Search is not available for this dataset
text
stringlengths
10
518k
Komissiyanın hazırladığı konstitusiya İngiltərə, ABŞ və Fransanın konstitusion təcrübəsin özündə əks etdirməli idi. Yəni İngiltərənin parlamentli monarxiya, ABŞ-nin prezidentli respublika quruluşlarını və Fransanın inqilabi təməllərini özündə əks etdirməli idi. 1848-ci il sentyabrın 27-dən etibarən komissiyanın hazırla...
Nəhayət 4 noyabr 1848-ci ildə Fransanın konstitusiyası qəbul olundu.
Bütün konstitusiyalar kimi onun da preambulasında insanların və vətəndaşların hüquq və azadlıqları əks olunmuşdu.
Eyni zamanda bu bəyyannamənin tərkibində "Azadlıq", "Bərabərlik", "Qardaşlıq" ideyaları öz əksini tapmışdı.
Fransa Respublikasının əsasında duran ailə, əmək, mülkiyyət, ictimai asayiş prinsipləri əsas götürülürdü.
Konstitusiya ilə 21 yaşına çatmış kişilərə seçki hüququnun verilməsi nəzərdə tutulmuşdu.
Qanunverici orqan səlahiyyət müddəti üç il müəyyənləşdirilən, 750 deputatdan ibarət Qanunverici Məclis olmalı idi. Qanunverici Məclisin səlahiyyətinə daxil edilən məsələlər kifayət qədər geniş idi: buraya büdcənin müzakirəsi və təsdiqindən tutmuş, müharibə və sülh məsələləri, eyni zamanda ölkənin inzibati idarə etməsi,...
Deputatların öz fikirlərini sərbəst ifadə etmək, səsvermədə öz mövqeyini bildirmək hüquqları var idi və bu hüquqlar toxunulmaz idi. Müzakirələr zamanı ikinci palatanın yaradılması barədə danışıqlar getsə də, lakin konstitusiyada ikinci palatadan söhbət açılmırdı.
Bu konstitusiya ilə Fransada ilk dəfə prezident vəzifəsi yaradıldı.
Prezident vəzifəsi ABŞ-da olduğu kimi səlahiyyətlərə malik idi. Amma burada prezidentin səlahiyyət müddəti bir müddət idi, eyni şəxs ikinci dəfə prezident seçilmək istəyirdisə 30 il gözləməli idi. Prezident ölkədə sabitliyin qoruyucusu olduğu üçün böyük səlahiyyətlərə malik idi: orduya rəhbərlik, komanda heyətinin tərk...
Bu məsələdə Lamartin daha fəal idi çünki o hesab edirdi ki respublikaçı olmasına və böyük nüfuza malik olduğuna görə əgər prezident xalq səsverməsi yolu ilə seçilərsə o mütləq olaraq prezident seçiləcəkdir.
Bir qisim isə prezidentin assambleya yəni Məclis tərəfindən seçilməsinin tərəfdarı idi.
Bu insanların içərisində isə Kovenyak özünə arxayın idi. Amma Kavenyak bir şeyi dərk edə bilmirdi.
Əgər prezident xalq mandatı ilə seçilirsə onun səlahiyyəti parlamentin səlahiyyətindən bir başa yuxarı olur.
Yəni parlamentdə olan deputatlar müəyyən sayda seçicini təmsil edirsə, prezident bütün xalqın təmsilçisidir.
Prezident xalq tərəfindən seçilərsə o, Qanunverici Məclislə hesablaşmayacaqdır.
Hakimiyyətin qolları arasında olan balans prezidentin xeyrinə dəyişəcəkdir.
Buna isə yol vermək olmaz.
Fransada prezident vəzifəsi uzaq görənliklə yaradılmamışdır.
Nəhayət ki, radikal respublikaçı olan Jül Qrevinin təklif etdiyi əlavəyə əsasən prezident Qanunverici Məclis tərəfindən seçilməli və əksər səs çoxluğuna malik olmalı idi. Əgər prezident Qanunverici Məclis tərəfindən seçilirsə deməli prezidentin fəaliyyəti üzərində Məclisin nəzarəti var və istənilən vaxt prezidenti vəzi...
Lakin Jül Qrevinin bu əlavəsinə Kovenyak, Lamartin və digərləri qətiyyətlə etiraz etdilər və əlavənin əleyhinə 600 səs olmaqla əlavə ləğv edildi.
