ID
stringlengths
7
8
Metadata
stringlengths
4
319
Sentence
stringlengths
6
66.9k
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Cəmiyyətin informasiyalaşması, demokratik­ ləşməsi, cəmiyyətdə təhsilin rolunun artması, Azərbaycan Respublikası­ nın Avropa və dünya təhsil məkanına inteqrasiyası, Bolonya prosesinə qoşulması bütövlükdə təhsil sistemində, o cümlədən fasiləsiz pedaqoji təh­ sil sistemində əsaslı islahatların aparılması zərurətini yarad...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Aydındır ki, bütövlükdə təhsil sistemində aparılan islahatların keyfiyyəti və səmərəliliyi ilk növbədə pedaqoji kadr hazırlığı sferasında aparılan islahatlarla əlaqədardır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Cunki son nəticədə bütün təhsil sistemi­ nin və onun ayrı-ayrı sahələrinin inkişafı və səmərəliliyi pedaqoji kadr­ ların fəaliyyəti ilə təmin olunur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müasir dövrdə müəllimin peşəkarlığına və fəaliyyətinə qoyulan tələblər Müasir dövrdə müəllim əxlaq i cəhətdən inkişaf etmiş, yaradıcı şəxsiy­ yət olmalı, refleksiya qabiliyyətinə, peşə vərdişlərinə, pedaqoji ustalığa 552Azərbaycan təhsilinin in kişa f strategiyası malik olmalı və yenilikçiliyə meyilli olmalıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müəllim təhsilin əhəmiy­ yətini dərk etməli, mədəni olmalı, öz fənnini, pedaqogika və psixologiyanı gözəl bilməli, şəxsiyyətyönümlü pedaqoji üsullardan istifadə etməli, öz intellektual səviyyəsini daim inkişaf etdirmək üçün çalışmalıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təcrübəli müəllim öz fənnini bilməklə yanaşı, pedaqoji prosesdə hər bir iştirakçının yerini görməli, şagirdlərin fəaliyyətini təşkil etməli, onun nəticələrini qiy­ mətləndirməli, düzəlişlər etməyi bacarmalıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müəllimin bacarığı aşağı­ dakı amillərlə təyin olunur: metodoloji (pedaqoji-psixoloji) bacarıqlar; ümumi mədəni səviyyəni əks etdirən bacarıqlar; fənyönümlü bacarıqlar.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müəllim yeııilikçi, yaradıcı düşüncəyə malik olmalıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji fəaliyyətin yaradıcı istiqamətlənməsi müəllimdən aşağıdakıları tələb edir: - öz imkanlarını obyektiv qiymətləndirmək, öz sənəti üçün əhəmiy­ yətli olan zəif və güclü cəhətlərini müəyyən edə bilmək (özünüidarə, özüniiqiymətləndirmə, emosionallıq, kommunikativ, didaktik qabiliyyətlər və s.); - intellektual fəali...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müəllimlər yeni, mürəkkəb, müxtəlif və qeyri-miiəyyəıı sosial-iqtisadi şəraitdə həyatın yeni bünövrəsinin qurulması sahəsində xüsusi rolu olan insanlardır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Onlar yeni fərdilikləri və xüsusiyyətləri, yeni texnologiyaları və sistemləri nəzərə almalı, öyrənənlərə yeni bilik və bacarıqların əldə edilmə­ sində, yeni cəmiyyətin tələblərinə uyğunlaşmaqda və fasiləsiz təhsil almaq­ da kömək etməlidirlər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Hazırda öyrənənlərin sosial və emosional dəstəklə əhatə edilməsi, fasiləsiz təhsil üçün əlverişli mühitin yaradılması, həmçinin öyrənənlərin müxtəlif mədəni mühitlərdə fəaliyyətə hazırlanması prioritet məsələdir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müəllimlər təhsilin hamı üçün əlçatan olmasının təmin edilmə­ sinə, həmçinin yaş, bacarıq, mədəni, dil, cins, coğrafi və sosial-iqtisadi fərq­ lər üzündən yaranmış məhdudiyyətlərin aradan qaldırılmasına çalışmalıdırlar.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müəllimlərin işi gündən-günə cəmiyyətin fəaliyyəti ilə sıx şəkildə bir­ ləşir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təhsilin müasirləşməsi şəraitində müəllimin ənənəvi funksiyaları ilə 553Hiimeyir Əlımədov (təlim, tərbiyə, inkişafa kömək, təlim nəticələrinin qiymətləndirilməsi, valideynlərlə iş və s.) yanaşı, həm məzmun cəhətdən, həm də prosesin təşkili baxımından təhsilin və sosial-mədəni mühitin proqnozlaşdırılması, layihələndiril...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
