Search is not available for this dataset
text
stringlengths
10
518k
Yuxarıbaş mahalında yaşayanlar Şamilə məktub yazmışdılar.
Onlar, Rusiya hökumət nümayəndələrinin üsyanda irəli sürülən tələbləri ödəməyə söz verdiklərini bildirirdilər.
Avqustun 21-də əyalətin bir çox yerlərində kiçik yaraqlı dəstələrin toplanması ilə hərəkat yenidən başladı və tezliklə silahlı üsyana çevrildi.
Yeni əyalət komendantı mayor İççenko üsyançıları qabaqlamaq üçün onların içinə praporşik Əlipaşa Ağa Bakıxanovu (Abbasqulu Ağanın əmisi oğludur) göndərdi.
Onun casusluğu baş tutmadı.
Bedışqala kəndxudasının evində üsyançılar onu tutub Yasan kəndinə apardılar və burada öldürdülər.
Yarəlinin başçılıq etdiyi üsyançı dəstə tərəfindən Anaqdərə mahalında rus kazaklarının və Xudat postundakı rus əsgəri bölüyünün əsir alınması hərəkatın ilk uğuru oldu.
Üsyan əyalətin bütün mahallarına yayıldı.
Yalnız Quba şəhəri, Buduq və Barmaq mahalları komendantın hökmü altında qalırdı, qalanları isə onun və mahal naiblərinin hakimiyyətindən çıxmışdı.
Belə bir şəraitdə əyaləti idarə etmək üçün üsyançılar xan seçmək qərarına gəldllər.
Onlar öz başçıları Hacı Məmmədi "xan" seçdilər.
O, üç mahalın idarəsini öz əlinə alaraq, oraya hakimlər göndərdi.
Hər yerdən kəndlilər axışıb onun dəstələrinə qoşulurdular.
Çox keçməmiş üsyançıların sayı 3 minə çatdı.
Üsyanın başlıca hərəkətverici qüvvəsi kəndlilər olsa da, Quba bəylərinin böyük hissəsi də üsyana qoşulmuşdu.
Buduq mahalını çıxmaqla, qalan mahallara qoyulan yeni naiblərin hamısı çarizmə qarşı yağı mövqeyində duran bəylər idi. Yuxarı mahalların bəylərinin demək olar hamısı üsyanda iştirak edirdi.
Əhbil kəndində düşərgə salmış üsyançıların sayı artıq 7 minə, Quba şəhərinə hücum ərəfəsində isə 12 minə çatmışdı.
Dağıstanın güney hissəsində yaşayan sakinlər də axışaraq gəlib üsyançı dəstələrə qoşulmuşdular.
Quba üsyanının avqust-sentyabr yüksəlişi qarşısında da Şeyx Şamil buraya məktub göndərərək çar hökuməti ilə barışmaz mübarizəyə qalxmağa çağırmışdı.
Hacı Məmməd məhkəmədə bildirmişdi ki, Quba üzərinə yürüşdən qabaq bu məktuba, "dəstəmizin uğurları ilə bağlı hərəkatda iştirak edənlərin hamısının möhürlərini vurmaqla" cavab göndərmişdik.
Burada yazılmışdı: "Allaha şükür olsun, biz bərk dayanmışıq, xeyli qoşun toplamış, çoxlu əsir götürmüşük və tezliklə şəhəri almaq ümidindəyik".
Beləliklə, Quba üsyanı ilə dağlılar hərəkatının başçıları arasında ilişgi olması tarixi gerçəklikdir.
Quba uğrunda döyüşlər Hərəkata başçılıq etmək üçün ayrıca hərbı şura yaradılmışdı.
Bu şuraya şəhərlilərin də nümayəndələri daxil edilmişdi.
Şura üsyanın sonrakı gedişinin planını tutmalı, Dərbənddən çıxan general Reuttun hərəkətinə göz qoyub izləməli, şəhərə bitişik yerləşən Gürcüstan alayının lazaretini ələ keçirməli idi. Qalada yerləşən hökumət qarnizonunda 600 nizami əsgər, çoxlu silah ehtiyatı və toplar vardı.
Qarnizona başçılıq edən komendant İççenko bir sıra hazırlıq işləri gördü.
Onun əmri ilə dışarıdan qalaya bitişik bütün evlər söküldü, bununla üsyançıların qalaya aşıb keçmək qorxusunu aradan götürməyə çalışdı.
Çoxsaylı döyüşçülərin hərəkətini asanlaşdırmaq üçün qalanın içərisində bütöv bir məhəllə sökülüb yox edildi.
Qala divarlarına kimi uzanıb gələn alma bağını isə qırdırmağa macal tapmadı.
Ağaclar, qalaya yaxınlaşan üsyançılar üçün qurşundan bir qoruyucu olaraq qaldı.
İş dalınca Quzey Dağıstana getmiş hərbi dairə rəisi Reutt tələsik Dərbəndə gəldi.
