Search is not available for this dataset
text
stringlengths
10
518k
Fransua Gizo Fransada toplantıların keçirilməsinə qadağalar qoyduğuna görə müxalifət öz tədbirlərini məhz bu formada keçirirdi.
Banket kompaniyasının keçirilməsini ilk dəfə ingilis siyasi xadimləri düşünüblər.
Odilon Barro 1847-ci il, iyul ayının 9-da Parisin yaxınlığında Şato Ruj adlanan yerdə belə bir kompaniya keçirdi.
Kompaniyada 86 nümayəndə və 1300-ə qədər qonaq iştirak edirdi.
Bu kompaniyaların əsas hədəfi kral yox, hakimiyyət — Fransua Gizo idi. Onu istefaya göndərmək və yaxud da bəzi güzəştlərə getməyə vadar etmək lazım idi. 1847-ci ildən sonra Fransanın bir sıra şəhərlərində Nant, Lids, Amyen kimi şəhərlərdə 70-dən çox banket keçirildi.
Lakin maraqlıdır ki, Marsel, Bordo kimi böyük şəhərlərdə bu banketlər keçirilmirdi.
Bu isə onu göstərirdi ki, banket kompaniyası və yaxud da müxalifətin fəaliyyətinin bu forması Fransada ele də çox bəyənilən hərəkət deyildi.
Banketi təşkil edən qüvvələr təkcə sülalə müxalifətinin nümayəndələri deyildilər.
Onların içərisində respublikaçı qüvələr də var idi. Nasional və Reforma qəzetləri də vardı.
Reforma qəzetinin redaktoru Lendryu-Rollen, Nasional qəzetinin redaktoru isə Lamartin idi. Onların təşkil etdiyi toplantılarda daha çox insanın iştirak etməsi və səslənən tələblərin daha radikal olması banket kompaniyalarının ətrafında kifayət qədər güclü sosial bazanın formalaşdığını göstərirdi.
Hesablamalara əsasən 1848-ci ilin əvvəllərinədək banket kompaniyalarında 100 min nəfərədək fəal müxalifətçi iştirak edib.
Müxalifət liderləri qərara alırlar ki, Fransua Gizonu parlamentdə bir qədər sıxışdırsınlar.
28 dekabr 1848-ci ildə müxalifət hökuməti kəskin tənqid atəşinə tutaraq onu dərhal islahatlar keçirməyə vadar etməyə başlayır.
Lakin hökumət Fransua Gizo başda olmaqla müxtəlif yollarla hətta müxalifət qruplarının bəzi fəallarını öz tərəflərinə çəkməklə son nəticədə səsvermədə qalib gəldilər.
Bununla da Gizo parlamentdə bir siyasi qələbə əldə etmiş oldu.
F.Gizo məşhur tarixçi olsada o sanki Fransada baş verən hadisələri görmürdü.
Hətta 1847-ci ilin mayında o Avstriya kansleri Metternixə yazdığı məktubunda Fransanın sakitləşdiyini və burada mühafizəkar siyasət yeritmək üçün əlverişli şərait olduğunu bildirirdi.
22 fevral banketi və üsyanın başlanması 1848-ci ilin yanvarında müxalifət hökumətin gözünü qorxutmaq üçün növbəti banketi Parisdə keçirməyi qərara aldı.
Banketin keçirilmə tarixi əvəllcə 19 yanvara təyin olunsa da daha sonra bu tarix 22 fevral 1848-ci ilədək uzadıldı.
Hətta bu banketdə 87 parlament deputatı da iştirak etməyə razı salınmışdılar.
Milli qvardiyaya da müraciət olunmuşdu.
Milli qvardiya silahsız olaraq buraya gəlməli və deputatları qarşılamalı idi.
Bu banketə maraq o qədər güclü idi ki, hökumət özü bu banketlə bağlı necə bir qərar verəcəyi barədə tərədüddə qalmışdı.
Hökumət əvvəlcə banketin keçirilməsinə mane olmaq istəmədi.
Yalnız fevralın 21-də hökumət bu banketin keçirilməsinə icazə verilməyəcəyi barədə qərar qəbul etdi və banketi təşkil etmək istəyənlərə banket keçiriləcəyi təqdirdə polisdən və ordudan istifadə edilərək zor tətbiq olunacağını bildirdi.
