ID
stringlengths
7
8
Metadata
stringlengths
4
319
Sentence
stringlengths
6
66.9k
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan xarici kapital yatırımına görə Şərqi Avro­ pa məkanında lider mövqeyini qoruyub saxlayır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Elə bir regional layihə yoxdur ki, ölkəmizin razılığı və fəal iştirakı olmadan həyata vəsiqə qaza­ na bilsin.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bütün bunlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun bəhrəsidir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Əhəmiyyətli məqam isə ondan ibarətdir ki, əldə edimiş nailiyyətlər Azərbaycan insanının mənafeyinə xidmət edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Vətəndaşlarımızın firavan həyatının təmin olunması üçün çoxsaylı dövlət proqramlarının icrası bu gün də uğurla davam etdirilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bölgələrimizdə həyat canlanır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Sahibkarlığın inkişafına yönələn diqqət hesabına Azərbaycanda özəl sektor ildən-ilə inkişaf edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yeni iş yerləri açılır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ölkəmizdə işsizlik, yoxsulluq səviyyəsi aradan qalxır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Respublikamızda infrastruktur yeniləşir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Elektrik enerjisi, isti­ lik problemi aradan qaldırılır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bakı və Bakıətrafı qəsəbələrin inkişafı üçün layihələr reallaşdırılır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bir-birindən yaraşıqlı müasir binalar, geniş kom­ plekslər, ölkəmizin bütün regionlarında davam etdirilən tikinti-abadlıq təd­ birləri ilə Azərbaycan sanki yenidən qurulur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan vətəndaşlarının mədəni-intellektual potensialının artırıl­ ması, dövlət rəhbərimizin qeyd etdiyi kimi ölkəmizdə mövcud olan iqtisadi potensialın insan kapitalına çevrilməsi üçün məqsədyönlü layihələr həyata keçirilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
İnformasiya texnologiyalarının ən son nailiyyətləri Azərbaycan insanlarının da həyatına daxil olur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Vətəndaşlarımız informasiyalı dünyanın sakinlərinə çevrilir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bütün respublika boyunca təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilərək vətəndaşlarımızın ixtiyarına verilir.

Heydər Əliyev Fon­ dunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bir sıra faydalı ictimai təşəb­ büslərin müəllifi kimi bu yöndə gördüyü işlər əldə olunmuş nailiyyətlərə xüsusi rövnəq verir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Qazanılan uğurların böyük bir hissəsinin Azərbaycan təhsilinin payına düşməsi isə heç də təsadüf olmayıb, milli dövlətimizin seçdiyi tərəqqi yolu­ nun, inkişaf modelinin tələblərindən irəli gəlir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Çünki müasir dövrdə ölkə­ lərin qüdrəti heç də onun hərbi potensialı malik olduğu iqtisadi resurslarla ölçülmür.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu gün dövlətlərin gücünü müəyyən edən yeganə meyar insan kapitalıdır ki, bu sərvəti formalaşdırmaq üçün yeganə yol məhz elmin, təh­ silin inkişafından keçir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bəs müstəqil Azərbaycan dövləti qloballaşan dünyamızın müəyyən etdi­ yi bu yeni rəqabət mühitinə nə dərəcədə hazırdır?
