ID
stringlengths
7
8
Metadata
stringlengths
4
319
Sentence
stringlengths
6
66.9k
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu gö­ rüşə Heydər Əliyevin dəvəti ilə SSRİ-nin ali təhsil naziri, şəhər rəhbərləri, Moskvadakı bütün institutların rektorları, tanmmış professorlar gəlmişdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Görüşdə geniş nitq söyləyən Heydər Əliyev tələbə və aspirantlara elmlərə dərindən yiyələnməyi, Moskvanın tarix və mədəniyyət abidələri iə yaxından tanış olmağı tövsiyə edir, nitqində bildirirdi ki, təhsil almaq üçün hər il Moskvaya 270-280 nəfər göndərilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu istiqamətdə həyata keçirilən tədbirlər sonrakı illərdə də davam etdi­ rildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Minlərlə azərbaycanlı gənc ölkənin müxtəlif ali məktəblərində təhsil alaraq vətənə mütəxəssis kimi dönürdü.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Dünyanın bir sıra qabaqcıl alimlə­ rindən dərs alan bu gənclər özləri ilə Azərbaycana yeni bilik, yeni düşüncə, yeni nəfəs gətirirdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ölkənin başqa şəhərlərində, uzaq vilayətlərində oxumaları, oraların mühiti, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaları onların hərtərəfli inkişafına kömək edirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ölkənin müxtəlif yerlərində çalışan gənc mütəxəssislər respublikanı ba­ carıqla təmsil edirdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Qeyd etmək lazımdır ki, yeridilən bu siyasətdə gü­ dülən məqsədlərdən biri də azərbaycanlıları bütün ölkə ərazisinə səpələ­ yərək SSRİ-də Azərbaycan diasporunu formalaşdırmaqdan ibarət idi. Heydər Əliyev azərbaycanlıların harada yaşamalarından asılı olmayaraq əhalinin aşağı və orta deyil, yüksək təbəqəsində mövqe tutma...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
O belə hesab edirdi ki, azərbaycanlı mütəxəssislər Azərbaycanın milli sərvətidirlər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan rəhbərinin bilavasitə gərgin fəaliyyəti nəticəsində respub­ lika savadlılar diyarına çevrildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Sonralar Heydər Əliyev deyirdi: «Azərbay­ canda ən böyük nailiyyət ondan ibarətdir ki, bizdə savadsız adam yox­ dur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ölkəmizdə hansı bir kəndə, hansı bir dağ kəndinə getsəniz orada savadsız adam tapa bilməzsiniz».
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanda xalqın ümumi təhsil səviyyəsinin, mədəni səviyyəsinin yüksəlməsi XX əsrdə özünü çox bariz şəkildə göstərmişdir».
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bütün bunlar, heç şübhəsiz, Heydər Əliyevin tarixi xidməti idi. 62Azərbaycan təhsilinin in kişa f strategiyası Heydər Əliyev sonralar qeyd edirdi ki, 70 ildə ideologiyadan, ictimaisiyasi, iqtisadi sistemdən asılı olmayaraq Azərbaycan xalqının bir neçə nəsli təhsil almış, böyümüş, yüksək səviyyələrə çatmış, böyük elm və...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bunlar hamısı xalqımızın milli nailiyyətidir və indi bizim Azərbaycan respublikasının intellektual potensialını təşkil edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Onun fikrincə, mövcud təhsil sistemi Azərbaycan xalqına böyük uğurlar qazandır­ mışdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
O, xalqın tərəqqisinin mədəniyyətin və elmin inkişafdan keçdiyini bilərək bu işə xüsusi diqqət verirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
İKP MK Siyasi Bürosunun üzvü kimi Moskvada işləməyə başladıqdan sonra da Heydər Əliyev Azərbaycan təhsilinə diqqətini zəiflətməmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təhsil sahəsinə də rəhbərlik edən baş nazirin birinci müavini kimi o, Azərbaycan təhsilinə xü­ susi qayğı göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
70-80-ci illərdə ölkənin qabaqcıl məktəblərində təhsil almış azərbaycanlı gənclər sonradan Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdə cəmiyyət həyatının ən müxtəlif sferalarında çalışaraq dövlət qu­ ruculuğu işinə öz töhfələrini verməyə başladılar.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
