Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Tezliklə üsyançılara Dağıstandan gələn yüz nəfərlik bir dəstə də qoşulur və çar hökumətindən narazı olan böyük kəndli ordusu Qudyal çayı sahilində yerləşən Ağbil kəndinə tərəf yönəlir. |
Hələ yolda ikən üsyan başçıları Şeyx Şamilə məktub göndərir, "müridlər başçısı olan Şeyxə" tezliklə Qubanı ələ keçirəcəklərini bildirirlər. |
Həmin günlərdə Ağbil kəndinə o qədər adam gəlib toplaşır ki, silahlı üsyançıların sayı yeddi min nəfəri ötür. |
Onlar Quba şəhərindən 4 verst aralıda yerləşən Pişikbağa gəlirlər. |
Tezliklə bütün Quba əyalətindən Pişikbağa gələn adamların sayı 12 min nəfərə çatır. |
Onların arasında cənubi Dağıstandan gələn qazıqumluqlular və tabasaranlılar da vardı. |
Bu da üsyanın geniş vüsət aldığından xəbər verirdi. |
Hücumu həyata keçirmək məqsədi ilə "hərbi şura" yaradılır. |
Həmin şuranın tərkibində Quba şəhərindən Xanməmməd və Səlim adlı şəxslər də olmuşdur. |
Şuranın qərarı ilə üsyançılar şəhəri mühasirəyə alır və Quba əhalisinə gizli məktub göndərirlər. |
Onlardan "ümumi iş naminə" kömək göstərmələri xahiş olunur. |
Sentyabr ayının 4-də 12 min üsyançı hər biri 4 min adamdan ibarət 3 dəstəyə bölünür. |
Birinci dəstə şərqdən, ikinci qərbdən, üçüncü isə şimal səmtindən şəhərə hücüma keçməli idi. Üçüncü dəstəyə Yarəli, Xanməmməd və Səlim başçılıq edirdilər. |
Hacı Məmməd xan şəhərdən bir verst aralı olan Nügədi kəndi yaxınlığındakı dağda mövqe tutmuşdu. |
Sentyabrın 4-dən 5-nə keçən gecə güclü atışma başlayır. |
Tezliklə şəhərə girən Yarəlinin qoşunu ilə rus əsgərləri arasında şəhər meydanında əlbəyaxa döyüş başlayır. |
Şəhərin bütün yerli əhalisi üsyançılara kömək edir. |
Lakin üsyançılar şəhərdə çox qala bilmir, çünki qalaya şərqdən və qərbdən hücum edən dəstələr ləngiyir. |
Bundan başqa, rus qarnizonunun istifadəsində olan toplar top görməyən kəndliləri vahiməyə salır. |
Sentyabrın 6-da Qubadan çıxan üsyançılar Qırmızı qəsəbəni ələ keçirir və Qubanın mühasirəsini davam etdirirlər. |
Üsyanın yatırılması Çar məmurları şəhəri qoruyan rus qarnizonunu xilas etməkdən ötrü bir sıra tədbirlər gördülər. |
Şamilə qarşı Dağıstanda hərbi əməliyat keçirən general Feze baron Rozenin əmri ilə üç mindən çox əsgəri Samur çayını keçir. |
Zaqataladan hərbi hissələrin əsgərləri üsyançılara qarşı yola salınır. |
Car-Balakən əyalətinin hərbi rəisi gürcü knyazı Sevarsemidze tezliklə Nuxadan keçərək Şamaxıya çatır. |
Ona İlisulu Daniyel Sultanın başçılığı ilə yerli 250 milisi olan bəylər kömək edir. |
Qeyri-bərabər döyüşdə məğlub edilən üsyançı dəstələri dağılaşaraq öz yerlərinə qayıtmağa məcbur olur. |
Tezliklə Hacı Məmməd oğlu Novruz ilə birlikdə həbs edilərək çar hökumətinə təhvil verilir. |
Xandan başqa 40-dan çox üsyan başçısı həbs olunur. |
Amma igid Yarəli dağlara qaçaraq sonralar yenə mübarizəsini davam etdirir. |
Üsyan yatırıldıqdan dərhal sonra Bakı qalasında xüsusi hərbi məhkəmə təşkil edilib, üsyanın 43 başçısına qarşı cinayət işi qaldırıldı. |
Başda 35 yaşlı Hacı Məmməd olmaqla 37 nəfər hərbi məhkəmədə dindirildi, 6 nəfərə qarşı isə fərarilik etdiklərinə görə axtarış elan olundu. |
Mayor İsa bəy hərbi rütbəsindən məhrum edilməklə Sibirə sürgünə göndərildi. |
Dörd üsyançı Sibir batalyonunda, beş üsyançı isə 1-ci piyada korpusunda hərbi xidmətə cəlb olundu. |
