üslubuna ciddi təsir göstərmişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Epiqrafik araşdırmalar sübut edir ki, Nadir şahın apardığı amansız müharibələr, Nadirə qədərki zaman ərzində baş vermiş hərbisiyasi çəkişmələr nəticəsində «XVIII əsrin I yarısında Azərbaycanda tikinti işləri əsasən aparılmamış və bununla əlaqədar kitabələr də yazılmamışdır».170 Epiqrafik materiallar təsdiq edir ki, əsr...
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu dövrdə Ordubad, Şamaxı, Dərbənd, Quba, Bakı şəhərlərində hərbi istehkamlar, ictimai-mülki binalar inşa olunmuşdur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Kitabələrdə memarlıq obyektlərinin inşası tarixinə, onların bərpa və təmir olunması zamanına, həmin obyektlərin inşasında rolu olmuş sənətkarlara, bir çox ictimaiiqtisadi və siyasi, inzibati məsələlərə dair materiallar mövcuddur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Azərbaycanda nisbi siyasi sabitlik (xanlıqların meydana gəlməsi və təşəkkülü) bərqərar olunanadək memarlıqda canlanma müşahidə olunmamışdır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Aramsız müharibələr, xarici qoşunların müdaxilələri, feodal ara çəkişmələri memarlığı inkişaf stimulundan məhrum edirdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
XVIII əsrin II yarısında memarlıq üçün müəyyən əlverişli şərait yarandı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Azərbaycanın şimal-qərb bölgəsində və Şamaxıda bir çox sufi mürşidlərinin, ruhani alimlərin, müqəddəs hesab olunan şəxslərin məzar daşlarının aşkar olunması təsdiq edir ki, XVIII yüzillikdə ölkəmizdə «Nəqşbəndiyə», «Ələviyyə» təriqətləri geniş yayılmışdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu dövrdə xalq memarlıq ənənələri memarlıq fəaliyyətinin başlıca ünsürü idi, lakin əski zamanların monumental memarlıq ənənələri yenə də mühüm təsirini qoruyub saxlamışdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Azərbaycanda xanlıqlar dövrünün əsas cəhətlərindən biri iqamətgah və onun müvafiq istehkamı kimi saray komplekslərinin yaradılması zərurəti olmuşdur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Azərbaycan xanları başlıca şəhərlərin ətrafında və xanlıqların ərazilərində güclü müdafiə qurğuları sisteminin inşasına xüsusi diqqət yetirirdilər.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Məhəllə məscidləri bu dövrün mühüm ibadət və tədris ocaqları idi. XVIII əsrin Azərbaycan memarlığında aparıcı yeri kiçik həcmli, səkkizguşəli türbələr tuturdu.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Əsrin şəhərsalma işində iki başlıca meyl nəzərə çarpırdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Birinci meyl xanlar tərəfindən paytaxt kimi Azərbaycanın qədim şəhərlərinin seçilməsi idi. Bakı, Naxçıvan və Gəncə bunlara misal ola bilər.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
1734-cü ildə Nadir xan tərəfindən dağıdılmasına baxmayaraq, Şamaxını bu tip şəhərlərə aid etmək mümkündür.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Lakin XVIII yüzillikdə bir sıra xanlıqların mərkəzləri də meydana çıxdı, bununla bağlı şəhərsalmada mühüm tədbirlərin aparılması müşahidə edildi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şuşa və Şəki XVIII əsrin şəhərsalma fəaliyyəti üçün ən səciyyəvi olan memarlıq obyektlərinin məskənləri idi. Azərbaycan şəhərlərində memarlığın təkamülü bu zaman ərzində saray komplekslərinin inkişafından, yaşayış məntəqəsinin təbii-coğrafi mövqeyindən, müdafiə qurğularının tikilməsindən başlanmış, həmin amillərdən ası...
