Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu mənada "Füyuzat" və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə belə təsnif etmək olar: türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək), azərbaycançılıq; demokratik axtarışlar; neoromantik ədəbiyyatın yaradılması; füyuzatçı jurnalistika məktəbinin təsisi; dildə, fikirdə, işdə birlik konsepsiyasın... |
İttihad və tərəqqi" ideyasını yürütmək və Turançılığı təbliğ etmək, ictimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması, yenilikçilik hərəkatını gücləndirmək, söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkild... |
Bu və digər səbəblərdəndir ki, Ə.Hüseynzadənin irsi və onun formalaşdırdığı füyuzatçılıq hərəkatının tarixi təcrübəsi indiki dünyaya inteqrasiya zamanında mühüm aktuallıq kəsb edir. |
Ə. Hüseynzadənin hələ "Füyuzat"ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi "türklük, müsəlmanlıq və avropaçılıq" şüarı, mahiyyət etibarı ilə bu gün ictimai həyatımızda özünə yer tapan "azərbaycançılıq, müsəlmançılıq və müasirlik" doktrinasının yaranmasında mühüm rol oynadı. |
Ə.Hüseynzadənin başçılıq etdiyi "Füyuzat" jurnalı və eyni adlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir. |
Dəbistan" məcmuəsi Məktəblilər üçün idi. Birinci nömrəsi 1906-cı ildə çıxmışdır. |
Məcmuənin səhifələrində o dövrun görkəmli müəllimləri iştirak edirdilər. |
Naşiri Məhəmməd Həsənbəy, mühərriri isə Əlisgəndər Cəfərzadə idi. Məcmuə 1908-ci il martın 10-dək davam etmişdir. |
Lakin çapa başlandığı gündən məcmuənin sayı ildən-ilə azalırdı. |
Məsələn, birinci il 18 nömrə, ikinci il, yəni 1907-ci ildə 7 nömrə çıxmışdısa, üçüncü ildə — 1908-ci ildə cəmi 2 nömrə çıxmışdı. |
Jurnalın fəaliyyətində Ə.İ.Cəfərzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Şeyda, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, R.Əfəndizadə, Musayev, Fərhad Ağazadə, Abbas Səhhət, Abdulla Şaiq, Ə.Əfəndizadə, Fərəcullazadə, Nəriman Nərimanov və dövrün digər tanınmış ziyalıları iştirak ediblər. |
Hələ Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. |
1906-cı ildə "Dəbistan" jurnalında çap edilmiş Sultan Məcid Qənizadənin "Allah xofu" hekayəsi onun yaradıcılığında xüsusi yer tutur. |
Maarifçi-demokratik səciyyəli "Dəbistan" jurnalı maddi çətinliklə üzləşəndə onun nəşrini davam etdirmək üçün jurnala xeyriyyəçi Zəkəriyyə bəy Aslanov da köməklik göstərənlər arasında olmuşdur. |
Bu məcmuə 1908-ci ilin martın 1-nə kimi davam etmişdir. |
Məcmuə maddi zəiflikdən dolayı qapanmışdır. |
Son nömrəsində Həsən bəy Zərdabinin şəkli, tərcümeyi-halı, fəaliyyəti, xidməti və mərasimi-dəfni öz əksini tapıb. |
Təkamül" qəzeti Həftəlik sosialist qəzeti idi. 1906-cı ildən nəşrə başlayıb və həmin ildə də bağlanıb. |
Qəzetdə iştirak edən mühərrirlər: Sultan Məcid Əfəndizadə, M.Ə.Rəsulzadə, Seyid Musəvi, Əsədulla Axundov və başqaları idi. "Molla Nəsrəddin" məcmuəsi 1906-cı ildə Tiflisdə çap olunmağa başlayan siyasi, ictimai, ədəbi, satirik məcmuə idi. Müəyyən olunmuş bu proqrama uyğun şəkildə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanz... |
Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. |
Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin "Molla Nəsrəddin" imzası ilə "Tiflis 7 aprel" sərlövhəli baş məqaləsi,"Məcmuəmizə müştəri olanlara nəsihət", "Molla Nəsrəddinin teleqramları", "Bilməli xəbərlər", "Dəllək", "Atalar sözü" və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olundu. |
