ID
stringlengths
7
8
Metadata
stringlengths
4
319
Sentence
stringlengths
6
66.9k
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XIX əsrin axırlarında Azərbaycanda oğlanlar üçün natamam orta və orta təhsil müəssisəsi olmaq etibarilə cəmi 6 məktəb fəaliyyət göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Rusiyanı bürüyən azadlıq hərəkatı, 1905—1907-ci illər burjua-demokratik inqilabı Azərbaycanda genişlənməkdə olan milli hərəkatın, o cümlədən təhsilin yeni müstəvidə inkişafına əsaslı təsir göstər­ di.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Baş verən ictimai-siyasi hadisələr, xalqın azadlıq mübarizəsi, maarif müəssisələrinin, məktəblərin genişləndirilməsi, təhsilin ana dilində, pulsuz və ümumi olması tələblərini irəli sürməyə şərait yaratdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu məktəblərdə təhsil alan 168 şagirddən 95-i azər­ baycanlı idi. Həmin dövrdə Bakı və Yelizavetpol (Gəncə) quberniyalarında ibtidai təh­ sil verən məktəblərlə bərabər sənət məktəbləri də fəaliyyət göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ali ibtidai məktəbdə təhsil müddəti 4 il idi. Uşaqlar buraya 3-4 illik ibtidai məktəbi bitirdikdən sonra daxil olurdular.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Siniflər artıqca təbii ki, şagirdlərin sayı da artırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XX əsrin əvvəllərində təlimin rus dilində aparıldığı və Azərbaycan dili­ nin ayrıca bir fənn kimi keçirildiyi rus-Azərbaycan məktəblərinin sayı ildənilə artmağa başladı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
1917-ci ildə Azərbaycanda belə məktəblərin sayı 16 idi. XX əsrin əvvəllərində Azərbaycanda ibtidai təhsilin inkişafında maarif­ çilik - xeyriyyəçilik istiqamətində fəaliyyət göstərən «Nicat», «Nəşrimaarif», «Səadət» və «Səfa» cəmiyyətləri xüsusilə fərqlənirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XX əsrin əvvəllərində Azərbaycanda ali təhsil verən təhsil müəssisələri olmasa da, Həsən bəy Zərdabi, Gorani Adıgözəlov, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Əbdülrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov və 30Azərbaycan təhsilinin in kişa f strategiyası ...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
XX əsrin əvvəllərində çar Rusiyasında və milli ucqarlarda ibtidai və orta məktəblər üçün nizamnamələr tez-tez dəyişsə də, çarizmin milli ucqarlarda yeritdiyi ruslaşdırma və xristianlaşdırma siyasətinin mahiyyəti dəyişmədi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Zaman-zaman öz azadlığı və istiqlaliyyəti uğrunda şəhidlər verən Azər­ baycan 1918-ci ilin 28 mayında öz arzusuna qovuşdu, Azərbaycanın milli dövlətçilik tarixində öz möhrünü vurmuş Azərbaycan Demokratik Respub­ likasını yaratdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Şərqdə ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhu­ riyyəti milli dövlət siyasətinin təməl prinsiplərindən biri kimi xalq maari­ finin, elm və mədəniyyətin inkişafını ön plana çəkdi, təhsil sahəsində kök­ lü islahatlara və təhsil quruculuğuna başladı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu məqsədlə Azərbaycan hökumətinin qərarına əsasən 1918-ci ilin 30 iyulunda Xalq Maaıafi və Dini Etiqad Nazirliyi yaradıldı və ilk xalq maarif naziri Nəsib bəy Yusifbəyli təyin edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Nazirlik yarandığı ilk gündən Azərbaycan Xalq Gümhuriyyətinin təhsil siyasətinin əsas istiqamətlərindən olan təhsil müəssisələrinin milliləşdiril­ məsi məsələsini ön plana çəkdi, ümumi icbari təhsil layihələri hazırladı, kəndlərdə, şəhərlərdə yeni məktəblər açmağa qərar verdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Məktəb islahatı sahəsində məsələləri ətraflı müzakirə etmək, dövlət proqramı üçün təkliflər hazırlamaq məqsədilə hökumət 1919-cu ilin avqust ayında Bakıda Azərbaycan müəllimlərinin Qurultayını keçirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təhsil, elm və mədəniyyət sahəsində apar­ dığı quruculuq işləri, təxirəsalınmaz tədbirlər qısa bir vaxt ərzində öz nəticəsini verirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Kişi gimnaziyaları iki şöbədən - huma­ nitar və real, qadın gimnaziyaları isə ancaq humanitar şöbədən ibarət idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1914-cü ildə yaradılmış Gəncə müəlllimlər seminariyası da milliləşdirildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Eyni məqsədlə Bakıda Darülmüəllimin (kişi məktəbi) və Darülmüəllimat (qadın məktəbi), Nuxada Darülmüəllimin açıldı, Zaqatala, Ağdam, Şuşa şəhərlərində isə açılması nəzərdə tutulurdu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təhsil ocaq­ larının milliləşdirilməsini daha səmərəli təşkil etmək, ibtidai siniflərin müəllimlərə olan ehtiyacını ödəmək məqsədilə Bakıda, Qazaxda, Qusarda, Salyanda və Zaqatalada da qısa müddətli kurslar açıldı ki, bunların da hər birində 50 nəfər dinləyici təhsil alırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Parlamentdə Göyçayda realm mək­ təbin açılması haqqında qanun layihəsi təsdiq olundu (Bax: Adres Kalendar Azerbaydjanskoy Respubliki.