A zərbaycanda elm in intibah dövrii Ölkəyə rəhbərlik fəaliyyətinin ilk günlərindən milli təhsilimizin ən böyük hamisinə çevrilmiş Heydər Əliyev Azərbaycan elmini də diqqət­ dən kənarda qoymamış, bu sahənin inkişafını nəzərdə tutan dəqiq, əsaslandırılmış, məqsədyönlü konsepsiya ilə çıxış etmişdir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan aliminə və elminə xüsusi qayğı göstərən Heydər Əliyev bu sahədəki fəaliyyətini də ardıcıl və sistemli şəkildə bir neçə istiqamət üzrə həyata keçirirdi: elmi-tədqiqat institutlarının və elmi işçilərin sayı­ nı artırır, Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərir, görkəmli alimlərin dövl...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan elmini, mədəniyyətini və ədəbiyyatını dərindən bilən, bö­ yük məhəbbətlə sevən, onu uca tutan və yüksək qiymətləndirən Heydər Əliyev nitqlərinin birində deyirdi: «Azərbaycan xalqının qədim mədəniyyə­ tinin, elmi təfəkkürünün kökləri onun tarixinin dərinliklərinə gedib çıxır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bir 63Hii m ey ir Əhmədov çox əsrlər boyu Azərbaycan xalqı Şərq ədəbiyyatı və incəsənətinin müxtə­ lif dövrlərin fəlsəfə və elminin ən yüksək nailiyyətlərini özündə təcəssüm etdirən zəngin, çoxcəhətli və orijinal mədəniyyət yaratmışdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ən qədim za­ manlardan burada təbabət, astronomiya, riyaziyyat, coğrafiya, tarix, fəlsəfə, ədəbiyyat, musiqi mədəniyyəti və dekorativ sənət, bədii sənətlər inkişaf etmiş, gözəl memarlıq tikililəri yaradılmışdır».
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyev Azərbaycanı ölkə elminin mərkəzlərindən birinə çevir­ mək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılma­ sına çalışır və onlara qayğı göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan Heydər Əliyevin fəaliyyəti nəticəsində Cənubi Qafqazm qabaqcıl elm mərkəzinə çevrilərək digər respublikaları xeyli geridə qoy­ muşdu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyev elmi işçilər arasında azərbaycanlıların xüsusi çəkisi­ nin artırılmasına ciddi şəkildə çalışır, bu sahədə səylər öz bəhrəsini verirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müqayisə üçün bəzi faktların sadalanması deyilənlərə aydınlıq gətirir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bundan fərqli olaraq zaman-zaman həm çarizm, həm də sovet dövründə Azərbaycana yerləşdirilmiş gəlmə xalqların nümayəndələrindən olan elmi işçilərin sayı azalmağa doğru gedirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Əlbəttə, bu proses onlarm əleyhinə si­ yasət yeridilməsi deyildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Belə vəziyyətin yaranmasının bir sıra səbəbləri var64Azə rbaycan təhsilinin inkişa f strategiyası dı: azərbaycanlılar arasında elmə və təhsilə maraq artırdı, elmi-tədqiqat insti­ tutlarında yüksək maaş verilirdi, eyni zamanda Azərbaycanda əhali sürətlə çoxalırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Belə bir şəraitdə ölkə ictimai həyatının sürətlə beynəlmiləlləşdirilməsi, həmin xalqların nümayəndələrinin Azərbaycana gəlmə olduqlarını başa düşmələri onların respublikadan getmələrinə səbəb olurdu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ruslardan olan elmi işçilərin sayı da azalmağa doğru getmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu faktlar bir daha göstərir ki, ölkədə tüğyan edən antisemitizm Heydər Əliyevin hakimiyyəti illərində Azərbay­ canda qətiyyən mövcud deyildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ölkədə bu istiqamətdə sərt siyasət ye­ ridilməsinə baxmayaraq Azərbaycanda antisemitizm təzahürü yox idi. Yə­ hudilər Azərbaycanı özlərinin doğma vətəni hesab edirdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Qeyd edildiyi kimi, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda elmi işçilərin sayı artır, alimlərin hazırlanmasına başlıca diqqət verilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu heç şübhəsiz ki, böyük uğur demək idi. Heydər Əliyev alimləri və elmi idarələrin rəhbərlərini elmin ən müasir sahələri üzrə elmi-tədqiqat işlərinin aparılmasına yönəldirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bilavasitə onun himayəsi altında Azərbaycanda elmin ən perspektivli sahələri üzrə elmi-tədqiqat işləri aparılırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təkcə 1979-cu ildə təbiət və ictimai elmlər sahəsində respublikada aparılan elmi-tədqiqatlarm 55 nəticəsi sovet elminin ən mühüm nailiyyətləri sırasında qeyd edilmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu, Azərbaycan funda­ mental elminin geniş uğurlarından xəbər verirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
