Search is not available for this dataset
text
stringlengths
10
518k
2) Proletariatla burjuaziya arasında yaranmaqda olan kəskin ziddiyətlər.Rusiyanın əhalisinin əksəriyyəti, təhkimçilik qalıqlarından əziyyət çəkən kəndlilər idi. Yaranmaqda olan kənd burjuaziyası, tamamilə mülkədarların əlində olan hakimiyətdə təmsil olunmurdular.
Siyasi hakimiyətlərindən istifadə edən mülkədarlar kənddə burjua münasibətlərin yaranmasına ciddi əngəllər törədirdilər.
Rus inqilabının xüsusiyəti həm də ondan ibarət idi ki, onun əsas, aparıcı və istiqamətverici qüvvəsi sənaye proletariatı idi. Rus fəhləsinin aparıcılığı ilk növbədə hakimiyətə təzyiq vasitəsi kimi kütləvi tətillərin keçirilməsində idi. İnqilabın başlaması.
Qanlı bazar Rus-Yapon müharibəsi ilə əlaqədar, fəhlələrin vəziyyəti olduqca ağırlaşmışdı.
3 yanvar 1905-ci ildə Sankt-Peterburqun Putilov zavodunun fəhlələri tətil keçirdilər.
Fəhlələr 8- saatlıq iş vaxtı, minimum əməkhaqqı və əlavə iş saatlarının ləğv edilməsini tələb edirdilər.
Putilov zavodunun tətilini başqa zavod və fabriklar da dəstəklədi.
Yanvarın 8-də Peterburqda artıq 150 min fəhlə tətil edirdi.
Sankt-Peterburqun fabrik-zavod fəhlələrinin yığıncağı" təşkilatının başçısı, gizli polisinin casusu Qapon, fəhlələrin çara müsbət münasibətindən istifadə edərək, Qış sarayına doğru dinc yürüş planını ortaya atdı.
Qapon deyirdi ki, fəhlələrin tələbləri qanunidir və çar onları məmnuniyətlə dinləyəcək.
Hakimiyətin əsl niyyətini anlayan Qorki və ədəbiyyatçıların nümayəndələri daxili işlər nazirinin qəbulunda getdilər, lakin nazir onları dinləməkdən imtina etdi.
Peterburq 8 döyüş sahəsinə bölünmüşdü.
Paytaxt qarnizonu Pskov və Reveldən çağırılan qoşunlarla gücləndirilmişdi.
Yanvarın 9-da fəhlələr öz ailələri ilə birlikdə, əllərində İsa Məsihin sürətləri və çarın portretləri ilə, Peterburqun kənarlarından Qış sarayına doğru yürüşə başladılar.
Lakin Qış sarayının ətrafında polisin və qoşunların sıx səfləri ilə qarşılaşdılar.
Peterburqski tərəfdə, Narva darvazaları qarşısında və Qış sarayı meydanında qoşunlar fəhlə kütlələrinə tüfənglərdə yaylım atəşi açdılar.
Bundan sonra fəhlələrə süvarilər hucum etdi, və onları tapdalamağa və doğramağa başladı.
Müxtəlif mənbələrə görə 200 nəfərdən - 1200 nəfər qədər(rəsmi 88 nəfər) adam öldürüldü, 800-5000 nəfər yaralandı.
II Nikolay yanvarın 19-da fəhlə nümayəndələrini qəbul etməyə razı oldu.
Lakin artıq ölkəni tətil dalğası bürümüşdü.
Ancaq yanvarda fabrika inspeksiyasının məruzəsinə əsasən 440 min fəhlə tətil edirdi.
Tətildə ən fəal metallurqlar iştirak edirdi.
Potyomkin zirehli gəmisində üsyan Mayın 1-də İvanovo-Voznesenskdə, 12-də İvanovo-Frankovskda tətilllər başladı.
Həmin vaxt Baltikyanını, Belarusu, Ukraynanı, Volqaboyunu, Mərkəzi bürüyən, kənd üsyanları başladı.