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Firudin bəy Köçərlinin səyi və işgüzarlığı nəticəsində Azərbaycan mə­ dəniyyətinə onlarla ziyalı bəxş etmiş Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü və həmin ilin noyabrında fəaliyyətə başladı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan ziyalılarının Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin respublikamıza köçürülməsi ideyası nəhayət ki, reallaşdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu istiqamətdə inadla mübarizə aparan Firudin bəy Köçərli hələ Azərbaycan müəllimlərinin I qurultayında (1906-cı il) belə bir vacib məsələnin müzaki­ rəsinə nail olmuşdu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Qurultay bu barədə danışanların, xüsusilə, Firudin bəy Köçərlinin məzmunlu çıxışından sonra Qori Seminariyası Azərbaycan şö­ bəsinin Azərbaycanın şəhərlərindən birinə köçürülməsi barədə qərar qəbul etmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Lakin çar Rusiyasının antiazərbaycan siyasəti bu qərarın reallaşma­ sına imkan vermədi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Xalq Cümhuriyyəti isə Qori Seminariyasının Azərbay­ can şöbəsinin respublikaya köçürülməsinin əhəmiyyətini qiymətləndirərək həmin işi reallaşdırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Seminariyanın məhz Qazaxa köçürülməsi təsadüfi deyildi, yerli əhali AXC hökuməti qarşısmda məsələ qaldırmışdı ki, Qori seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüləcəyi təqdirdə onlar tə­ rəfindən seminariya üçün 10 desyatin (hektar) yer ayrılacaq, birdəfəlik 3000 manat, ildə isə 1000 manat pul veriləcək.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
AXC hökuməti maliyyə xərclərini öz öhdəsinə götürmüş qazaxlılarm bu xahişini qəbul edərək 1918-ci ilin 10 iyul tarixli iclasmda seminariyanın Azərbaycan şöbəsinin Qazaxa köçürül32■ Azərbaycan təhsilinin in kişa f strategiyası məsi barədə qərar vermiş və bu məqsədlə 5080 manat vəsait ayırmışdı (Seyidov F.Ə.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Maarifimizin təkrarsız xəzinəsi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Seminari­ yanın yerləşəcəyi bina məsələsini isə yerli əhali özü həll etdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Belə ki, maarifpərvər Məşədi İbrahim Kosalı özünün mülkünü tədris binası kimi seminariyaya hədiyyə etdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Sonralar məlum qarabağ hadisələri dövründə mənfur ermənilər tərəfindən top atəşilə darmadağın edilmişdir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Türkiyədən dəvət olunmuş 50 nəfər müəllim respublikada xalq maarifi­ nin yenidən təşkilində səylə çalışır, dərsliklər, tədris vəsaitləri hazırlayır, mil­ liləşdirilmiş məktəblərdə dərs deyirdilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Hökumətin qərarı ilə dəvət olunan müəllimlərə yerli müəllimlərin əmək haqqından 50% artıq maaş verilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Təhsilin milliləşdirilməsi istiqamətində işlər daha da genişləndirilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Artıq Bakı politexnik, kommersiya məktəbləri istisna edilməklə bütün orta təhsil müəssisələri, o cümlədən III, IV kişi və II, III, IV qadın gimnaziyaları milliləşdirilmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Milliləşdirilmiş məktəblərdə «Rus tarixi»nin yerinə «Ümumi türk tarixi», rus məktəblərində isə həftədə 3^4 saat Azərbaycan dilinin tədrisi planlaşdırıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Eyni zamanda xalq maarifi sahəsində milliyyə­ ti, dini və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər təhsil hüququ verilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Başqa dillərdə yazılmış ərizələrin üzərinə parlamentin sədr müavini Həsənbəy Ağayev səliqə ilə aşağıdakı məzmunda dərkənar qoyardı: «Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır».