1971-1980-ci illərdə Elm­ lər Akademiyası alimlərinin tədqiqatlarının istehsalata tətbiqi nəticəsində əldə edilən iqtisadi səmərə 570 milyon manatdan çox olmuş, həmin illər ərzində akademiya alimləri etdikləri müxtəlif ixtiralar üçün 1000-dən çox müəlliflik şəhadətnaməsi almışdılar ki, bu da əvvəlki 25 ildəkindən 5 dəf...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Neft kimyası və neftayırma Azərbaycan elminin aparıcı istiqamətinə çevrilmiş, bura xeyli qüvvə və maddi vəsait cəmlənmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanın neftçi-alimləri bütün ölkələrdə və dünyada məşhur idilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu sahə üzrə elmi məsələlərin müza­ kirəsi zamanı qərarlar adətən azərbaycanlı alimlərin yekun rəyindən sonra qəbul edilir, Azərbaycan alimlərinin dünyanın müxtəlif elm mərkəzlərində və universitetlərində vaxtaşırı olaraq oxuduqları mühazirələr yüksək dəyər­ ləndirilir, respublikamızda təbiətşünaslıq elmi də sürətlə in...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
1978-ci ildə Elmlər Akademiyasında həmin istiqamətlərdə işləyən güc­ lü elmi mərkəz olan Təbii Ehtiyatların Kosmik Tədqiqatı İnstitutu yaradıldı, qısa müddət keçdikdən sonra institut alimlərinin tədqiqatları bütün ölkə miqyasında mötəbər qaynaq kimi qəbul edilməyə başladı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
O dövrdə neft kimyası prosesləri, Aşqarlar kimyası, kimya texnologiya­ sının nəzəri problemləri, fizika-riyaziyyat institutları böyük tədqiqat mər­ kəzlərinə çevrilmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanlı alimlər Volqaboyu, Qərbi Sibir, Türk­ mənistan, Qazaxıstan, Belarus, Ukrayna və başqa respublikaların neft yataq­ larının işlənməsində fəal iştirak edir, ADR, Rumıniya, Əfqanıstan, Əlcəzair, Kuba, İraq və Suriyada neft yataqlarının istismarı sahəsində fəal kömək göstərirdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Onların ixtiraları ABŞ, AFR, Yaponiya, İngiltərə və İtaliyada, bütövlükdə 15 ölkədə patentlər almışdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Respublikada radiotexnüca, elektronika və elektron sənayesinin inkişaf pers­ pektivlərini nəzərə alan alimlər texniki fizika, tətbiqi riyaziyyat, kibernetika, radioelektronika sahələrində və elmin digər müasir istiqamətlərində fəaliyyət­ lərini genişləndirirdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bütün bunlarla bərabər, xalq təsərrüfatının artıq təşək­ kül tapmış, iqtisadiyyat üçün ənənəvi olan sahələrinin yenidən qurulması pro­ sesi də gedir, ekologiya sahəsində elmi-tədqiqat işlərinin aparılmasma xüsusi diqqət yetirilir, müxtəlif elm sahələrində çalışan alimlərin səyləri birləşdirilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təkcə 1981-ci ildə Azərbaycanın elmi-tədqiqat və layihə institutları ölkə üzrə 25 kompleks proqramın işlənib hazırlanmasında iştirak etmişdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyev Elmlər Akademiyasının, onun institutlarının, görkəmli alimlərin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xü­ susi önəm verirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Onun fikrincə, belə yubileylərin keçirilməsi ölkədə elmə olan marağı daha da artırır, Azərbaycan elmini və alimlərini təkcə respub­ likada deyil, ölkədə və dünyada tanıdırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
66Azərbaycan təhsilinin in kişa f strategiyası Bununla əlaqədar olaraq Heydər Əliyev ciddi qərarlar qəbul edirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
De­ yilən məsələyə dair onun həyata keçirdiyi tədbirlərin yalnız bəzilərinin xro­ noloji ardıcıllıqla izlənilməsi fəaliyyət sahəsinin aydm mənzərəsini yaradır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KÜP MK-nm 1969-cu il 30 dekabr tarixli iclasında Azərbaycan EA-nm 25 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi barədə qərar qəbul olundu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Qərara uyğun olaraq elmi konfrans və simpoziumlar keçirildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yubiley tədbirlərində ölkənin və xarici dövlətlərin müxtəlif elm ocaqlarının nümayəndələri iştirak edərək elmi nailiyyətlər haqqında fikir mübadiləsi apardılar, Azərbaycan xalqının qədim tarixi və zəngin mədəni irsi ilə tanış oldular.