Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
O hündürlüyə tullanma yarışlarında iki müxtəlif atla iştirak edirdi və o birinci atla qızıl medal qazandı ikinci atla isə dördüncü yeri tutdu. |
Güllə atıcılığı üzrə yarışlar doqquz növdə keçirilib. |
Doqquz ölkədən 75 atıcı bu yarıçlarda iştirak edib. |
Altı ölkənin idmançıları isə medalçılar siyahısına düşə bilib. |
Bu idman növündə İsveçrə idmançıları daha yaxşı nəticə göstəriblər. |
Həm komanda, həm də fərdi şəkildə yarışlar keçirilib. |
Həmçinin, stend atıcılığı üzrə yarışlar keçirilmişdir. |
Yarışlar avqust ayının 25–26-da Sen çayında keçirilib. |
Ümumilikdə 8 ölkənin idmançıları dörd dəst medal uğrunda mübarizə aparmışlar. |
Yaışlar bir , iki , dörd və səkkiz nəfərlik avarçəkmə qayıqları ilə keçirilib. |
Dörd nəfərlik avarçəkmə yarışlarında iki final təşkil olunub və iki dəst medal oynanılıb. |
Bask pelotası Bu yarışlarda iki ölkənin idmançıları iştirak etmişdilər. |
İspaniyalı Xose de Amesola və Fransisko Villot öz ölkələrinin ilk Olimpiya çempionu oldu. |
Futbol turniri oktyabrın 20 və 23-də keçirilib. |
Olimpiya oyunlarında futbol üzrə birinci çempion Londonun həvəskarlardan ibarət Upton Park futbol klubu olub. |
Bu futbol klubunun Fransız rəqiblərini məğlub etdiyi oyunda 500 tamaşaçı var idi. İkinci yeri Fransa futbolçuları, üçüncü yeri isə Belçika futbolçuları tutub. |
İdman gimnastikası Gimnastika yarışları iyunun 29 və 30-də keçirilib. |
Çoxnövçülük üzrə cəmi bir medal dəsti oynanılmışdır. |
Ümumilikdə yarışlarda 135 gimnast mübarizə aparmışdır. |
Kəndirdartma Kəndirdartma üzrə yarışlar iyulun 17-də baş tutub. |
Bu yarışlarda iki komanda bir dəst medal uğrunda mübarizə aparıb. |
Komandanın birinin üzvlərinin üçü İsveç , üçü Danimarkalı idmançılardan ibarət idi. Digər komanda isə Fransanı təmsil edirdi. |
Hollandiya və Belçikadan olan komandaları təsnifat mərhələsində yarışlardan uzaqlaşdırdıqdan sonra, yalnız iki komanda kriket turnirində oynayıb. |
Yarışlarda Böyük Britaniya və Fransa komandaları hər birində on iki idmançı var idi. Yarışlar avqustun 19 və 20 –də keçirilib. |
Britaniyalılar fransızları 262:104 hesabı ilə məğlub edib. |
Kkriket yarışları Vélodrome de Vincennes stadionunda təşkil olunub. |
Kroket yarışları daha çox məşhur idi. Çünki Olimpiya səviyyəsində yarışlarda qadınların ilk çıxışı idi. İki ölkədən yeddi kişi və üç qadın olmaqla on idmançı iştirak edirdi. |
Bu on iştirakçıdan yalnız biri Belçikadan idi digərləri isə Fransanı təmsil edirdilər. |
Qılıncoynatma Qılınoynatma yarışlarında on doqquz ölkənin idmançıları mübarizə aparıb. |
Fransa qılıncotma idmançıları üstünlük təşkil etsə də, Avstriya, Kuba və İtaliya idmançıları da medalçılar sırasına düşə biliblər. |
Fransa qılıncoynadanları beş qızıl, beş gümüş və beş bürünc medalla qılıncoynatma yarışlarını ümumi sıralamada birinci yerdə bitiriblər. |
İlk mərhələdə rapira növü üzrə nəticələr məlum olub. |
Yəni bəzi qılıncoynadanlar digərlərinə məğlub olaraq mübarizəni dayandırıb, ancaq digər növlər üzrə mübarizəni davam etdiriblər. |
Qolf üzrə yarışlar oktyabrın 2 və 3-də keçirilib. |
Qolf yarışlarında qadınlar və kişilər fərdi mübarizə aparıb. |
