Search is not available for this dataset
text
stringlengths
10
518k
Qiyam ləğv edildikdən sonra kütlələr arasında bolşeviklərin və onların tərəfdarlarının nüfuzu artmışdı.
Onların güclü hökumət yaradılması, hakimiyyətin sosialist partiyalarını təmsil edən Sovetlərə verilməsi təklifləri geniş yayılmışdı.. İmperialist müharibəsi və Müvəqqəti hökumətin qətiyyətsiz daxili siyasəti ölkəni getdikcə uçuruma aparırdı.
Ölkədə yaranmış ümummilli böhran getdikcə dərinləşirdi.
Sülh, torpaq və çörək" tələblərinin həllinin sonu görünmürdü.
Bundan istifadə edən Lenin, bolşeviklər hakimiyyətin hər vasitə ilə bolşevikləmiş Sovetlərə verilməsini tələb edirdilər.
1917-ci il sentyabrın əvvəllərindən etibarən onlar silahlı üsyan yolu ilə dövlət çevrilişi etməyə hazırlaşırdılar.
Nəhayət, 1917-ci il oktyabrın 25-də partiya daxilindəki fikir ayrılıqlarına baxmayaraq bolşeviklər kütlələrin Müvəqqəti hökumətin daxili və xarici siyasətdə qətiyyətsiz fəaliyyətindən narazı hissələrinə arxalanaraq "sülh, torpaq və çörək" şüarı altında dövlət çevrilişi etdilər.
Həmin çevriliş nəticəsində burjua diktaturası devrildi və bolşeviklər başda olmaqla proletariat diktaturası- Sovet hökuməti yaradıldı.
Oktyabr inqilabı, doğrudan da, XX əsrin tarixində çox böyük hadisə olmuşdu.
Əvvəla, o, dünya miqyasında birinci olaraq yalnız Qərbi Avropada dolaşan "kommunizm kabusunun" dünyanın bütün qitələrində dolaşmasına zəmin vermişdi; ikinci o, dünya birliyini iki cəbhəyə- kapitalizm və sosializm cəbhəsinə parçalamış, yer kürəsinin altıda bir hissəsini təşkil edən Rusiya imperiyasında sovet rejimi bərq...
Oktyabr inqilabı Rusiyada ictimai-siyasi inkişafın qanunauyğun nəticəsi deyil, 1917-ci ilin payızında Rusiyada yaranmış ümummilli böhran şəraitindən Leninin, bolşeviklərin istifadə etmək məharətlərinin, hərbi diktatura təhlükəsinə qarşı proletariat diktaturası alternativini irəli sürməyin zəruriliyini gecikmədən qiymət...
Habelə o, "xalqlar həbsxanası" adlandırılan keçmiş çar Rusiyası imperiyasının beynəlmiləlçilik şüarı altında mexaniki olaraq Sovet imperiyasına çevrilməsinə təminat vermişdi.
İctimai-siyasi və iqtisadi münasibətlər, habelə millətlərarası münasibətlər sahəsində Oktyabrdan keçən 74 ildən sonra özünü kəskin göstərmiş dərin böhran halları, sosial və milli qarşıdurmalar bu çevrilişin uğursuz taleyinin nəticələridir.
Böyük Oktyabr sosialist inqilabı özündən əvvəlki inqilablardan köklü surətdə ona görə fərqlənirdi ki, buna qədər olan inqilablar istismarçılığın bir formasını başqası ilə əvəz edirdi, lakin sosialist inqilabı istismar və istismarçılığı tamamilə iflic vəziyyətinə saldı.
Bu inqilabı təxminən 65%-ı səfalətdən əziyyət çəkən kəndlilərdən ibarət rusiyalı işçi təbəqəsi etdi.
İnqilabın uğurlu olmasına səbəb isə marksist-leninist biliklərlə silahlanmış bolşevik partiyasının başçılığı ilə proletariatın gücü və burjua partiyalarının zəifliyi idi. Qanlar axıdan müharibələrə səbəb olan beynəlxalq imperializm aktiv şəkildə rus inqilabına qarşı çıxa bilmədi.
Həmin vaxtda bütün əzilən dünya işçilərinin önündə gələn Rusiya proletariatı beynəlxalq işçi təbəqəsinin də yardımından istifadə etdi.
Bütün bunlar sosialist inqilabının uğurlu qələbəsinə təkan verdi.
Oktyabr Qələbəsi – XX əsrin əsas hadisəsi bütün insanlığın inkişafının gedişatına köklü surətdə təsir etdi" – "Böyük Oktyabr sosialist inqilabının 60 illik ildönümü"ndə SSKP MK-in (Sovet Sosialist Partiyasının Mərkəzi Komiteti) qurultayı zamanı söylənilmişdi.
