Search is not available for this dataset
text
stringlengths
10
518k
May hadisələri (həmçinin 14–15 may hadisələri, 1992-ci il 15 may dövlət çevrilişi) — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən dövlət çevrilişi.
Mütəllibovun istefası Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir.
Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır.
Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi.
Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu.Bir çox cəbhəçilər Mütəllibovu tənqid etmiş, İsgəndər Həmidov isə Mütəllibovun 20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gəldiyini və Rusiyanın maraqlarına xidmət etmək üçün Kreml tərəfindən Azərbaycan Kommunist Partiyas...
Həmçinin, o, Mütəllibovu Azərbaycan Konstitusiyasını pozmaqda ittiham etmişdir, çünki Ali Sovetin milli ordu yaratmaq məqsədi daşıyan qanunu qəbul etməsinə baxmayaraq, Mütəllibov onu icra etməmişdi.
Bu səbəblərdən Həmidov Mütəllibovun istefaya getməsini tələb etmişdir.
Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir.
Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir.
Müdafiə naziri vəzifəsi AXC üzvü Rəhim Qazıyevə verilmişdi.
Müvəqqəti hökumət İsgəndər Həmidov Mütəllibovun devrilməsi prosesi əsnasında partiyasının üzvlərini avtobusa yığmış, Şamaxıya yollanmışdır.
Burada Mütəllibovun həmyerliləri onun hakimiyyətə qayıtması üçün etiraz aksiyası keçirirdi, lakin Həmidov və dəstəsi etirazçılara hücum etmiş, onları döyərək susdurmuşdu.
9 may 1992-ci il tarixində Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı.Hər halda, 14 mayda Azərbaycan Ali Soveti yenidən iclas keçirmiş və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edilmişdir.
Zalda iştirak edən 250 deputatdan 219-u "lehinə" səs vermişdi.
Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi.
Vəzifəsinə bərpa edilmiş prezident Bakıda iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq etmiş, daxili işlər naziri, AXC-nin tərəfdarı olan Tahir Əliyevi vəzifəsindən uzaqlaşdırmış, mitinq və nümayişləri qadağan etmişdir.
Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyində (MTN) şəxsi heyətin toplantısı keçirilmiş və orada prezidentin dəstəklənməsi qərara alınmışdır.
Bütün əməliyyat işçilərinə silah-sursat paylanılmış, MTN-nin ayrı-ayrı əməkdaşlarına AXC-nin bir sıra liderlərinin həbs edilməsi və ölkədə asayişin bərpası barədə göstəriş verilməsi xahişi ilə müraciət daxil olmuşdur.
Buna baxmayaraq, Mütəllibov siyasi rəqiblərinə qarşı belə radikal tədbirlər görməyə cəsarət etməmişdi.
Milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov da AXC-yə qarşı repressiyaların yalnız qaçılmaz və arzuolunmaz şəkildə qanın axılmasına gətirib çıxaracağına inanaraq barışdırıcı idi. Ona görə, MTN respublikada gedən siyasi proseslərə qarışmamalı idi. Ayaz Mütəllibovun prezident səlahiyyətlərinin bərpa edilməsini dövlət çe...
AXC batalyonunun qoşunları 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkilmişdi.
Arif Paşayevin başçılıq etdiyi Laçın alayının çoxlu sayda əsgəri və Etibar Məmmədovun döyüşçüləri də mövqelərindən geri çəkilərək Bakıya yola düşmüşdü.
AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücum başladı.
Mütəllibov hakimiyyətdə qalmaq üçün rus qüvvələrinin köməyinə ümid bəsləsə də, Rəhim Qazıyevin səyləri nəticəsində ondan məhrum olmuşdu.15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə küçələrə axın etmişdir.
10 min etirazçı ilə Milli Məclisin binasına doğru irəliləyirdi.
Moskva mehmanxanası yaxınlığında boş güllələrlə atəş açılmağa başlanılmışdır.
Panikaya səbəb olan hadisəyə görə İsgəndər Həmidov huşunu itirmiş və Milli Təhlükəsizlik Nazirliyinin binasına aparılmışdır.
Hər halda, Həmidov kollonanın önünə keçmiş və qolundan yaralanmışdır.
O, ardınca dəstələri ilə birlikdə parlament binasına və televiziyaya basqın etmişdir.
Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi.
Ayaz Mütəllibov çevrilişin növbəti günü Qala aviabazasından Moskvaya uçmuşdur.
Bundan başqa, İlhüseyn Hüseynov "Rusiya hərbi kəşfiyyatçılarının bilavasitə iştirakı ilə dövlət çevrilişi təşkil etməkdə" ittiham edərək MTN rəhbərliyindən uzaqlaşdırılmışdır.