Kişilərin mübarizəsində dörd ölkədən 12 qolfçu mübarizə aparıb. |
Qadınların qolf turnirində isə ilk üç yeri ABŞ-lı qolfçular tutublar. |
1900 Yay Olimpiya Oyunlarında kamandan oxatma yarışlarının tarixi çox dəyişik salınır. |
Bu yarışlarda 150-dən çox olimpiyadaçı iştirak etmişdir. |
Belçikalı Hubert Van İnnis bu olimpiyada da iki qızıl və bir gümüş medal qazanmışdı və bu növdə medal sayını iyirmi il sonra Antverpendə keçiriləcək növbəti olimpiyada da artıracaqdı. |
Yarışlar 28, 31 may və 2 iyun tarixlərində baş tutub. |
Polo yarışlarında 4 ölkədən 20 iştirakçı mübarizə aparıb. |
Beş komandadan üçünün heyətinə müxtəlif ölkələrin idmançıları daxil idi. İlk iki yeri ABŞ və Böyük Britaniyalı poloçulardan ibarət olan komandalar tutub. |
Üçüncü yerin sahipləri Fransa və Böyük Britaniyadan olan poloçulardan ibarət komanda və Meksika komandası olub. |
Reqbi yarışlarında Böyük Britaniya, Fransa və Almaniyadan olan üç komanda iştirak edib. |
Birinci oktyabrın 14-də Fransa və Almaniya komandaları qarşlaşıb və fransızlar 27–17 hesabı ilə qələbə qazanıb. |
İkinci görüş isə oktyabrın 28-də Fransa və Böyük Britaniya komandaları arasında baş tutub. |
Bu görüşdə də fransızlar 27–8 hesabı ilə qələbə qazanaraq, qızıl medalın sahipi olublar. |
Almaniya və Böyük Britaniya komandaları arasında baş tutmalı olan üçüncü görüş keçirilməyib, ona görə də gümüş medalın sahipləri hər iki komanda olub. |
Su polosu üzrə yarışlar avqustun 11 və 12-də keçirilib. |
Dörd ölkədən yeddi klub iştirak edib. |
Əvəəlcə avqustun 11-də dörddə bir final avqustun 12-də isə yarımfinal və final mərhələsi keçirilib. |
Finalda Britaniya və Belçika komandaları görüşüb və Britaniyalılar 7:2 hesabı ilə qələbə qazanıblar. |
Üçüncü yer uğrunda görüş keçirilməyib ona görə də, məğlub olmuş Fransa komandaları üçüncü yeri tutublar. |
Tennis yarışları iyunun 6-dan 11-dək keçirilib. |
Kişilər fərdi və qoşa şəkildə, qadınlar isə yalnız fərdi şəkildə mübarizə aparıb. |
Tennis yarışlarında ən yaxşı nəticəni Britaniyalı tennisçilər göstərib. |
Lorens və Reginald Dohert qardaşları və Şarlotta Kuber iki dəfə qızıl medalın sahibi olublar. |
Şarlotta Kuper bu Olimpiya Oyunlarına kimi artıq üç dəfə Uimbldon tennis turnirinin qalibi olmuşdu. |
Üzgüçülük yarışları yeddi növ üzrə üzgüçülər mübarizə aparıb. |
Arxası üstə üzmə ilk dəfə ayrıca olaraq keçirilib. |
Sərbəst üsulla 200, 1000, 4000 metr məsafələrə yarışlar baş tutub. |
Britaniyalı Con Artur Carvis, avstraliyalı Frederik Leyn və almaniyalı Ernest Hoppenbeq iki dəfə baş mükafatın sahibi olublar. |
Frederik Leynə mükafat kimi 50 funt sterlinq dəyərində bürünc heykəl təqdim olunub. |
Velosiped idmanı Təşkilatçı ölkə olan Fransa idmançıları altı mümkün medaldan beşini qazanıb. |
Velosiped idmanı üzrə yarışlar sentyabrın 11, 13 və 15-də keçirilib. |
Yarışlarda altı ölkdən 72 idmançı mübarizə aparıb. |
Yelkənli qayıqsürmə Yelkənli qayıq idmanı üzrə bütün yarışlar mayın 20-dən avqustun 6-dək keçirilib. |
Yarışlar müxtəlif tonnajlı qayıqlarla keçirilib. |
Lakin onlardan bəziləri Olimpiya statusundan məhrum edilib. |