Beləliklə konstitusiya qəbul olundu.
Konstitusiya qəbul edildikdən sonra prezident seçkilərinin hazırlığına başlanıldı.
Əslində konstitusiya qəbul olunanadək bu kompaniya artıq başlanılmışdı.
6 oktyabr 1848-ci ildə Məclisdən gələn xəbərlər onu göstərirdi ki, ölkədə yeni bir vəzifə yaradılıb və bu yeni vəzifəyə təyin olunmaq üçün namizədlər də seçilib.
Sadəcə bu kompaniya qeyri-rəsmi kompaniya idi. Hökumətin başçısı olan Kovenyak öz səlahiyyətlərindən istifadə edərək departamentlərə, prefektlərə təlimatlar göndərərək onlara, göstərdiyi xidmətlərin müqabilində xalqı səs verməyə təşviq etmələri tapşırılırdı.
Digər tərəfdən Lamartin Paris küçələrində mitinqlər keçirirdi.
Fəhlələrin nümayəndəsi olan Raspaylın namizədliyi irəli sürülürdü.
Monarxist dairələrin bir qrupu general Şan Qarnyenin namizədliyini irəli sürürdülər.
Prezidentliyə digər bir namizəd isə Lui Napoleon Bonapart idi. Hökumətin ən böyük səhvi bu insanı düzgün qiymətləndirməməsində idi. Lui Napoleon Bonapartı bir siyasi xadim kimi dəyərləndirmirdilər.
Amma Lui Napoleon Bonapartın sonda heç kimin gözləmədiyi halda hər kəsdən çox səs toplaması təkcə Fransa üçün yox, bütün ölkələr üçün bir dərs oldu.
1848-ci il prezident seçkiləri ərəfəsi.
Ölkədə respublikaçı qruplaşmalarla yanaşı monarxist qruplaşmalar: legitimistlər və orleanistlər var.
Legitimistlər Burbonlar sülaləsinin yenidən hakimiyyətə gətirilməsini istəyirdilər.
Orleanistlər Orleanlı Lui Filippin nəvəsi Paris qrafının hakimiyyətə gətirilməsinin tərəfdarları idilər.
Amma onlar başa düşürdülər ki, 1848-ci ildə dərhal respublikanı yıxıb, monarxiyanı qurmaq olmaz.
Çünki Fransada inqilab abu-havası hələ aradan qalxmamışdı.
Monarxiyanı dərhal yaratmaq mümkün olmaz.
Deməli monarxiyaya keçmək üçün müvəqqəti bir keçid hakimiyyət yaratmaq lazım idi. Belə bir hakimiyyəti yaratmaq üçün ən uyğun şəxs Kavenyak idi. Kavenyakın prezident ola bilməsi üçün bir neçə şərtə əməl etməsi lazım idi. Beləliklə legitimistlər, orleanistlər, klerikallardan ibarət bir koalisiya formalaşdı.
Bu koalisiyanı "Puatye Küsefinin Komitəsi" də adlandırırdılar.
Komitənin tərkibinə orleanistlərin liderlərindən Pyer, legitimistlərin liderlərindən Berdye, klerikallardan isə Mondelado daxil idi.
Onlar Kovenyaka dörd şərt təqdim etdilər.
Parisdə daimi olaraq 50 minlik ordu saxlanılmalıdır.
Bütün siyasi klublar bağlanmalıdır (Parisdə bu zaman təqribən 500 siyasi klub mövcud idi).
Frankfurt Mayn parlamentinin qanuniliyi rədd olunmalıdır.
Sardiniya kralına respublikaçılara qarşı mübarizə aparma üçün qüvvə ilə yardım edilməlidir.
Kovenyak isə bu şərtlərin heç birini qəbul etmədi.
Kovenyak bu şərtləri rədd edəndən sonra komitə çox uğurlu bir namizəd tapdı: Lui Napoleon Bonapart.
Lui Napoleon Bonapart Napoleonun həm qardaşı oğlu, həm də nəvəsi idi. 1836-cı ildə Strasburq, 1840-cı ildə isə Blon şəhərlərində iki dəfə qiyam qaldırmağa çalışmış, lakin hər iki qiyam uğursuzluqla nəticələnmişdi.
Hətta birinci qiyamı yatırıldıqdan sonra onu həbs etmişdilər.
