Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Peterburqski tərəfdə, Narva darvazaları qarşısında və Qış sarayı meydanında qoşunlar fəhlə kütlələrinə tüfənglərdə yaylım atəşi açdılar. |
Bundan sonra fəhlələrə süvarilər hucum etdi, və onları tapdalamağa və doğramağa başladı. |
Müxtəlif mənbələrə görə 200 nəfərdən - 1200 nəfər qədər(rəsmi 88 nəfər) adam öldürüldü, 800-5000 nəfər yaralandı. |
II Nikolay yanvarın 19-da fəhlə nümayəndələrini qəbul etməyə razı oldu. |
Lakin artıq ölkəni tətil dalğası bürümüşdü. |
Ancaq yanvarda fabrika inspeksiyasının məruzəsinə əsasən 440 min fəhlə tətil edirdi. |
Tətildə ən fəal metallurqlar iştirak edirdi. |
Potyomkin zirehli gəmisində üsyan Mayın 1-də İvanovo-Voznesenskdə, 12-də İvanovo-Frankovskda tətilllər başladı. |
Həmin vaxt Baltikyanını, Belarusu, Ukraynanı, Volqaboyunu, Mərkəzi bürüyən, kənd üsyanları başladı. |
1905-ci il yayda Ümumrusiya kəndli ittifaqı yaranır. |
İttifaqın qurultayında torpağın xalqın istifadəsinə verilməsi tələbi irəli sürüldü. |
Orduda və donanmada üsyan halları çoxaldı. |
Knyaz Potömkin Tavriçeski" zirehdaşıyan gəmisində üsyan baş verdi. |
14 iyun 1905-ci ildə, zirehdaşıyan gəmini ələ keçirən matroslar, onu həmin vaxt üsyan baş verən Odessaya gətirdilər. |
Lakin matroslar yerə enib fəhlələrə dəstək olmaqdan çəkindilər. |
Gəmi Rumıniyaya yollandı və orada hökumətə təslim oldu. |
17 oktyabr Manifesti İnqilabın genişlənməsi, və müxalifətin fəallaşması çar hökumətini bəzi güzəştlərə getməyə məcbur etdi. |
Nikolayın sərəncamı ilə daxili işlər naziri Bulıqina Dövlət dumasının çağırılması layihəsini hazırlamaq tapşırıldı. |
6 avqust 1905-ci ildə Dumanın çağırılması barədə fərman imzalandı. |
Lakin bu Dumanın səlahiyətlərinin məhdudluğu, nə onun seçki qaydası inqilabi qüvvələri razı salmadı. |
Seçkilər üç kuriyaya(mülkədarlar, şəhərlilər, kəndlilər) görə keçirilməli idi, fəhlələr, ziyalılar və xırda burjuaziya seçki hüququ almadı. |
Bulıqin dumasına", boykot olunması səbəbi ilə, seçkilər baş tutmadı. |
1905-ci ilin oktyabr-noyabr aylarında, Xarkov, Kiyev, Varşava, Kronştad və bəzi başqa yerlərdə əskərlərin çıxışları baş verdi. |
11 noyabr 1905-ci ildə Sevastopolda leytenant P. Şmitin başçılığı ilə qiyam baş verdi. |
Matroslar zabitləri tərksilah etdilər. |
Qiyamın əsas bazası "Oçakov" kreyseri oldu. |
Noyabrın 16-da qiyam yatırıldı, iştirakçıları isə güllələndi. |
Oktyabrın ortalarında hökumət vəziyətə nəzarəti itirməyə başladı. |
Hər yerdə məşrutə tələbi ilə nümayiş və yürüşlər baş verirdi. |
Böhranı dəf etmək üçün çar hökuməti müəyyən güzəştlərə getməyə başladı. |
17 oktyabr 1905-ci ildə çar, Rusiya vətəndaşlarına siyasi hüquqlar: şəxsiyətin toxunulmazlığı, vicdan, söz, mətbuat, yığıncaq və ittifaq azadlıqları verən Manifest imzaladı. |
Dövlət dumasına qanunverici səlahiyətlər verildi. |
Birləşmiş hökumətin - Nazirlər şurasının - yaradılması bəyan edildi. |