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının 30 illik yubileyi təntə­ nə ilə qeyd edildi, Heydər Əliyev Akademiyanın «Xalqlar dostluğu» ordeni ilə təltif edilməsi haqqında Sov.İKP MK-ya məktub yazaraq istəyinə nail oldu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Elmlər Akademiyası Nizami adına Ədəbiyyat institutunun 50 illiyi haq­ qında 1982-ci il sentyabr ayının 14-də Azərbaycan KP MK-nm qərarının qəbul edilməsi ədəbiyyat sahəsində tədqiqatların aparılmasına, ədəbi irsə, elmə verilən qiymətin və qayğının təzahürü idi. Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ilin yanvar aymda Or...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu tədbir Naxçıvanda elmə olan marağın artmasına kömək edir, elmi irsə və alimə olan qayğını göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyev Azərbaycanda kütləvi nəşrlərə, xüsusən ensiklopediya­ nın yaradılmasına xüsusi diqqət yetirirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Qeyd etmək lazımdır ki, Azərbay­ can Sovet Ensiklopediyasının yaradılması barədə hələ 1965-ci ildə Azər­ baycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul edilmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu qərara əsasən 10 cilddən ibarət ensiklopediyanın hər bir cildi 70 çap vərəqi həcmində olmalı idi. Lakin ötən müddət ərzində bu sahədə çoxlu qüsurlara və səhvlərə yol verilmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ensiklopediyanın heç bir cildi nəşrə hazırlanmamış, alimlər arasında elmi müzakirələr intriqalara çevril­ miş, xoşagəlməz mühit yaranmışdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ensiklopediyanın 1970-ci ilin sonunda hazırlanmış birinci cildi çoxlu səhvlər və qüsurlar ucbatından buraxılma­ mışdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Buna görə də Heydər Əliyev Sov.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan KP MK bürosunun 1976-cı il 10 fevral tarixli iclasında Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası və elmi-redaksiya şurası barədə qərar qəbul edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyevin səyləri sayəsində 3836 məqalə-termindən ibarət olan Azərbaycan Sovet Ensiklopediyasının birinci cildi nəşr olundu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bununla belə qeyd etmək lazımdır ki, alimlər arasında intriqaların hökm sürməsi nəticəsində birinci cild «Azərbaycan» məqaləsi olmadan nəşr edilmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Nitqlərinin birində Heydər Əliyev alimlərə irad tutaraq deyirdi ki, ara­ nızda birliyin olmaması nəticəsində ensiklopediyanın birinci cildi Azərbay­ can haqqında məqalə olmadan nəşr edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
O, Azərbaycan alimləri arasında birliyə, əməkdaşlığa, yekdilliyə çalışır və buna da əsasən nail olurdu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Hey­ dər Əliyev ensiklopediyanın sonrakı cildlərinin çapına da qayğı göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ensiklopediyanın digər cild­ lərinin çapı işi sonrakı illərdə də davam etdirildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Lakin müxtəlif elm sahə­ lərinin adamları arasında hökm sürən yersiz mübahisələr ensiklopediyanın nəşrinə mənfi təsir göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan tarixinə, Azərbaycan dilinə, mədəniyyətinə dair elmi-tədqiqatların aparılması və monoqrafiyala­ rın nəşri xeyli artırıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yeni-yeni əsərlər yazılaraq nəşr edilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbay­ can tarixi və dilçilik sahəsində yazılmış bir sıra əsərlərə dövlət mükafatları verilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
O dövrdə Bakı bütün dünyada Türkologiya elminin mərkəzinə çevril­ mişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
70-ci illərin əvvəllərində Bakıda kifayət qədər elmi sanbala malik «Türkologiya» jurnalının nəşrə başlaması böyük əzmin, fədakarlığın nəticəsi idi. «Türkologiya» jurnalının nəşrinə Kreml bir neçə dəfə etiraz etsə də, imperiya səlahiyyətliləri Heydər Əliyevin fədakarlığı qarşısında geri çəkilərək türk dünyasının birliyi...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bütün bunlar onu göstərir ki, siyasi ab-havanın imkan verdiyi məqamlardan Heydər Əliyev hər zaman milli kimlik və milli şüurun oyanışı üçün diplomatik tərzdə istifadə etməyi bacarmışdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