AXC-nin aparıcı simaları Hüseynovun "çevrilişə hazırlıqda iştirakına görə" cinayət məsuliyyətinə cəlb edilməsi tələblərini səsləndirmışdı.
Yeni nazir yeni rəisi MTN-in Bakı Şəhər Baş İdarəsinin sabiq şöbə rəisi Fəxrəddin Təhməzov olmuşdur.Ayaz Mütəllibov devrildikdən sonra müxalifət təmsilçisi İsa Qəmbər həm parlamentin spikeri, həm də 7 iyunda keçiriləcək prezident seçkilərinə qədər Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən şəxs seçilmişdir.
Həmidov daxili işlər naziri, başqa bir müxalifət təmsilçisi Tofiq Qasımov xarici işlər naziri təyin edilmiş, Qazıyev isə müdafiə naziri olaraq qalmışdı.
Vəziyyətdən xəbərdar olan erməni komandanlığı Laçına hücum əməliyyatına başlamışdır.
Erməni qüvvələri ilk növbədə Zarıslı kəndinə hücum edərək oradakı azərbaycanlı qüvvələri qovmuşdur.
Müdafiə xəttində boşluq yarandığından Elbrus Orucov rəhbərlik etdiyi qüvvələrə geri çəkilməyi əmr etmiş, lakin bu, orduda panikaya səbəb olmuşdu.
Erməni qüvvələri Turşsu kəndini işğal etmiş və Laçına doğru irəliləməyə başlamışdır.
Azərbaycanlı qüvvələr tank və PDM-lərlə rayon ərazisini tərk etmiş və 18 maya qədər Laçın boşaldılmışdır.
Erməni qüvvələrinin hücumu sürətli şəkildə həyata keçirilirdi.
Kəndlər müqavimətsiz zəbt edilmiş, Azərbaycan əsgərləri tərəfindən arxada qoyulan silahlar, texnika və döyüş sursatı ələ keçirilmişdi.
Erməni komandanlığı tərk edilmiş kəndlərdə ərzaq, yanacaq təchizatı, kənd təsərrüfatı heyvanları ilə ehtiyaclarını qarşılamışdı.
Erməni qüvvələri 18 mayda Laçına daxil oldu və şəhər müqavimətsiz işğal edilmişdir.
Ermənilər Laçını işğal etdikdən sonra onu talan və məhv etmişdir, Laçın dəhlizi ərazisində yerləşən yaşayış məntəqələrini yandırılmışdır.
Laçın şəhərinin təqribən 7,800 nəfər sakini qaçqın düşmüşdür.AXC-nin sədri Əbülfəz Elçibəy 7 iyun 1992-ci il tarixində Azərbaycan Prezidenti seçilmiş və nəhayət, AXC hakimiyyətə gəlmişdir.
Elçibəyin qələbəsi ölkədə uzun sürən siyasi böhranı aradan qaldırmış, cəbhədə əhval-ruhiyyəni yüksəltmişdir.
15 noyabr — Qriqorian təqvimində ilin 319-cu günü.
(uzun ildə 320-ci) Bu tarixdə ilin sonuna 46 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 2 noyabr tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1920 — Cenevrədə Millətlər İttifaqının ilk iclası keçirilib.
1938 — Üçüncü Reyx Büllur gecə hadisəsindən sonra yəhudi uşaqlarını dövlət məktəblərində oxumağı qadağan edib.
2001 — Microsoft Xbox oyun konsolunu təqdim edib.
2006 — Al Jazeera English təsis edilib.
2013 — Sony PlayStation 4 (PS4) oyun konsolunu təqdim edib.
Azərbaycana aid hadisələr 1999 — Lider Jazz FM radio kanalı təsis edilib.
1600-cü ildən əvvəl 1498 — Avstriyalı Elyanora, Fransa və Portuqaliya kraliçası 1738 — Vilyam Herşel, Böyük Britaniya astronomu 1784 — I Jerom, Vestfaliya kralı 1793 — Mişel Şal, Fransa riyaziyyatçısı 1862 — Gerhart Hauptman, Almaniya dramaturqu və yazıçısı 1886 — Rene Genon, Fransa filosofu 1889 — II Manuel, Portuqali...
15 oktyabr — Qriqorian təqvimində ilin 288-ci günü.
(uzun ildə 289-cu) Bu tarixdə ilin sonuna 77 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 2 oktyabr tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 2003 — Çin ilk dəfə insanla fəzaya Şenzou 5 kosmik gəmisini kosmosa göndərib.
