Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Həmin verginin əsas mahiyyəti bundan ibarət idi ki, kəndlilərin birbaşa ödədiyi 4 əsas verginin üzərinə 45% əlavə vergi qoyulurdu. |
Kəndli qazandığı hər frankın 45 santimini hökumətə verməli idi. Hökumət bu addımın atılmasını ölkədə maliyyə vəziyyətinin ağırlığı və fəhlələrə yeni iş yerlərinin açılmasına görə üzərinə yeni çətinliklərin düşməsi ilə əlaqələndirirdi. |
Əslində hökumət bu addımı ilə öhdəsinə düşən bütün çətinlikləri kəndlilərin üzərinə yıxdı. |
İnqilablar şəhərlərdə baş verir. |
Kəndlilərə isə bu xəbər gec və təhrif olunmuş formada gəlib çatır. |
Parisdə hakimiyyət dayişikliyi baş verib, hakimiyyətə kimlərsə gəlib, amma bu xəbər departamentlərə gec gəlib çatdı. |
Kəndlilər icarə haqqlarının aşağı salınmasını, icma torpaqlarından icma hüququ ilə istifadə olunacağını gözləyirdilər lakin əvəzində hökumət onların üzərinə yeni vergi qoymuş oldu və bununla da kəndlilərin diqqətini barrikadalara yönəltdi. |
Hökumətdə təmsil olunan burjua respublikaçılar kəndliləri bununla inandırmağa çalışırdılar ki, onların üzərinə düşən ağır yükün səbəbkarı fəhlələrdir. |
Məqsəd isə 9 aprelə təyin olunmuş seçkilərdə kəndlilərin dəstəyini qazanmaq idi və buna da nail olundu. |
Milli Emalatxanaların yaradılması fikri təhrif olunmuş formada Lui Blana məxsus idi. Lui Blan deyirdi ki, fəhlələr sübut etməlidirlər ki, onlar sahibkarların iştirakı olmadan da istehsalı təşkil edə bilərlər. |
Daha sonra ictimai işlər naziri Mari, Lui Blanın bu fikrini daha da dolğunlaşdırdı. |
Milli Emalatxanalarda fəhlələrin cəmlənməsinin dinamikası çox genişdir. |
Martın oratlarında Milli Emalatxanalarda toplaşan fəhlələrin sayı əgər 3 min nəfər idisə, artıq aprelin sonlarında bu rəqəm 60 minə, 1848-ci ilin mayında isə fəhlələrin sayı 117 minə çatmışdı. |
Bu insanlar 216 müxtəlif peşə sahibləri idilər. |
Emalatxanalarda hər iş gününə görə 2 frank əmək haqqı verilirdi. |
Getdikcə işsizlərin sayı artığına görə hökumət iş günlərinin sayını azaltmalı oldu. |
Artıq həftədə iki iş gününə görə fəhlələrə 2 frank, yerdə qalan istirahət günlərinə görə isə 1 frank verildi. |
Milli Emalatxanalara əvvəlcə Emil Tomas daha sonra isə Lolarn başçılıq etmişlər. |
Milli Emalatxanalar hərbi qaydada qurulmuşdu. |
Hökumətin bunu yaratmaqda məqsədi lazım gəldiyi anda bu silahlı fəhlələrdən digərlərinə qarşı istifadə etmək idi. Hökumətin bu məsələ ilə bağlı siyasətində müəyyən qədər fikir ayrılığı mövcud idi. Bəziləri düşünürdülər ki, bu qədər işsiz insanı Parisə toplamaq yaxşı fikir deyil və tezliklə bu iş yerlərini ləğv etmək la... |
Lakin Lui Blan və Alber hesab edirdilər ki, ilkin mərhələdə Milli Emalatxanaların saxlanması mümkündür. |
Lui Blan və Alber həmçinin Lüksemburq Komissiyasının (komissiyanın adı yerləşdiyi sarayın adından götürülüb) rəhbərləri idilər. |
Lüksemburq Komissiyası sahibkarlar və fəhlələr arasındakı münaqişələrin həll edilməsi məqsədi ilə yaradılmışdı. |
1848-ci ilin martın 20-də Lüqsemburq Komissiyası fəhlələrin və sahibkarların nümayəndələrindən ibarət bir toplantı keçirdi və həmin toplantıda bu iki qarşı tərəfi sinfi həmrəyliyə gətirmək üçün bir plan hazırlandı. |
