Search is not available for this dataset
text
stringlengths
10
518k
fevral - Məşhur xanəndə Səttarın Tiflis Xeyriyyə Cəmiyyətinin salonundakı konsertdə muğam ifa etməsi.
11 fevral – Tomas Alva Edison Azərbaycan tarixçisi Həsənəlixan Qaradağı.
Salman Nərimanov 9 avqust — Mariya Viktoriya dal Pozzo, İspaniya kralı I Amadeusun xanımı, İspaniyanın kraliça-konsortu.
Abbasqulu ağa Bakıxanov.
1847-ci il Kəndli Əsasnamələri — Çar Rusiyası tərəfindən Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə məqsədilə tətbiq olunmuş sənədlər.
Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi zərurəti Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı.
İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycanın ali təbəqəsinin – xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları...
Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi.
Lakin diyarda yaranmış gərgin vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi.
Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət hüququ...
Yalnız bundan az sonra bəylərlə feodal-asılı kəndlilərin qarşılıqlı münasibətlərini qanuniləşdirən - "Kəndli Əsasnamələri" verildi.
Kəndli Əsasnamələri və onların mahiyyəti Reskriptdə şərh olunan və torpaq sahibkarları ilə kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən prinsiplər 1847-ci il 20 aprel və 28 dekabr tarixli "Kəndli əsasnamələri"ndə konkretləşdirildi.
Bu əsasnamələrdən birincisi Şamaxı və Dərbənd quberniyalarınm bəy kəndlilərinə, yəni Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalannm xüsusi sahibkar kəndlilərinə, ikincisi isə Tiflis quberniyasının Yelizavetpol qəzasındakı Qazax və Şəmşəddil nahiyələri ağalarının torpaqlarında yaşayan kəndlilərə aid idi. ...
Əsasnamə" torpaq mülkiyyətçilərinin üzərinə 15 yaşından yuxarı kişi cinsindən olan hər bir kəndlini taxılçılıq, maldarlıq və bostançılıq üçün yararlı olan 5 desyatinlik pay torpağı ilə təmin etmək vəzifəsi qoyurdu.
Kəndlini torpaqla təmin etmək vəzifəsini irəli sürən qanunverici, hər şeydən əvvəl xəzinənin və dövlət təhlükəsizliyinin mənafelərini müdafiə etməyi, sahibkarlar və dövlət üçün torpaq rentasiyasının toplanmasını təmin etməyi qarşısına məqsəd qoymuşdu.
Sahibkar kəndliləri isə islahata qədər ki, dövrdə olduğu kimi 5 desyatindən az torpaq sahələrindən istifadə edirdilər.
Əsasnamə" bu tələbin sahibkarlar tərəfindən yerinə yetirilməsini təmin edəcək heç bir tədbir nəzərdə tutmurdu.
Mükəlləfiyyətlərin həcmi pay torpağının sahəsindən asılı olaraq müəyyənləşdirilmədiyindən, kəndlinin pay torpağının artırılmasına və "Əsasnamə"də nəzərdə tutulmuş ölçülərə çatdırmağa sahibkarın heç bir marağı yox idi, belə ki, torpağı icarəyə vermək sahibkar üçün daha əlverişli idi.
Bütün bunlar "Əsasnamə"nin bu maddəsini qabaqcadan uğursuzluğa məhkum edir, ona deklarativ xarakter verirdi.
Əsasnamə"nin əsas maddələrindən biri kəndlilərin mükəlləfiyyətləri məsələsi idi. Qanun kəndli mükəlləfiyyətlərinin müxtəlif növlərini, onların ödənilməsi və yerinə yetirilməsi üsullarını ətraflı surətdə şərh edirdi.
Malcəhət - torpaq sahəsinin kəndlinin vəsaiti (iş heyvanı, kənd təsərrüfatı alətləri, toxum) hesabına becərilməsi şərti ilə istənilən kənd təsərrüfatı bitkisi məhsulunun sahibkarın xeyrinə ayrılan 1/10 hissəsi əsas məhsulla toplanan mükəlləfiyyət idi. "Əsasnamə" rəiyyətləri çoxdan bəri mövcud olmuş bir sıra digər məhsu...
Kəndlilər öz pay torpaqlannı sahibkarların iş heyvanı, alətləri və toxumundan istifadə edərək becərdikləri təqdirdə, onlar məhsulun 1/5-dən çox olmayan hissəsini sahibkara verməli idilər.