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ümumi təhsilə, ümumtəhsil müəssisələrinin şəbəkəsinin inkişafına müstəsna əhəmiyyət verməsinin bir göstəricisi də bu idi ki, milli hökumət əvvəlcə ölkədə hamılıqla icbari ibtidai təhsilə, sonra isə ümumi orta icbari təhsilə keçidi özünün təhsil siya­ sətində prioritet istiqamət ...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Belə ki, Azərbaycan Xalq Cümhu­ riyyətinin sayca dördüncü hökumət kabinetinin parlamentə təqdim etdiyi Hökumət Proqramında (deklarasiyasında) deyilirdi ki, təhsilin milli müstə­ qilliyin möhkəmləndirilməsində müstəsna rolu nəzərə alınaraq, ümumi icbari təhsil haqqında qanun layihəsi hazırlanmalı və həmin ilin payızında...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu məq­ sədlə hökumət ilk növbədə təhsilin məzmunu sahəsində islahatlar aparmaq, 33Hümeyir Əhmədov yeni dərsliklər hazırlamaq məqsədilə komissiyalar yaradılacağını xüsusi olaraq vurğulayırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Dövlət səviyyəli tədbirlərin nəticəsi idi ki, bütün orta təhsil müəssi-sələrində təhsil alan azərbaycanlı oğlan və qızların sayı sürətlə artırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəblərin quruluşunda da xeyli dəyişiklik edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bakı və Gəncə quberniyalarında fəaliyyət göstərən məktəblərin direktorluğu ləğv olundu, onların funksiyaları nazirliyə, bir qis­ mi isə xalq məktəbləri inspektorluğuna keçdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bakı direktorluğunun nəzdində olan pedaqoji muzey Bakı və onun rayonlarının xalq məktəbləri inspektorluğunun tabeliyinə verildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
ibtidai məktəbləri bitirən şagirdlər orta məktəblərə, yaxud əsrin əvvə­ llərində yaradılan və təhsil müddəti dörd il olan ali ibtidai məktəblərə qəbul olunurdular.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Nazirlik daha 2 ali ibtidai məktəbin açılması haqqında məsələ qal­ dırmışdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ali ibtidai məktəblərlə yanaşı, Şuşa və Zaqatalada qadm gimnazi­ yaları, Gəncə, Zaqatala və Nuxada sənət məktəbləri var idi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu dövrdə təhsildən yayınmış «küçə uşaqları»nm taleyinə də biganə qalmamış, 1919-cu ilin avqustunda Bakıda həmin uşaqlar üçün dövlət hesabına «Uşaq evi» və «...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Gənc Azərbaycan dövlətinin xidmət sahələrinin ahəngdar işini təşkil etmək üçün ilk növbədə dəmiryolu, bank, poçt və teleqraf xidməti üzrə milli kadrların hazırlanması kursları açılmışdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Eyni zamanda kənd təsərrüfatın­ da, sənayedə ixtisaslı mütəxəssislərin, fəhlə kadrlarının, texniki profilli ustaların hazırlanması məqsədilə müvafiq kurslar fəaliyyət göstərirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil quruculuğu təkcə bunlarla bitmir.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 2 il ərzində bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, xalq maarifinin yeni­ dən təşkili sahəsində xeyli iş görüldü.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan Xalq Cümhuriyyəti hö­ kuməti Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut və Dövlət Konservatoriyasının açılması üçün müəyyən təşkilati iş­ lər aparsa da, o dövrdə yaranmış tarixi-siyasi şərait yalnız Bakı Dövlət Uni­ versitetini (1919-cu il) təsis etməyə imkan verdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
«Azərbaycan gəncliyini elm və texnika əsrinə hazırlamaq üçün» (Məmməd Əmin Rəsulzadə), «təbii lisanda, tariximizin, ədəbiyyatımızın inkişafına kömək edə biləcək kəslərin yetişməsi məqsədilə» (Nəsib bəy Yusifbəyli) 1 sentyabr 1919-cu ildə qəbul edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bakı Dövlət Universiteti təsis edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