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Diqqətinizə təqdim etdi­ yimiz monoqrafiyada bu sualı dolğun şəkildə cavablandırmağa çalışmışıq.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təhsilin inkişafında hüquqi baza rolu oynayan müvafiq norma sənədləri də kitaba əlavələr şəklində daxil etmişik.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Hüquqi baza rolunu oynayan qa­ nunlar, fərmanlar, sərəncamlar, normativ və bu qəbildən olan digər sənəd­ ləri cəm halında kitaba daxil etməkdə məqsədimiz gənc tədqiqatçıların işinə yardımçı olmaqdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bunu özünüzə stolüstü kitab kimi seçib faydalanarsanız, arzu və təkliflərizi göndərəcəyiniz halda əvvəlcədən təşəkkürümü bildirirəm.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
E-mail: humeyir@gmail.com 20Azərbaycan təhsilinin in kişa f strategiyası I FƏSİL TƏHSİL İNKİŞAFI TƏMİN EDƏN ƏN ZƏR URİ VƏZİFƏDİR 21H üm eyir Əlımədov Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
O milli məqsədlər, m ənafelər əsasında qurulmalıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
H eydər ƏLİYEV % 22Azərbaycan təhsilinin in kişa f strategiyası AZƏRBAYCANDA TƏHSİL TARİXİNƏ DAİR Təhsil inkişafı təmin edən ən zəruri vasitə­ dir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli ilk növbədə təhsilin tərəqqisindən keçir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təsadüfi deyil ki, Azərbay­ canın və ümumilikdə dünyanın indiyə qədər yetirdiyi ən böyük mütəfəkkirlər onları düşün­ dürən m ənəvi idealların təntənəsini məhz təhsildə, insanların maariflənməsində axtara­ raq zəm anələrinin böyük maarifpərvərləri kimi tarixdə əbədilik qazanmışlar.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Onların hələ yüzilliklər boyunca düşüncələrə səpdikləri maarif toxum­ ları indi öz bəhrəsini verir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
«İnformasiya əsri» adlandırdığımız XXI əsrin hər birimizi təəccübləndirən elmi-texniki «möcüzələri», bütün dünyada de­ mokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təminatı istiqamətində qazanılan nailiyyətlər elmi, təhsili vaxtilə bəşəriyyət üçün vacib sosial amilə çevirməyə müvəffəq olmuş fikir adamlarının bu...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu sırada Azərbaycan maarifçilərinin də xidmətləri müstəsna olmuşdur.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olması Qobustan, Gəmiqaya, Oğlanqala, Gültəpə daş kitabələrində özünü aydın göstərir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Tarixin müxtəlif mərhələlərində ərazisində Manna, Midiya, Albaniya, Atropatena kimi qədim dövlətlərin olması Azərbaycanın təhsilinə də təsirsiz ötüşməyib.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
VII əsrin ortalarmdan başlayaraq, ərəb işğalları Atlantik okeanından Hindistanadək geniş bir ərazidə yaşayan müxtəlif xalqların sosial-mədəni həyatında köklü dəyişikliklər yaratdı, islam əvvəlcə Mərkəzi Ərəbistanda, sonra isə Ərəbistan yarımadasında müsəlman dövlətinin ideologiyası oldu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
İslamm meydana gəlməsi elmin, təhsilin, mədəniyyətin və mənəviyyatın inkişafına güclü təsir göstərdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Orta əsrlərdə islam mədəniyyəti Avropa mədəniyyətini xeyli qabaqladı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yaxın və Orta Şərq, müsəlman İspaniyası və Şimali Afrika ölkələrində isla­ mın təsiri ilə zəngin mədəniyyət yarandı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