Lakin məhz bu zaman Orleanlı Lui Filipp ona pul təklif edərək Fransadan uzaqlaşmağını tövsiyə etmişdi.
O isə pulu qəbul edərək Amerikaya getmiş, daha sonra isə yenidən geri qayıtmışdı.
Bir sözlə onun nə siyasi nə də hərbi bacarığı yox idi. 1848-ci il inqilabı baş verərərkən Lui Napoleon Fransada deyildi, İngiltərədə idi. Aprel ayında keçirilən seçkilərdə iştirak etmək üçün Fransaya qayıtsa da, seçkilərdə heç bir səsə qazanmayaraq yenidən geri qayıtdı.
İyun ayında yeindən Fransaya qayıdan Lui Napoleon özünü respublikaçı kimi təqdim etdi.
Lakin bir neçə departamentin seçki siyahısında seçilsədə yenidən Fransanı tərk etdi.
1848-ci ilin sentyabr ayının 27-də nəhayət ki, Lui Filipp Müəssislər Məclisinə deputat seçildi.
27 sentyabr-10 dekabr tarixləri arasında Lui Napoleon yazdığı bir neçe əsərində özünü fəhlələrin halına yanan, respublikanın fədaisi olan bir insan kimi göstərirdi.
Onlar hətta monarxistlərlə də danışıqlar aparırdılar.
Respublikaçıların isə əsas təbliğatı şəhərlərdə idi və baş verənlərdən xəbərsiz idilər.
Amma halbuki Fransa əhalisinin əksəriyyəti kəndlərdə yaşayırdılar.
Əsas təbliğat burada aparılmalı idi. Dekabr ayının 10-da prezident seçkiləri günü respublikaçı namizədlər artıq prezident seçildiklərindən çox əmin idilər.
Lakin ayın 11-dən qorxulu xəbərlər gəlməyə başladı.
Bəzi jurnalistlərin keçirdiyi rəy sorğusunun nəticəsində məlum oldu ki, səslərin böyük əksəriyyəti Lui Napoleon Bonaparta verilib.
12 dekabrdan etibarən ilkin protokollar tərtib olunmağa başlandı və protokolların təhlili göstərdi ki, hətta Parisin ətrafındakı respublikaçı departamentlərin əhalisi də öz səslərini Napoleona verib.
14 dekabrda isə artıq ilkin nəticələr elan olunmağa başlandı.
Nəticələr isə belə idi: bütün səslərin 74,4%-ni Lui Napoleon qazanmışdı.
Bu isə təqribən 5,4 milyon seçici səsi demək idi. Kökumət başçısı olan Kavenyak isə səsələrin təqribən 20%-ni yəni 1,9 milyon səs qazandı.
Lendryu Rollen 300 min, fəhlələrin nümayəndəsi Raspayl 37 min səs qazandığı halda Lamartinin qazandığı səs cəmi 17 min idi. Beləliklə heç gözlənilməyən nəticələr əldə olundu: Lui Napoleon Bonapart 10 dekabr 1848-ci ildə Fransanın prezidenti seçildi.
O, Fransanın ikinci respublika dövrünün yeganə prezidenti olmuşdur.
Yeni tarix fənninə dair mühazirələr kursu.
1848-ci il üsyanları, Xalqların Baharı və ya İnqilab Yolu — Avropada ən geniş inqilab dalğası olmuşdur.
İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır.
50-dən çox ölkəyə təsir göstərməsinə baxmayaraq, inqilabçılar arasında əhəmiyyətli koordinasiya və ya əməkdaşlıq olmamışdır.
Üsyanlara təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq, hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək, mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair tələblər daxil idi. İnqilab islahatçılar, orta və işçi ...
On minlərlə adam öldürüldü və bir çoxları sürgünə məruz qaldı.
Uzun müddət davam edən islahatlar Avstriya və Macarıstanda təhkimçiliyin ləğvi, Danimarkada mütləq monarxiyanın sona çatması və Hollandiyada parlamentli demokratiyanın tətbiqi ilə nəticələndi.
İnqilablar Fransa, Hollandiya, Almaniya Konfederasiyası və Avstriya imperiyasını təşkil edən dövlətlər üçün mühim rol oynadı.
İnqilablar müxtəlif səbəblərdən meydana gəldiyi üçün bu motivləri bir ardıcıl hərəkətdən görmək çətindir.
XIX əsrin birinci yarısında Avropa cəmiyyətində çoxsaylı dəyişikliklər baş vermişdir.