Bu maddə feodal asılı kəndlilərinin rənc-bərlər (əkərlər) və nökərlər kimi əvvəlki zümrələri, habelə var-yoxdan çıxmış rəiyyətlər ücün nəzərdə tutulmuşdur.
Əsasnamə"yə görə, torpaq mülkiyyətçiləri onlara pay torpağı ayırmalı idilər.
Torpaq alan, lakin istehsal vasitələri olmayan bu kəndlilər "kömək" üçün feodala müraciət etməli olurdular.
Əsasnamə" kəndlilər üzərinə məhsul yığımından sonra üç gün ərzində sahibkarın payını ayırmaq, feodal malikanənin hüdudlarında yaşayırsa, bu payı növbəti üç gün, məhsul yığılan yerdən 50 verstdən uzaqda yaşadığı təqdirdə 15 gün ərzində ona çatdırmaq vəzifəsini qoyurdu.
Əsasnamə" məhsulla ödənilən vergi ilə yanaşı, kəndlilərin bəyin xeyrinə işləyib-ödəmə rentasını yerinə yetirmələrini nəzərdə tuturdu.
Əsasnamə" hər kəndli ailəsi üzərinə sahibkarın tələbi ilə öz iş eyvanı və alətlərilə ildə 18 gün ərzində onun təsərriifatında işləmək üçün bir işçi vemək təhəddüdü qoyurdu.
Mükəlləfiyyətin bu növü, yəni biyar Azərbaycanda çoxdan bəri mövcud idi. Onun müddəti Azərbaycanın heç bir qəzasında dəqiq müəyyən edilməmişdisə də heç yerdə kəndlilərin feodalın xeyrinə işlədikləri günlərin sayı ―"Əsasnamə"də göstərilmiş rəqəmin heç yarısına da çatmırdı.
Əsasnamə" biyarın həcmini iki dəfədən çox artırdı və bununla da, əvvəlcə mövcud olmuş mükəlləfiyyəti daha ağır və məşəqqətli etdi.
Hər ailədən işçi verməklə yanaşı, kəndlilər ildə bir-iki gün bütün kənd cəmiyyəti ilə, elliklə sahibkar üçün işləyərək (əvrəz), feodalın göstərişinə görə, kənd təsərrüfatı və ya suvarma işlərini yerinə yetirməyə borclu idilər.
Əvrəz nəticəsində yığılmış məhsul büsbütün feodalın xeyrinə gedirdi.
Əsasnamə"yə görə kəndlilər elliklə sahibkar malikanələrində arxlar və yollar çəkməli, köhnə tikililəri təmir etməli idilər.
Bununla da "Əsasnamə" feodallara, lazım gəldikdə, müftə işçi qüvvəsindən istifadə etməklə, özləri üçün xeyirli olan yol və suvarma işlərini genişləndinnək imkanı verirdi.
Əkinçiliklə və oturaq maldarlıqla məşğul olan kəndlilər mal-qaranın sahibkar torpağında otarılmasının müqabilində məbləği müəyyənləşdirilməmiş xüsusi pul vergisi - çöpbaşı ödəməli idilər.
Çöpbaşı "yerli adətlərə görə müəyyənləşdirilməmiş" qaydalar üzrə alınırdı.
Bu da torpaq sahibkatları tərəfindən özbaşmalıqlar üçün şərait yaradırdı.
Əsasnamə"nin üç maddəsi müstəsna surətdə maldarlıqla məşğul olan kəndlilərin mükəlləfiyyətlərini müəyyənləşdirirdi.
Bu kəndlilər sahibkara, adətlərə görə, çöpbaşı verməyə və hər ailə gümüş pulla 4 man.
məbləğində pul vergisi ödəməyə borclu idilər.
Əsasnamə"yə görə, kəndlilər feodala nökərlər də (hər 10 həyət dən 1 kişi və hər 15 həyətdən 1 qadın) verməli idilər.
Qanun feodala kişi nökərlərindən həm çöl, həm də ev işlərində istifadə etməyə icazə verirdi.
Kəndli əsasnamələri"nin nəşrinə qədər də feodallar kəndliləri kişi nökərləri verməyə, lakin "Əsasnamə"də nəzərdə tutulduğundan xeyli az miqdarda, məcbur edirdilər.
Əvvəllər kəndlilər heç vaxt qadın nökərlər vermirdilər.