İslam mədəniyyəti Avropa, 23Hü mey ir Əhmədov Asiya, Afrika və eləcə də Latın Amerikası sivilizasiyasında körpü rolunu oynamaqla, mədəniyyətlərin qarşılıqlı inkişafında əvəzsiz xidmət göstərdi İslamın yayıldığı ərazilərdə elə bir mədəniyyət sistemi yaranmışdı ki, bu­ rada hər şey - ilahiyyat, siyasət, hüquq, məişət, el...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müsəlman mədəniyyətinin mərkəz­ ləri Dəməşq, İsgəndəriyyə, Qahirə, Bağdad şəhərləri hesab olunurdu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Xila­ fətin XI-XII əsrlərdə siyasi süqutundan sonra müsəlman mədəniyyəti xeyli müxtəliflik kəsb etsə də, öz birliyini qoruyub saxladı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu mədəniyyətin əsas komponenti islam idi. İslamın müqəddəs kitabı «Qurani-Kərim»dir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bir tərəfi atəşpərəst, digəri xristian olan Azərbaycan ərazisində VIII əsrdən etibarən tədricən müsəlman məktəbləri yayılmağa başladı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbay­ canda ilk müsəlman məktəbinin açılışı (yaradılması) VIII əsrin birinci yarı­ sına təsadüf edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
İlk vaxtlar islami dəyərlər zəminində müsəlmanların tə­ lim-tərbiyə funksiyasını məscidlər yerinə yetirirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Məscidə gələnlər bilmədiklərini öyrənər, sonra isə öyrəndiklərini başqalarına öyrədərdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Zaman keçdikcə bu təlim-tərbiyə müəssisələri dəyişikliyə uğradı, öz proqramı, maliyyə sistemi, daxili qayda-qanunları ilə fərqlənən xüsusi məktəb binaları ilə əvəz olundu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanda xilafət dövründə uzun müddət fərd i təhsil sistemi əsas yer tutmuş, elm həvəskarları ayrı-ayrı alimlərin yanında yüksək təhsil almışlar.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
VII-X əsrlərdə islam ölkələrində ali təhsil sahəsində ayrıca mədrəsələr açılmasa da, bir çox iri şəhərlərdə, o cümlədən Bağdad, Şam, Hələb, Hə­ mədan, Rey, Xarəzm, Buxara şəhərlərində əl-Xarəzmi, Əbu Bəkir Məhəm­ məd İbn Zəkəriyyə Yahya əl-Razi, əbu Nəsr Məhəmməd əl-Fərabi, İbn Məskuyə, Əbu Əli İbn Sina kimi dövrün bir...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yaxın və Orta Şərq ölkələri­ nin, o cümlədən Azərbaycanın elm həvəskarları belə alimlərin yanında riyaziyyat, fəlsəfə, məntiq, nücum, ilahiyyat, dil və ədəbiyyat sahələri üzrə təhsil alırdılar.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Belə ki, Əbdülhəsən Bəhmənyar ali təhsilini Əbu Əli İbn Sinanm yanında təkmilləşdirib filosof məqamına yüksəlmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Xilafətin bütün ərazilərində, o cümlədən Azərbaycanda yeni elm sahə­ ləri inkişaf edib təkmilləşdikcə müasir tədris müəssisələrinin yaranması hə­ yati zərurətə çevrilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Belə müəssisələrdən biri də mədrəsələr (ərəbcə 24Azərbaycan təhsilinin in kişa f strategiyası öyrədilən yer deməkdir) idi. Elmi müzakirələrin və disputlarm keçirilməsi üçün müvafiq yerlərin olmaması mədrəsələrin yaranmasının əsas səbəbi idi. Çünki məsciddə bu cür müzakirələrin aparılması ədəb normalarına uyğun gəlmirdi...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Mədrəsələr iki pilləli olurdu: orta təhsil verən və ali təhsil verən mədrəsələr.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanda mədrəsə təhsilinin sürətli inkişafı XII əsrə təsadüf edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Həmin dövrdə mədrəsələr əsasən Marağa, Naxçıvan və Gəncə şəhərlərin­ də mərkəzləşmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Digər şəhərlərdə də yüksək təhsil verən mədrəsələr fəaliyyət göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bunlardan biri də Şamaxı yaxınlığında yerləşən «Mədrəse-ye Tibb» adlı məktəb idi. Həmin mədrəsə Əfzələddin Xaqaninin əmisi • • • Omər ibn Osman Kafıyəddin tərəfindən yaradılmışdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Qeyd etmək lazımdır ki, XII əsrdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən mədrəsələr arasında Naxçıvan mədrəsələri diqqəti daha çox cəlb edir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XII əsrdə Azərbaycanda Əbül Üla Gəncəvi, Fələki Şin>ani, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi tanınmış şəxsiyyətlər məhz mədrəsə təhsili almış ziyalılar idi. XIII əsrdən başlayaraq, islam dünyasmda, o cümlədən Azərbaycanın təhsil sahəsində böyük uğurlar əldə edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Əsrin əvvəllərində Azərbaycanın Təbriz, Marağa, Xoy, Səlmaz, Urmiyə, Mərənd, Ərdəbil, Bərdə, Gəncə, Beyləqan, Naxçıvan, Bakı və Şəki şəhərlərində mədrəsələr fəaliyyət göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu dövrdə məd­ rəsələrin fəaliyyətinin daha da genişlənməsində əvvəlki əsrin təhsil təcrü­ bəsinin əhəmiyyətini inkar etmək olmaz.