İdarəçilik, iqtisadi, hüquqi, sosial, ekoloji və s. fəaliyyətlə əlaqədar olaraq müasir şəraitdə kommunikativ funksiyalara (sosial dialoq aparmaq bacarığı, sosial tərəfdaşlığın təmin edilməsi və s.) tələbat artır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ona görə də əsrin tələblərinə cavab vermək üçün müəllim öz fəaliyyətini sinif otağı ilə məh­ dudlaşdırmamalıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Hər bir müəllim tədrisin müxtəlif tərəflərini dərk etməli, təhsil siste­ minin digər iştirakçıları ilə anlaşma əldə etməli, pedaqoji peşənin çalarlarını nəzərə almalı və peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinə çalışmalıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Eyni zamanda biliklərin həcminin daim artması ilə xarak­ terizə olunan informasiya cəmiyyətinə keçid müəllimdən müstəqil elmitədqiqat işi aparmaq bacarığı tələb edir, onun peşə motivasiyasının əhə­ miyyəti artır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sahəsində mövcud olan problemlər Konsepsiyanın yaradılmasının zəruri səbəblərindən biri də Azər­ baycanda müəllim hazırlığı sistemində mövcud vəziyyətin tənqidi təhlili zamanı aşkar edilən problemlər və nöqsanlardır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Daha çox aktual olan ümumi problemlər aşağıdakılardır: - pedaqoji təhsilin nüfuzunun və müəllimin sosial statusunun aşağı düşməsi; - fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı Konsepsiyasının olma­ ması; - pedaqoji təhsilin keyfiyyətinin diaqnostikası üçün elmi və elmimetodiki əsasların işlənilməməsi; - pedaqoji ka...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının beynəlxalq inkişaf tendensiyaları XX əsrin sonlarında və XXI əsrin əvvəllərində inkişaf etmiş qabaqcıl dünya ölkələrində fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının aşağı­ dakı inkişaf tendensiyaları müşahidə edilir: -pedaqoji təhsil sistemində əmək haqqının artır...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin mahiyyəti Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı təhsil sferası-nm prioritet və vahid sistem, şəbəkə şəklində fəaliyyət göstərən sahəsidir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu sistem: - müəllimin müxtəlif peşə məsələlərini müstəqil və yaradıcı şəkildə həll etməsinə, pedaqoji fəaliyyətin şəxsi və ictimai əhəmiyyətini dərk etməsinə, onun nəticələrinə görə məsuliyyət daşımasına imkan verən şəxsiyyətin peşə səriştəliyinin formalaşmasını təmin edir; - cəmiyyətin sosial stabilliyini və inkişafı...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanda pedaqoji təhsil və müəllim hazırlığı sistemi: - varislik prinsipinə malik olan orta, orta ixtisas, ali, diplomdan sonra­ kı və əlavə pedaqoji təhsili əhatə edən peşə təhsili proqramları top­ lusunu; - bir-biri ilə qarşılıqlı əlaqədə olan orta, orta ixtisas, ali, diplomdan sonrakı və əlavə pedaqoji təhsili ...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bütün bu keyfiyyətlər pedaqoji təhsil və müəllim hazırlığı sisteminin fasiləsizliyini təmin edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müasir fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemi açıqlığı, şəffaflığı, çoxpilləliyi, çoxfunksiyalılığı, çevikliyi və dinamikliyi ilə xarak­ terizə olunur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsilə insanın inkişafının ümumi ictimai forması və bir-biri ilə qarşılıqlı əlaqədə olan təlim, tərbiyə və insan şüurunun inkişafı kimi üç prosesi əhatə edən bir sistem kimi baxılır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təlim prosesində bu və ya digər fəaliyyətin mahiyyəti və həyata keçirilmə yolları öyrənilir, tər­ biyə prosesində insan bir şəxsiyyət kimi formalaşır, şüurun inkişafı isə onun uzun illər ərzində bəşəriyyətin əldə etdiyi maddi, mənəvi və mədəni dəyərlərə yiyələnməsi kimi başa düşülür.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