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şəki öz dövrü üçün yüksək dərəcədə abad olan bir şəhər idi. Şəhərin küçələrinə daş döşənmişdi, saxsı borularla çəkilmiş su kəməri əhalinin tələbatını ödəyirdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
1765-ci ilədək digər orta əsr şəhərlərindən fərqli olaraq Şəki qala divarları ilə əhatə olunmamışdır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Ona görə də düşmən hücumu zamanı şəhər əhalisi «Gələrsən-görərsən» qalasına sığınırdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şəki qalasının daxilində tikilmiş Xan sarayı XVIII əsr Azərbaycan memarlığının incilərindəndir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Sarayı «Müştaq» təxəllüsü ilə şeirlər yazmış Şəki xanı Hüseyn xan tikdirmişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Sarayda şəbəkə sənətinin bənzərsiz nümunələri vardır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Yalnız onu göstərmək kifayətdir ki, «hər kvadratmetr şəbəkə beş min bir-birinə geydirilən hissələrdən ibarətdir»172.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Saray qala içərisindədir, lakin əlavə divarlarla əhatələnmişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şəki xanları sarayının ön fasadı cənuba baxan ikimərtəbəli binadan ibarətdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Mərtəbələrin planı eynidir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bir cərgədə yerləşən üç ev bir-birindən dəhlizlə ayrılır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Mərtəbələr arasında daxili əlaqə olmamışdır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Birinci və ikinci mərtəbələr arasında daxili yolun olmaması sarayın iki hissəyə – rəsmi qonaq və şəxsi, xüsusi hissəyə ayrılması ilə aydınlaşdırılır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Sarayın birinci mərtəbəsinə yalnız kənar şəxslər daxil ola bilərdilər, «yuxarı mərtəbəyə isə xan ailəsinin üzvləri və ya onlara qulluq edən adamlar buraxılırdılar».173 Sarayın baş-cənub fasadı şəhərə tərəfdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Sarayın bütün otaqları divar rəsmləri ilə bəzədilmişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
«Saray naxışları əsasən dörd qrupa bölünür: həndəsi və bitki naxışlar, süjetli və quşların təsviri həkk olunmuş naxışlar».174 Şəki xanları 370sarayının naxışları koloritinin zənginliyi, qızılı rəngin geniş surətdə tətbiqi ilə səciyyəvidir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu saraya müxtəlif vaxtlarda naxış vurmuş rəssamlardan beşinin adı bizə məlumdur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Ustad Abbasqulu Şəki xan sarayındakı təsvir və naxışların yaradıcısı hesab olunur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Usta Qarabaği (II mərtəbə), Usta Mirzəcəfər (I mərtəbə), Usta Qurbanəli (yan otaqlar) burada fəaliyyət göstərmiş rəssamlar olmuşlar.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
«Şəki xanları sarayı Azərbaycanda tikinti işinin aşağı səviyyədə olduğu dövrdə tikilmişdir, ancaq Şəki xanları sarayı bir daha göstərir ki, keçmişin ənənələrini qoruyub saxlayan ustalar hələ bu dövrdə də yüksək sənətkarlıq nümunəsi yaratmağa qadir idilər".175 Bu saray həm rəngarənglik, həm də dekorativ – tətbiqi sənəti...
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Həmin kompleks xan ailəsi üçün nəzərdə tutulmuşdu.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu kompleksdən «Bakıxanovlar evi» adı ilə məlum olan böyük fraqmentlər qalmışdır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu dövr memarlığının diqqəti cəlb edən nümunələrindən biri Şuşa şəhər qalasıdır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Qala salınarkən təbii-coğrafi şəraitdən məharətlə istifadə olunmuşdur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şəhərin yerləşdiyi əraziyə yalnız şimal istiqamətindən yaxınlaşmaq mümkün idi. Ona görə də məhz burada güclü qala divarları ucaldılmışdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şuşa istehkamları, güclü müdafiə qurğuları, təbii – coğrafi mövqeyi sayəsində XVIII əsrin 97-ci ilinədək ələ keçirməmişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şamaxı şəhəri dağıldıqdan sonra Şamaxı xanı Mustafa öz iqamətgahını Fitdağ adlanan yeni, alınmaz bir əraziyə köçürmüşdü.