Search is not available for this dataset
text
stringlengths
10
518k
Belçika (18) Fransa (129) Niderland (6) Xarici keçidlər 1900 Yay Olimpiya Oyunlarında oxçuluq Arxivləşdirilib 2011-11-28 at the Wayback Machine (ing.)
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb.
Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur.
Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
Xarici keçidlər Kordon Dore 33 metr (ing.)
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb.
Təsnifat mərhələsi əvvəlcə keçirilib.
Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.
Xarici keçidlər Kordon Dore 50 metr (ing.)
Sur la Erş yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır.
Onlardan yalnız üç iştirakçının nəticələri məlumdur.
Xarici keçidlər Sur la Erş (ing.)
Sur la Piramida yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır.
Onlardan yalnız ilk üç yerin sahipləri məlumdur.
Xarici keçidlər Sur la Piramida (ing.)
Şapele 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Yalnız ilk üç yeri tutmuş iştirakçılar məlumdur.
Xarici keçidlər Şapele 33 metr (ing.)
Şapele 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb.
Beşinci və altıncı yerləri tutmuş iştirakçıların nəticələri və adları məlum deyil.
Xarici keçidlər Şapele 50 metr (ing.)
1900-cü il Yay Olimpiya oyunları Fransanın Paris şəhərində təşkil olunmuşdu və qolf Olimpiyadanın proqramına birinci dəfə daxil edilmişdi.
ABŞ , Yunanıstan, Fransa və Böyük Britaniya daxil olmaqla qolf yarışlarında dörd ölkə iştirak edirdi.
Qolf yarışları kişilərin və qadınların fərdi mübarizəsi şəklində təşkil olunmuşdu.
Olimpiya oyunları pis təşkil olunduğundan, iştirakçıların çoxunun Olimpiyada da iştirak etdikləri barədə anlayışları belə olmamışdı.
Kişi və qadınların qol yarışları Fransanın 30 mil şimalında yerləşən Kompen Klubda təşkil olunmuşdu.
Bu qolf meydançası 1896-cı ildə yaradılmışdı və XIX əsrdə yaradılan bir neçə qolf meydançasından biri idi. Qolf meydançası M.W.
Freemantle tərəfindən layihələndirilmişdi və Kompen cıdır yarışlarının meydançasının tərkibində yaradılmışdı.
Kişilərin turniri 2 oktyabr 1900-cü ildə başladı və onlar ard-arda iki 18 dəlikli mərhələdə mübarizə apardılar.
Növbəti gün qadınların turniri başaladı və onlar yalnız bir 9 dəlikli mərhələdə mübarizə apardılar.
Kişilərin turniri Kişilərin turnirində Andrews Qolf Klubunun üzvü Çarlz Sands qalib gəlmişdi.
Beləki, o, iki mərhələdən ibarət yarışda 82 (birinci mərhələ) -85 (ikinci mərhələ) zərbə ilə rəqibi Valter Rezerfordu məğlub etmişdi.
Kişilərin turnirini üçüncü yerdə bitirən David Robertson bürünc medalın sahibi oldu.
Çarlz Sands 1895-ci ildə qolf oynamağa başlayıb və üç ay sonra birinci Birləşmiş Ştatlar Həvəskar Çempionatının final mərhələsində yalnız Çarlz MakDonalddan geri qalaraq ikinci yeri tutmuşdu.
Qadınların turniri Qadınların yarışı Olimpiya oyunlarında ilk dəfə təşkil olunan yarışlardan biri idi. Qadınların turnirinin qalibi Çikaqo Qolf Klubunun üzvü olan Marqaret Abbotun qələbəsi ilə başa çatıb.
Abbot 47 zərbə endirərək, qalib gəlmişdi və o, birinci Olimpiya oyunlarında qızıl medal qazanan ABŞ-lı qadın oldu.
O oyunlarda qalib gəlməsinə baxmayaraq, ona heç vaxt qızıl medal təqdim olunmadı onun əvəzinə isə vaza ilə mükafatlandırıldı.