__ • Fasiləsiz təhsil dedikdə şəxsiyyətin inkişafının, təhsil prosesinin, təhsil xidmətlərinin və təhsilin təşkilinin fasiləsizliyi nəzərdə tutulur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz təhsilin əsasını insanın bütün ömrü boyu inkişaf prosesi, onun təhsil məkanında hərtərəfli hərəkəti və bu hərəkət üçün optimal şəraitin yaradılması təşkil edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsizliyin mənası şəxsiyyətin qabiliyyətinin və tələbatının inkişafından, hər bir adama şəxsi təhsil almaq imkanı verilmə­ sindən və təhsil funksiyalarının tam həyata keçirilməsindən ibarətdir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemi dövlət, ictimai və digər təhsil müəssisələri şəbəkəsi, həmçinin özünütəhsil vasitəsi ilə müəl­ limin fəaliyyət və şüurunun inkişaf yollarını, üsul və vasitələr toplusunu əhatə edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz təhsil sistemi peşəkarlığın inkişafının müstəqil, icti­ mai və dövlət formalarını özündə birləşdirir və pedaqoji təhsilə qoyulan 559Hiimevir Əhmədov standartların ödənilməsi üçün vahid məqsədə yönəlməsi ilə xarakterizə olunur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu standartlar müəllimin şüurunun, şəxsiyyətinin və fəaliyyətinin inkişaf səviyyəsinə qoyulan tələbləri müəyyən edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının əsas dəyərləri Təhsilə şəxsiyyətin, şüurun və fəaliyyətin inkişafının üsul və vasitəsi kimi baxdıqda, fasiləsiz pedaqoji təhsilin və müəllim hazırlığının əsas dəyəri peşə fəaliyyətinin subyekti kimi müəllimin inkişafı üçün mühitin yaradılması ilə təyin olunur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji peşə fəaliyyəti həmişə sosial əhəmiyyətə, sosial statusa və sosial təşkilat üsullarına malik olan ictimai fəaliyyətdir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bununla əlaqədar olaraq təhsilin komponentləri kimi çıxış edən təlimin, tərbiyənin və şüu­ run inkişafının mahiyyəti dəqiqləşdirilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji təhsil xüsusi formalı sosial həyatın subyekti kimi müəllimin şüu­ runun, fəaliyyətinin və şəxsiyyətinin inkişaf formasıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Eyni zamanda o, mədəni dəyərlərin əldə edilməsi və ötürülməsi üçün müəllimin qabiliyyəti­ nin, yeni sosial-iqtisadi şəraitdə fəaliyyətinin, vətəndaşlıq keyfiyyətlərinin inkişaf etdirilməsi formasıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bütün bu dəyərlər fasiləsiz pedaqoji təhsilin əsas prinsiplərini, məzmununu, texnologiyasını və strukturunu müəyyən edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının əsas prinsipləri Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının məzmunu təhsil sahə­ sində dövlət siyasətini və təhsil sisteminin islahatını təyin edən humanist­ lik, demokratiklik, bərabər şərait, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik və fasiləsizlik m...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
- variativlik və çeviklik prinsipi: bu prinsip zəruri olan baza fənlərinin, ixtisas fənlərinin, seçmə fənlərin, əlavə fənlərin və təlim üsullarının bir-biri ilə çevik əlaqələndirilməsi deməkdir; fasiləsiz pedaqoji təhsil sistemində təlim prosesinin məzmunu və texnologiyası şəxsiyyətə dinamik dəyişən dünyada özünün şəxs...