Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Napoleon Bonapartın qardaşı oğlu Lui-Napoleon Bonapart 1848-ci ilin iyun ayında baş verən sosial-inqilabi üsyanının yatırılmasından sonra yeni dövlətin prezidenti seçildi. |
Fransada 1830-cu il iyul inqilabının nəticəsi olaraq Orlean sülaləsinin bir nümayəndəsi olan Orleanlı Lui Filipp hakimiyyətə gətirildi. |
Fransız xalqı içərisində ona böyük ümidlər var idi. Orleanlı Lui Filipp özünü sənaye və ticarətin, bankların himayəçisi, Fransanın milli maraqlarının müdafiəçisi kimi göstərirdi. |
1840-cı ilədək Orleanlı Lui Filippin fəaliyyəti kifayət qədər qənaətbəxş olmuşdur. |
Bunun nəticəsində Fransa sözün əsl mənasında irəliyə doğru böyük bir addım atmışdı. |
Lakin 40-cı ildən sonra Lui Filippin siyasətində böyük dəyişiklik oldu. |
1840-cı ildən sonra Fransua Gizonun təzyiqi altında həyata keçirilən siyasət 1830-cu ildən Fransada yaradılan rejimə yenidən qayıdışa gətirib çıxardı. |
1840-cı ildən 1848-ci ilə dək Lui Filippin hakimiyyəti bir növ müstəbid bir hökmdarın hakimiyyətini və yaxud da feodalizmə qayıdış siyasətini xatırladırdı. |
1840-cı ildən sonrakı bu siyasət Fransa xalqını xeyli qəzəbləndirirdi. |
Orleanlı Lui Filipp Burbonların yan qolu olan Orleanistlərin nümayəndəsi olsa da arxalı, köklü bir insan deyildi. |
O, Fransa üçün həmin dövrdə lazımlı olduğuna görə hakimiyyətdə idi. 1848-ci ilə qədər Lui Filipp öz hakimiyyətini müxtəlif vasitələrlə möhkəmləndirməyə çalışsa da onun bu cəhdləri baş tutmadı. |
Orleanlı Lui Filipp 1847-ci ildə Fransanı kifayət qədər çətin vəziyyətə salmışdı. |
Ölkə daxilində rejimin böhranı özünü onda göstərirdi ki, təkcə 40-cı illərdə ona qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi. |
Bu sui-qəsdlərin təşkilatçıları həm ayrı-ayrı fanatiklər, həm də gizli təşkilatların üzvləri idilər. |
Bu dövrdə Fransada çoxlu gizli respublikaçı cəmiyyətlər yaradılmışdı. |
Onlar bir növ özlərini yakobinçilərin davamçıları hesab edirdilər. |
Onların düşüncəsinə görə Lui Filipp Fransanı uçuruma aparırdı. |
Bunun qarşısını almağın yeganə yolu onun hakimiyyətdən uzaqlaşdırılması idi. 1840-1848-ci illərdə təşkil olunmuş bu sui-qəsdlər Lui Filippi öz siyasətinə yenidən baxmağa və onu bəzi güzəştlərə getməyə məcbur etməli idi. Amma Fransua Gizo onun yolundan dönməməsinə çalışırdı. |
Fransua Gizonun fikrincə kral vəzifəsini tutan şəxsdən ilahi bir iradə tələb olunurdu. |
Fransa xalqının maraqları bunu tələb edirdi. |
Lui Filippin Fransua Gizonun təsiri altında olması onların hər ikisinin taleyində acı rol oynadı. |
Sanki bu iki şəxs Fransada nə baş verdiyini görmürdülər. |
Artıq Fransada rejimi müdafiə eden qüvvələr belə rejimdən uzaqlaşmağa başlamışdılar. |
Balanslaşdırılmış siyasət 40-cı illərdə pozulmuşdu. |
Orleanlı Lui Filipp Fransanın sərvəti dedikdə yalnız öz sərvətini başa düşürdü. |
Onun sərvəti təqribən bir milyarda qədər artmışdı. |