1905-ci il yayda Ümumrusiya kəndli ittifaqı yaranır.
İttifaqın qurultayında torpağın xalqın istifadəsinə verilməsi tələbi irəli sürüldü.
Orduda və donanmada üsyan halları çoxaldı.
Knyaz Potömkin Tavriçeski" zirehdaşıyan gəmisində üsyan baş verdi.
14 iyun 1905-ci ildə, zirehdaşıyan gəmini ələ keçirən matroslar, onu həmin vaxt üsyan baş verən Odessaya gətirdilər.
Lakin matroslar yerə enib fəhlələrə dəstək olmaqdan çəkindilər.
Gəmi Rumıniyaya yollandı və orada hökumətə təslim oldu.
17 oktyabr Manifesti İnqilabın genişlənməsi, və müxalifətin fəallaşması çar hökumətini bəzi güzəştlərə getməyə məcbur etdi.
Nikolayın sərəncamı ilə daxili işlər naziri Bulıqina Dövlət dumasının çağırılması layihəsini hazırlamaq tapşırıldı.
6 avqust 1905-ci ildə Dumanın çağırılması barədə fərman imzalandı.
Lakin bu Dumanın səlahiyətlərinin məhdudluğu, nə onun seçki qaydası inqilabi qüvvələri razı salmadı.
Seçkilər üç kuriyaya(mülkədarlar, şəhərlilər, kəndlilər) görə keçirilməli idi, fəhlələr, ziyalılar və xırda burjuaziya seçki hüququ almadı.
Bulıqin dumasına", boykot olunması səbəbi ilə, seçkilər baş tutmadı.
1905-ci ilin oktyabr-noyabr aylarında, Xarkov, Kiyev, Varşava, Kronştad və bəzi başqa yerlərdə əskərlərin çıxışları baş verdi.
11 noyabr 1905-ci ildə Sevastopolda leytenant P. Şmitin başçılığı ilə qiyam baş verdi.
Matroslar zabitləri tərksilah etdilər.
Qiyamın əsas bazası "Oçakov" kreyseri oldu.
Noyabrın 16-da qiyam yatırıldı, iştirakçıları isə güllələndi.
Oktyabrın ortalarında hökumət vəziyətə nəzarəti itirməyə başladı.
Hər yerdə məşrutə tələbi ilə nümayiş və yürüşlər baş verirdi.
Böhranı dəf etmək üçün çar hökuməti müəyyən güzəştlərə getməyə başladı.
17 oktyabr 1905-ci ildə çar, Rusiya vətəndaşlarına siyasi hüquqlar: şəxsiyətin toxunulmazlığı, vicdan, söz, mətbuat, yığıncaq və ittifaq azadlıqları verən Manifest imzaladı.
Dövlət dumasına qanunverici səlahiyətlər verildi.
Birləşmiş hökumətin - Nazirlər şurasının - yaradılması bəyan edildi.
Manifest hadisələrin sonrakı gedişinə müəyyən təsir etdi, liberalların inqilabi coşqunluğunu səngitdi və sağçı leqal partiyaların(kadetlər və oktyabristlər) yaranmasına təkan verdi.
Moskvada dekabr silahlı üsyanı (1905) 1905-1907-ci il Birinci rus inqilabının ən yüksək inkişaf mərhələsi.
1905-ci il inqilabi hərəkatı, işçilərin tətilləri, kəndlilərin çıxışları, ordu və donanmada olan həyəcan çarizmin devrilməsi uğrunda üsyana çevrildi.
Tərəflərin hazırlığı Moskva işçiləri ilklərdən oldu.
1905-ci il dekabrın 5-də, RSDFP-nin Moskva konfransı dekabrın 7-də 12 saatlıq ümumi tətilə qərar verdi, tətil sonradan silahlı üsyana çevrilməli idi.
Bu qərarı Moskvada keçirilən Moskva Şurasının plenumu, poçt-teleqraf işçilərinin qurultayı və Ümümrusiya dəmiryolçular konfransı dəstəklədi.