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının məzmunu və texno­ logiyası Fasiləsiz pedaqoji təhsilin və müəllim hazırlığının prinsiplərinin və dəyər əlamətlərinin reallaşdırılması bir tərəfdən təhsil prosesinin və onun məzmununun diferensiallaşdırılmasmı, digər tərəfdən isə əsas diqqətin gələcək müəllimin peşə baxı...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu baxımdan vahid fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemi birbiri ilə qarşılıqlı əlaqədə olan beş mərhələdən ibarətdir: - peşə baxımından müəllimin özünütəyini (öz gələcək müqəddəratını təyin etməsi); - özünütəşkil; - elmi-pedaqoji təşəkkül; - elmi-pedaqoji cəhətdən özünütəkmilləşdirmə; - pedaqoji yenili...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Birinci mərhələ nəticəsində təhsil alan artıq özünü pedaqoji fəaliy­ yətin subyekti kimi dərk edir, bu fəaliyyətin həyata keçirilməsi üçün özünü hazırlayır və pedaqoji praktikanın ən sadə modeli və ya real forması ilə tanış olur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
562Azərbaycan təhsilinin inkişaf strategiyası İkinci mərhələdə təhsil alan pedaqoji əmək mədəniyyəti və onun özünütəşkili sferasına daxil olur, əldə etdiyi bilikləri tətbiq etməklə özünün pedaqoji-peşə fəaliyyətini layihələndirmək, həyata keçirmək və təkmil­ ləşdirmək üçün qabiliyyətlərini inkişaf etdirir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Nəticədə subyekt özünü növbəti təhsil mərhələsi üçün hazırlanmış peşəkar müəllim kimi hiss edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Üçüncü mərhələdə subyektin elmi-pedaqoji fəaliyyət üçün pedaqoji qabiliyyəti inkişaf etdirilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Dördüncü mərhələdə yeni biliklərin alınması və onların əsasında pedaqoji fəaliyyətin modelləşdirilməsi, konkret pedaqoji texnologiyaların və üsulların yaradılma prosesinin və həyata keçirilməsinin konseptual təsviri üçün qabiliyyətlər formalaşdırılır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Beşinci mərhələdə isə müəllimin təhsil sahəsində yenilikçi fəaliyyəti­ nin layihələndirilməsi və həyata keçirilməsi üçün qabiliyyəti inkişaf etdirilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsilin həyata keçirilməsi prosesində təhsil alanın sosial həyatın subyekti kimi özünü inkişaf etdirməsi üçün şəraitin yaradıl­ ması təhsil prosesinin xarakterinin dəyişdirilməsini tələb edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu prosesin bütün mərhələlərində problemin və ya hər hansı bir məsələnin kollektiv həlli üçün vərdişlər, öz fikrindən daşınaraq dialoqa girmək və başqaları­ nın fikri ilə razılaşmaq bacarıqları əldə edilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ona görə fasiləsiz pedaqoji təhsil prosesində subyektin sosial şəxsiyyət kimi inkişaf etdirilməsi üçün təlimin kollektiv formalarından istifadə edilir, təhsil alanın təhsil pros­ esinin digər subyektləri ilə qarşılıqlı münasibətlərinin özünütəhlili üçün şərait yaradılır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təhsil prosesinin texnologiyasına təlim prosesində sosial qarşılıqlı təsir mədəniyyətinin əks etdirilməsi daxil edilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bununla yanaşı, elə şərait yaradılır ki, real pedaqoji təcrübə zamanı subyekt özünü konkret # sosial sifarişi (məktəbin, şəhərin, ölkənin və s) yerinə yetirən bir şəxs kimi hiss edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Belə bir şəraitin yaradılması baza pedaqoji təhsil prosesində təh­ sil alanın özünü sosial əhəmiyyətli və sosial məsuliyyətli bir şəxs kimi hiss etməsinə, cəmiyyətin dinamik sosial-iqtisadi həyat şəraitinə uyğunlaşması üçün müəyyən qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının pillələri və quruluşu Fasiləsiz pedaqoji təhsil sistemi özündə beş pilləni birləşdirir: - peşə təhsilinə qədərki pedaqoji təhsil; - pedaqoji baza - peşə təhsili; - ali təhsildən sonrakı pedaqoji təhsil; 563Hiimeyir Əhmədov - əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsi...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil sisteminin məzmunca vahidliyi təhsil pro­ qramlarının və texnologiyalarının varisliyi, müəyyən qabiliyyətlərin inki­ şaf etdirilməsi, müvafiq təhsil standartlarının ödənilməsi kimi prosesləri özündə cəmləşdirir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Sistemin quruluşca vahidliyi isə regional təhsil məka­ nının yaradılması ilə əldə edilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu məkanın ayrı-ayrı struktur vahidləri müəllimin hazırlanmasını, ixtisasının artırılmasını, təkmilləşməsini, yeni­ dən hazırlanmasını, sosial uyğunlaşmasını və peşəkarlıq baxımından özünütəsdiqini təmin edən müxtəlif növlü təhsil müəssisələridir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Peşə təhsilinə qədərki pedaqoji təlısil Peşə təhsilinə qədərki pedaqoji təhsilin məqsədi gələcək müəllimin pe­ şə fəaliyyəti və pedaqoji təhsil üzrə öz müqəddəratını təyin etməsi üçün əsaslar yaratmaqdan ibarətdir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Uyğun olaraq bu mərhələdə aşağıdakı vəzifələr müəyyən edilir: - təlim prosesində elə şərait yaradılır ki, gələcək müəllim pedaqoji fəaliyyət barədə ümumi təsəvvür əldə etsin, özünün istinad etdiyi də­ lillərə, qabiliyyətlərinə və fərdi psixo-Fıziki keyfiyyətlərinə uyğun olaraq, özünü fasiləsiz pedaqoji təhsil sistemini...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Peşə təhsilinə qədərki təhsil müxtəlif təhsil strukturları və təhsil for­ maları ilə əldə edilə bilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Məsələn, bu məqsədlə pedaqoji yöniimlü siniflər, liseylər, fakültələr, məktəblər, hazırlıq kursları, hazırlıq şöbələri və s. yaradıla bilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Belə struktur bölmələrin ali təhsil müəssisələrinin (universitetlərin) özləri tərəfindən də yaradılması mümkündür.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Alternativ variant olaraq aşağı­ dakı tədbirlər həyata keçirilə bilər: - pedaqoji ali və ya orta-ixtisas təhsil müəssisələrində peşəyönümii üzrə məsləhətçi kadrların hazırlanması; - orta ümumtəhsil məktəblərində peşəyöniimü üzrə məsləhətçi vəzi­ fələrinin təsis edilməsi; belə məsləhətçilər şagirdləri müxtəlif peşə növl...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji baza-peşə təhsili Pedaqoji baza-peşə təhsilinin əsas məqsədi məzunu müs-təqil peşə və elmi-pedaqoji fəaliyyətə hazırlamaqdan ibarətdir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu pillənin əsas vəzifələri aşağıdakılardır: - subyektin ümumi və pedaqoji mədəniyyət əldə etməsi, təhsil sfera­ sında tədqiqatlar aparması üçün qabiliyyətlərin formalaşdırılması məqsədi ilə prosesin kompleks (təşkilati-pedaqoji, elmi-metodiki, informativ və s.) fəaliyyətinin təmin edilməsi; - təlim alanın pedaqoji təc...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
565Hii mey ir Əhmədov Pedaqoji baza-peşə təhsili pilləsində aşağıdakıların müəyyənləşdiril­ məsi ilə əlaqədar məsələlər həll edilir: - öz vəzifələrini yerinə yetirmək iiçün gələcək müəllim hansı bilik və bacarıqları əldə etməlidir; - bu bilik və bacarıqları peşə fəaliyyətində necə tətbiq etməlidir; - bilik və bacarıqla...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yüksək keyfiyyətin təmin edilməsi peşə hazırlığının bu iiç aspektinin qarşılıqlı əlaqəsi və vəhdəti ilə bağlıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji baza-peşə təhsili pilləsində əsas məqsədə nail olunması üçün təhsil proqramlarına aşağıdakı fənlər bloku daxil edilir: - ümumi mədəni səviyyəni formalaşdıran fənlər; - bir və ya bir neçə (qoşa ixtisaslar üzrə) ixtisas fənləri; - praktiki müəllim hazırlığını təmin edən fənlər (bu bloka pedaqojipsixoloji fənlər,...