O bu sərvəti torpaq icarəyə verməklə yox, ticarət və birja əməliyyatları vasitəsi ilə əldə etmişdi. |
Onun düşuncəsinə görə əgər o, yaxşı yaşayırsa bu o deməkdir ki, bütün Fransa xalqı yaxşı yaşayır. |
Əslində isə ölkənin bütün sərvəti onun əhatəsi olan kiçik bir qrupun əlində cəmləşmişdi. |
Fransızların əksəriyyətinin gəliri getdikcə azalmağa başlamışdı. |
Bu özünü tez-tez baş verən sənaye, aqrar, ticarət böhranlarında göstərirdi. |
Hökumət isə mövcud vəziyyəti qaydasına salmaq üçün heç bir iş görmürdü. |
Nəticədə 1830-cu ildə Filippi hakimiyyətə gətirən qüvəllər 40-cı illərdə tədricən ondan uzaqlaşmağa başladılar. |
Onlar yenidən Lui Filippin hakimiyyəti ətrafında birləşə bilərdilər, sadəcə bəzi güzəştlərin edilməsini gözləyirdilər. |
Onların ən böyük istəyi seçki sisteminin dəyişdirilməsi, seçki islahatının keçirilməsi idi. Seçki islahatının keçirilməsinə olan tələblər daha çox təminatlı insanların dövlətin idarəetməsinə cəlb oluna bilmələri ilə bağlı idi. Yəni Fransada idarəçilik 240 seçicidən yox, daha çox seçicidən asılı olmalı idi. Hələ 1830-cu... |
Onların məqsədi seçicilərin sayının artması üçün bu əmlak senzinin bir qədər aşağı salınması idi. Lakin Orleanlı Lui Filipp və Fransua Gizo nəyin bahasına olur olsun bu güzəştlərə getmək istəmirdilər. |
Cünki onların fikrincə rejimin kiçicik də olsa güzəştə getməsi narazı qüvvələr tərəfindən onun zəifliyi kimi qarşılana bilər və daha yeni güzəştlərin tələb olunmasına səbəb ola bilərdi. |
Hətta Fransua Gizo parlamentdəki çıxışlarından birində belə fikir bildirmişdi ki, Fransa xalqı özü nə istədiyini bilmir. |
O bilməlidir ki, Fransa kralı onun nə istədiyini onun özündən yaxşı bilir. |
İnsanların çıxışları, petisiyaları boş-boş şeylərdi, hökumət nəyi məsləhət bilsə onu da edəcəkdir. |
1840-cı illər Fransa üçün təkcə daxili vəziyyətin mürəkkəbliyi ilə deyil həmdə xarici siyasətdəki uğursuzluqlar ilə müşayət olunurdu. |
Fransa "Şərq məsələsi"ndə İngiltərə, Rusiya, Avstriya kimi dövlətlərlə üz-üzə qalmışdı. |
Onlar Fransanı "Şərq məsələsi"nin həllindən uzaqlaşdırdılar. |
1841-ci ildə Fransa sanki təhqir olunmuş bir şəkildə onun da "Şərq məsələsi"nin həlli üçün yaradılmış birgə ittifaqa daxil edilməsi üçün müraciətlər edirdi. |
Dolayısı ilə Fransa bununla həmdə 1815-ci ildə Fransanın taleyini həll etmək üçün çağırılan Vyana konqresində yaradılmış "Müqəddəs İttifaq"a daxil oldu. |
Müqəddəs İttifaq" Avropanın yeniləşmək yolundakı addımlarının qarşısını alan bir ittifaq idi. İndi özünü liberal sayan Fransa hakimiyyətinin bu ittifaqa qoşulması rejimi cəmiyyətin gözündə kifayət qədər aşağı saldı. |
İndi ölkədə siyasi həyatın liberallaşdığı bir dövrdə Fransa hakimiyyətinin əksinə, geri bir addım atması rejimin ölkə daxilindəki tərəfdarlarının sayının azalmasına gətirib çıxardı. |
Fransua Gizo bele hesab edirdi ki, Fransa Rusiya və Avstriya ilə sıx ittifaqda olmalıdır. |