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu ərazidə geniş saray kompleksi təşəkkül tapmış, inkişaf etmişdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Azərbaycan xanları inşa etdirdikləri şəhər-qalalardan əlavə müxtəlif qəsrlər də tikdirmişdilər.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Pənahəli xanın ilk iqamətgahı olmuş «Şahbulağı» qəsri bu baxımdan xüsusilə seçilirdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Qəsrlər şəhər daxilində də tikilirdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şuşadakı «Qara Böyükxanım» qəsri bu cür tikililərdən idi. Əsgəran qalası da dövrün mühüm müdafiə qurğuları, memarlıq obyektləri sırasındadır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Dini təyinatlı və memorial tikililər XVIII yüzillikdə də inşa edilmiş, əhalinin mənəviideoloji tələbatlarını ödəmişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Məhəllə məscidləri bu əsrin başlıca dini tikililəri idi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu əsrdə tikilmiş cümə məscidləri 371içərisində Şuşadakı «Gövhər ağa» və İrəvandakı «Göy məscid» seçilirdilər.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
XVIII yüzillikdə Şamaxı, Şuşa və Qazaxda səkkizbucaqlı türbələr inşa edilmişdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Maraqlı dini tikililər arasında Bakının Suraxanı kəndindəki «Atəşgah» xüsusilə fərqlənir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Abidənin əsası XVII əsrdə Hindistandan gəlmiş mühacirlər tərəfindən qoyulmuşdur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Ümumiyyətlə, «Atəşgah»ın meydana gələrək təşəkkül tapması, inkişafı prosesi XVII-XIX yüzilliklərdə baş vermişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Atəşpərəstlik məbədini və onun ətrafında olan müxtəlif tikililəri Şimali Hindistandan gəlmiş, Bakıda məskunlaşmış hind sikx icması inşa etdirmişdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Kompleksdə olan hücrələr XVIII əsrin sonlarında ümumi divarla əhatələnmişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Qapalı beşgüşə şəklində olan, karvansaranı xatırladan kompleksdə ziyarətçilərin yerləşməsi üçün 24 hücrə və otaq vardır.177 Hücrələrdən, karvansaralardan və mehrabdan ibarət olan «Atəşgah» kompleksi imkanlı hind tacirlərinin vəsaiti sayəsində XVIII əsr ərzində tikilmiş, həmin əsrdə inkişafının çiçəklənmə mərhələsini ke...
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şübhəsizdir ki, «mərkəzi məbəd tikilisi, daha doğrusu, Atəşgahın mehrabı Azərbaycanda hələ Midiya dövründə geniş yayılmış bu cür mehrabların qədim inşası ənənəsini bir növ özündə əks etdirir».179 Beləliklə, XVIII əsrin hərbi-siyasi hadisələri ölkədə memarlığın inkişafını müəyyən dərəcədə məhdudlaşdırsa da, onun təkamül...
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Lakin Azərbaycan memarlığının inkişaf potensialı tam şəkildə gerçəkləşmədi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Dekorativ-tətbiqi sənət sahələri Azərbaycan mədəniyyətinin çoxəsrlik təkamülü prosesində özünəməxsus yer tutur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
XVIII yüzillikdə də milli dekorativ-tətbiqi sənətin inkişafının başlıca ocaqları şəhərlər idi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu əsrdə hazırlanmış sənət nümunələri qədimlərdən gələn irslə üzvi surətdə bağlı olmuşdur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Xalçaçılıq bu zamanın da ən geniş yayılmış sənət sahəsi idi. Azərbaycan xalçaları bu əsrdə bir çox Şərq ölkələri xalçalarından davamlılığı, rəngi və toxunma texnikası ilə seçi372lirdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Quba xalçaları daxili və xarici bazarda xüsusilə şöhrət qazanmışdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Xalçalar həm əhalinin maddi tələbatını ödəyir, həm də onun estetik ehtiyaclarına xidmət edirdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Xalçalara ornamental (naxış) və süjet səciyyəli bəzəklər vurulurdu.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu dövrdə süjet səciyyəli xalçalar nisbətən az olmuş, «həm də xeyli qaba və sxematik bir səpgidə toxunmuşdur».180 Qarabağ, Quba, Gəncə, Şamaxı, Qazax, Təbriz, Bakı XVIII əsrdə Azərbaycan xalçaçılıq sənətinin başlıca mərkəzləri idi. Mənbələr göstərir ki, XVIII yüzillikdə Azərbaycanda xovlu xalçalarla yanaşı xeyli miqdar...