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Praktiki müəllim hazırlığını təmin edən fənlər bloku tədris təcrübəsi də daxil olmaqla, iimumitədris müddətinin ən azı 40 faizini əhatə edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Tədris təcrübəsi 18 həftədən az olmayaraq təşkil olunur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji baza-peşə təhsili paralel, ardıcıl, ardıcıl-paralel modellər və digər alternativ yollarla həyata keçirilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz pedaqoji təhsil sistemi subyektin əvvəlki təhsil səviyyəsini nəzərə alaraq, ali pedaqoji təhsilin bütün səviyyələrində baza-peşə təhsili proqramları üzrə qısaldılmış müddətdə təhsil almaq imkanını, o cümlədən orta ixtisas təhsili almış pedaqoji kadrların və ali təhsilli fənn mütəxəssis­ lərinin qısamüddətli a...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təhsil Qanununa uyğun olaraq pedaqoji baza-peşə təhsili əyani, qiya­ bi, axşam, həmin formaların birləşdirilməsi, eksternat və distant yolla həyata keçirilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji baza-peşə təhsilinin əyani formasında tələbələrlə müəllim­ lərin təmas vaxtının tədricən azaldılmasına, tələbələrə sərbəst düşünmək, məktəblərə baş çəkmək, tədqiqatlar aparmaq və müstəqil fəaliyyət üçün daha çox vaxt ayrılmasına səy göstərilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ali təhsildən sonrakı pedaqoji təhsil Ali təhsildən sonrakı pedaqoji təhsil peşə-ixtisas müəssisəsini bitirən və ali pedaqoji təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın təh­ sil səviyyəsinin və elmi dərəcəsinin yüksəldilməsini nəzərdə tutur və dok­ torantura vasitəsilə həyata keçirilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdiril­ məsi Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının bir pilləsi olmaqla, peşəixtisas müəssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz pedaqoji ...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu pillə bir tərəfdən müəllimin yaradıcı potensialının inkişaf etdi­ rilməsinə və onun peşə şəxsiyyətinin öziinütəsdiqinə, digər tərəfdən təh­ silin və təhsilin idarə edilməsinin müasirləşdirilməsi məqsədi ilə pedaqoji işçilərin və rəhbər pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qa­ biliyyətlərinin və peşəka...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inki­ şaf etdirilməsi pedaqoji kadrların, cəmiyyətin və dövlətin təhsil tələbatla­ rının hərtərəfli ödənilməsi məqsədi ilə peşə-ixtisas təhsilinə əlavə olaraq təhsil proqramları və xidmətləri vasitəsilə həyata keçirilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fasiləsiz peda­ qoji təhsilin hər bir mərhələsində əlavə pedaqoji təhsilin əsas məqsədi şəxsiyyətin inkişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləşdirilməsindən ibarətdir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Əlavə təhsil proqramlarına ümumtəhsil, pedaqoji peşə-ixtisas və əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və ümumiyyətlə, miivafıq lisenziyası olan digər müəssisələrdə həyata keçirilən müxtəlif yönümlii təhsil proqramları daxildir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin digər pillələri ilə uyğunlaşdırılmış və qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir, pedaqoji əmək bazarında «peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi - attestasiyastiımıl» mexanizminin real...