Azərbaycana aid hadisələr 2003 — Azərbaycanda Prezident seçkiləri keçirilib.
2008 — Azərbaycanda Prezident seçkiləri keçirilib.
2010 — Azərbaycanda Parlament seçkiləri keçirilib.
2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini Ermənistanın işğalından azad etmişdir.
1600-cü ildən əvvəl E.ə.
70 — Vergili, Roma şairi 1265 — Teymur Olcaydu xan, Çin imperatoru və Monqol imperiyası xanı 1795 — IV Fridrix Vilhelm, Prussiya kralı 1809 — Xaçatur Abovyan, Ermənistan yazıçısı 1836 — Ceyms Tisso, Fransa boyakarı 1841 — Mixail Lermontov, Rusiya şairi 1814 — Fridrix Nitsşe, Almaniya filosofu 1870 — Hosono Masabumi, Ya...
15 sentyabr — Qriqorian təqvimində ilin 258-ci günü.
(uzun ildə 259-cu) Bu tarixdə ilin sonuna 107 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 2 sentyabr tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1762 — Yeddiillik müharibə: Siqnal Hill döyüşü 1935 — Nürnberq qanunları Almaniya yəhudilərini vətəndaşlıqdan məhrum edib.
1956 — Cənubi Koreya milli futbol komandası Asiya Kubokunu qazanıb.
2000 — XXVII Yay Olimpiya Oyunları Sidneydə keçirilib.
Azərbaycana aid hadisələr "Azərbaycan" qəzeti ilk dəfə nəşr olunub.
Bakı döyüşündən sonra Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin könüllü dəstələrinin köməyi ilə Bakını azad edib.
2006 — Böyük Britaniyada azərbaycan dilində nəşr edilən ilk qəzet olan "Araz" dərc edilmişdir.
2011 — Moskva şəhərində Azərbaycan müğənnisi Müslüm Maqomayevin abidəsiin açılışı olmuşdur.
2012 — Bakıda 28 Mall ticarət mərkəzinin açılışı olub.
1600-cü ildən əvvəl 767 — Sayço, Yaponiya rahibi 1254 — Marko Polo, İtaliya səyyahı 1505 — Avstriyalı Mariya, Macarıstan və Bohemiya kraliçası 1675 — VI Vaxtanq, Kartli çarı 1857 — Vilyam Taft, ABŞ prezidenti 1887 — Kərim Tinçurin, Tatarıstan dramaturqu 1890 — Aqata Kristi, İngiltərə yazıçısı 1897 — İsmayıl İbrahim, Pa...
15 yanvar — Qriqorian təqvimində ilin 15-ci günü.
Bu tarixdə ilin sonuna 350 gün (uzun ildə 351 gün) qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 2 yanvar tarixinə uyğun gəlir.
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1559 — I Elizabet Vestminster abbatlığında İngiltərənin şahzadəsi olub.
1759 — Britaniya muzeyi xalqa açılıb.
1892 — Ceyms Neysmit basketbolun qaydalarını nəşr edib.
2001 — Vikipediya fəaliyyətə başlayıb.
Azərbaycana aid hadisələr 1990 — Dağlıq Qarabağda fövqəladə vəziyyət tətbiq edilib.
1992 — Avstriya Azərbaycanın müstəqilliyini tanımışdır.
1997 — Azərbaycan və Kosta-Rika arasında diplomatik əlaqələr qurulmuşdur.
2021 — Şuşa şəhərində Bayraq Meydanının açılışı olub.
1600-cü ildən əvvəl 1432 — V Afonso, Portuqaliya kralı 1622 — Molyer, Fransa dramaturqu 1795 — Aleksandr Qriboyedov, Rusiya yazıçısı və diplomatı 1809 — Pyer-Jozef Prudon, Fransa siyasətçisi və filosofu 1850 — Mixay Eminesku, Rumıniya şairi 1864 — Toma Çorba, Rumıniya həkimi 1866 — Natan Söderblum, İsveç ruhani 1880 — ...
15 yaşlı kapitan (Un capitaine de quinze ans) - Fransa yazıçısı Jül Vern tərəfindən 1878-ci ildə yazılmış uşaq romanı.
Romanda afrikalı kölə ticarətindən söhbət açılır.
Dick Sand (baş qəhrəman) Kauzin Benedikt Kapitan Hall Moini Lounqqa Samuel Vernon Ceyms-V.
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk.
Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan.
Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır.
15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir.
Xüsusiyyətləri Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Şəkil qalereyası Xarici keçidlər 360, Qızılay meydanı (türk.)