Fevralın 22-də banketin ləğv olunmasına baxmayaraq insanlar kortəbii şəkildə Parisin on ikinci dairəsinə toplaşmağa başladılar.
İlk olaraq toplaşanlar əvvəlcə tələbələr daha sonra isə fəhlələr idi. Onların buraya toplanması kortəbii xarakter daşısa da bu ilk qığılcım idi. Toplaşanların elə də əhəmiyyətli siyasi tələbləri, siyasi rəhbərləri yox idi. Hökumət təbii olaraq fevralın 22-də buraya toplanan əhaliyə qarşı öz reaksiyasını göstərməli idi....
Lakin milli qvardiyanın birinci batalyonu istisna olmaqla heç bir batalyonu nümayişçilərə qarşı silah işlətmədi.
Əksinə milli qvardiya batalyonlarının bir çoxu "Yaşasın islahat" deyərək xalqın tərəfinə keçdilər.
Fevralın 22-də baş verən bu hadisə hökuməti bir qədər narahat etsə də lakin onun əlində ordu var idi. Hökumət Paris yaxınlığında yerləşən 60 minlik bir ordudan istifadə edə bilərdi.
Hər şey fevralın 22-dən 23-nə keçən gecə baş verdi.
Həmin gecə ordunun generallarının kütləyə zor tətbiq etmək cəhdləri nəinki uğursuzluğa düçar oldu əksinə həmin insanlar milli qvardiya və ordu əsgərləri ilə birləşərək daha da qəzəbli bir kütləyə çevrildilər.
Şəhərdə 1500 barrikada quruldu.
Demək olar ki, şəhərin bir çox məhəllələri bu qüvvə tərəfindən tutuldu.
Fevralın 23-də Lui Filippin qarşısında iki yol var idi ya bu kütləni nəyin bahasına olur olsun darmadağın etmək, ya da seçki islahati keçirmək hansı ki F.Gizo bunun əleyhinə idi. Lui Filipp ya F.Gizonu qurban verməli ya da öz hakimiyyətindən əl çəkməli idi.
Son qərar isə Fransua Gizonun istefaya göndərilməsi oldu.
F.Gizonun istefaya göndərilməsi xəbəri üsyançılarda bir ruh yüksəkliyinə səbəb oldu.
Hökumətin istefası və Kapuçinlər meydanı atışması 23 fevralda Fransada inqilabın olacağını heç kim artıq düşünmürdü.
Çünki barrikadalar sakitləşməyə başlamışdı.
1848-ci il fevral ayının 23-də Fransa inqilabının taleyini həll edən bir hadisə baş verdi.
Bu zaman F.Gizo Kappuçinilər meydanında xarici işlər nazirliyinin otelində qalırdı.
Fransua Gizonun yaşadığı binanın qarşısına toplaşan əhali onu təhqir etməyə başladılar.
Getdikcə daha çox sayda toplaşan insanlar ön sıralarda toplaşan insanları sıxışdırmağa başladılar.
Həmin vaxt hotel 14-cü ordunun əsgərləri tərəfindən müdafiə olunurdu.
Bu zaman gözlənilməz bir hadisə baş verdi: toplaşan insanların içərisindən zabitin üzərinə əlində məşəl ilə gələn bir şəxsin hərəkətini əsgərlərdən biri sui-qəsd kimi qəbul etdi və o atəş açdı.
Açılan atəş nəticəsində 52 nəfər həlak oldu.
Baş verən hadisədən sonra nümayişçilər həlak olan insanların beş nəfərini arabaya qoyaraq, bir nəfər əlində məşəl arabanın önündə əyləşərək şəhərin küçələri boyu gəzdirməyə başladılar.
Həlak olmuş insanların cəsədlərini Parisin küçələri boyu gəzdirdikcə insanların qəzəbi daha da artmağa başladı və insanlar anladılar ki, burda söhbət təkcə F.Gizonun istefaya getməsiylə bitmir.
Bu işlərin başında duran əsas şəxs Orleanlı Lui Filippdir.