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Məsələn, elə təkcə Nizamiyyə məktəblərinin təsiri ilə müxtəlif bölgələrdə 238-ə yaxın mədrəsə açıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Həm XII əsr­ də fəaliyyət göstərən, həm də XIII əsr mədərəsələri orta əsrlər dünyasmda ilk ali tədris müəssisələri idi ki, burada tələbələrə əqli, mənəvi və fiziki keyfiyyətlər kompleks şəkildə aşılanırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XIV əsrdə bəzi mədrəsələrin nəzdində rəsədxana, müalicə evləri və elmi kitabxanalar təşkil edilmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Belə təhsil ocaqları əslində dövrün tanınmış alimlərinin elmi-pedaqoji fəaliyyətlərini birləşdirən mərkəzlər idi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
«Rəb-e Rəşidi» əslində universitet şəhərciyi .tipində tikilmiş elm və təhsil müəssisəsi idi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XIV əsrin əvvəllərində Azərbaycan şəhərlərində yeni təhsil ocaqları və mədrəsələr açıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XVI-XVII əsrlərdə Azərbaycanda məktəb və mədrəsələrin sayı daha da artdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Tələbələr eyni proqramla oxuyub, eyni sahə mütəxəs­ sisləri olurdular.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XVII əsr Azərbaycan tarixində milli məktəb və maarifin inki-şafım xüsusi olaraq qeyd etmək lazımdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu dövrdə ərəb və fars dilləri ilə yanaşı, Azərbaycan dili də öz milli hüququna yiyələnmiş, istifadə dairəsi genişlən­ mişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Səfəvilər dövründə Azərbaycan dilinin geniş yayılması ilə əlaqədar olaraq, Adam Oleari yazır: «Şirvanda, Azərbaycanda, Bağdadda və İrəvan­ da hətta uşaqlar türk dilində təhsil alırdılar».
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Sarayda danışıq Azərbaycan dilində gedirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XVI-XVII əsrlərdən başlayaraq, Azərbaycan məktəblərin­ də təlimin həm də ana dilində aparılması, bu dövrdə Azərbaycanda milli mədəniyyətin, xüsusilə də milli maarifin yüksək inkişaf səviyyəsini təsdiq edən əsas faktdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XVIII əsrdə Azərbaycanda yadelli işğalçıların fasiləsiz basqınları və arasıkəsilməz feodal çəkişmələri nəticəsində məktəb və maarif işlərində durğunluq yarandı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XVIII əsrin əvvəllərində onlarla məktəb və m ü əy y ən mədrəsəsi olan Şabran şəhəri bütövlükdə dağıdıldı, təhsil ocaqları məhv edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Buna baxmayaraq, həmin dövrdə Azərbaycanda məktəb və mədrə­ sədə təhsil almış və sonralar müəllim kimi fəaliyyət göstərmiş onlarla ziya­ lının adını çəkmək mümkündür: Məhəmməd Həsən xan Müştaq, Məhəm­ məd Zari, Arif Təbrizi, Arif Şirvani, Ağa Məsih Şirvani, Baba Şirvani, Xəstə Qasım, Molla Vəli Vidadi, Molla Pənah Vaqi...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Molla Vəli Vidadinin Cəbrayılın Çələbilər kəndində, Molla Pə26Azərbaycan təhsilinin in kişa f strategiyası nah Vaqifin Şuşanın Saatlı məhəlləsində açdıqları məktəblər yerli əhalinin təhsilə cəlb olunmasında əhəmiyyətli rol oynamışdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərən məktəb və mədrəsələr xalqın o dövrün tələbinə uyğun təhsil almasında, elmi biliklərə yiyələnmə­ sində müstəsna xidmətlər göstərməklə yanaşı, Xaqani Şirvani, Məhsəti Gən­ cəvi, Nizami Gəncəvi, Marağalı Əvhədi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Qövsi Təbri...