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
XVIII əsrdə Azərbaycan şəhərlərində toxunan parçaların keyfiyyəti Səfəvi dövrünə nisbətən xeyli aşağı səviyyədə idi, lakin onlar dünya ticarətində hələ də mühüm alış-veriş obyekti olaraq qalırdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Təbriz, Şamaxı, Naxçıvan, Şəki, Gəncə şəhərləri bədii parça məmulatının hazırlandığı əsas mərkəzlər idi. İpəkçilik yerli hakimlərə xeyli gəlir veridiyinə görə onlar bu sənətin inkişafına himayəçilik edirdilər.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Səyyah S.Qmelinin verdiyi məmulata görə, yalnız Məhəmməd Seyid xan Şamaxıda ipəkçiliyi bərpa etmək məqsədilə Təbrizdən 100 nəfərə yaxın ustanı dəvət etmişdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Lakin qeyd olunmalıdır ki, XVIII əsrdə toxunan müxtəlif parça növlərinin bəzək ünsürləri artıq əvvəlki dövrlərlə müqayisədə incəliyini və şairanəliyini itirmişdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu əsrdən başlayaraq ölkədə toxunan parçalarda Qərbi Avropa naxış ünsürlərinə təsadüf olunur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Həmin yüzillikdə müxtəlif məzmuna malik olan sujetli parça naxışları tamamilə sıradan çıxır, nəbati və həndəsi naxışlarla əvəz olunurdu.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Parçalar üzərində təsadüf olunan bəzəklər əsasən basma və tikmə üsulu ilə icra edilirdi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bədii tikmə sənəti bu əsrdə də xalq yaradıcılığının tərkib hissəsi idi. Tikmə növləri arasında təkəldüz, saya, güləbətin, pilək, cülmə, muncuqlu, qurama və oturtma (qondarma) xalq arasında daha çox yayılmışdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu tikmə növləri arasında yalnız biri (pilək) XVIII əsrin məhsulu hesab olunur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Pilək əsasən müxtəlif ölçülü taxta və pəncərələr üçün hazırlanmış pərdələrin üzərində 373işlənirdi (dəmir, gümüş, bürünc, qızıl parçalarından).
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
XVIII əsrdə Azərbaycanda müxtəlif metallardan məişət avadanlığı, bəzək əşyaları hazırlamaq işi geniş yayılmışdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Mənbələrdən məlum olur ki, həmin əsrdə ölkədə misgərlik daha çox inkişaf etmişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Əcnəbi səyyahların əksəriyyəti Azərbaycan şəhərlərində misgər məhəllələrinin olduğunu xüsusilə qeyd etmişdir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Şamaxı xanlığı tərkibində olmuş Lahıc yaşayış məntəqəsi əhalisinin əksəriyyəti misgərliklə məşğul olurdu.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Lahıc ustaları ən gözəl işlərini bir çox hallarda Şamaxıya gətirir, burada çalışan qravürçülərlə birlikdə başa çatdırırdılar.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Qravürçülər hazır qab-qacaqların üzərində bəzəklər açırdılar.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu zaman Şəki şəhəri də metalişləmə sənətinin mərkəzlərindən idi. Zərgərlik bu yüzillikdə xalqın sənətkarlıq fəaliyyətinin başlıca sahələrindən olmuşdur.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Qadın bəzəkləri gəzdirilməsinə və taxılmasına görə 4 qismə bölünürdü: boyun, qol, barmaq, baş libaslarına bənd olunan bəzəklər.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Zərgərlik nümunələrinin keçmiş irslə üzvi bağlılığını bu əsrdə hazırlanmış qadın və kişi kəmərləri xüsusilə əyani surətdə təsdiqləyir.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Tədqiqatlar göstərir ki əski zamanlarda kəmərlə onu gəzdirən şəxsin vəzifəsini, var-dövlətini, dini əqidəsini, milliyyətini və hətta yaşını müəyyənləşdirmək mümkün idi. XVIII əsrdə kəmər daha çox əməli səciyyə daşımışdır.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
İlk növbədə sənət əsəri olan kəməri bu dövrdə həm kişilər, həm də qadınlar taxırdılar.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Adətə əsasən qadınlar enli, kişilər isə nazik kəmərlər qurşayırdılar.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Kəmərlər fiqurlu və bəzəkli, bürünc, gümüş və ya qızıl hissələrdən hazırlanırdı.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu əsrdə Azərbaycanda ən geniş yayılmış kəmərlərdən biri «çərkəzi kəmər» idi.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
Bu kişi kəmərləri nazik meşindən hazırlanır, yanlarından ətəyə sallanan qotazları olurdu.
ZxRbPAXo
Sərlövhə:Orta əsrlərdə Azərbaycan mədəniyyəti,Müəllif:Qasımov Xeyirbəy Sabir oğlu,Nəşriyyat:Aspoliqraf,Nəşr yeri:Bakı,Nəşr ili:2008,Səhifə:448,Kateqoriya:Azərbaycan tarixi
XVIII əsrdə Azərbaycanda daşoyma sənəti xüsusi vüsətlə inkişaf etmişdi.