Manifest hadisələrin sonrakı gedişinə müəyyən təsir etdi, liberalların inqilabi coşqunluğunu səngitdi və sağçı leqal partiyaların(kadetlər və oktyabristlər) yaranmasına təkan verdi. |
İdman gimnastikası üzrə ilk Dünya Çempionatı 1905-ci ildə Fransanın Bordo şəhərində keçirilmişdir. |
Kişilər arasında fərdi çıxış Kişilər arasında komanda şəklində hər tərəfli Turnik üzərində hərəkətlər (kişilər arasında) Parallel qollarda (kişilər arasında) Dəstəli at üzərində hərəkətlər (kişilər arasında) Medal cədvəli |
1905–1906-cı illər Azərbaycan mətbuatı — XX əsr Azərbaycan mətbuatının mühüm mərhələrindən biri. |
1905-ci ildən başlayaraq Bakıda mətbuat sürətlə inkişafa başladı. |
Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. |
Mətbuat sahəsində senzura qismən zəifləmişdi. |
Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu. |
Onların arasından yalnız bir neçəsi Bakıdan xaricdə nəşr olunurdu. |
Qəzetlərdən çoxunun ömrü qısa olsa da, elə qəzetlər var idi ki, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. |
Məsələn, "Molla Nəsrəddin" məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılmışdı. |
Habelə "Füyuzat" məcmuəsi, "Həyat" və "İrşad" qəzetlərinin də Şərq ölkələrində çoxlu abunəçisi var idi. Savadsız abunəçilər "Molla Nəsrəddin" məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar. |
Hacı Zeynalabdin Tağıyev "Kaspi" qəzetini pulla almış və Türkiyədən çoxlu hürufat gətirdərək qəzetin nəşrini davam etdirmişdi. |
Bundan başqa, Bakıda iki əsas nəşriyyat yaranmışdı. |
Bunlardan biri Oruc, Qənbər, Abuzər Orucov qardaşlarının, o biri isə Haşım bəy Vəzirovun nəşriyyatı idi. Hər iki nəşriyyatın özünün xüsusi mətbəəsi vardı. |
Orucov qardaşlarının elektrik mətbəəsi daha təkmilləşmiş mətbəə idi. |
Burada hər cür mətbəə maşınları mövcud idi. Qəzetlərdən çoxu Bakı milyonçularının rəhbərliui və dəstəyi ilə buraxılırdı. |
Məsələn, Tağıyev "Kaspi" qəzetindən başqa, "Füyuzat" məcmuəsi və "Tazə həyat" qəzetinin də rəhbəri idi. İsa bəy Aşurbəyov hümmətçilərin bir neçə mətbuat orqanını, "İrşad" qəzetini və "Şəlalə" məcmuəsini maliyyələşdirirdi. |
Tərəqqi" qəzeti milyonçu Murtuza Muxtarovun vəsaiti ilə çap olunurdu. |
Bir tərəfdən mətbuat azadlığı, digər tərəfdən isə onların nəşri üçün maliyyə vəsaitinin olması Bakıda jurnalistlərin sayını xeyli artırmışdı. |
Hətta Turkiyədən, İrandan və Krımdan da jurnalistlər gələrək Bakı qəzetlərində fəaliyyət göstərirdilər. |
Qəzet və məcmuələrdən əlavə mətbəələrdə kiçik tirajlarla da olsa, Azərbaycan yazıçılarının əsərləri kitab şəklində çap edilib yayılırdı. |
Azərbaycanda çap edilən qəzet və məcmuələrin siyahısını 1918–1919-cu illərin görkəmli mühərriri Mirzə Bala Məmmədzadə "Azərbaycan türk mətbuatı" adlı əsərində çox müxtəsər şəkildə vermişdir. |
1905-ci ildə Azərbaycan dilində çıxan ilk qəzet "Həyat" oldu. |
Bu təzetin birinci nömrəsinin nəşri 1905-ci il iyun ayının 7-də reallaşmışdı. |