Bu qələbənin nəticəsi olaraq, dünyada ilk sosialist hakimiyyət yarandı.
Böyük Oktyabr yeni epoxa açdı – dünyanın inqilabı yenilik epoxası, insanlığın kapitalizmdən sosializmə keçid epoxası, xalqların imperializmdən qurtularaq, bir-birilərinə qarşı müharibələrin dayandırılması, kapitalın havadarlıq etdiyi hakimiyyətin sosializmlə əvəz olunması epoxası.
Oktyabr sosialist inqilabı sosializm dünyəvi sisteminin qurulmasının ilkin əsasını qoydu.
Böyük Oktyabr tezliklə bütün planetin səmasını dəyişəcək sosial inkişafın möhtəşəm gücünü ortaya çıxartdı.
İşçilərdən nümunə almaqla yeni cəmiyyət yaradaraq kapitala qarşı mübarizə aparan xalqların imzası məhz Oktyabr oldu.
İşçi təbəqəsinin hakim təbəqə olduğunu və cəmiyyətin siyasi əsasının köklü surətdə dəyişməsinin nə dərəcədə mümkün olduğunu Oktyabr sübut etdi.
Bütün bu tarixi faktlar göstərdi ki, Vladimir İliç Leninin də söylədiyi kimi, xalqın hakimiyyəti olmadan, sosialist hakimiyyətsiz sosializmə gedən heç bir yol olmayıb və yoxdur.
Oktyabr Qələbəsi xüsusi mülkiyyətin aradan qaldırılması və ictimai özünəməxsusluğun əsasını qoyaraq, iqtisadi asılılığın yaratdığı yüzillik istismara son qoymaq imkanları yaratdı.
İstehsalatdakı anarxiya öz yerini elmli, planlı təsərrüfata verdi.
Oktyabr inqilabı zəhmətkeşlərə mənəvi möhkəmlik verdi.
Bir nəslin həyatı müddətində ölkə cəhalətdən uzaq oldu.
Zəhmətkeşlər mədəni həyatın üzvünə çevrildi, mənəvi dəyərlərin yaradıcıları oldular.
Sosialist inqilabı ölkədəki nasionalist sualları tamamilə həll etdi.
Oktyabr qələbəsi həm də milli qurtuluş qələbəsi idi. Böyük Oktyabrın əsas nəticəsi isə Azərbaycanda və qardaş sosialist ölkələrdə olan həqiqi sosializmin yaratdığı cəmiyyətdir.
Gələcək insanlığın necə olmasına bariz nümunə olan bu cəmiyyət məhz işçilərin özləri tərəfindən əsası qoyuldu.
Sovet xalqının əməyi nəticəsində çox qısa zaman ərzində həyatın hər bir sahəsindən tutmuş, həm elmi, həm də mədəni sahədə inkişaf özünü göstərdi.
Oktyabr inqilabı hər bir halı ilə dünyəvilik prinsiplərinin nə dərəcədə önəmli olması ilə yanaşı, işçi təbəqəsinin azadlıq mübarizəsinin əsas göstəricisi oldu.
Sovet hakimiyətinin yaradılması ilə proletariatın diktaturası özlüyündə heç zaman görülməyən, inanılmaz sayılan və demokratik kapitalist ölkələrində xülya sayılacaq imkanlar yaratdı zəhmətkeşlər üçün.
Çünki, sosialist quruluşu yaradan məhz zəhmətkeşlərin özləridir, burjua dövlətlərindəki kimi istismarçılar yox.
Oktyabrın dünyəvi-tarixi qələbəsinin ən əsas əhəmiyyəti ölkədəki zəhmətkeşlərin ümumi maraqlarının cəmiyyətdə özünü göstərməsi idi. Oktyabr dünyəvi inqilab prosesinin gedişatına böyük təkan verməklə dünya inqilabçılarını ruhlandırdı.
Avropada, Asiyada və Latın Amerikasında hər bir ardıcıl və uğurlu sosialist inqilabları bir daha Leninin söylədiyi fikirlərdə Oktyabr İnqilabının digər dünya ölkələrində təkrar olacağı barədə etdiyi çıxarışın nə dərəcədə səmimi olduğunu sübuta yetirdi.
Oktyabr təcrübəsi ilə sosialist ölkələrinin birləşməsi sosial inkişafın, demokratiyanın və sosializmin əsas faktoru oldu.
Böyük Oktyabr əzilən xalqların milli-azadlıq hərəkatı və kolonial sistemin çökdürülməsində yeni perespektivlər yaratdı.