Bu dövrdə həm liberal islahatçılar, həm də radikal siyasətçilər milli hökumətləri yenidən formalaşdırmağa çalışırdılar.
Texnoloji dəyişiklik işçi sinifdən olanların həyatını kökündən dəyişirdi.
Populyar mətbuat siyasi maarifləndirilmə, populyar liberalizm, millətçilik və sosializm kimi yeni dəyərlər və fikirləri əhatə etməyə başladı.
Bəzi tarixçilər qeyd edirlər ki, 1846-cı ildə məhsul yığımında olan uğursuzluqlar kəndlilərin və şəhərdə yaşayan yoxsul təbəqənin həyatında çətinliklər yaratdı.
Aristokrat əhalinin böyük bir hissəsi isə kral ailəsinin qismən və tam mütləq hakimiyyəti ilə narazı idilər.
1846-cı ildə Avstriya Qalisiyasında Polşa aristokratiyanın və Prussiyada demokratik qüvvələrin bir neçə ayaqlanmaları baş verdi.
Bundan sonra, orta təbəqə ayaqlanmağa başladı.
Elə həmin vaxt Brüsseldə çalışan Karl Marks və Fridrix Engels Kommunist Liqasının (əsasən Alman işçilərindən ibarət olan bir təşkilat) tələbi ilə Kommunist Partiyasının Manifestini (21 fevral 1848-ci ildə Almaniyada nəşr olunmuşdur) yazdılar.
Berlində mart ayı qiyamətindən sonra onlar Almaniyada öz ideyalarını təbliğ etməyə başladılar.
Mart ayında Parisdən "Almaniyada Kommunist Partiyasının tələbləri"ni ("Demands of the Communist Party in Germany") nəşr etdilər; kitabça, Almaniyanın birləşməsinə, kütləvi seçmə haqqına, feodal statusun ləğvinə çağırırdı.
Orta və işçi sinifləri beləliklə, islahat və bir çox digər konkret məqsədlər üzərində ortaq fikirlərə malik idilər.
İnqilablarda onların iştirakı, ancaq bir-birindən fərqlənirdi.
Baxmayaraq ki, motivin böyük bir hissəsi orta sinifdən idi, üsyanlarda olan iştirakçıların əsasını aşağı təbəqə təşkil edirdi.
Üsyanlar ilk dəfə şəhərlərdə yaranmağa başladı Şəhər işçiləri Fransız kəndlərində əhali sürətlə yüksəlmiş, çoxlu kəndlilər şəhərlərdə özlərinə yeni bir həyat qurmağa üz tutmuşdular.
Burjuaziyanın bir çoxu isə kasıb əhalidən qorxduqları üçün uzaqlaşdırdılar.
Bir çox təcrübəsiz işçi gündə 12–15 saat işləyərək, dağılmış və xəstəlik yayılmış zonalarda yaşayırdılar.
Sənətkarlar isə sənayeləşmənin nəticəsində guildlərini itirdilər.
Buna görə də, Karl Marks kimi inqilabçılar aşağıdakıları qurdular.Ticarət haqqında olan qanunlarda olan sərbəstləşdirmə və zavodların inkişafı 1815-ci ildən bəri sayı 93% artan müxtəlif təbəqədən olan işçilər arasında olan sosyal fərqləri daha da artırdı.
Nəticədə, 1831 və 1834-cü illərdə Lyonda, və 1844-cü ildə Praqda böyük proletariat ayaqlanmaları baş verdi.
Conatan Sperberə görə, şəhərdə yaşayan işçi əhali alıcılıq qabiliyyətlərində (purchasing power) yüksək azalma olduğunu hiss etdilər: belə ki, insan artımına abxmayaraq, 1930-cu ildən sonra Belçika, Fransa və Almaniyada şəhərlərdə ət istehlakında azalma var idi. Əlavə olaraq, 1847-ci ildə baş verən iqtisadi böhran işsiz...
Hollandiya istisna olmaqla, 1847-ci ilin böhranın ölkələrə olan təsirləri və 1848-ci ildə inqilablarla üzləşənlər arasında güclü korrelyasiya var idi.Alman dövlətlərində vəziyyət demək olar eyni idi. Prussiyanın bir hissəsi artıq sənayeləşməyə başlamışdı.1840-cı illərdə, toxuculuqda olan mekanikləşdirilmiş istehsal sən...