Abbotun anası da Olimpiya oyunlarında iştirak edirdi və o 65 zərbə ilə yeddinci yerlə yarışları bitirdi.
Marqaret heç vaxt bilmədi ki, o Olimpiya oyunlarında iştirak edib, o sadəcə fikirləşirdi ki, bu adı bir qolf turniridir.
Onun uşaqları Florida Universitetinin professoru Paula Valli ilə əlaqə saxlayana qədər analarının ilk qızıl medal qazanan ABŞ-lı qadın olmaları barədə məlumatları yox idi. Yekun medal sıralaması İştirakçı ölkələr 1900-cü il Paris Yay Olimpiya Oyunlarında 4 ölkədən ümumilikdə 22 qolf oyunçusu iştirak etmişdir.
Fransa (9) Böyük Britaniya (4) Yunanıstan (1) Medal cədvəli Xarici keçidlər 1900 Olimpiya Qolf Turniri (ing.)
1900 Yay Olimpiya Oyunlarında qılıncoynatma yarışları mayın ortalarından iyun ayının sonuna kimi keçirilmişdir.
Bu yarışlarda 19 ölkədən 276 qılıncoynadan mübarizə aparırdı.
Bu Olimpiya Oyunlarında qılıncoynatma yarışlarındakı iştirakçıların sayı yüngül atletika yarışlarındakı idmançıların sayından çox idi. Qılıncoynatmanın yeddi növü üzrə medallar oynanılıb.
Yekun medal sıralaması İştirakçı ölkələr Paris Olimpiadasında 19 ölkədən ümumilikdə 276 qılıncoynadan mübarizə aparıb.
Argentina (1) Avstriya (9) Belçika (5) Danimarka (1) Fransa (223) Almaniya (2) Böyük Britaniya (1) Haiti (2) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır Macarıstan (7) İran (1) — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakı tanınmır İtaliya (12) Niderland (1) Peru (1) — Beynəlxalq Olimpiya Komitəsi ...
Müasir dövrdə daha çox II Olimpiya Oyunları kimi tanınan 1900-cü il Yay Olimpiyadası 1900-cü ildə Fransanın Paris şəhərində təşkil olunan beynəlxalq çox idman növlü yarışdır.
Açılış və bağlanış mərasimləri keçirilməmişdir.
Oyunlar mayın 14-də başlamış və oktyabrın 28-də başa çatmışdır.
Oyunlar 1900-cü il Ümumdünya sərgisinin hissəsi kimi keçirilib.
19 idman növündə 997 Olimpiyadaçı iştirak edib.
Qadınlar birinci dəfə idi ki , Olimpiya oyunlarında iştirak edirdilər və yelkənli qayıqsürmə idmançısı Elen de Purtale birinci qadın olimpiya çempionu oldu.
Yarışların bazar günü keçirilməsi haqqında qərar bir çox Amerikali idmançılar tərəfindən etirazla qarşılanmışdı.
1895-ci il Sarbonna konfransında Pyer de Kuberten 1900-cü il Yay Olimpiya Oyunlarının Fransada təşkil olunmasını təklif edib.
Konfrans nümayəndələri beş il gözləmək istəməyib və birinci Olimpiya oyunlarının 1896-cı ildə keçirilməsini qanun kimi qəbul edib.
Qərara əsasən, 1896-cı il Yay Olimpiya Oyunlarının Afinada , ikinci Yay Olimpiya Oyunlarnın isə bundan dörd il sonra Fransada keçirilməsi nəzərdə tutulub.
1900-cü il Oyunlarının qaliblərinin çoxuna medal verilməməsinə baxmayaraq, qaliblərə digər hədiyyələr — kubok və mükafatlar verilib.
Peşəkarların mübarizədə apardığı qılıncoynatma yarışlarında qələbə qazanan Albert Jan Lui Ayat 3000 frank ilə mükafatlandırılıb.
