ID stringlengths 7 8 | Metadata stringlengths 4 319 | Sentence stringlengths 6 66.9k |
|---|---|---|
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Amma ölkədaxili siyasi sabitlikdə xarici siyasi kursun balanslaşdırılması amilinin rolu da istisna edilməməlidir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycanın xarici siyasət kursu çoxqütblü dünya prinsipi üzərində müəyyənləşib. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu prioritetlər balanslaşdırılmış xarici siyasət, regionda sülh və sabitliyin təmin olunması, bölgədə xarici ölkələrin hərbi bazalarının yer173Hii mey ir Əhmədov ləşdirilməsinin qarşısının alınması, qlobal enerji-kommunikasiya layihələri nin həyata keçirilməsi zamanı Azərbaycanın milli maraqlarının qorunması, Ermənist... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Rəsmi Bakı dünya siyasi müstəvisində tutduğu yerdən, mövqedən asılı olmayaraq Azərbayca nın müstəqil dövlətçilik idealına hörmətlə yanaşan, ölkəmizin inkişafına, mövcud problemlərimizin həllinə hər hansı formada fayda verə biləcək bütün əməkdaşlıq təşəbbüslərində iştirakı hazır olduğunu bəyan edir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Eyni zamanda bu təşəbbüslərdə iştirak o qədər yüksək diplomatik məharətlə hə yata keçirilir ki, proses kiminsə maraqlarına qarşı yönəlmir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Əksinə Azər baycan getdikcə bütün geostrateji maraqların balanslaşdığı, geopolitik çəkiş mələrin diskussiya məcrasına yönəldiyi dialoq, əməkdaşlıq məkanına çevrilir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu, son illərin nailiyyətlərini təhlil edən xarici və yerli politoloqların da qənaətidir ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən illər ərzində çoxqütblü dünyanın formalaşması konsepsiyasının heç olmasa ayrıca gö türülmüş region miqyasında özünü doğrultmasına nail olmuşdur. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu nailiy yət cəmiyyət həyatının digər əhəmiyyətli sferaları kimi Azərbaycan təhsili nin getdikcə genişlənməkdə olan beynəlxalq əlaqələrində də özünü göstərir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətləri tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqi qatlar, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulma və onların işində yaxından iştirak etməkdən ibarətdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü xarici siyasət kursunun uğurları və ölkənin təhsil sahəsində beynəlxalq əlaqələrin əsas koordinasiya mərkəzi olan Təhsil Nazirliyinin səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikası təhsil sahəsində bir sıra beynəl xalq konvensiyalara qoşulmuş, beynə... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bunun nəticəsidir ki, Azərbaycanın təhsil müəssisələri YUNESKO, YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şura sı və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil prob lemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edirlər. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrin dən biri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUS/TASİS proqramına Azərbaycan ali məktəblərinin fəal cəlb olunmasıdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | 174Azərbaycan təhsilinin in kişa f strategiyası Son illər ərzində Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində ölkəmizin 16 ali məktəbini əhatə edən 4,4 milyon avro məbləğində 21 layi hə həyata keçirilmişdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Layihə çərçivəsində tələbə mübadiləsi, mütəxəssis hazırlığı, müəllimlərin xaricdə staj keçməsinin təşkili, ali təhsil müəssisələ rinin müasir informasiya texnologiyaları və tədris avadanlıqları ilə təchiza tı üzrə tədbirlər reallaşdırılmışdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu proqramın maliyyə-texniki yardımı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət iqtisad Universiteti, Azərbaycan Respublikası Prezi denti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, o cümlədən Qərb, Xəzər, A... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Təhsil Nazirliyinin çox sıx və səmərəli əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri YUNİSEF-dir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan hökuməti ilə YUNİSEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2000-2004-cü illər arasında «Erkən uşaqlıq dövründə inkişaf və daha yaxşı valideynlik təşəbbüsü», «Fəal təlim və məktəb rəhbərliyi», «İnkişaf üçün təhsil və Uşaq Hüquqları Konvensiyası (UHK)», «Təhsil sistemində məlumatla rın və təhli... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | 'Son illərdə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən təd birlərə ildə 300 min ABŞ dolları olmaqla ümumilikdə 1,5 milyon ABŞ dolları həcmində vəsait sərf edilmişdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan hökuməti ilə YUNİSEF arasında imzalanmış Əmək daşlıq Proqramı çərçivəsində 2004-cü ilin noyabrında Təhsil Nazirliyi və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən «Fəal/interaktiv təlimin Azərbaycanda tətbiqinə dair milli siyasətin hazırlanması» mövzusunda 2 günlük konfrans keçirilmiş, «Fəal/interakt... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Təhsil Nazirliyinin rəhbərliyi Fransa, Türkiyə, Böyük Britaniya, Ru siya, İran, ABŞ və Almaniyavə digər ölkələr ilə təhsil sahəsində birbaşa əməkdaşlıq proqramı çərçivəsində həmin ölkələrdə olmuş, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutan protokollar imzalamışdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Əvvəlki fəsildə də qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının ali məktəbləri xarici ölkələr üçün kadr hazırlığı sahəsində böyük ənənə və təcrübəyə malikdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Hələ keçmiş SSRİ dövründən güclü maddi-texniki bazası və geniş potensiala malik olan respublikanın ali məktəblərində XX əsrin 70-ci illərindən başlayaraq dünyanın müxtəlif ölkələrindən minlər lə əcnəbi vətəndaş ayrı-ayrı ixtisaslar üzrə təhsil almışdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu ənənə bu gün də davam etməkdədir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Ali təhsil sistemində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, hazırda Azərbaycanın ali məktəblərində 40-a yaxın ölkədən 6,7 mindən çox əcnəbi tələbə təhsil alır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu nəticə ali təhsil müəssisələrinin madditexniki bazasının gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, ən başlıcası isə ölkə daxilində yaradılmış sabit və sağlam mühit sayəsin də əldə edilmişdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan Respublikası ali məktəblərində əcnəbi vətəndaşlar ba kalavr, magistratura və doktorantura pillələrində dövlət hesabına və ya ödənişli əsaslarla təhsil alırlar. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinə, xüsusilə ali mək təblərə əcnəbilərin şəxsi müqavilə əsasında cəlb olunması sahəsində problemlərə baxmayaraq bir sıra uğurlar da əldə edilmişdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Xarici vətən daşlarla təhsil müəssisəsi arasında imzalanan müqavilələr əsasında həy ata keçirilən belə təhsil ödənişli olduğu üçün ölkəyə xaricdən böyük həcm də valyuta vəsaitinin cəlb olunmasına zəmin yaradır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bütün bunlar ali məktəblərimizdə onilliklər boyu əldə edilmiş elmi nailiyyətlərin və təc rübənin səmərəli şəkildə istifadə olunması kimi qiymətləndirilməlidir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu gün Azərbaycanın təhsil sistemində Açıq Cəmiyyət İnstitutu - Yar dım Fondunun «Addım-addım» və «Tənqidi təfəkkürün inkişafı» texno 176Azərbaycan təhsilinin inkişaf strategiyası logiyaları, BMT-nin «Davamlı insan inkişafı», ABŞ-ın «Proyekt Harmo niya» təşkilatının, YUNESKO-nun «Assosiativ məktəblər», «Qardaş laşm... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan təhsilinin beynəlxalq əlaqələrini tənzimləmək və daha da inkişaf etdirmək üçün lazımi hüquqi baza formalaşdırılmışdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbay can Respublikası ali təhsil sahəsində təhsil sənədlərinin və elmi dərəcə lərin tanınması ilə bağlı «Avropa regionu dövlətlərində ali tədris kursla rının, ali təhsil diplomlarının və elmi dərəcələrin tanınması haqqında YUNESKO-nun 1979-cu il Paris Konvensiyası», «Asiya və Sakit Okean ölkələrində tədris kursla... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Təhsil Nazirliyi tərəfindən hazırda bir sıra beynəlxalq təşkilatlarla birgə layihə və proqramlar həyata keçirilir və gələcəkdə də davam etdi riləcəkdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | «MDB ölkələri ilə ABŞ-ın qardaşlaşmış məktəblər» layihəsi, Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində Avropa Təhsil Fondu nun Təhsil Nazirliyi ilə birgə layihəsi, Azərbaycanın təhsil müəssisələ rində ingilis dilinin tədrisi metodikasının təkmilləşdirilməsi üzrə Brita niya Şurasının Təhsil Nazirliyi ilə birgə pr... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Eyni zamanda ABŞ-ın ACCELS təşkilatı ilə birgə layihə, ABŞ-m İREX şirkəti ilə əməkdaşlıq proqramı, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən «Proyekt Harmoniya» proqramı, Almaniya Akademik Mübadilə Xidməti - DAAD ilə birgə proqram, Təhsil Nazirliyi, YUNİSEF və «Dünyaya baxış» təşkilatının xüsusi qayğıya ehti... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Təhsil Nazirliyi ilə ABŞ-ın CISCO SYSTEMS təşkilatı arasında imza lanmış anlaşma memorandumu çərçivəsində 2006-cı ildə Bakı və Sum qayıt şəhərlərində kompyuterlə təmin olunmuş 204 məktəbi internet şəbəkəsinə qoşulmuşdur. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan Asiya İnkişaf Bankının «Ümumi təhsildə informasiya və kommunikasiya texnologiyaları» Subregional Texniki Dəstək Layihəsi nin də fəal iştirakçısıdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu layihədə əsas məqsəd üzv ölkələrin (Azərbaycan, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan) təh sil sistemində İKT-nin tətbiqi imkanlarının və istifadəsinin, elektron dərsliklərin hazırlığı, məktəblərin internetə çıxışının, İKT ilə bağlı apa rılan təhsil islahatlarının vəziyyətini öyrənməkdən, bü... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Prezident ilham Əliyevin elmə diqqət və qayğısı həm də respublikanın gələcəyi baxımından vacib olan intellektual kadr potensialının formalaşdırıl ması niyyətindən irəli gəlir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan dövlətçiliyinin möhkəmləndiril məsi zərurəti nəinki yüksək peşəkarlıq və zəka, həmçinin, yüksək əxlaqi və mənəvi keyfiyyətləri, vətənpərvərliyi, Vətənə hədsiz sədaqəti ilə seçilən kadrların hazırlanmasını diktə edir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Dövlət başçısı müasir qloballaşma əsrin də dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclə rin xaricdə təhsil almasına da xüsusi əhəmiyyət verir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Kadr hazırlığı heç vaxt rəqabət qabiliyyətini itirmir, əksinə, getdikcə daha da artırır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, dünya bazarmda gedən rəqabət prosesində yalnız yüksək səviyyəli kadrlara malik olan ölkələr qalib gəlirlər. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Hazırda Qərbi Avropa, ABŞ, Yaponiya kimi ölkələrdə təhsilin yüksək səviyyədə təşkil olunması onların dünya miqya sında liderlik etmələrində əsas rol oynayır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu ölkələrin təcrübəsi göstərir ki, elm və təhsil sahəsində mövcud olan qlobal problemlərin həlli ölkənin təhlükəsizliyinin təmin olunması ilə üzvi şəkildə bağlıdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Məhz bunun nəti cəsidir ki, hazırda ölkələr və təşkilatlar arasında «beyin oğurluğu» 178Azərbaycan təhsilinin in kişa f strategiyası genişlənir, inkişaf etmiş ölkələr ali məktəbi yüksək səviyyədə bitirmiş kadr ları müxtəlif üsul və vasitələrlə öz ölkələrinə cəlb edirlər. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | İxtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın forma laşmasına qoyulan investisiya sayılır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Başqa formada bu, insana kapital qoyu luşu da adlandırılır və belə investisiyalar insan kapitalı yaradır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstun olmağın həlledici amili hesab olunur. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | İnsana kapital qoyuluşu - insanların mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyadır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Dünya təcrübəsində insana kapital qoyuluşu ən çox gəlir gətirən investisiya hesab olunur. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | İnsan kapitalı - cəmiyyətə məxsus olan keyfiyyətlərin insana təsirinin məhsulu kimi təsvir edilir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Belə təsirlərin səviyyəsi onu xarakterizə edən dəyərlər toplusu ilə müəyyənləşdirilir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Cə miyyətin sivillik meyarı nə dərəcədə yüksək olsa, onun insanlara təsiri daha məhsuldar, insan kapitalı daha dəyərli olar. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Hər hansı kapital kimi insan kapitalı da öz inkişafı üçün həm dövlət tərəfindən, həm də onu işə götürən sahibkar tərəfindən daim investisiya qoyuluşu tələb edir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Yüksək səviyyədə hazırlanmış kadr potensialı, elmi-texniki, sosial-iqti sadi inkişafda əhəmiyyətli rol oynayır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Nəzərə almaq lazımdır ki, ixtisaslı kadrların əməyi intellektual əmək hesab olunur, intellektual əmək işçisi isə hər hansı müəssisə və ya təşkilatın ən vacib və dəyərli resursları sayılır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Çünki intellektual əmək və ya ixtisaslı kadrların