Avstriya və Rusiya ilə sıx ittifaq Fransanın Avropa dövlətləri içərisində statusunun sabit olaraq saxlanılmasına gətirib çıxaracaqdı. |
F.Gizonun bu utopik iddialarının reallaşması sözsüz ki, çox böyük çətinliklərlə qarşılaşa bilərdi. |
Çünki nə Avsrtiya, nə də xüsusilə Rusiya Fransa ilə ittifaq müqaviləsində birləşməyin tərəfdarı deyildilər. |
Əksinə Avstriya Fransanı İtaliyanın daxili işlərinə qarışdığına görə qınayırdı. |
Yəni 1820-30-cu illər İtaliya inqilabları zamanı Fransa dolayısı ilə Avstriyanın düşmənlərinə köməklik edirdi. |
Buna görə də bu iki dövlət arasında bir etimadsızlıq var idi. |
Bu etimadsızlığı Fransa aradan qaldıra bilməzdi. |
Çünki inqilablar zamanı Fransaya mühacirət etmiş italyanların Fransadan qovulması İtaliyanı Fransaya qarşı qaldıra bilərdi. |
Digər bir tərəfdən 1842-ci ildə Fransanın kiçik müstəmləkə mülklərindən biri olan Taiti adlı bir adada "Taiti işi" adlanan bir hadisə baş vermişdi. |
Adada fransızlar ingilis təhlükəsi altında yerli əhalini itaətdə saxlamağa çalışırdılar. |
Buna cavab olaraq ərazidəki bir ingilis əczaçısı antifransız təbliğatı aparır, yerli əhalini fransız müstəmləkəçilərinə qarşı mübarizəyə çağırırdı. |
Buna görə həmin əczaçının həbs olunması İngiltərədə çox böyük bir etiraz dalğası yaratdı. |
Hətta iş o yerə çatdı ki, İngiltərə Fransaya müharibə elan etdi. |
Fransa hökuməti isə geri çəkilərək həbs olunmuş ingilis əczaçısını azadlığa buraxdı və ona 25 min funt sterlinq məbləğində kompensassiya ödədi. |
Yəni Fransa dolayısı ilə öz sözünün üstündə durmadı və özünü beynəlxalq aləmdə rüsvay etdi və bu addım Fransanı kifayət qədər silkələdi. |
Artıq fransızlar başa düşdülər ki bu hakimiyyət İngiltərənin hədəsi qarşısında geri cəkilərək Fransanın şərəfini qorumağa layiq olmayan bir hakimiyyətdir. |
Lui Filippin ətrafında olan aristokrat ailələri içərisində də çoxlu qalmaqallar baş verirdi. |
Məsələn, Dəmiryol sahibkarları dəmiryollarının inşasına təqribən bir milyard üç yüz milyon frank məbləğində kapital qoymuşdular. |
Lakin qoyulan kapitalın qarşılığında buraxılan səhmlərin həcmi iki dəfə ucuz yəni iki milyard altı yüz milyon təşkil edirdi. |
Lui Filippin ətrafında olan işbazlar hakimiyyətlə yaxınlıqlarından istifadə edərək insanları aldadır, maliyyə fırıldaqları həyata keçirirdilər. |
Möhtəkirlər digər yandan problem yaradırdılar. |
İri tacirlər məhsulları anbarlara yığaraq gizlədir və bazarda qiymətlərin artırılması yolu ilə daha çox gəlir əldə etməyə çalışırdılar. |
1848-ci ildə "Büzan işi" məsələni pik nöqtəyə çatdırdı. |
İnsanlar ambarlara daxil olaraq taxılı kasıb əhaliyə payladılar. |
Lakin hökumət qoşun yeridərək xalq çıxışlarını yatırtdı. |
Kardire adlı məşhur bir fransız zabiti Vyen şirkətinin kapitalının 7%-ni, yəni təqribən 159 min səhimini əldə etmişdi. |
Bu şirkətin əsas vəzifəsi adı çəkilən departamentdə daş kömür şaxtalarını istismar etmək, yəni oradan daş kömür çıxarmaq idi. Amma istehsal zamanı burada daş kömürdən daha çox duz yataqları aşkar olundu. |