23 fevral günü Lui Filippin əsas məqsədi, düşüncəsi ondan ibarət idi ki, bu işlərin səbəbkarının o olmadığına xalqı inandıra bilsin.
Lui Filipp F.Gizonu istefaya göndərəndən sonra Mole adlı yaxın dostuna hökumət yaratmağı tapşırsa da o bunu bacarmadı və Adolf Tyerə müraciət etdi.
Tyer isə hökumətdə birinci nazir təyin olunmadığına görə bundan imtina etdi.
Yeni hökumət yaratmaq baş tutmadığı təqdirdə bu iş yenidən Tyerə tapşırıldı.
Tyer bu işdə ordunun dəstəyini qazanmağa çalışırdı.
Parisdə cəmi iyirmi min ordu var idi və hərbi hissələr 60 saat idi ki küçələrdə toplanmış vəziyyətdə qalmışdılar.
Orleanlı Lui Filipp atın belində orduyla xalqın arasına girərək xalqı sakitləşdirməyə çalışdı.
O xalqa yaxınlaşarkən milli qvardiyanın əsgərləri yolu kəsərək "Yaşasın islahat, rədd olsun imperiya!
kimi şüarlar səsləndirməyə başladılar.
Lui Filipp başa düşdü ki, xalq onu da istəmir və artıq onun hakimiyyətinin sonudur.
Orleanlı Lui Filipp ətrafı ilə son müzakirələrdən sonra öldürülmüş oğlunun övladı olan azyaşlı Paris qrafını hakimiyyətə gətirmək və anası Orlean hersoginyasını da qəyyum təyin etmək haqqında razılığa gəldi.
Beləliklə 24 fevral 1848-ci ildə on dəqiqəlik qısa müzakirələrdən sonra Orleanlı Lui Filipp öz nəvəsinin xeyrinə taxt-tacdan imtina etməsi haqqında sənədi imzaladı.
İnsanlar saraya daxil olaraq kralın əşyalarını darmadagın etməyə başladılar.
Bu qarışıqlıq zamanı Orlean hersoginyası Paris qrafı ilə birlikdə qanunverici məclisə getdi.
Çünki bu zaman qanunverici məclisdə Fransada monarxiyanın saxlanılmasının tərəfdarı olan monarxist çoxluq var idi. Hakimiyyətə azyaşlı uşağın gətirilməsi, anasının ona qəyyum təyin olunması və bir növ Fransada da İngiltərədəki kimi konstitusiyalı monarxiyanın qurulması onları qane edirdi.
Qadın saraya daxil olarkən böyük alqışlarla qarşılandı və qısa müzakirələrdən sonra artıq məclis qərarı qəbul etmək üzrə olarkən barrikadalardakı əhali sarayın qapılarından qanunverici məclisə daxil olub "Rədd olsun Orleanistlər, Rədd olsun monarxiya !
şüarlarını səsləndirməyə başladılar.
Həmçinin kütlə deputatları bele bir qərar qəbul edərlərsə məhv ediləcəkləri ilə hədələdi.
Deputatların monarxist qruplaşmalarının əksər hissəsi sarayı tərk edərkən burada sol respublikaçı demokratlar qaldı.
Bu zaman əvvəlcə Lamartininin daha sonra isə Reforma qəzetinin redaktoru Lendryu-Rollenin tribunaya çıxaraq yeni hökumətin tərkibini elan etmələri işi o həddə çatdırdı ki nəticədə Lamartinin və Lendryu-Rollenin siyahılarına müvafiq olaraq iki hökumət yaradılmış oldu.
İnqilabi hökumətlər ratuşada təsdiq olunmalı olduğuna görə hər iki nümayəndənin tərəfdarları ratuşaya gəldilər.
Siyahı qəbul olunanda məlum oldu ki, burada hükumətə daxil edilməyən bir neçə nəfər qalıb.
Məsələn Albert və Lui Blan kənarda qalmışdılar.
Onları isə "portfelsiz nazir" qismində hükumətə daxil etdilər.
Beləliklə 24 fevral 1848-ci ildə baş verən hadisələrin yekunu: Orleanlı Lui Filipp hakimiyyətdən devrildi ; Üsyançıların tələbi ilə Fransa respublika elan edildi ; Müvəqqəti hökumət yaradıldı.