Həcmi kiçik formatda olan "Molla Nəsrəddin"in çapı həftədə bir dəfə nəzərdə tutulmuşdur. |
Proqram səciyyəvi baş məqalədə isə Molla Nəsrəddin üzünü doğma xalqına tutub söyləyirdi: Molla Nəsrəddinçilər məqalələrini "türkün ana dilində", sadə danışıq tərzində, xalqın anlayacağı, başa düşəcəyi dildə yazdılar. |
C.Məmmədquluzadənin öz dili ilə desək "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı". |
C.Məmmədquluzadə jurnalın ilk nömrəsinin işıq üzü görməsi münasibətilə Rusiyanın bir çox yerlərindən təbrik məktubları, teleqramlar aldı. |
Redaktor bu təbriklərə aprelin 12-də "Na povorote" qəzeti, aprelin 14də isə "Kaspi" qəzeti vasitəsilə təşəkkürlərini bildirdi. |
Molla Nəsrəddin" dövrünün mühüm siyasi hadisələrinə səs verir, milli oyanış prosesinə xidmət edirdi. |
Jurnalın mövzu və təsir dairəsi çox geniş idi. "Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik ziyalıları öz ətrafında toplamışdı. |
Jurnalda Azərbaycanın görkəmli şair, yazıçı və jurnalistləri ilə yanaşı Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə kimi rəssamlar da fəaliyyət göstərərək Azərbaycanda yeni rəssamlıq məktəbinin təməlini qoydular. |
Molla Nəsrəddin"in müasir ədəbiyyat, maarifləşmə, demokratikləşmə uğrunda mübarizəsi, onun güclü satirası jurnalda əməkdaşlıq edən sair və yazıçıların yaradıcılıq istiqamətini müəyyən etmiş, onların görkəmli sənətkar kimi formalaşmasında həlledici amil olmuş, beləliklə də "Mollanəsrəddinçilik" adlı böyük bir ictimai-əd... |
Mollanəsrəddinçilər klassik Azərbaycan, Şərq, rus və dünya bədii-publisist irsinin ənənələrindən, xalq yumorundan məharətlə bəhrələnərək, milli mətbuat tarixində satirik jurnalistikanın bünövrəsini qoyulmuş, Azərbaycan publisistikasını janr və üslub rəngarəngliyi ilə zənginləşdirərək onun inkişafında misilsiz rol oynam... |
Məcmuə 1915-ci ilədək müntəzəm çıxmışdır. |
Ondan sonra məcmuənin nəşri dayandırılmış, sonra təzədən çıxmışdı. |
1920-ci ildə Təbriz şəhərində 8 nömrəsi çıxmışdır. |
Nəşri Sovet hakimiyyəti illərində də davam etmişdir. |
Tazə həyat" qəzeti Birinci nömrəsi 1907-ci il 1 apreldə çıxmışdır. |
Naşiri H.Z.Tağıyev, mühərriri isə Haşım bəy Vəzirov idi. Gündəlik ədəbi, siyasi qəzet idi. 1908-ci il 7 oktyabrda hökumət tərəfindən bağlanmışdır. |
Qəzetin səhifələrində Haşım bəy Vəzirov, Seyid Hüseyn Sadiq, Əliabbas Müznib, Məhəmməd Hadi, Hacı İbrahim Qasımov və başqaları çıxış edirdilər. |
Təzə həyat" milli burjuaziyanın mənafeyini müdafiə etmiş, fəhlələrin istismarını pərdələməyə çalışmış, qadın azadlığına qarşı çıxmışdır. |
Təzə həyat"-ın ideya istiqaməti, xüsusilə, Sultan Əbdülhəmidə mədhiyələr deməsi, varlılara yarınması Cəlil Məmmədquluzadə tərəfindən kəskin surətdə tənqid olunmuşdur. |
Bununla da, Cəlil Məmmədquluzadə, mollanəsrəddinçilər və ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalı əleyhinə arasıkəsilməz kampaniya başlanmışdır. |
Bəhlul" məzhəkə məcmuəsi Ömrü çox qısa olmuş məcmuələrdən biridir. |
Bəhlul" satirik jurnalı 19 may 1907-ci ildə Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə Bakıda nəşrə başlayıb. |
Jurnal "Molla Nəsrəddin" ənənələrini davam etdirən məcmuələrdən biri olub. |
Jurnalın adı Molla Nəsrəddin kimi xalq arasında məzmunlu lətifələri ilə məşhur olan ədalətpərəst, həqiqətpərəst Bəhlul Danəndənin adından götürülmüşdür. |
Bəhlul"un zəngin ədəbi-bədii tərtibatı var idi. "Bəhlul" öz səhifələrində "Molla Nəsrəddin"ə rəğbət ifadə edən bir sıra yazılar və şəkillər vermişdi. |