Burada özü ilə 250 əsgər, 300 yerli milis, iki top götürüb Qubaya yollandı.
Ancaq üsyançılar onun yolunu kəsib Quba qarnizonu ilə birləşməyə qoymadılar.
General Dərbəndə dönməli oldu.
Hacı Məmmədin başçılığı ilə 3 sentyabrda keçən Hərbi Şura birbaşa hücumla qalanı almağın mümkün olmadığını bildirdi.
Şurada şəhəri təmsil edən Xanməmməd və Səlim, gizli yolla qalaya girməzdən öncə şəhərlilərin razılığını almağı təklif etdilər.
Hərbi Şura adından kağız yazıldı, Səlim onu gizli şəhərlilərə çatdırdı.
Burada yazılmışdı ki, üsyançıların şəhərə girməsinə razısınızsa, mal-qaranı qaladan dışarı otlağa çıxarın.
Ertəsi gün qala qapıları açılaraq mal-qara otlağa çıxarıldı.
Bunun şərti razılıq olduğunu bilən üsyançılar döyüş planını yerinə yetirməyə başladılar.
5 sentyabrın alatoranlığında Yarəli min döyüşçünü alıb keçilməz dağ cığırı ilə onları bir-bir qalaya keçirməyə başladı.
Onlar şəhər məhkəməsi binasını, mərkəzi meydanı tutdular.
Ancaq ştabs-kapitan Zarembskiçevik tərpənib onları topa tutdu, səpələnib evlərə və tikililərə sığınmağa məcbur etdi.
Tikililərin bir çoxu kiçicik qalalara çevrildi.
Şəhər əhalisi üsyançılara kömək göstərir, özləri də onlarla birgə döyüşürdülər.
Rus əsgərləri saat 5-ə yaxın üsyançıları vurub qaladan çıxardılar.
Yarəlinin uğursuzluğu üsyançıların güney və ön zərbəsinin düşünüldüyündən qat-qat zəif alınması ilə bağlı idi.
Onlar qala qarnizonunu çöldən çox ciddi məşğul edib Yarəlinin işini asanlaşdıra bilmədilər.
Qala topları onları yaxın buraxmadı.
Şəhərin suyunu kəsib yalnız gözləmə mövqeyi tutdular.
Uğursuzluq üsyançıların öz gücünə güvənməsini sarsıtdı.
Rəsmi qaynaqda deyildiyi kimi, "bu yeni hunların davranışı" barədə eşidən üsyançılar öz evlərini, arvad-uşaqlarını qorumaq üçün kütləvi şəkildə dağılışmağa başladılar.
Sentyabrın 11-də üsyançıların düşərgəsində Hacı Məmmədlə yalnız üç dağ mahalının (Müşkür, Anaqdərə və Sırt) sakinləri qalmışdı.
O, qalan üsyançılara evlərinə dağılışmaq əmri verib özü doğma Xuluq kəndinə getdi; oradan isə ailəsi ilə birlikdə Kürə xanlığına keçdi.
Özünü üsyana tərəfdar kimi göstərən Qazıqumux və Kürə hakimi Məmmədmirzə xan onu tutub hökumətə təslim etdi.
Üsyan başçıları sayılan 44 kişi həbs edildi.
Quba üsyanı qan içində boğuldu.
Üsyandan sonra da dağlıq mahallarda mübarizə davam edirdi.
Üsyanın ikinci lideri Yarəli beş adamla dağlara çəkilib qaçaqlıq edirdi.
1838-ci ildə cəza dəstələri iki dəfə üsyançıların üzərinə yürüş etdi.
İyun ayında Acıaxur adlı bir yerdə baş vermiş döyüşdə üsyançılar əzildilər.
Dağlıq mahalların sakinləri Rusiyaya sədaqətli olacaqları, vergilərdən boyun qaçırmayacaqları haqda hökumət qarşısında and içməyə məcbur edildilər.
Üsyançılardan bir parası Rutullu Ağabəy başda olmaqla dağlara çəkildi.
Üsyan yatırıldıqdan sonra hökumət hərəkatın fəal iştirakçılarına divan tutdu.
Hacı Məhəmməd 4 il çəkən üzücü dindirmələrdən sonra Bakı hərbi-səhra məhkəməsinin hökmü ilə asıldı.
Mayor İsa bəy bütün ad və rütbələrdən məhrum edilib Sibirə sürüldü.
Vəlibəy Şahnamaz oğlu, Ağası Zöhrab oğlu, Şahbaz Əhməd oğlu, Şərifəli Çəmyab oğlu Sibir xətt qoşunlarına "qulluğa" göndərildilər.
İmperator Nikolay Hacı Məmmədin heç bir suçu olmayan oğlu Novruzun "yaşamaq üçün" Quzey Rusiya şəhəri Kaluqaya göndərilməsi haqda buyruq verdi.
Ancaq Novruz rus hərbi xəstəxanasında gözlənilmədən "qızdırmaya tutulub" öldü.