Çar müstəmləkəçilərinin özlərindən uydurduqları bu mükəlləfiyyət Azərbaycan xalqının çoxəsrlik ənənələrinə hörmətsizlik idi və elə dərin hiddət doğurdu tezliklə ləğv edildi.
Əsasnamə" sahibkarlara onların torpaqlarında yaşayan kəndlilər üzərində polis və məhdud məhkəmə hakimiyyəti verirdi.
Əsasnamə"yə görə, torpaq mülkiyyətçiləri onların torpaqlarında yaşayan kəndlilərin "farağatlığına, ədəb-ərkanına və əxlaqına" nəzarət etməli idi. Feodal həmçinin kəndlilər arasındakı çəkişmələr üzrə çıxarılmış (bu çəkişmələri kəndlilər içərisindən seçilmiş adamlar həll edirdilər) cinayət cəzası tələb etməyən qərarları ...
Polis və məhdud məhkəmə hakimiyyətinin feodalın şəxsində birləşdirilməsi onun kəndlilər üzərində hakimiyyətini gücləndirirdi.
O hər hansı bir qanun pozuntusuna görə, istənilən kəndlini məsuliyyətə cəlb edə bilərdi.
Kəndlilərin şəxsiyyəti üzərində feodala belə hakimiyyətin verilməsi, kəndlilər tərəfindən mükəlləfiyyətlərin yerinə yetirilməsi zamanı sahibkarların özbaşınalıqları üçün geniş imkanlar açırdı.
Bütün bunlardan əlavə, "Əsasnamə" kəndlilər tərəfindən seçilən kətxudaların təsdiq olunmasını da sahibkarların nəzarətinə verirdi.
Əsasnamə" kəndlilərin "şəxsən azad və digər sahibkarın yanına keçmək hüququna malik olmalarını" etiraf edirdi.
Lakin bu hüquq birincisi, kəndlilər tərəfindən adambaşına ən azı 5 desyatin torpaq satın alınmasından, ikincisi, kəndlinin həm tərk etdiyi, həm də onu qəbul edən kənd cəmiyyətlərinin, habelə torpağında bu keçmənin baş verdiyi feodalın razılığından asılı vəziyyətdə qoyulurdu.
Bütün hallarda, bunlardan əlavə, kəndlilərin öz mükəlləfiyyətlərini tamamilə yerinə yetirmələri və "diyarın baş rəisinin", yəni canişinin özünün icazəsi tələb olunurdu.
Keçmiş xanlar və onların qohumların torpaqlarında yaşayan kəndlilərin, habelə xan nökərlərinin başqa yerə keçməsi daha artıq dərəcədə çətinləşdirildi.
15 il keçəndən sonra da Bakı qubernatoru qeyd edirdi ki, 1847-ci ildən etibarən kəndlilərin bəy torpaqlarından xəzinə torpaqlarına keçməsi halları məhdud xarakter daşıyır.
Çar müstəmləkəçiləri ağır mükəlləfiyyətlər yükünü kəndlilər üzərinə yıxaraq, zorakı və əsarətçi dövlət aparatını feodalların mənafeyinin mühafizəsinə səfərbər etdilər.
Əsasnamə" yerli hakimiyyət orqanları qarşısında kəndlilərin feodalların xeyrinə mükəlləfiyyətləri müntəzəm yerinə yetirmələri və onlara tabc olmalarına nəzarət etmək vəzifəsini qoyurdu.
Hakimiyyət orqanları sahibkarlardan şikayət alındığı təqdirdə onlara "...yardım və kömək" göstərməyə borclu idilər.
Əsasnamə" feodallara öz mülklərində polis qayda-qanunlarını qorumaq və kəndli çıxışlarını silah gücünə boğaraq vəzifəsini həvalə edirdi.
Ağalar və kəndlilər arasındakı münasibətləri müəyyənləşdirən 1847-ci il 28 dekabr Əsasnaməsi də eynilə belə prinsiplərə əsaslanırdı.
Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı: 1989, Azərbayan tarixi, Uzaq keçmişdən 1870-ci illərə qədər.
Bakı: 1996 Abdullayev M.Q.
Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-cı illərinə qədər).
Bakı: 2005 İsmayılov X.X.
Azərbaycanın dövlət və hüquq tarixi.
12 yanvar - İtaliyada 1848-1849-cu illər inqilabının başlanması.