BDU-nun açılması ilə bağlı sənədlər parlamentin müxtəlif komissiyalarında, partiyanın fraksiyalarında, parlamentin iclaslarında 4 aya qədər müzakirə edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Universitetin ilk rektoru olmuş Vasili İvanoviç Razumovski parlamentdəki çıxışında göstərirdi ki, Azərbaycan öz ali maarif ocağını açdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Türk xalqları tarixinə yeni parlaq səhifə yazıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ali təhsilli milli mütəxəssislərin hazırlanması təhsil quruculuğunda mü­ hüm yer tuturdu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu vəzifənin icra edilməsi istiqamətlərindən biri azərbay­ canlı gənclərin dövlət hesabına xarici ölkələrin tanınmış ali məktəblərinə təhsil almağa göndərilməsi idi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bununla bağlı milli hökumətin ilk tədbiri xüsusi Parlament Komissiyası tərəfindən seçilmiş 100 nəfər azərbaycanlı gəncin xaricdə oxumağa göndərilməsi oldu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Lakin sonradan bu bölgüdə müvafiq dəyişiklik edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Dövlət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrdən başqa, Parlament Komissiyası tərəfindən 31 nəfər əlavə abituriyent də seçilmişdi ki, onların da böyük əksəriyyəti öz hesabına, yaxud mesenatların maliyyə dəstəyi ilə Qərbi Avropa ölkələrinin ali mək­ təblərinə göndərildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Xaricə göndərilən həmin tələbələrin xərci üçün hökumət Xalq Maarifi Nazirliyinin sərəncamında olan dövlət xəzinəsindən 7 milyon manat ayır­ mışdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Dövlət hesabına oxu­ yan tələbələr təhsilini başa vurduqdan sonra hökumətin göndərdiyi yerdə 4 il işləməli idilər.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Üç şöbədən ibarət olan axşam kurslarının birinci şöbəsində Azər­ baycan dilini bilməyən savadsız şəxslər, ikincisində Azərbaycan dilini az-çox bilənlər, azsavadlı, üçüncüsündə isə Azərbaycan dilinin tədrisi metodlarını, terminləri mənimsəməyə ehtiyacı olanlar məşğul olurdu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Axşam kursları ilə yanaşı, Bakıda milliləşdirilmiş siniflərin müəllimləri üçün xüsusi kurs da açıldı ki, ona parlamentin üzvü Abdulla bəy Əfəndizadə rəhbərlik edirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu kurslarda Azərbaycan dilinin tədrisinə hazırlıq və onun metodikası öyrədilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
AXC hökuməti millətin ərazi bütövlüyünün qorunması ilə yanaşı, xalq maarifinin inkişafı sahəsində təqdirəlayiq işlər gördü və xeyli qanunlar qəbul etdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Lakin ADR-in bolşeviklər tərəfindən işğalı milli təhsil quruculuğu sa­ həsində nəzərdə tutulan əsas islahatların davam etdirilməsinə imkan vermədi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xalq maarifi sisteminin yeni prinsiplər əsasında təşkili ilə təhsil tarixində yeni dövr baş­ landı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu işdə sovet Rusiyasının təhsil modeli əsas götürüldü, vahid dünyəvi əmək məktəbi, birgə təhsil, təhsildə hüquq bərabərliyi prinsipləri ön plana çəkildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
7 illik məktəblər ümumi təhsil verməklə gəncləri orta ixtisas məktəblərinə daxil olmağa hazırlayırdı, 9 il­ lik məktəblər isə mahiyyətcə 1-ci və 2-ci pillə məktəblərin birləşməsindən ibarət idi. 1920-30-cu illərdə maarifin təməl prinsiplərindən biri əhali arasında savadsızlığı ləğv etmək sayılırdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Bu hərakat Xalq Maarifi Komissarlığı nəzdində yaradılmış (1920, sentyabr) Savadsızlığı ləğvetmə üzrə Mərkəzi Komissiya tərəfindən həyata keçirilirdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
20-30-cu illərdə dinə qarşı mübarizə adı altında tarixi ənənəsi olan klassik müsəlman təhsil müəssisələri - məktəb və mədrəsələr tamamilə ləğv edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
30-cu illərdə təhsilin məzmununda milli dəyərlər arxa plana keçdi, saxta beynəlmiləlçilik aparıcı amilə çevrildi, nəticədə təhsilin məzmunu tamami­ lə sovet ideologiyasına tabe etdirildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələri bu mərhələdə dövlət təhsil sisteminin tərkib hissəsinə çevrildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