Bu Yay Olimpiya oyunlarında Olimpiya Oyunlarının tarixində cəmi bir dəfə oyunların proqramına salınan avtomobil və motosiklet yarışları, hava şarında uçuş, kriket, kroket, Bask pelotası, 200 metr məsafəyə maneələrlə və sualtı üzgüçülük yarışları daxil idi. Atıcılıq yarışları zamanı hədəf kimi canlı heyvanlardan (göyərç...
Təşkilatçılıq 1900-cü il Yay Olimpiya oyunları 1900-cü il Ümumdünya sərgisi çərçivəsində keçirilib.
Pyer de Kuberten hesab edirdi ki, belə olduqda ictimaiyyət Olimpiyada haqqında daha ətraflı məlumat alacaq və qədim Olimpiya yerinin məbədlər, stadionlar və heykəllərlə tam bərpası üçün yeni planını təqdim etmişdi.
Ümumdünya sərgisinin direktoru Alfred Riçard fikirləşdi ki, Ümumdünya sərgisi zamanı qədim idman tədbirinin keçirilməsi "absurd anaxronizmdir".
Ona görə də , Pyer de Kubertenin bu planından bir şey çıxmadı.
O dövrün daha bacarıqlı bəzi idman inzibatçılarından ibarət komitə təşkil olunduqdan sonra, müvəqqəti proqram tərtib olundu.
İdman növlərinə yüngül atletika qaçış növləri, üzgüçülük , güləş, idman gimnastikası, qılıncoynatma, fransız və Britaniya boksu, çayda və okeanda yaxta yarışı, velosiped idmanı, qolf, xilasetmə, oxatma, ağır atletika, avarçəkmə, suya tullanma, su polosu daxil idi. Britaniya və İrlandiya idman cəmiyyətləri güclü Amerika...
Rusiya və Avstraliyadan olan iştirakçılar da yarışlar üçün Parisə gəlmək istəklərini təsdiqləmişdilər.
Beynəlxalq Olimpiya Komitəsi Ümumdünya sərgisi ilə bağlı hər bir idman tədbirinə nəzarət etmək üçün yeni komitəyə Oyunların idarəetmə hüququnu verib.
Alfred Riçard 1899-cu ilin fevralında bu təşkiltın prezidenti kimi Fransa Atıcılıq Assosiasiyasının rəhbəri Daniel Mrillonu təyin edib.
Mrillon yarışların tamamilə başqa cədvəlini dərc etdirmişdir.
1900-cü ildə may və oktyabr ayları arasında, yeni təşkilat komitəsi Paris Ümumdünya sərgisi ilə yanaşı böyük idman tədbirlərini də keçirmişdir.
İdman yarışlarında "Olimpiya" termini nadir hallarda istifadə olunurdu.
Həqiqətən də, Olimpiya oyunları termini 1900-cü il Ümumdünya sərgisinin idman yarışlarının rəsmi hesabatında da "Concours internationaux d'exercices physiques et de sport " (azərb.
Beynəlxalq fiziki idman və tədbirlər) ilə əvəz edilmişdi.
Mətbuatda "Beynəlxalq Çempionat" , "Beynəlxalq Oyunlar" , "Paris çempionatı", "Dünya çempionatı" və "Ümumdünya səgisi Qran prisi" kimi müxtəlif adlarla yarışlar barədə məlumat yayımlanıb.Pyer de Kuberten sonralar dostlarına belə şərh edirdi: "Bu möcüzədir ki, Olimpiya hərəkatı bu bayramda sağ qaldı.
Əsas hadisələr Elvin Krenzlayn 60 metr məsafəyə , 110 metr məsafəyə maneələrlə, 200 metr məsafəyə maneələrlə qaçış və uzunluğa tullanma yarışlarında qalib gəlmişdi.
2005-ci ilə kimi bu dörd fərdi yarışlarda qazanılan medallar yüngül atletika qaçış növləri üçün rekord göstərici idi. Helen de Pourtales yelkənli qayıq idmanı yarışlarında qalib komandanın heyətində ilk qadın Olimpiya çempionu oldu.