Palrmoda - Siciliyada üsyanın baş verməsi.
2 fevral - Quadalupe-İdalqoda Meksika ilə ABŞ arasında imzalanmış sülh müqaviləsinə əsasən Meksikanın ABŞ-nin xeyrinə ölkə ərazisinin təxminən 55%-ni təşkil edən Texas, Yeni Meksika, Yuxarı Kaliforniya və digər ərazilərdən əl çəkməsi.
15 fevral – Londonda Karl Marks və Fridrix Engelsin birgə yazdığı "Kommunist Partiyasının Manifesti" əsərinin çapdan çıxması.
22 fevral - Fransa inqilabının başlanması 24 fevral-Fransada Burbonlar sülaləsinin sonuncu nümayəndəsi olan I Lui-Filippin hakimiyyətdən devrilməsi, Fransada inqilabın başlanması.
27 fevral - Almaniyanın cənub-qərb hissəsində və Reyn əyalətində inqilabi çıxışların baş verməsi, 1848-1849-cu illər Almaniya inqilabının başlanması.
3 mart - Layoş Koşutun Avstriya imperatoru İ Ferdinanddan Macarıstan Konstitusiyasının tətbiqini və müstəqil Macarıstan hökumətinin yaradılmasını tələb etməsi 13 mart- Avstriyanın paytaxtı Vyanada üsyanın başlanması.
15 mart -Macarıstanda Avstriya zülmünə qarşı üsyanın başlanması.
18 mart- Berlində silalı üsyanın baş verməsi.
18-22 mart- Milanda baş verən üsyan nəticəsində avstraliyalıların Vyanadan qovulması.
Korteslərdən qeyri-məhdud səlahiyyət alan İspaniyanın baş naziri general Ramon Narvaes tərəfindən parlamentin buraxılması.
Layoş Battayani tərəfindən ilk müstəqil Macarıstan hökumətinin təşkil edilməsi.
25 mart - Sardiniya krallığının kralı Karl Albertonun Avstriyaya müharibə elan etməsi.
Avstriya-İtaliya müharibəsinin başlanması.
25 aprel - Vyanada İmperiya ərazisində yaşayan bütün millətlərə bərabər hüquqlar vəd edilən imperiya konstitusiyasının lahiyəsinin dərc olunması may - Frankfurt-Maynda Ümumalman parlamentinin fəaliyyətə başlaması.
may -Berlində Prussiya Milli Məclisinin açılması.
12 iyun -Praqada fəhlə və tələbələrin dinc nümayişinin gülləbaran edilməsi.
Praqa üsyanının başlanması.
17 iyun - Avstriya qoşunları tərəfindən Praqa üsyanının yatırılması.
22 iyun - Parisdə üsyanın başlanması.
26 iyun - Paris üsyanının yatırılması.
22 iyul - Vyanada Avstriya parlamentinin - reyxstaqın fəaliyyətə başlaması.
11 avqust - Sardiniya ilə Avstriya arasında bağlanmış barışığa əsasən Sardiniya qoşunlarının Lombardiya, Venesiya və digər əyalətləri tərk etməyi öhdəsinə götürməsi.
18 sentyabr - Frankfurt na-Maynda üsyanın yatırılması.
6 oktyabr -Vyanada Avstriya zülmünə qarşı üsyanın baş verməsi.
31 oktyabr - İmperator qoşunlarının Vyanaya daxil olması və üsyanın yatırılması.
15 noyabr - Avstriya parlamentinin - reyxstaqının fəaliyyətinin başa çatması.
noyabr - Romada üsyanın baş verməsi və Papa IX Piyin Vatikandan qaçması.
İranda Babilər hərəkatının (1848-1852) başlanması.
Bibiheybətdə texnik Semyonov tərəfindən mexaniki üsulla dünyada ilk dəfə neft quyusunun qazılması.
Şamaxıda eyni adlı xeyriyyə cəmiyyəti tərəfindən ibtidai məktəb sinfi olan Müqəddəs Nina məktəbinin açılması.
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi 28 yanvar – Həsənəli xan Qaradaği.
Mariyana Marraş Azərbaycan tarixçisi - Mirzə Adıgözəl bəy.
1848-1849-cu illər Avstriya inqilabı — Avstriya imperiyasında baş vermiş burjua-demokratik inqilab, 1848-ci il inqilablarından biri.