1926-cı ildə Bakıda keçirilən Birinci Beynəlxalq Türkoloji Qurultaydan xeyli sonra belə bir jurnalın nəşrə başlaması öləziyən türkçülüyə yeni nə­ fəsin, təkanın verilməsi məqsədini daşıyırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Türkoloji Qurultayın bütün nümayəndələrinin 37-ci ilin repressiya maşınında məhv edildiyini, volyuntarizm dövründə Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Ruhulla Axundov 68Azərbaycan təhsilinin in kişa f strategiyası kimi millətpərəst insanların bəraət aldığını, ancaq yenə də mərkəzin Azərbaycana milli məsələlərdə aman verm...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyev alimlərə Azərbaycan tarixinin müxtəlif dövrlərinin də­ rindən araşdırılmasını tövsiyə edir, tarixçilərə müraciət edərək bildirirdi ki, qədim, orta əsrlər tariximiz, həmçinin XVIII, XIX, XX əsr tariximiz istəni­ lən səviyyədə yazılmayıb.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Tarixçilərlə dəfələrlə görüşən Heydər Əliyev bu sahədə öz dərin narahatlığını ifadə edir, Azərbaycan rəhbəri söhbətlərində başqa respublikanın tarixçilərinin öz tarixlərini yaxşı yazdığını açıq şəkildə azərbaycanlı alimlərin nəzərinə çatdırır, onları da buna səsləyirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heç şüb­ həsiz, bütün bu söhbət və nəsihətlərin ciddi təsiri olur, Azərbaycan tarixinə dair dəyərli əsərlər yazılaraq nəşr edilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
H.Əliyev belə hesab edirdi ki, xalq tarixi kökünü bilməli, xatırlamalı, elm və mədəniyyətindən ayrılmamalıdır, buna görə də Azərbaycan rəhbəri tarixçilərə tarixi düzgün yazmağı, obyektiv öyrənməyi və dəqiq qiymətlən­ dirməyi tövsiyə edirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyev Azərbaycanın zəngin tarix və mədəniyyətinin dərindən araşdırılmasına, təbliğinə diqqət yetirərək qədim əlyazmaların qorunması­ na, öyrənilməsinə və tədqiqinə xüsusi diqqət yetirir, çox doğru olaraq qeyd edirdi ki, ayrı-ayrı azərbaycanlılar yaxşı tarixi tədqiqat işləri yazsalar da, başqa xalqlardan fərqli ...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ulu öndərimizin fikrincə, belə tarixşünaslığm yara­ dılması üçün mənbələrin, qədim əlyazmaların öyrənilməsi xalqın tarixinin və mədəniyyətinin dərindən tətbiq edilməsində müstəsna rol oynadığından onların qorunması vacibdir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının ən dəyərli tarixi əlyazma­ ları 30-cu illərdə kütləvi şəkildə məhv edilmiş, zərərli hesab edilərək yandı­ rılmışdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Heydər Əliyev hakimiyyətə gələnə qədər respublika Əlyazmalar Fondundakı əlyazmalar müvafiq binanın zirzəmisində bərbad halda saxlanır­ dı. Azərbaycan xalqının qədim tarixi keçmişini və mədəniyyətini özündə əks etdirən dəyərli əlyazmalar məqsədli şəkildə sıradan çıxarılırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu qiymətli mədəniyyət nümunələrinin bərpasına və qorunmasına ciddi ehtiyac vardı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Dünyanın müxtəlif arxiv və kitabxanalarında Azərbaycanın qədim tari­ xinə və mədəniyyətinə dair əlyazmalar toplanıb respublikaya gətirilmədi­ 69H üm eyir Əhmədov yindən alimlər bu qiymətli məxəzlərdən istifadə edə bilmirdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Mövcud vəziyyəti aradan qaldırmaq üçün Heydər Əliyev bir sıra mühüm qərarların qəbuluna nail oldu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
1981-ci ilin avqust ayında Azərbaycan KP MK «Azər­ baycan SSR Əlyazmalar Fondunun fəaliyyətini daha da yaxşılaşdırmaq təd­ birləri haqqında» məsələni müzakirə edərək müvafiq qərar qəbul etdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Mü­ hüm elmi və siyasi əhəmiyyət daşıyan həmin qərarda deyilirdi ki, fondda müxtəlif dillərdə 40 mindən çox nadir abidə saxlanır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan elmi, mədəniyyəti və tarixi üçün xüsusi əhəmiyyət daşıyan bu qərarın qəbul edilməsi ilə Əlyazmalar Fondu Əlyazmalar institutuna çevrildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Həmin qərarda abidələrin saxlanması üçün əlverişli şəraitin yaradılması, fondun maddi-texniki bazasının yaxşılaşdırılması, əlyazmaların axtarılıb ta­ pılaraq mühafizə edilməsi nəzərdə tutulurdu.