Ələsgər Əliyevin jurnalistlik fəaliyyətində "Bəhlul" jurnalı xüsusi yer tutur. |
Jurnalın ömrü cəmi 6 ay olmuş və 9 nömrəsi işıq üzü görmüşdür. |
Bəhlul"un nəşri 1907-ci ildə noyabr ayının 4-də, 9-cu nömrədən sonra "zərərli məsləkinə görə" dayandırılmışdır. |
Çünki jurnalın səhifələrində zəhmətkeş kütlələrin 1905-1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırılmışdır. |
Burada satirik şeirlər, felyetonlar, "Bilməli xəbərlər", "Teleqraf xəbərləri", "Lüğət", "Tapmaca" və b. satirik başlıqlar altında yazılar dərc etdirilirdi.Jurnalda ictimai gerilik, dini-fanatizm, ailə və məişətdəki vaxtı keçmiş adət-ənənələr, dövlət idarəçiliyindəki nöqsanlar, varlı-kasıb münasibətləri sadə xalq dilind... |
Bəhlul" Bakıda fəhlə hərakatına köməkdə, dövrün mühüm məsələlərinin işıqlandırılmasında, xalqın maariflənməsi uğrunda mübarizədə böyük xidmət göstərmişdir.İran və Türkiyədə baş verən milli oyanışla bağlı hadisələr, fəhlələrlə kəndlilərin ittifaqı, fəhlələrin siyasi mübarizəsi məsələsiişıq üzü görmüş, sosial-demokrat fə... |
Bu münasibətlə verilən məqalə jurnal "Hümmət" qrupunun üzvlərinə müraciətlə deyirdi ki, bu ağır itki təkcə sizi deyil, bütün fəhlələri kədərləndirir. |
Jurnalın 8-9 nömrələrində "Fəhləyə dair" sərlövhəli bir felyeton dərc edilmişdir. |
İpləmə" imzası ilə verilmiş bu felyetonda sahibkarla fəhlə arasında gedən söhbət əks etdirilir. |
Bu söhbətdə kəskin siyasi məsələlərə toxunulur. |
Fəhlə açıq bildirir ki, ədalətsizlik və zülm davam etdikcə onlar mübarizədən çəkinməyəcəklər. |
İttifaq" qəzeti Bu qəzet "Tazə həyat" qəzeti bağlandıqdan sonra Haşım bəy Vəzirov tərəfindən buraxılmışdır. |
Qəzet artıq "Kaspi" mətbəəsində deyil, yeni təşkil olunmuş Orucov qardaşları mətbəəsində nəşr edilirdi. |
Qəzetin birinci nömrəsi 1908-ci il dekabrın 1-də çıxmışdı. |
1909-cu ildə isə hökumət tərəfindən bağlanmışdı. |
Qəribə idi ki, qəzetin mühərriri H.Vəzirovu cəzalandırmaq əvəzinə Rəşid bəy Yusifzadə Türküstana sürgün edilmişdi. |
Dəvət-Qoç" qəzeti — Azərbaycan və erməni dillərində çıxırdı. |
Qəzet əsas etibarilə erməni-müsəlman qırğınının qarşısını almaq uğrunda mübarizə aparırdı. |
Qəzet İsabəy Aşurbəylinin müdirliyi altında çıxsa da qəzetin təşkilində mühüm rolu Mir Həsən Mövsümov oynamışdı. |
Qəzetin səhifələrində onun bir sıra felyetonları dərc edilmişdi. |
Zənbur" məzhəkə məcmuəsi Həftədə bir dəfə şəkilli çıxırdı. |
Birinci nömrəsi 1906-cı il 13 martda çıxmışdır. |
Naşiri Əbdülxalıq Axundov idi. Birinci ilin ikinci yarısında məcmuəyə Əzim Əzimzadə müdirlik etmişdir. |
1907-ci ildə Əzimzadəni knyaz Murtuz Palavandov əvəz etmişdir. |
1967-ci il iyun ayının 25-dən məcmuənin baş mühərriri Əliabbas Müznib olmuşdur. |
Jurnal "Molla Nəsrəddin" jurnalının satira ənənələrindən bəhrələnirdi. |
Jurnalın ilk nömrəsi 1909-cü il martın 13 -də cümə günü işıq üzü görüb. |
Jurnalda Azərbaycan teatrına, səhnə sənəti ustalarına, o cümlədən Ü.Hacıbəyova qarşı haqlı-haqsız hücumlar edilirdi. |
Ü.Hacıbəyov "Zənbur" jurnalı haqqında rəy yazmışdı: O, həm də mətbuatda "Zənburçu"lara açıq məktubla çıxış etmişdir. |
Zənbur"un sahibi və naşiri həkim, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, birinci ildə 21-ci nömrəyədək məsul müdiri isə Rza bəy Səlimxanov olmuşdur. |
Jurnala ilin yarısında 22-ci nömrədən sonra Ə.Əzimzadə müdirlik etmişdir. |
O, həmçinin jurnalın əsas rəssamı idi. Birinci il "Zənbur" 42 nömrə nəşr edilmişdir. |