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji kadrlar əlavə pedaqoji təhsilə onların pedaqoji standartlara uyğun gələn ehtiyaclarının və tələbatlarının ödənilməsi məqsədi ilə könül­ lü olaraq cəlb edilirlər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Əlavə pedaqoji təlısil və peşəkarlıq səviyyəsinin inkişaf etdiril­ məsinin tərkib hissələri Əlavə pedaqoji təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin aşağıdakı tərkib hissələrini özündə birləşdirir: - ixtisasartırma təhsili; - yenidənhazırlanma təhsil...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə şəxsi ehtiyac və tələbatlarına uyğun gələn, o cümlə...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yenidənhazırlanma təhsili ilkin baza təhsili proqramı ilə yenidən əldə ediləcək pedaqoji ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir təd­ ris ilinə hesablanmış saatdan çox olmaması şərtilə, mütəxəssislərə verilən əlavə təhsilə deyilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yenidənhazırlanma təhsili aşağıdakı spesifik halları əhatə edir: - peşə-ixtisas təhsilində yeni açılmış ixtisaslar üzrə pedaqoji kadrların yenidən hazırlanması; - inteqrativ fənlərin tədrisi üçün pedaqoji kadrların yenidən hazırlan­ ması; - əvvəllər aldığı ixtisas üzrə iş tapa bilməyən və işləməyən pedaqoji * kadrların...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında nəzəri biliklərin təcrübi bacarıq və vərdişlərlə əlaqələn­ 568Azərbaycan təhsilinin inkişaf strategiyası dirilməsini nəzərdə tutur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Peşə-ixtisas müəssisələri üzrə pedaqoji heyətin ixtisasının artırılması üçün nəzərdə tutulan tədris plan və proqramlarına, lazım gəldikdə, stajkeçməyə dair ayrıca blok əlavə olunur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bununla belə, nəzəri hazırlıq planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq məqsədi ilə elmi laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri təşkil edilə bilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və metodika sahələri üzrə bilik və bacarıqların artırılması ilə tamamlanaraq, həmin kateqoriyadan olan müəllimlərin tam ixtisasartır­ masını təmin edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Stajkeçmə ikimərhəiəli proses olmaqla, peşə-ixtisas təhsili müəssisələ­ rində çalışan professor-müəllim, pedaqoji kadr, mühəndis-müəllim kimi kateqoriyalı işçilərin ixtisasartırma təhsili pilləsidir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu cür təhsil şəbəkəsinə ali məktəblərin baza kafedraları, müvafiq ixtisasartırma müəs­ sisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəs­ sisələri, təcrübə-smaq stansiyaları aiddir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Kadrların təkmilləşdirilməsi prosesi əlavə pedaqoji təhsildə gedən bir proses olmaqla, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və aşağıdakı proseslərin və ya tədbirlərin vəhdətini özündə ehtiva edir: - pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və proqramla...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi gələcək ixtisasartırma və yenidənhazırlanma təhsilini formalaşdırır, müəllimlərin ilkin hazırlığı prosesində mövcud olan çatışmazlıqların aradan qaldırıl­ masını və onların hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını tə­ min edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Dərəcələrin yüksəldilməsi dedikdə, pedaqoji orta-ixtisas müəssisə­ lərini bitirmiş və kiçik mütəxəssis dərəcəsi almış pedaqoji kadrların uyğun ixtisaslar üzrə qısamüddətli təhsil proqramları (təhsil müddəti bir tədris ilindən çox olmamaqla) vasitəsilə bakalavr səviyyəsinə yüksəldilməsi nə­ zərdə tutulur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Dərəcələrin yüksəldilməsi üzrə təhsil proqramları pedaqo­ ji ali təhsil müəssisələri və ali kateqoriyalı əlavə pedaqoji təhsil müəssi­ sələri tərəfindən həyata keçirilir.