Şarlotta Kuper isə tennis yarışlarında qalib gəldikdən sonra, fərdi Olimpiya yarışlarında qalib gələn ilk qadın oldu.
O, sonra qoşa yarışlarda da qələbə qazanıb.
ABŞ-dən olan üç marafonçu kəsə yolla yarışda iştirak edərək, birinci və ikinci yerləri tutmuş Fransız marafonçuların nəticələri deyilərkən , sübut kimi göstərmişlər ki, yalnız yarış iştirakçıları arasında onların üstü ləkələnməmişdi.
İki və səkkiz nəfərlik avarçəkmə yarışlarında komandalar sükandakı böyükləri uşaqlarla əvəz etmişdilər.
Bu oğlanların şəxsiyyəti və yaşı qeydə alınmamışdı, ancaq heab edilir ki, onlar bütün Olimpiya iştirakçılarının ən gəncləri arasından seçiliblər.
İdman növləri Parisdə Olimpiya proqramının tərkib hissəsinə 19 idman növü üzrə 85 yarış daxil idi. 13 yeni idman növü əlavə olunarkən, 1896-cı il Yay Olimpiya Oyunlarının proqramın daxil olan ağır atletika və güləş proqramdan çıxarılmışdı.
Olimpiya kontekstində su idman növlərinin tərkibinə üzgüçülük və su polosu da daxil idi.
Aşağıda hər növ üzrə yarışların sayı mötərizədə göstərilib.
Parisin VII dairəsi — Atçılıq Bulon meşəsi — Kroket, Kəndirdartma Vincennes meşəsi — Oxatma Bulon- Billankourt — Atıcılıq Kompen — Qolf Croix-Catelan Stadionu — Atletika Le Havr — Yelkənli qayıqsürmə Meulan-en-yvelines — Yelkənli qayıqsürmə Neuilly-sur-seine — Bask pelotası Puteaux — Tennis Satory — Atıcılıq Sena — Ava...
Tennis yarışlarında qızıl medalçıların hamısı keçmiş Uimbldon çempionları idi. Üzgüçülük və qılıncoynatma yarışları və hətta polo yüksək səviyyədə təşkil olunmuşdu.
Digər idman növləri həm keyfiyyət, həm də intensivlik baxımından nəzərəçarpacaq dərəcədə zəif idi. Yalnız yüngül atletika, üzgüçülük, qılıncoynatmada ondan çox ölkənin idmançıları mübarizə aparırıdılar.
Atçılıq idmanı növü Oyunlarda ilk dəfə keçirilməyə başlamışdı və bu yarışlarda üç dəst medal oynanılıb.
İtaliyalı çapar Can Corcio Trissino qızıl və gümüş medal qazanıb.
O hündürlüyə tullanma yarışlarında iki müxtəlif atla iştirak edirdi və o birinci atla qızıl medal qazandı ikinci atla isə dördüncü yeri tutdu.
Güllə atıcılığı üzrə yarışlar doqquz növdə keçirilib.
Doqquz ölkədən 75 atıcı bu yarıçlarda iştirak edib.
Altı ölkənin idmançıları isə medalçılar siyahısına düşə bilib.
Bu idman növündə İsveçrə idmançıları daha yaxşı nəticə göstəriblər.
Həm komanda, həm də fərdi şəkildə yarışlar keçirilib.
Həmçinin, stend atıcılığı üzrə yarışlar keçirilmişdir.
Yarışlar avqust ayının 25–26-da Sen çayında keçirilib.
Ümumilikdə 8 ölkənin idmançıları dörd dəst medal uğrunda mübarizə aparmışlar.
Yaışlar bir , iki , dörd və səkkiz nəfərlik avarçəkmə qayıqları ilə keçirilib.
Dörd nəfərlik avarçəkmə yarışlarında iki final təşkil olunub və iki dəst medal oynanılıb.
Bask pelotası Bu yarışlarda iki ölkənin idmançıları iştirak etmişdilər.