1917-ci ilin Oktyabrından sonra dünya xalqlarının ümumbəşəri inkişafı eyniadlı inqilabın beynəlxalq əhəmiyyəti barəsində onun qiymətləndirməsinin düzgün olduğunu sübuta yetirdi.
Lenin yazırdı: "İnsanlıq tarixi bu günlərdə ən böyük, ən çətin və heç kiçiltmədən söyləmək olar ki, dünyəvi-azadlıq əhəmiyyətli dəyişikliklər edir".
Xarici keçidlər Rusiyada inqilab və vətəndaş müharibəsi Arxivləşdirilib 2009-04-01 at the Wayback Machine (Rusca) İnqilabın səbəbləri(Rusca) Trockiy(Rusca) Qış sarayının alınması Arxivləşdirilib 2008-06-28 at the Wayback Machine (Rusca) Xəritələr(Rusca) Rus inqilabı Arxivləşdirilib 2009-04-01 at the Wayback Machine(Rus...
1917-ci il Putilov tətili 1917-ci ilin fevral-mart ayları arasında St. Petersburgdakı Putilov zavodunda (indiki Leninqrad Kirov zavodu) işçilərin rəhbərliyi ilə keçirilmiş tətildir.
Tətil rəsmi olaraq Julian təqviminə görə 18 Fevral 1917-ci ildə başladı və Sankt-peterburqun o zamankı adı olan Petrogradda daha böyük nümayişlərə səbəb oldu.
İlk dəfə 1905-ci ildə baş verməklə işçilərinin eyni yerdə çoxsaylı tətilləri baş tutmuş, lakin 1917-ci ildəki bu xüsusi tətil Fevral inqilabı üçün bir başlanğıc olaraq qəbul edilir.
1917-ci il fevralın 18-də Petroqraddakı Putilov fabrikində işləyənlər, ərzaq və əmtəə qiymətlərinin artması səbəbindən yüksək maaş tələb etdilər.
Digər bir qrup işçi maaş artımını rədd etmək üçün fabrikdəki səlahiyyətlilərlə razılığa gəldikdə, Petroqraddakı digər fabriklərdən təxminən 20.000 işçi bu hadisəyə kilidləndi.
22 Fevrala qədər 100 mindən çox işçi etiraz etdi.
Daha sonra Beynəlxalq Qadınlar Günündə qadınlar bərabər hüquq tələb edən tətillərə və etiraz aksiyalarına qatıldılar və bəziləri tətilçilərə çörək verilməsinə etiraz etdilər.
Bu vaxta qədər 500 mindən çox insan müxtəlif səbəblərdən Petroqradda etiraz edirdi.
General Xabalova çar tərəfindən etirazçı kütləyə atəş açmaq əmri verildi, lakin əsgərlər bu əmri icra etməkdən imtina etdilər.
Qarşıdurmalar zamanı və sonrasında sərt rəftar nəticəsində əsgərlər etirazçılara yaxınlaşdılar və etirazlara qatıldı.
Getdikcə daha çox vətəndaş tətillərə qoşulduqdan sonra insanlar iqtisadi və siyasi mövzular ətrafında həmrəy oldular.
Müharibə ilə yanaşı, etirazçılar çar rejiminə qarşı olduqlarını da bildirməyə başladılar.
Petroqraddakı iş yerlərinin əksəriyyəti şəhərdəki səfərbərlik ilə əlaqədar olaraq gündəlik fəaliyyətlərini dayandıraraq bağlanmışdılar.
Kortəbii və vətəndaşlar arasında məşhur olan tətillər 4 Martda dayandı.
22 Fevral - 4 Mart tarixləri arasında davam edən bu iqtisadi və siyasi tətillər Fevral inqilabı olaraq tanınmağa başlandı.
1917) — Britaniya rejissoru Sem Mendesin Kristi Uilnos-Kerns ilə birlikdə yazdığı ssenari əsasında çəkdiyi bədii film.
Filmin, ABŞ-də premyerası 25 dekabr 2019-cu ildə oldu, İngiltərədə isə, 10 yanvar 2020-ci ildə yayımlandı.
1917-ci ilin yazında ingilis ordusu Hindenburq xəttinə hücum planlaşdırdı.
İki gənc əsgər Bleyk və Skofild hücumu ləğv etmək üçün cəbhə bölgəsinə təhvil verməlidir, əks təqdirdə 1600 əsgərdən ibarət bir batalyon pusquya salınacaq.
Bleyk üçün bu missiya xüsusilə şəxsi olur — çünki, onun qardaşı həmin batalyonda xidmət edir.