Hal-hazırda Beynəlxalq Olimpiya Komitəsi 13 yox 10 komandanı çempion kimi tanıyır. |
Fransa və Böyük Britaniya komandaları bu yarışlarda daha uğurla çıxış edib. |
Yüngül atletika Yüngül atletika yarışları Bulon Meşəsində Rasinq Klubunun ev oyunlarını keçirdiyi Croix-Catelan stadionunda baş tutub. |
Yarışlar ağac qırıntılı nahamar sahədə keçirilib. |
Peşəkarlar üçün əlavə yarışlarda baş tutub və həmçinin cıdır yarışları da keçirilib. |
Bunlar rəsmi Olimpiya yarışları sayılmırdı. |
İştirakçı ölkələr Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə, 1900 Yay Olimpiya Oyunlarına öz iştirakçılarını göndərmiş ölkələr aşağıdakılardır: Bir çox mənbələrə görə Olimpiya Oyunlarında daha dörd Beynəlxalq Olimpiya Komitəsinə üzv ölkələr iştirak etmişlər: Medalların hesabatı Qızıl medallar 1900 Yay Olimpiya Oy... |
Birinci yeri tutmuş idmançıya gümüş, ikinci yeri tutmuş idmançıya isə bürünc medal təqdim olunub. |
1900 Yay Olimpiya Oyunlarında medal qazanmış ilk onluqda olan ölkələr: |
1900 Yay Olimpiya Oyunları — 1900-cü ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir. |
* Ev sahibi (Fransa) Xarici keçidlər Paris 1900–1900 Yay Olimpiya Oyunları medal sıralanması |
Bask pelotası 1900-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil idi. Yalnız iki komanda iştirak etdiyinə görə, bir qarşılaşma təşkil olunmuşdu. |
Yarış zamanı toplanan xallar məlum deyil. |
Yarış 14 iyun tarixində baş tutmuşdur. |
Bask pelotası yalnız bu Olimpiyadaya rəsmi idman növü kimi daxil idi. 1924, 1968, 1992-ci il Yay Olimpiya Oyunlarına isə nümayiş idman növü kimi daxil olmuşdu. |
Komandaların heyətləri və medallar Xose de Amesola Fransisko Villot Moris Durquetty |
Futbol turniri ilk dəfə 1900 Yay Olimpiya Oyunlarında oynanılıb. |
Üç klub arasında yalnız iki görüş təşkil olunub. |
Komandaların heç biri medallarla mükafatlandırılmayıb. |
Bu yarışlarda Böyük Britaniya, Fransa və Belçika futbol komandaları iştirak edib. |
Beynəlxalq Olimpiya Komitəsinin keçmiş olimpiyadalar haqqında verdiyi məlumata görə, Böyük Britaniya qızıl, Fransa gümüş , Belçika komandası isə bürünc medalın sahibi olub. |
Futbol matçları Parisdə Vélodrome de Vincennes stadionunda keçirilib. |
Medal cədvəli Yekun medal sıralaması Kişilərin futbol turnirinin nəticələri Xarici keçidlər Oyunlar haqqında hesabat (ing.) |
Fransanın Paris şəhərində baş tutmuş 1900 Yay Olimpiya Oyunlarında kamandan oxatma üzrə 6 növdə Olimpiya yarışları keçirilmişdir. |
Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 iştirakçı mübarizə aparmışdır. |
Kamandan oxatma yarışları Olimpiyadanın proqramına birinci dəfə idi salınmışdı. |
Altı növün hər birində kişilər mübarizə aparıb. |
Kamandan oxatma yarışlarında yalnız Fransa, Belçika və Hollandiyanın olimpiyadaçıları mübarizə aparıb. |
Hollandiyalı iştirakçılardan hər hansı birinin adı və medal qazanması barədə məlumat yoxdur. |
Kamandan oxatma yarışlarında iştirak edən ən gənc idmançı 24, ən yaşlı idmançı isə 50 yaşında idi. Medal cədvəli Yekun medal sıralaması İştirakçı ölkələr Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 olimpiyadaçı iştirak etmişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.