Qəzet Topçubaşovun imtiyazı, Əhmədbəy Ağayev və Əlibəy Hüseynzadənin müdirliyi ilə çap olunurdu. |
Bir müddətdən sonra Əhmədbəy Ağayev qəzetdən gedir və qəzet 1906-cı ilin payızınadək Əlibəy Hüseynzadənin rəhbərliyi altında nəşr edilir. |
Həyat"ın səhifələrində dövrün qabaqcıl ziyalılarından Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəcəf bəy Vəzirov, Ə. B. Haqverdiyev, Həsən Səbri Ayvazov, Məhəmməd Hadi, Mehdibəy Hacınski, görkəmli ruhanilərdən Axund Mirzə Abu Turab, Axund Molla Ələkbər və başqaları öz məqalə və yazıları ilə çıxış edirdilər. |
O dövrlərdə xarici xəbərləri çap etmək bütün yerli türk qəzetlərinə qadağan edilmişdi. |
Vaxtı ilə "Əkinçi" qəzeti səhifələrində də dünya xəbərlərini yayınlamağa Həsən bəy Zərdabiyə icazə verilməmişdi. |
Həyat" qəzeti isə dünya xəbərlərini müntəzəm olaraq dərc edirdi. |
Dövrün azərbaycandilli mətbuatı "İrşad" qəzeti Əhməd bəy Ağayev "Həyat" qəzetindən gedəndən sonra "İrşad" adlı yeni bir qəzet çıxarmağa başlayır. |
İrşad" siyasi, ictimai, iqtisadi və elmi bir qəzet hesab edilirdi. |
Əhmədbəy Ağayev dövrünun görkəmli ədib və mühərrirlərini qəzet ətrafına toplaya bilmişdi. |
Bunlardan Haşım bəy Vəzirovu, M.Ə.Rəsulzadəni, Üzeyir bəy Hacıbəyovu, Ə.A.Müznibi və başqalarını göstərmək olar. |
Qəzet birinci il həftədə üç dəfə, ikinci il həftədə 4 dəfə və bəzi hallarda isə həftədə 5 dəfə olmaqla nəşr edilirdi. |
İrşad" qəzetində fəaliyyət göstərən görkəmli mütəfəkkirlər arasında Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, F.Ağazadə, Ö.F.Nemanzadə, Q.Qarayev, A.Y.Talıbzadə, M.S.Axundov, A.Sur, S.M.Əfəndiyev, M.Hadi, N.Vəzirov, M.Ə.Sabir və başqaları da var idi. 1905–1908-ci illərdə Bakıda nəşr edilmişdir. |
1908-ci ildə müvəqqəti redaktoru Məhəmməd Əmin Rəsulzadə olmuşdur. |
Üzeyir bəy Hacıbəyov "İrşad"-ın ən fəal əməkdaşlarından idi. |
Burada işlədiyi müddətdə 100-ə yaxın publisistik məqalə, "Ordan-burdan" ümumi başlığı altında 200-dən çox felyeton və satirik miniatür yazmış, "İrşad"-ın felyetonçusu kimi şöhrət tapmışdı. |
İrşad"-ın nəşri iki dəfə dayandırılmışdı: 1907-ci ildə müvəqqəti, 1908-ci ildə isə həmişəlik. |
Hər ikisinin "günahkarı" Üzeyir bəy Hacıbəyov olmuşdur. |
Birinci dəfə "Stolıpinin xəyalı" felyetonuna, ikinci dəfə isə çar hökumətinin "İvan" obrazı ilə ciddi məsxərə olunduğu "Nağıl" felyetonuna görə. |
Tərəqqi" qəzeti "Tərəqqi" qəzeti qəzeti "İrşad" qəzetinin fəaliyyətinə xitam verildikdən sonra Əhməd bəy Ağayev tərəfindən nəşr etdirilirdi. |
Birinci nömrəsi 1908-ci il iyun ayının 3-də çıxmışdır. |
İmtiyaz sahibi M.Muxtarov idi. Qəzetin adı olan "Tərəqqi" sözünün aşağı hissəsində "Hürriyyət, müsavat, ədalət" sözləri yazılmışdı. |
Siyasi, ədəbi, ictimai və iqtisadi bir qəzet idi. "Tərəqqi" əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çap edilirdi. |
Əhməd bəy Ağayev İstanbula gedir, bununla qəzet də bir müddətdən sonra bağlanır. |