Üsyanın rəhbəri Hacı Məmmədə qarşı ölüm hökmü çıxarıldı. |
Çar Hacı Məmmədin oğlu Novruzun Kaluqa şəhərinə sürgün edilməsi əmrini verdi. |
Lakin Novruz təyin olunan sürgün 1837-ci il Quba üsyanı məğlubiyyətə düçar olsa da, yerli hakimiyyət orqanlarının nümayəndələrini, hətta çar I Nikolayın özünü də bərk təşvişə saldı. |
İkinci Quba üsyanına qədər azadlıq və müstəqillik aşiqləri çar məmurlarının və yerli mülkədarların zülm və zorakılığından qaçıb dağlara, dərələrə sığınır, meşələrdə gizlənir, lap sonda mübarizələrini qaçaq kimi davam etdirirdilər. |
Bu, fərdi mübarizə idi və hökuməti o qədər də narahat etmirdi. |
Lakin yerli əhalinin belə birgə yekdil çıxışı çar üsul idarəsi məmurlarına yaxşıca dərs verdi. |
Çar I Nikolay üsyançıları cəzalandırmaq, qorxutmaq əmri versə də, Azərbaycan xalqını, "müsəlmanları" məhv etməyin və onların yerində erməni keşişlərinin arzuladığı "xristian dövləti" yaratmağın qeyri-mümkün olduğu qənaətinə gəlmişdi. |
yerinə gedə bilmədi, iki ay sonra qızdırmadan vəfat etdi. |
Üsyanın ən tanınmış rəhbərlərindən biri olan Yarəli 1838-1840-cı illərdə Quba əyalətinin yuxarı mahallarında, Cənubi Dağıstanda və Şəkidə mübarizəsini axıra qədər davam etdirdi. |
Quba üsyanının 12 min iştirakçısı qüdrətli imperiya ilə qeyri-bərabər döyüşdə çoxlu şəhid verdi, amma əvəzində çara və onun əlaltılarına başa saldı ki, bu ölkədə güclü və qeyrətli xalq yaşayır. |
Quba üsyanı Azərbaycan xalqına qarşı çarizmi qəzəbləndirsə də, həm də onu yumşaltdı, düşünməyə və bu xalqa yeni nəzərlə baxmağa vadar etdi. |
Quba xanlığının ləğvindən sonra Quba əyalətində də komendant idarəçiliyi yaradılmışdı. |
Bu, Çar Rusiyasının hərbi-müstəmləkə idarəçiliyinin yerlərdə başlıca qurumu, əslində işğal idarəçiliyi sistemi idi. Qafqazın Baş hakimi və komandanı Paskeviç 1830-cu ildə çara göndərdiyi təqdimatda bu barədə yazmışdı: "...Müsəlman əyalətlərində gerçək hakimiyyət komendantların əlindədir; onların əl-qolunu yalnız Baş ha... |
Quba üsyanı yatırılan kimi onun səbəblərini öyrənmək üçün buraya göndərilmiş qraf İ. Vasilçikov da "indiki zamanda bütün hakimiyyətin komendantların əlində toplanmış olduğunu", "heç bir qayda-qanun, məsuliyyət tanımayan belə bir idarəçiliyin mənfi səciyyə daşıdığını" bildirirdi. |
10 mahal, 1 dairə, 6 "azad icma" birləşdirən Quba əyalətinin başında bu zaman polkovnik Gimbut dururdu. |
Tacixçilər onu Azərbaycanda çar hakimiyyətinin "ən yaramaz nümayəndələrindən biri" adlandırırlar. |
Müşkür mahalı kəndlilərinin şikayəti üzrə Gimbut guya kasıblar üçün hər evdən yığılan 5 abbası pulu, isti mədən suları üzərində guya sağlamlıq evi tikmək və Şirvanda zəlzələdən uçmuş evlərin bərpası üçün yığdırdığı pulları özü mənimsəmişdi. |
Buğda ilə ödənilən qalabaşı vergisi pula çevrilərək bir neçə qat (3 abbasıdan çox) artırılmışdı. |
Komendant idarəsində 450-yə kimi qulluq adamı toplanmışdı. |
Bunların hamısı xalqın soyulmasında bu və ya başqa ölçüdə iştirak edirdi. |
Aşağıda polkovnik Gimbutun tutduğu işlər haqda qısaltmalarla Şeşpər mahalı sakinlərinin şikayəti verilir. |
Bu sənəd Qubada hərbi dairə rəisinə, oradan Tiflisə Baş hakim idarəsinə göndərilmiş və bu idarədə mütərcimlik etməyə başiayan Mirzə Fətəli Axundov tərəfindən ruscaya çevrilmişdir. |