Bu şirkət duz yataqlarını əldə etmək üçün hökumətə müraciət etsə də hökumət bu müraciəti rədd etdi. |
Lakin bunun qarşılığında zabit Kardire hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutan Test ilə sazişə girdi və ona 94 min frank məbləğində rüşvət verdi. |
Və bu rüşvətin müqabilində hökumət Vyen şirkətinin kompaniyasının daş kömür yox, duz hasil etməsinə göz yumdu. |
Lakin bu qalmaqalın üstü açıldı. |
Məlum oldu ki, yenədə Fransa hökumətində yuxarı elitada təmsil olunan nazirlər nəinki ölkənin qayda qanunlarına, hətta öz krallarına belə xəyanət edərək özbaşınalıq edirlər. |
Bu qalmaqal ona gətirib çıxardı ki, hökumət bir neçə nəfəri mühakimə etməyə məcbur oldu. |
Başqa bir qalmaqal isə Orlean ailəsi ilə sıx bağlı olan Şuaden adlı bir hersoqun öz həyat yoldaşını qətlə yetirməsi ilə baş qaldırdı. |
Qalmaqal ona görə geniş səs küyə səbəb oldu ki, o arvadını qətlə yetirəndən sonra hakimiyyət onun günahsız olmasını müdafiə edirdi. |
Dolayısı ilə hakimiyyət öz daxilində olan cinayətkar hadisələri ört-basdır etməklə kifayətlənmir həmdə günahkarların əməllərini günahsızların üzərinə yıxmağa çalışırdı. |
Bu qalmaqallar hamısı Orleanistlərin hakimiyyətini sona doğru yaxınlaşdırırdı. |
1848-ci ildə müxalifət Fransada müxalif qüvvələr iki qrupa bölünürdü: liberal müxalifət və radikal müxalifət. |
Liberallar başqa sözlə mötədillər başa düşürdülər ki, Fransada bu cür qalmaqalların baş verməsi ölkəni uçuruma aparır. |
Bunun qarşısını almaq lazımdı. |
Eyni zamanda 1845-ci ildən etibarən Fransa iqtisadiyyatı ağır vəziyyətə düşdü. |
Bir tərəfdən Normandiya və Bretanda taxıl əkinlərinin zay olması, üzüm xəstəliklərinin yayılması, digər tərəfdən 1847-ci il ticarət, sənaye, aqrar böhranlarının baş verməsi iqtisadiyyata mənfi təsirini göstərmiş oldu. |
Eyni zamanda Fransanın qızıl ehtiyatı 1845-ci ildə 2,3 milyard frank təşkil edirdisə, 1847-ci ildə bu rəqəm cəmi 47 milyon franka enmişdi. |
Fransanın dövlət borcu büdcənin 25%-ni təşkil edirdi. |
Ölkə maliyyə uçurumu qarşısında qalmışdı. |
Belə bir vəziyyətdə sülalə müxalifətinin başçılarından biri olan Odelion Barro hesab edirdi ki, Fransanı mövcud vəziyyətdən xilas etməyin yeganə yolu seçki islahatının keçirilməsi, seçki sisteminin bir qədər genişləndirilməsidir. |
Digər bir nümayəndə olan Jerardyenin fikrincə seçki islahatı natamam bir addımdır. |
Bunun ardınca sosial islahatlar da keçirilməlidir. |
Bu fikirlərin müəllifləri orleanistlərin özləri idi. |
Onlar öz sülalələrinin hakimiyyətini uzatmağa çalışsalar da onun uçuruma doğru getdiyini də görürdülər. |
Monarxiyanın devrilməsi Reformist banketləri 1847-ci il, iyulun 9-dan etibarən Fransada banket kompaniyası başlandı. |
Banket kompaniyası o zaman keçirilir ki, həmin ölkədə toplantı və yığıncaq azadlığına, nümayişlərin kecirilməsinə qadağalar qoyulmuş olsun. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.