əməyi, onların bilik və bacarığı başlıca istehsal resursu kimi meydana çıxır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Ona görə də müasir dövrdə yeni iqtisadi anlayış «bilik iqtisadiyyatı» və ya «biliklərə əsaslanan iqtisadiyyat» anlayışları meydana gəlmişdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Buna əsaslanaraq məşhur iqti sadçı alim D.Bell qeyd edir ki, «Gələcəkdə əhalinin yüksək sosial təbəqə lərə aid olan və aid olmayan hissələrə bölünməsi onların maddi vəziy yətləri ilə deyil, yeni biliklər yaratmaq iqtidarında olan intellektual po tensialı - bilik daşıyıcıları ilə müəyyənləşəcəkdir». |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Müasir bazar iqtisadiyyatı şəraitində təhsilin keyfiyyətini artırmaqla dövlətin iqtisadi və mənəvi dəyərlərinin qorunmasına, inkişaf etdirilməsinə, respublikamızda əmək qabiliyyətli əhalinin tam və səmərəli məşğulluğunun təminatına nail olmaq olar. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bunun üçün, ilk növbədə, respublika vətəndaşla rının ümumi inkişaf səviyyəsinin, intellektual potensialının, peşə ixtisas dərəcəsinin və təhsil səviyyəsinin artırılması vacibdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Çünki hər bir insanın mütəxəssis kimi yetişdirilməsi, formalaşdırılması və cəmiyyətdə rolunun artırılmasına qısa vaxta nail olmaq mümkün deyil. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Buna görə də yüksək hə 179H üm eyir Əhmədov yat səviyyəsinə nail olmaq üçün hər kəsin təhsilin yüksək pillələrində təhsil almasına münbit şərait yaradılmalıdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu reallıqları nəzərə alan Prezident ilham Əliyev test imtahanlarında yük sək bal toplamış magistr tələbələrin xaricdə təhsil almasına maliyyə vəsaiti ayrılması üçün ARDNŞ rəhbərliyinə göstəriş vermişdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bunda məqsəd, şüb həsiz, bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan üçün yüksək səviyyəli kadrların hazırlanmasıdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il ta rixli «Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında» sərəncamı isə bu sahədə həyata keçirilən dövlət siya sətində ardıcıllığının və sistemliliyin təmin olunması baxımmdan təqdirəlayiq dir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Sərəncamda göstərilir İd, XX əsrin 70-80-ci illərində minlərlə Azərbay can gənci respublikadan kənarda yerləşən nüfuzlu ali məktəblərdə müxtəlif ixtisaslar üzrə təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini vermişlər. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə göndərilmə siyasəti formalaşmağa başlamışdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Hazırda azər baycanlı tələbələr həm dövlət, həm də müxtəlif fondlar hesabına bir sıra döv lətlərin nüfuzlu ali məktəblərində yüksək təhsil alırlar. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu proqramın həyata keçirilməsi nəticəsində Azərbaycanda insan kapitalının formalaşması prosesi daha da sürətlənəcəkdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | 2006-cı ilin 9 aymm yekunları ilə bağlı Nazirlər Kabinetində keçirilən müşavirədə Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırmışdır: «Bizim indi nadir imkanlarımız var... Böyük valyuta axını gözlənilir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Biz bunu hansı sahələrə yönəltməli yik?! |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | İlk növbədə, təhsilə, səhiyyəyə, sosial sahəyə, bir də mənfəət gətirən sahələrə. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Təhsil bu sahədə birinci yerdə dayanan istiqamətdir... Mən bu yaxınlarda gənclərimizin xaricdə təhsil alması üçün sərəncam imzalamı şam. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Əminəm ki, geniş proqram hazırlanacaqdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Bu, Azərbaycanın intel lektual potensialını daha da gücləndirəcəkdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Çünki bizim gənclərimiz dünyanın ən tanınmış, mötəbər təhsil ocaqlarında təhsil almalı, öz biliklərini artırmalıdırlar. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycanda al dığı təhsili xaricdə təkmilləşdirməlidirlər. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Əminəm ki, bir neçə ildən sonra Azərbaycanın hərtərəfli inkişafında rol oynayan insanlar çoxalacaqdır». |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün respublikamızda həyata keçirilən genişmiqyaslı islahatların qayəsində məhz 180Azərbaycan təhsilinin inkişaf strategiyası insan faktoru dayanır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Dövlət başçısı ölkənin gələcəyini zəngin maddi sərvət lərdə deyil, haqlı olaraq məhz insan kapitalının formalaşmasında görür və bu da cənab İlham Əliyevin dünyadakı müasir inkişaf mey illərini düzgün qiymətləndirməsindən xəbər verir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Həyata keçirilən tədbirlər deməyə əsas verir ki, respublikamız yaxm gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnolo giyaları, elm tutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün şəraitin yaxşılaşdırıl masına dair müvafiq sərəncam imzalayan Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin ən ucqar guşəsində adi bir kəndli ailəsində böyüyüb yaxşı qiymətlərlə ali məktəbə qəbul olunan hər bir gənc dünyanın istənilən ölkəsində, istə... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Onlar dünyanın sivil ölkələrinin pedaqoqlarmdan, alimlərindən, mütəxəssislərindən dərs alaraq yüksək səviyyəli kadr kimi vətənə dönəcəklər. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Beləliklə, bir neçə ildən sonra ölkənin mütəxəssis mühiti tamamilə yeniləşəcək, bütün sahə lərdə peşəkarlar çalışacaq, ictimai-siyasi həyatda fəallıq artacaqdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Elm-təhsil sahəsində mövcud olan problemlərin həlli təbii ki, ilk növbə də bu sahədə fəaliyyət göstərən mütəxəssislərin sosial vəziyyətinin yaxşı laşdırılmasından keçir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Cənab İlham Əliyevin dövlət rəhbərliyinə gəlişindən sonra bu istiqamətdə də əsaslı addımlar atılmışdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | «Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında» Azərbaycan Respub likası Prezidentinin 16 aprel 2004-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəsissələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və e... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | 2004-cü il aprel ayının 19-da isə Prezident İlham Əliyev elmin və təhsilin inkişafına xidmət edən daha bir mühüm sənədə imza atmış, dövlət başçısı nın «Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında» sərən camı yetişməkd... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Dövlət başçısının digər bir sərəncamı ilə 25 cildlik Milli En siklopediyanın hazırlanması prosesinə başlanılmışdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | 2005-ci ilin sentyabr ayından isə tələbə və aspirantların təqaüdü təxminən 10 dəfə artırılmış, bu illər ərzində təhsil işçilərinin əmək haqlarında da ardıcıl artımlar baş vermiş, ömrünü gənc nəslin maariflənməsinə sərf etmiş müəllimlərimizin, elm sahə sində çalışan insanlarımızın sosial problemləri həllini tapmış, onl... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Elm və təhsilin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artması da bu sahənin Azərbaycanın ümumi inkişafı və dövlət siyasəti ilə ayrılmaz vəhdət təşkil etdiyini deməyə ciddi əsaslar verir. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | İnvestisiya xərclərinə 20 faizədək çox vəsait nəzərdə tutulmuş, aspirant ların və tələbələrin təqaüdləri 2,5 dəfə, minimum əmək haqqının qaldı rılması ilə əlaqədar 320 mindən artıq təhsil işçisinin əmək haqqı orta hesabla 50 faiz artırılmışdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdır maq, təhsil müəssisələrində təhsilin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək müva fiq tədbirlərin görülməsini təmin etmək məqsədi ilə dövlət başçısı 30 may 2005-ci il tarixdə «Azərbaycan Respublikasın... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Müqəddəs elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi ilə əlaqədar dövlət başçısının xüsusi sərəncamlar imzalaması və görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adların və Prezident təqaüdünün verilməsi cənab ilham Əliyevin bu sahəyə yüksək qa... |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Milli Elmlər Akademiyasının 60 illik yubiley mərasimində çıxış edən dövlət başçısı ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ənənələrinə sadiq qalacağını bir daha bəyan etmişdir: «Elmlər Akademiyasının maddi-texni ki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Biz gərək bu maddi-texniki bazam möhkəmləndirək. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Akademiyanın nəz182Azərbaycan təhsilinin in kişa f strategiyası dində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək gös tərək. |
ZYCf1nd9 | Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil | Əlbəttə, akademiya sistemində çalışan insanların maaşları, əmək haqları qaldırılmalıdır və biz bunu edəcəyik». |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.