Şeşpər mahalı kədlilərinin general-mayor Reutta şikayəti, iyul 1837-ci il "1 Gimbutun at ilxısı üçün Niyazabadda ot biçib öz arabalarımızla Qudyal qalasına daşıdıq; bununüzündən özümüzün mal-qarası üçün yem hazırlaya bilmədik, qış düşdükdə heyvanlarımız qırıldı və bizə böyük zərər dəydi. |
Biz onun üçün Qudyal qalasının yuxarı qapısı yanında bir bağ saldıq, onu özü məhv etdi, sonra isə (Ortaqapı) yaxınlığında bizi başqa bir bağ salmağa məcbur etdi, biz bu bağı bir neçə ilə əkib qurtardıq, amma bunun qarşılığında ondan bir qəpik belə ala bilmədik. |
Zəlzələ baş verdiyi üçün (bu ad altında) bizdən pul qopardılar. |
Bizi odun kötükləri gətirməyə məcbur edir, bunun qarşısında bizə heç nə ödəmirdi. |
Sürülərimiz üçün Gimbut bizdən pul yığaraq, bunu öz mirzələrinə paylayır. |
Kasıblara paylamaq üçün bizdən pul (zəkat) yığıb özünə götürdü, amma bizim müsəlman qanunumuz üzrə bu yığımı həmin zümrəyə öz əlimizlə biz özümüz paylamalıyıq. |
Neçə ildir bizdən zəkat yığır, buna görə bizim bütün müsəlman məscid və mədrəsələrimiz zəruri xərclərini ödəmək üçün sıxıntı keçirir, həmişə zəkat hesabına dolanan kasıblarımız isə indi aclıq çəkirlər. |
Post dayanacaqlarına pul ödəməyimiz, kağızları ünvanına çatdırmağımız bir yana qalsın, üstəlik bizdən post pulu alır. |
Heç bir ödənc vermədən bizi Baş yol (Bakı-Quba-Dərbənd yolu) tikintisinə çıxardı. |
İki ildir ki, onun əmri ilə öz arabalarımızla kötük daşıyırıq, bizlərdən kəli olmayanlar gümüş pul ilə 5 manata kəl tutub bu işi yerinə yetirməkdədir. |
O, Gimbut Varşavaya (hərbi qulluğa) göndərmək üçün bizdən adam tələb edir. |
Siz zati-alilərinin yanına gəlib bu (şikayəti) vermək üçün biz Çiqaçuk çayının üstündə yığıncağa toplaşdıq, bu vaxt Şabran mahalının sakinləri də siz zati-alilərinə belə bir xahiş vermək üçün Qudyal qalasına toplanmışdılar. |
Bu arada komendant Gimbut bu sonuncuların fikrini bildikdə, onların hörmətli adamlarını ağacla döydürüb adı çəkilən qaladan qovdurdu, bununla yanaşı Məmməd Riza bəyi bizim üstümüzə göndərdi; o, gəlib çatan kimi bizi hədələyərək qorxutdu, ləyaqətimizə toxunaraq arada belə bir yalan şaiyə buraxdı ki, guya biz istehkamlar... |
1253 (1837)-cü ilin Səfər (iyul) ayı, 96 adamın imzası qoyulmuşdur. |
Çevirdi Fətəli Axundov". |
Naiblərin və iltizamçıları zülmü Mahalların idarəsi naiblərin əlində idi. Çar məmurları özləri yazırdılar ki, mahal naibləri əhali üzərində mütləq hakimdirlər. |
Amansız istismar hesabına onlar xalqdan xəzinənin götürdüyündən daha çox qazanc sümürə bilirdilər. |
Ən çox onlar rəiyyətin və rəncbərin çalışması sayəsində varlanırdılar. |
Onların böyük tasərrüfatları var idi. Buduq mahal naibi Alpanlı Məmmədxan bəyin ilxısında 500-dən çox at saxlanırdı, ildə 500 rüb taxıl səpirdi. |
Müşkür mahal naibi Cəfərqulu bay Bakıxanov (Abbasqulu Ağanın qardaşı) yalnız düyü satışından ildə 3 min gümüş manat götürürdü. |
Bu naiblərin və başqalarının çəltik, buğda, arpa, darı əkinlərlni, bağlarını rəncbərlər becərirdi. |
İlbəil onların acgözlüyü artırdı. |
Əkinləri genişləndirərək, öz rəncbərlərini bir neçə qat artıq işlədirdilər. |
Xəzinə vergilərini ödəmək üçün 100 araba tələb olunduğu halda, onlar kəndlərdən üç qat çox istəyir, artığını sahiblərindən pul alıb geri qaytarırdılar. |