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata ke­ çirirdi: 1) üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifələrinə təyin edərək öz xidməti qulluqçusuna çevirmək; 2) azərbaycanlı uşaqları rus məktəblərində oxudub, onlardan rus tə­ biətli «uçitellər» hazırlamaq.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Şagirdlərin arasında azərbaycanlılar üstünlük təşkil edirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XIX əsrin 40-cı illərində Azərbaycanda gimnaziya təsis etmək fikri mey­ dana gəldi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yuxarı təbəqəyə məxsus olan azərbaycanlı uşaqlar üçün Tiflis gimnaziyasında müəyyən yer ayrıldığını bəhanə edən hökumət bundan imtina etdi və əvəzinə Şamaxıdakı qəza məktəbinin dördsinifli ali ibtidai məktəbə çevrilməsinə göstəriş verdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Çox keçmədi ki, çar hökuməti yerli əhalidən rus dilini bilən ruhani şəxs­ lər hazırlamaq, Şərq dillərini bilən və mütləqiyyətə sadiq məmurlar yetişdir­ mək məqsədilə müsəlman məktəbləri açmaq məcburiyyətində qaldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Yerli əhali tərəfindən rəğbətlə qarşılanan bu tip məktəblər sonralar Gəncə, Şuşa, Nuxa, Şamaxı, Bakı şəhərlərində, Salyan, Lənkəran və Zaqatalada təşkil edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu tip məktəblərin açılması çarizmin milli ucqarlarda möv­ qeyinin möhkəmlənməsinə xidmət etsə də, azərbaycanlılara məxsus məktəb­ lərin təşkili sahəsində irəliyə doğru atılmış mütərəqqi bir addım idi. XIX əsrin 60-cı illərində Rusiyada baş verən dəyişikliklər milli ucqar­ larda, o cümlədən Azərbaycanda xalq maarifi və...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
60-cı illərin məktəb islahatı nəticəsində «bütün təbəqələrdən olanların uşaqlarına ibtidai, əqli və dini-əxlaqi təhsil vermək» məqsədilə şəhər m ək­ təbləri yaradıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu məktəblər Azərbaycanda fəaliyyət göstərən qəza məktəblərinin bazasında formalaşdırıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
70-ci illərdən etibarən Azərbaycan kəndlərində də rus dilində təhsil verən kənd məktəbləri meydana gəldi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Qazax qəzasınm Dağkəsəmən, Zən­ gəzur qəzasının Gorus, Qubadlı, Cəbrayıl qəzasının Gəbrayıl kəndlərində, Göyçayda, Altıağacda, Salyanda belə məktəblər açıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
İbtidai məktəbin açılmasının məqsədi ondan ibarət idi ki, azərbaycanlı gənclər burada ilkin təhsilini aldıqdan sonra Seminariyada təhsillərini da­ vam etdirə bilərdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Digər bir məqsəd isə seminaristlərin həmin məktəbdə pedaqoji təcrübə keçməsi idi. Azərbaycan şöbəsinin on dörd ildən artıq inspektoru olan Aleksey Osipoviç Çemyayevski (1840-1894) tələbələrin müəllim kimi hazırlanmasında çox böyük iş görmüşdü.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
O, seminariyada işlədiyi müddətdə səmərəli, elmimetodik fəaliyyət göstərmiş, təlim-tərbiyənin bu və ya digər problemləri ilə bağlı məqalələr yazmış, Azərbaycan balaları üçün «Vətən dili» və «Rus dili» adlı dərsliklər hazırlamışdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Seminariyanın məzunları olan Firudin bəy Köçərli, Rəşid bəy Əfən­ diyev, Səfərəli bəy Vəlibəyov, Əliş Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Pənah Qasımov, Hənifə Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd Acalov, Teymur Bayraməlibəyov, Süleyman...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Mübaliğəsiz demək olar ki, Mosfo’a Dövlət Universiteti Rusiyada elm, maarif və mədəniyyətin inkişafı sahəsində hansı xidmətlər göstərmişsə, Azərbaycanda bu şərəfli işi Oori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi yerinə yetirmişdir (akad.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanda açılan dövlət məktəbləri xalqın savadlanmasına kömək etsə də, o həm məzmunca, həm də formaca ruslaşdırma siyasətini həyata keçirən təhsil müəssisəsi idi. XIX əsr təhsil sahəsindəki inkişaf və yeniliklərin bir səbəbi də azərbay­ canlılar arasında ibtidai təhsilin yayılması idi. Belə ki, bu amil orta təhsil ...