Moskva Şurasının İzvestiya qəzeti "Bütün işçilərə, əskərlərə və vətəndaşlara" mütləqiyətə qarşı barışmaz mübarizəyə çağıran Manifestlə müraciət etdi.
Tətil dekabrın 7 günorta saat 12 başladı.
600-dən çox müəssisədə işləyən 100000-dən çox adam işini dayandırdı.
Nikolayevskdən başqa, bütün dəmir yollarında qatarların hərəkətləri dayandırıldı.
Moskva proletariatının və başqa sosial qüvvələrin üsyanın V.L.Şanzer (Marat) və M.İ.
Vasilyev-Yujinin rəhbərliyi ilə Moskva Şurası və RSDFP-nin Moskva komitəsi başçılıq edirdi.
Sosial-demokratlar tərəfindən idarə olunaraq, onlar, mübarizəyə xırda-burjua partiya və təşkilatlarının(eser, İttifaqlar ittifaqı və b.)
qüvvələri cəlb edərək, solblok taktikasını aparırdılar.
Çar hökuməti Moskva və Moskva quberniyasında fövqəladə vəziyət elan etdilər.
1905-ci il dekabrın 8-ə keçən gecə, polis MK və Moskva şurasının aparıcı fiqurlarını həbs etdi, dekabrın 8 isə "Akvarium" teatrında olan nümayişin iştirakçılarına divan tutdu.
Dekabrın 9-da Fidlerin real peşə məktəbində keçirilən ümummoskva drujinaçılar yığıncaqı darmadağın edildi.
Bu hadisə üsyanın başlamasına işarə oldu.
Üsyanın başlaması Dekabrın 9 axşam Moskva küçələrində ilk barrikadalar görsənməyə başladı.
Dekabrın 10-11 çar qoşunları ilə dolu mərkəz barrikadalar ilə əhatə olundu.
Aparılan döyüşlərdə işçilər yeni taktikadan - barrikada mübarizəsinin partizan mübarizəsi ilə üzlaşması - taktikasından istifadə etməyə başladılar.
Bu taktikanın əsasları 11 dekabrda "İzvestiya" qəzetində dərc edilmiş RSDFP MK-nin yanında, döyüşçü təşkilatının "Üsyan etmiş işçilərə təlimatlar"ında izah edilmişdir.
2 min silahlı və 4 min silahsız drujinaçılar çar qoşunlarının hucumlarını 10 gün dəf edə bildilər.
Lakin mübarizənin ümumi planının və mərkəzləşmiş rəhbərliyinin olmaması, əsasən öz məhəllələrində vuruşan drujinaçıların hərəkətlərinin lokal səciyəsi, üsyanın bütövlükdə bir neçə ayrı-ayrı ocaqlarda, müdafiə səciyəli olduğuna gətirdi.
Üsyançılar Moskva qarnizonunun tərəddüdündən də istifadə edə bilmədilər.
Üsyanın mərkəzi Presnya oldu.
Litvin -Sedoyyun başçılığı ilə rayon şurasının rəhbərlik etdiyi Presnya rayonu üsyanın mərkəzinə çevrildi.
Moskva drujinaçıları ilə birlikdə M.V Frunzenin başçılığı ilə şuyalı drujinaçılar da döyüşürdü.
Dekabrın 15-də Moskvaya Semyonov qvardiya alayının Peterburqdan, sonra isə Tver və Ladoqa alaylarının gəlişi, vəziyəti çar qoşunlarının tərəfinə dəyişdi.
Üsyançılara qarşı 11 piyada və 5 kavaleriya alayı, 12 top batareyası, 3 pulemet rotası və başqa hissələr göndərildi.
Dekabrın 17-də Presnyaya qarşı hucum başladı, toplar işə salındı.
Moskva Şurası, nizamlı şəkildə geri çəkilmək və gələcək mübarizə üçün öz kadrlarını saxlamaq məqsədi ilə dekabrın 18-dən silahlı üsyanı, 19-dan isə tətili dayandırmağa qərar verdi.