Buduq mahalının naibi Məmmədxan bəy əkin, səpin, biçin və xırman işlərini bütünlüklə kəndlilərə gördürüb, üstəlik iki il içində onlardan pulsuz 100 rüb toxum almışdı. |
Pambıq əkmək üçün xış və toxumu da kəndlilərdən alır, onlardan top-top ipək sapı qoparıb mənimsəyirdi. |
Müşkür mahalı əhalisinin şikayətində mahal naibləri ilə bağlı yazılırdı: "Siz zati-alilərinə komendant Gimbutun belə qanunsuz hərəkətlərini bildirməklə, Sizdən onu, onun tərcüməçisi Aslanovu, Məmmədxan bəyi və Cəfərqulu ağanı vəzifədən götürməyi xahiş edirik, (çünki) onlar Gimbutun bizə qarşı etdiyi özbaşınalıqların ha... |
Quba əyalətində 1800-ə yaxın kəndli həyəti bəylərə məxsus olub, qalan 8364 həyət isə dövlət xəzinəsinin istismarında idi. 1836-cı ilə aid arayış üzrə kəndlilər Rusiya xəzinəsinə gümüş pul ilə 12973 manat vergi, daimi və dəyişən natural vergi şəklində 6862 rüb buğda, 2899 rüb arpa ödəmişdilər. |
Ağır vergilərlə yanaşı onlar çoxsaylı mükəlləfiyyətlər yerinə yetirir, dövlətə məxsus binaların tikilməsi, yolların nizama salınması, arx və kanalların təmizlənməsi kimi işləri görürdülər. |
Yerli komendant vergilərin bölgüsü və yığılmasında hər cür özbaşınalığa yol verir, əhalini qoşunlar üçün bazar qiymətindən 3 dəfə ucuz qiymətə taxıl satmağa məcbur edirdi. |
Vergilər yığılarkən kəndlilər qiymət, çəki və ölçüdə açıq-açığına aldadılırdı. |
Vilayətdə heç bir qayda-qanun gözlənilmirdi. |
Hökumətə sədaqətli bəylər, mahal naibləri komendantlıqla əlbir hərəkət edirdilər. |
Üsyanın başlanması Kənd əhalisinin səbrini 1837-ci ildə baş komandanın Varşavadakı atlı müsəlman alayı üçün (Quba əyalətindən) 36 atlı əsgər toplanması haqda sərəncamı tükətdi. |
Bu iş kəndlilər üzərində yeni soyğunçuluq mənbəyi olmuşdu. |
Başqa əyalətlərdə bir atlının təchizatı yerli əhali hesabına 130-150 man. |
tuturdusa, Quba əyalətində 350 manata başa gəlirdi. |
Aprel ayında əyalətin Yuxarıbaş, Sırt və Anaqdərə mahallarının bütün kəndxudaları Əhəzrə kəndinə yığışıb, idarəsi Qubada olan Dağıstan hərbi dairə rəisi general-mayor Reuttdan kəndlərdə atlı toplanılmasını dayandırmağı tələb etdilər. |
Reuttun bundan sonra atlı döyüşçülərin yalnız könüllü olaraq yığılacağı haqda vədinə inanmayan camaat evlərinə dağılışmadı. |
Komendant Gimbutla rəqabət aparan, birbaşa baş hakim baron Rozenlə əlaqə saxlayan Tip mahalının naibi mayor İsa bəy Həsən Əfəndi oğlu kəndlilərlə görüşə gəldi. |
0, əhalinin narazılığını gücləndirmək üçün Xudatda yığışan üsyançılara bildirdi ki, baş hakimdən atlı yığılmasını Məmmədxan bəy Alpanlı və Cəfərqulu ağa Bakıxanov xahiş etmişlər. |
Bundan çox qəzəblənən kəndlilər hökumətə qulluq edən "satqın bəylər sürüsünün məhv edilməsi" tələbini irəli sürdülər. |
Sözdə "itaətkar xahişnamə" şəklində olan bu tələblər məzmunca kəskin yazılmışdı (mətn parçaları yuxarıda gətirilmişdir). |
Çağdaş tarixçi A. Bakıxanov üsyançıların tələbləri ilə bağlı yazırdı: "Bu tələbləri yerinə yetirmək məqsədilə artıq yola düşməyə hazır olan atlılar dərhal buraxılmış, komendant polkovnik Gimbut işdən götürülmüş, poruçik Məmmədxan bəy və podporuçik Cəfərqulu ağa Şamaxı və Bakıya aparılmış və indi də orada saxlanılmaqdad... |
Üsyanın ikinci dalğası Quba camaatı dağlıların azadlıq hərəkatının başçısı Şeyx Şamil ilə də əlaqə yaratdılar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.