Xarici keçidlər 1917.movie — 1917 rəsmi saytı
10 fevral — Zaqafqaziya Seyminin yaradılması.
3 mart — Sovet Rusiyası ilə Almaniya arasında Brest-Litovsk sülh müqaviləsinin imzalanması.
27 mart — Bessarabiya və Moldovanın Rumıniyaya birləşdirilməsi.
11 may — Şimali Qafqaz Dağlı İttifaqının öz müstəqilliyini elan etməsi.
26 may — Gürcüstanın Zaqafqaziya Seymindən çıxaraq öz müstəqilliyini elan etməsi, Seymin buraxılması.
iyul — Yekaterinburqda çar II Nikolayın və onun ailə üzvlərinin güllələnməsi.
1 iyul — Göyçay döyüşü 6 iyul — Ağsu döyüşü 10 iyul — Kürdəmirin azad edilməsi 15 iyul — Salyanın azad edilməsi 22 iyul — Şamaxının azad edilməsi 27 iyul — Hacıqabul əməliyyatı və Sınıq körpü döyüşü 30 avqust — Sovet hökumətinin başçısı V.İ.Leninə qarşı sui-qəsd.
15 sentyabr — Dobro cayı rayonunda Antanta ölkələrinin qüvvələri tərəfindən Bolqarıstan ordusunun darmadağın edilməsi.
sentyabr- Antanta ilə Avstriya arasında Sen-Jermen sülh müqaviləsinin imzalanması.
28 oktyabr — Çexoslovakiyanın işğal edilməsi.
7 noyabr — Münhendə fəhlə və əsgərlərin güclü nümayişlərinin keçirilməsi.
12 noyabr — Avstriya Respublikasının elan olunması.
22 noyabr — Polşanın respublika elan edilməsi.
noyabr — Antanta ilə Bolqarıstan arasında Neyi sülh müqaviləsinin imzalanması.
noyabr — Antanta ilə Macarıstan arasında Trianon sülh müqaviləsinin imzalanması.
noyabr — Krım Xalq Respublikasının yaradılması, general M.A.Sulkeviçin başçılığı ilə yeni hökumətin təşkil olunması.
1 dekabr — Qars şəhərində Cənub-Qərbi Qafqaz Respublikasının yaradıldığının elan edilməsi.
4 dekabr — Serb-Xorvat-Sloven Krallığının yaradılması.
9 dekabr — Ermənistanla — Gürcüstan arasında müharibənin başlanması 10 fevral — Cənubi Qafqazdan Ümumrusiya parlamentinə — Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlarin Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratmaları.
7 mart — Bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin tərəfindən Azərbaycan Xalq Cümhuriyyətindən general Denikinlə müharibəyə qoşulmağı tələb edən üçüncü notanın Bakıya göndərilməsi.
17 mart — Cənubi Azərbaycanın Urmiya şəhərində xarici ölkə diplomatlarının (Britaniya, ABŞ, Fransa, Rusiya konsulları) gözü qarşısında erməni quldur dəstələri azərbaycanlı əhaliyə divan tutulması.
18 mart — Erməni quldur dəstələri tərəfindən Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilməsi.
30 mart — Bakıda erməni-daşnak və rus-bolşevik dəstələrinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlarının başlaması.
13 aprel — Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi tərəfindən türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edilməsi.
20 aprel — Fətəli xan Xoyskinin başçılıq etdiyi Bakı şəhər Dumasının buraxılması 22 aprel — Zaqafqaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları tərəfindən paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığının elan edilməsi.
25 aprel — Bakı Xalq Komissarları Sovetinin yaradılması.
11 may — Batumida Zaqafqaziya Seymi ilə Osmanlı imperiyası arasında yeni danışıqların başlanması.
26 may — Zaqafqaziya Seyminin son iclası Gürcüstanın öz müstəqilliyini elan etməsi.
27 may — Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları tərəfindən Tiflisdə Azərbaycan müvəqqəti Milli Şurasının yaradılması.
28 may — Azərbaycan Xalq Cümhuriyyətinın, Şərqdə ilk demokratik cümhuriyyətinin elan edilməsi.
29 may — İrəvanın müvəqqəti Ermənistana verilməsi.
30 may — Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə radioqram göndərilməsi 4 iyun — Batumida aparılan danışıqların yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında "Sülh və dostluq haqqında" müqavilənin imzalanması.
10 iyun — Stepan Şaumyanın başçılıq etdiyi "Bakı Komissarları Soveti"nin qoşunlarının Gəncə istiqamətində yürüşə başlaması.
12 iyun — Kürdəmirin Bakı Xalq Komissarlığının qoşunları tərəfindən işğalı.