Bundan sonra Muxtarov "Tərəqqi" mətbəəsini alıb Haşım bəy Vəzirovun sərəncamına vermişdi. |
Füyuzat" məcmuəsi "Həyat" qəzeti bağlandıqdan sonra Əli bəy bu məcmuənin nəşrinə başlamışdı. |
İlk nömrəsi 1906-cı il 1 noyabrda çıxmışdır. |
İmtiyaz sahibi H.Z.Tağıyev idi. Ədəbi, siyasi, fənni və ictimai həftəlik məcmuə idi. Onun səhifələrində əsasən Əli bəy Hüseynzadə özü, M.Hadi, Abbas Səhhət, Əhməd Kamal, M.Ə.Rəsulzadə, M.Ə.Sabir, Həsən Səbri Ayvazov və başqaları çıxış edirdilər. |
Məcmuənin nəşri 1 noyabr 1907-ci ilədək davam etmişdir. |
Füyuzat" Əli bəy Hüseynzadənin baş redaktorluğu, maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabr ayının 1-dən Bakıda nəşr olunmağa başladı. |
Ədəbi, fənni, siyasi, ictimai, müsəvvər həftəlik türkcə məcmuəyi-islamiyyə" olan Füyuzat redaksiyası Nikolayevski küçəsində Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşirdi. |
İllik abunə haqqı 6 manat, 6 aylıq isə 3 manat 50 qəpik idi. "Füyuzat" Ə.Hüseynzadənin "Həyat" qəzetinin sonuncu sayında "Vidanamə" başlıqlı məqaləsində göstərdiyi kimi "qüdrətli, ədəbi qələm sahiblərinin cəm" olduğu nəşr kimi diqqəti çəkdi. |
Bəzi tədqiqatçılar, ədəbiyyatşünaslar 1905–1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü "Əli bəy və "Füyuzat" dövrü adlandırırlar. |
Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq "Füyuzat"ı "islam aləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı" kimi dəyərləndirirdi. |
Mətbuat və ədəbiyyat tarixinin araşdırıcısı, MEA-nın müxbir üzvü, professor Əziz Mirəhmədov XX əsrin əvvəllərində yaranan ictimai, siyasi və mədəni hərəkatı öyrənmək zərurətini lakonik şəkildə belə ifadə edir: "Füyuzat" məcmuəsi XX əsrin 30-cu illərinədək Cəlil Məmmədquluzadə, M.Hadi, A.Şaiq, M.S.Ordubadi kimi böyük əd... |
Lakin 1930-cu illərdən 1990-cı illərədək mətbuat və ədəbiyyat tariximizə həsr olunan elmi tədqiqatlarda, publisistik yazılarda "mürtəce mətbu orqan" kimi təqdim olunmuşdur. |
1990-cı illərdən sonra professor Şamil Vəliyev, filologiya elmləri namizədi Ofelya Bayramlı, Rasim Kazımoğlu və b. Füyuzat irsini öyrənmiş, elmi monoqrafiyalar, tədqiqat əsərləri çap etmişlər. |
O.Bayramlı tərəfindən “Füyuzat”ın çap olunduğu 32 sayı ərəb qrafikasından transleterasiya edilib 492 səhifə həcmində nəşr olunmuşdur. |
Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur. |
“Füyuzat”da Əli bəy Hüseynzadənin yazdığı məqalələrdən birində deyilirdi: Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə2, "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" və s. m... |
Azərbaycan Xaq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. |
Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı. |
Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik əleyhinə mübarizə aparan "Füyuzat"çılar rus inqilabçı-demokratları, türk tənzimatçıları, İran məşrutəçiləri və başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.