İkinci ildə birinci nömrədən etibarən "Zənbur"un müdiri knyaz Murtuza Palavandov, naşiri isə həkim Əbdülxalıq Axundov olmuşdur. |
İyul ayının 25-dən 1910-cu ildən, "Zənbur"da (22 - ci nömrədən) Əliabbas Müznib baş mühərrirliyi qəbul etmişdir. |
1910-cu il oktyabrın 15-nə kimi 28 nömrəsi çıxmışdır. |
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin orqanı olub və 24 nömrəsi nəşr edilmişdir. |
1918-ci ilin aprel-noyabr aylarında çap olunan "Zənbur"un təsisçisi "Türk Nəşriyyat Cəmiyyəti" idi. "Rəhbər" məcmuəsi Birinci nömrəsi 1906-cı ildə buraxılmışdı. |
Aylıq məcmuə idi. Məcmuənin naşiri və müdiri müəllim Mahmud bəy Mahmudbəyov idi. Cəmi 3-4 nömrə çıxmışdır. |
Ən fəal müəlliflər Mirzə Ələkbər Sabir ilə Abbas Səhhət idi. "Rəhbər" jurnalında təlim-tərbiyəyə, ictimai məsələlərə dair məqalələr, Azərbaycan, rus və dünya ədəbiyyatından nümunələr dərc olunurdu. |
Jurnalda, həmçinin Rusiya müsəlmanlarının məişətindən, ədəbiyyatdan, üsuli-təlim və tərbiyədən bəhs olunmuşdu. |
Rəhbər" əsasən demokratik istiqamətli olmuş, siyasi fikirləri, elmi bilikləri təbliğ etmiş, Azərbaycanda pedaqoji və uşaq ədəbiyyatının inkişafında, ümumtəhsil ideyalarının yayılmasında mühüm xidməti olmuşdur. |
Jurnal ilk nömrəsinin baş məqaləsində gələcək proqramı haqqında danışmışdır. |
Elmin və maarifin inkişafı məsələlərinə xüsusi əhəmiyyət verən jurnal yazırdı: Sonra jurnal Azərbaycanda belə mənəvi qüvvələrin inkişafına kömək göstərəcəyini bildirir: Jurnal səhifələrində bir sıra ictimai-siyasi məsələlər qaldırmışdır. |
M.Mahmudbəyov "Bizə nə lazımdır" sərlövhəli publisist yazısında 1905-ci ilin inqilabi hadisələrindən sonra Azərbaycanda əmələ gələn dirçəliş və oyanmanın mənzərəsini verməyə çalışmış, qarşıda duran vəzifələri şərh etmişdir. |
Rəhbər"də ədəbiyyata, şeir və sənətə dair məqalələr dərc olunurdu. |
Ədəbiyyatımıza dair" başlığı ilə verilən məqalələrin müəllifi Firidunbəy Köçərli idi. Birinci nömrədə Seyid Əbülqasım Nəbatinin həyat və yaradıcılığı, ikinci nömrədə "Durnalar" şeirləri, beşinci nömrədə "Molla Vəli Vidadi və onun tərcümeyi-halı" məqalələri çap olunmuşdur. |
S.M.Qənizadənin "Körpə uşaqlar tərbiyəsi" məqaləsi jurnalın ən maraqlı yazılarındandır. |
Həmin məqalə jurnalın 4 nömrəsində hissə-hissə verilmişdir. |
Maddi vəsaitin yoxluğu üzündən jurnalın nəşri dayandığı üçün məqalə də yarımçıq qalmış, ardı dərc olunmamışdır. |
Məqalədə müəllif əvvəlcə pedaqogika elmindən söz açır, bu elmin vəzifələrini göstərir, sonra isə valideynlərə məsləhət görür ki, bu elmlə tanış olsunlar, "qərinələr ərzində məşhur pedaqoqların təcrübəsi ilə hasil olmuş tərbiyə qanunlarını yad edib onlara əməl" etsinlər. |
S.M.Qənizadə pedaqoji tərbiyənin ictimai mühitdə rolunu yüksək qiymətləndirir, obrazlı şəkildə qeyd edir ki, qiymətli bir əşya naşı ustanın əlində xarab olarsa, o qədər qorxusu yoxdur, lakin naşı müəllimin qeyri-düzgün tərbiyəsi nəticəsində uşağın qəlbi, ruhu, varlığı sarsılarsa, cəmiyyətə böyük ziyan dəyər. |
Övlad həyat səmərəsidir. |
Hər bir təklifdən övlad tərbiyəsi irəlidir" deyən müəllif ata anaların tərbiyə işində rolunu geniş şərh edir. |
Dövrün rusdilli mətbuatı "Bakinskaya izvestiya"Bakinskaya izvestiya" adı altında 1876-cı ildən başlayaraq müxtəlif zamanlarda eyni adda üç qəzet çıxmışdır: Rusiya texnika cəmiyyəti Bakı şöbəsinin həftədə iki dəfə çıxan qəzeti (Redaktor və naşiri V. Neruçev idi). |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.