İkinci respublikanın qurulması Yeni hökumətin başçısı Düpon Deler oldu.
D. D`eler 1830-cu il inqilabının görkəmli xadimlərindən biri olsa da, lakin 1848-ci ildə onun əvvəlki nüfuzu qalmamışdı.
Lendryu-Rollen daxili işlər, Lamartin isə xarici işlər naziri təyin olunsa da, lakin hökuməti demək olar ki, Lamartin idarə edirdi.
Bu hökumət 24 fevral-4 may 1848-ci il tarixlərində fəaliyyət göstərdi.
May ayının 4-də isə Fransua Araqonun başçılığı ilə yaradılan İcraiyyə komitəsi onu əvəz etdi.
Beləliklə hökumət təşkil olundu.
Hökuməti təşkil edən barrikadalar idi və indi hökumətdən onların bəzi tələbləri vardı.
Hökumət dərhal bir neçə dekret qəbul etdi : 1.Siyasi məhbuslara amnistiya verildi; 2.Siyasi fəaliyyətinə görə ölüm hökmü qadağan edildi; 3.
Ümumi seçki hüququ təsdiq edildi — yəni 21 yaşına çatmış və ən azı altı ay bir yerdə yaşayan, adı seçki siyahısında olan bütün kişi əhalisi seçki hüququ aldı.
Bundan başqa hökumət Müəssislər Məclisinə seçkilərin keçiriləcəyi tarixi 9 aprelə təyin etdi.
Müəssislər Məclisində deputatların sayı 900 nəfər olmalı idi. Eyni zamanda Fransanın müstəmləkə mülklərindən 16 deputatın da seçilməsinə icazə verilmişdi.
1848-ci il fevralın 25-26-da hökumətin əmək hüququ ilə bağlı keçirdiyi iclaslarda son nəticədə Lui Blan və Alberin təklifləri qəbul edildi.
Hökumət fəhlələrin əmək hüququnun tanınması və onların işlə təmin olunması haqqında görüləcək tədbirlər ilə bağlı qərar qəbul etdi.
27 fevral 1848-ci ildə işsiz fəhlələri işlə təmin etmək üçün "Milli Emalatxanalar"ın yaradılması haqqında qərar qəbul olundu.
Eyni zamanda Parisdə iş günü 10 saata, əyalətlərdə isə 11 saata endirildi.
Parisə gətirilən çörəyin qiyməti ucuzlaşdırıldı.
Bundan başqa martın əvvəllərində Fransa müstəmləkələrində küləliyin ləğv olunması haqqında verilən qərara əsasən xüsusi bir komissiya yaradıldı.
27 aprel 1848-ci ildə Fransa müstəmləkələrində köləlik ləğv edildi.
Hökumətin digər bir qərarına əsasən lombardlarda 10 franka qədər əşyası olan şəxslarin əşyaları özlərinə qaytarıldı.
Əmanət kassalarına qoyulmuş pula görə verilən faizlər 3 dərəcədən 5 dərəcəyə qədər artırıldı.
Fəhlə assosiasiyalarının yaradılması üçün bir milyon frank məbləğində vəsait ayrılması qərara alındı.
Hökumətin qarşısında duran ən başlıca problemlərdən biri maliyyə məsələsi idi. Büdcə kəsirinin artması, qızıl ehtiyatının azalması ilə yanaşı inqilab dövründə iri kapitalın ölkədən çıxarılması prosesi də baş vermişdi.
İmkanlı şəxslər öz kapitallarını ölkədən çıxarmağa başlamışdılar.
Hökumət bunun qarşısını almaq üçün bir neçə dəfə rəsmən bəyannaməylə müraciət edib, iri kapitalın toxunulmazlığı ilə bağlı tədbirlər görəcəyini bildirsə də bunun elə bir əhəmiyyəti olmadı.
Hökumət 4%-li (daha sonra 10%-ə dək artırıldı ) 400 min frank məbləğində istiqrazlar dövriyəyə buraxdı.
17 mart 1848-ci ildə hökumət maliyyə naziri Qarnie Pajesin təklifi ilə 45 santimlik (santim-frankın qəpiyidir) vergi qoyulması ilə bağlı qərar qəbul etdi.