1905-ci ildə — 1931-ci ildə Azərbaycan dramaturqu Cəfər Cabbarlının Qafqazda Erməni-Azərbaycan müharibəsi dövründə azərbaycanlı Baxşı və erməni Sonanın məhəbbət hekayəsi üzərində yazdığı pyes.
Pyes ilk dəfə səhnədə 1931-ci ildə Bakıda nümayiş olunub.
Əsər tarla müşayiət olunan "Sarı Gəlin" xalq mahnısının ifası ilə başlayır.
Əsəri rus dilinə İqor Peçenev tərcümə edib.
Yaranma tarixi Cəfər Cabbarlının 1905-ci ildə Erməni-Azərbaycan müharibəsinin siyasi cəhətdən çox kəskin və kompleks mövzusunu bədii şəkildə əhatə etməsinə səbəb olan həlledici fakt, azərbaycanlı dramaturqunun Maksim Qorki ilə görüşü idi və onun Qorkinin "Sovetlərin Birliyi haqqında" kitabı ilə dərin maraqlanması idi.C...
Onun sözlərinə görə, "bu mövzu hələ də bədii həllini gözləyir".
1929-cu ildə Cabbarlı Zaqafqaziya xalqlarının mədəni birliyi ayı ərzində Gürcüstana və Ermənistana səfər etmişdir.
O, bu səfərdən sonra "1905-ci ildə" pyesini yazdı.
Pyesin yaranma tarixi haqqında Cəfər Cabbarlı Ədəbiyyat qəzetinin 1934-cü il 30 may nəşrində yazırdı: Səhnələşdirilmə tarixi Azərbaycan səhnəsində pyes ilk dəfə 1931-ci ilin oktyabr ayında (1931-1932-ci il mövsümü) nümayiş etdirilib.
Pyesin ilk rejissoru Leninqraddan dəvət olunan rejissor V.V.
Lyutse, rəssam P. Ryabçikov isə tamaşanın bədii dizaynını qurmuşdu.
Tamaşa müəllifin qurucu direktorun iştirakı ilə həyata keçirilmişdir.
Tamaşanın musiqisi bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmışdır.
Tamaşanın bədii bəzənməsində bir çox konstruktivizm və formalizm elementləri var idi: əsas platformalar üç hissəli kənd evinin şaquli hissəsində yerləşirdi, orada müəyyən hissələr işıqlanırdı.
Tamaşada bolşevik Eyvazın təsvirini Azərbaycan Respublikasının əməkdar artisti Abbas Mirzə Şərifzadə tərəfindən yaradılmışdır.Eyni zamanda "1905-ci ildə" tamaşası, Lyutse-Cabarlı-Ryabçikovun erməni teatrında eyni olaraq nümayiş etdirilmişdir.
Hər iki teatr 1931-1932 mövsümünü bu tamaşa ilə açmışdır.
Tamaşanın müvəffəqiyyəti çox böyük idi. Daha sonra tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrı və İrəvanın Sundukyan adına Ermənistan Teatrında nümayiş etdirilmişdir.
Teatrşünas Cəfər Cəfərov yazırdı ki, 1931-ci il "1905-ci ildə" pyesinə görə Azərbaycan sənətinə böyük bir qələbə gətirdi".1937-ci ildə İsmayıl Hidayətzadənin rejissoru olduğu "1905-ci ildə" tamaşası hazırlanmışdır.
Teatrşünas Cəfər Cəfərov qeyd edirdi ki, 1937-ci ilin tamaşasında İsmayıl Hidayətzadə bolşevik Volodin və Eyvazın obrazlarını daha artırdı, 1905-ci ildə inqilabi mübarizənin imicini genişləndirdi və bununla tamaşaya xas olan çatışmazlığı aradan qaldırmağa bacardı.
Yenə də Eyvaz rolunu artıq Azərbaycan Respublikasının Abbas Mirzə Şərifzadə oynamışdır.