Quba üsyanı Azərbaycanda müstəmləkə zülmünə qarşı mübarizə tarixində böyük yer tutur.
Həmçinin bax Quba xanlığı Quba soyqırımı
2 fevral - Rafael Karreranın üsyançı ordusunun Qvatemala şəhərinə daxil olması.
mart - Buda və Peştdə böyük daşqınların baş verməsi.
16 mart - Braziliyanın imperator ordusu tərəfindən San-Salvador şəhərinin tutulması 14 aprel - Fransisko Morasanın federal ordusunun Rafael Karreranın dəstələrinin tərk etdiyi Qvatemala şəhərinə daxil olması.
30 aprel - Nikaraquanın Mərkəzi Amerika Federal Respublikasının tərkibindən çıxdığını elan etməsi 15 noyabr - Birinci ingilis-əfqan müharibəsinin gedişi zamanı əfqan taxt-tacına namizəd Şuci ül-Mülkün dəstələrinin Ludxiyandan Əfqanıstan istiqamətinə hərəkət etməsi.
2 dekabr - Birinci ingilis-əfqan müharibəsinin gedişi zamanı əfqan taxt-tacına namizəd Şuci ül-Mülkün dəstələrinin Hindistandakı Böyük Britaniya mülklərinin sərhəddini keçərək Əfqanıstana soxulması.
İngiltərə ilə Rusiya arasında ticarət konvensiyasının imzalanması.
İngiltərə ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi.
Acıaxur döyüşü avqust-sentyabr - Şəkidə Məşədi Məhəmmədin başçılığı ilə Rüsiyanın müstəmləkə siyasətinə qarşı üsyan baş verdi.
Azərbaycanda ilk rus köçkünləri tərəfindən Lənkəran qəzasında Vel kəndinin salınması.
Naxçıvanda və Şamaxıda qəza məktəblərinin açılması.
Hacı Zeynalabdin Tağıyev Albert fon Şamisso
2 fevral - Rafael Karreranın üsyançı ordusunun Qvatemala şəhərinə daxil olması.
mart - Buda və Peştdə böyük daşqınların baş verməsi.
16 mart - Braziliyanın imperator ordusu tərəfindən San-Salvador şəhərinin tutulması 14 aprel - Fransisko Morasanın federal ordusunun Rafael Karreranın dəstələrinin tərk etdiyi Qvatemala şəhərinə daxil olması.
30 aprel - Nikaraquanın Mərkəzi Amerika Federal Respublikasının tərkibindən çıxdığını elan etməsi 15 noyabr - Birinci ingilis-əfqan müharibəsinin gedişi zamanı əfqan taxt-tacına namizəd Şuci ül-Mülkün dəstələrinin Ludxiyandan Əfqanıstan istiqamətinə hərəkət etməsi.
2 dekabr - Birinci ingilis-əfqan müharibəsinin gedişi zamanı əfqan taxt-tacına namizəd Şuci ül-Mülkün dəstələrinin Hindistandakı Böyük Britaniya mülklərinin sərhəddini keçərək Əfqanıstana soxulması.
İngiltərə ilə Rusiya arasında ticarət konvensiyasının imzalanması.
İngiltərə ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi.
Acıaxur döyüşü avqust-sentyabr - Şəkidə Məşədi Məhəmmədin başçılığı ilə Rüsiyanın müstəmləkə siyasətinə qarşı üsyan baş verdi.
Azərbaycanda ilk rus köçkünləri tərəfindən Lənkəran qəzasında Vel kəndinin salınması.
Naxçıvanda və Şamaxıda qəza məktəblərinin açılması.
Hacı Zeynalabdin Tağıyev Albert fon Şamisso
1 yanvar - Rusiya imperiyasının paytaxtı Sankt-Peterburq şəhərində Oteçestvennıe zapiski (Vətən qeydləri) jurnalının ilk nömrəsinin çapdan çıxması.
19 yanvar - Ədənin Böyük Britaniya tərəfindən işğal edilməsi.
1 fevral - Fransisko Morasanın səlahiyyət müddətinin başa çatması və Nikaraquanın, Hondurasın və Kosta-Rikanın federasiyanın tərkibindən çıxması ilə Mərkəzi Amerika Federal Respublikasının formal olaraq öz fəaliyyətini dayandırması.
21 aprel - Osmanlı ordusunun Kütahi razılaşmasını pozaraq Fərat çayını keçməsi və Misirə yürüşünün başlanması 25 aprel - Birinci ingilis-əfqan müharibəsinin gedişində ingilis və Pəncab qoşunları tərəfindən əfqan şəhəri olan Kandaqarın tutulması 30 aprel - Vyatkada təntənəli şəkildə Aleksandr Nevski kilsəsinin əsasının ...
Uralda "kartof" üsyanı adlanan kəndli çıxışının baş verməsi.
Rusiya pul sisteminin Şimali Azərbaycanda (1839-1843) tətbiqi.
M.Kazımbəyin "Türk-tatar dilinin qrammatikası" dərsliyinin şap olunması.