37Hümeyir Əhmədov Hökumətin ali və orta ixtisas təhsili sahəsində əsas məqsədi təhsil alan­ ların «proletarlaşdırılması»na, yəni ali və orta ixtisas məktəblərinə qəbulda fəhlə-kəndli gənclərə üstünlük verilməsinə yönəldilmişdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Fəhlə fakültələrinin başlıca vəzifəsi fəhlə-kəndli gəncləri ali məktəbə hazırlamaqdan ibarət idi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Onlar ali məktəbə imtahansız qəbul edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Sosial mənşəyinə görə fəhlə və kəndli olmayanların ali nıəbəbə qəbulu hökumət tərəfindən məhdudlaşdırılmışdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
30-cu illərin sonunda Bakıda rus dilli müəllimləri hazırlayan ikiillik Azərbaycan Müəllimlər İnstitutu (1938), Gəncə, Şuşa, Naxçıvan, Xankəndi və Nuxada 2 illik müəllimlər institutları yaradıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Beləliklə, bu mərhələdə Azərbaycanda ali təhsil müəssisələrinin geniş şəbəkəsi yaradıldı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
İkinci dünya müharibəsi illəri təhsilin inkişafında ən çətin, böhranlı mər­ hələ olsa da, məktəblərdə iş ahəngi pozulmadı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Səfərbərliyə alındı, tədris binalarının hərbi məqsəd üçün istifadəsi səbəbindən məktəb şəbəkəsi ixti­ sar olundu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müha­ ribə ümumi icbari 7 illik təhsilə keçid prosesini də ləngitdi, ümumi təhsilin səviyyəsi aşağı düşdü.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Müharibə illərində ali təhsil sistemində yenidən dəyişikliklər edildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
1941-ci ildə Pedaqoji İnstitut, Xalq Təsərrüfatı İnstitutu, Qiyabi Pedaqoji İnstitut və Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Universitetinə (ADU) birləşdirildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında mühüm mərhələ sayılan bu illərdə təhsil, elm və mədəniyyətin inkişafında da böyük tərəqqi və yüksəliş baş verdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycanda ümumi icbari orta təhsilə keçidə 60-cı illərin ortalarından başlansa da, bu prosesin tam gerçəkləşməsi 70-ci illərdə mümkün oldu.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Həmin ilin sonunda Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyinə irəli çəkil­ məsi, dövlətin həm də təhsil siyasətinə və təhsil islahatlarına rəhbərlik etməsi Azərbaycanda ümumtəhsil məktəblərinin inkişafına və məktəb isla­ hatı aparılmasına zəmin yaratdı.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
1984-cü ildə SSRİ-də aparılan ümumtəhsil və peşə məktəbləri üzrə islahatın əsas istiqamətləri və strategiyasının müəy­ yənləşdirilməsi, həmin islahatın icra mexanizminin işlənib hazırlanması məhz İslahat Komissiyasının sədri Heydər Əliyevin adı ilə bağlıdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Komis• • siyanın hazırladığı «Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqa­ m ətlərində nəzərdə tutulan bir çox məsələlər (6 yaşdan təhsil, 11 illik icbari orta təhsil, «Bilik günü»nün təsis edilməsi, ümumi orta təhsildə təd­ risin təmayüllülər və dərinləşmiş siniflər əsasında qurulması və s.) həyata keçirilsə də...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
70-80-ci illərdə Azərbaycanda texniki peşə, ali və orta ixtisas təhsilli müəssisələrin şəbəkəsi də sürətlə inkişaf etdi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Peşə təhsili sahəsində yeni inkişaf strategiyası və proqramı hazırlanıb həyata keçirildi.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan Respublikasının milli təhsil quruculuğu sahəsində islahatlar «Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı» və bu Proqramm komponent və alt-komponentləri üzrə təsdiq olunmuş inkişaf Proqramları, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış birinci (1999, 12 iyul) və ikinci kredit (...
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Azərbaycan təhsilinin təməlini təşkil edən ümumtəhsil müəssisələri şəbə­ kəsi inkişaf etmiş, ümumi təhsilin dövlət standartları və bazis tədris planı hazır­ lanmış, məzmunca yeniləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Ölkədə yeni tipli tədris müəssisələri - kolleclər yaradılmışdır.
ZYCf1nd9
Sərlövhə:Azərbaycan təhsilinin inkişaf strategiyası,Müəllif:Əhmədov Hümeyir Hüseyn oğlu,Nəşriyyat:Elm,Nəşr yeri:Bakı,Nəşr ili:2010,ISBN:978-9952-453-41-6,Səhifə:800,Kateqoriya:Elm və təhsil
Dövlət ali məktəblərinin sayı müstəqilliyin ilk illərindəki 17-dən 34-ə yüksəlmişdir.