Lakin bu plan hökumət tərəfindən qəbul olunmadı. |
Lui Blan və Alber hökumətin tərkibinə daxil olmaqla həm düzgün, həm də səhv iş görmüşdülər. |
Düzgün iş görmüşdülər ona görə ki, bu inqilabı həyata keçirən fəhlələr idi və onların nümayəndələri də hökumətdə təmsil olunmalı idilər. |
Səhv iş görmüşdülər ona görə ki, onlar hökumətdə elə də böyük bir funksiya yerinə yetirmirdilər və buna görə də hökumətin bütün məsuliyyətini öz üzərilərində daşıyırdılar. |
Milli qvardiya inqilab nəticəsində xeyli dəyişikliyə məruz qaldı. |
Əvvəllər Milli qvardiyaya daxil olmaq üçün müəyyən qədər əmlak sahibi olmaq və ən azından şəhərin burjua təbəqəsinə daxil olmaq şərt idisə, indi Milli qvardiyaya daxil olmaq üçün heç bir məhdudiyyət qoyulmurdu. |
Bununda nəticəsində Milli qvardiyanın sayı altı dəfə artaraq 190 min nəfərə çatdı. |
Bu isə əslində hökumət üçün təhlükə yaradırdı. |
Hökumət bunun qarşısını almaqdan ötrü 1848-ci ilin martında Mobil batalyonlar yaradılması haqqında qərar verdi. |
Mobil batalyonlar hər birində 1000 nəfər olmaqla 24 batalyondan təşkil olunmalı idi. Mobil batalyonda xidmət edən zabitlərin və əsgərlərin maaşı orduda xidmət edən zabit və əsgərlərin maaşından dəfələrlə çox idi. Milli qvardiyanın tərkibinin dəyişməsi həmdə qvardiyadakı elit dəstələrin-qrenajorların imtiyazlarını əllər... |
16 mart 1848-ci ildə qrenajorlar əvvəlki imtiyazlarının qaytarılması tələbi ilə üsyan qaldırdılar. |
Bu üsyanı bəzi ədəbiyyatlarda "Xəz dəri papaqlıların üsyanı", bəzilərində isə "Ayı papaqlıların üsyanı" adlandırırlar. |
Bu çıxış qvardiyanın hökumətə sadiq dəstələri tərəfindən yatırıldı. |
17 mart 1848-ci ildə isə fəhlələrin çıxışları baş qaldırdı. |
Onlar 9 aprelə təyin olunmuş seçkilərin müddətinin 31 maya qədər uzadılmasını tələb edirdilər. |
Çünki onların kəndlərə getmək, departamentlərdə inqilabın əsl məqsədlərini insanlara başa salmaq və öz təbliğatlarını apa bilmək üçün vaxta ehtiyacları var idi. 17 mart üsyanının əsas şüarı ölkədə demokratik və sosial respublikanın qurulması idi. |
Bu üsyanın nəticəsində hökumət seçkilərin müddətini yalnız 23 aprelə qədər uzatmaq haqqında qərar qəbul etdi. |
1848-ci ilin aprelin 16-da yeni bir üsyan baş verdi. |
Üsyançılar seçkilərin müddətinin daha da ertələnməsini tələb edirdilər. |
Lakin 16 aprel üsyanı uğursuluğa düçar oldu. |
Üsyan mütəşəkkil deyildi və üsyançılar ratuşanın binasına daxil olanda orada Mobil qvardiyanın əsgərləri tərəfindən təhqir olundular. |
Bu arada hökumət respublikaçıların nümayəndələrinin nüfuzunu aşağı salmaq üçün "qara piyar"dan istifadə etdi. |
Paşero sənədi meydana atıldı: Hələ 1838-ci ildə Lui Bulanjenin "İlin fəsilləri" adlı cəmiyyəti üsyan qaldırarkən bu üsyan yatırılmışdı. |
Daha sonra polis üsyançıları həbs edərkən guya Lui Blanje öz cəmiyyətinin üzvləri haqqında polisə məlumat verib. |
Blanjeni öz tərəfdarlarını satmaqda ittiham etdilər. |
Blanje seçki komapaniyasına hazırlaşmaq əvəzinə məcbur oldu ki, vaxtını öz günahsızlığını sübuta yetirməklə sərf etsin. |
Nəticədə 23-24 aprel seçkilərində sosial demokratlar uğursuzluğa düçar oldular. |
Hökumətin senarisi uğurla nəticələndi. |
Hökumət departamentlərdən yığılan səslərin 49-nu qazanmış oldu. |
24 aprel 1848-ci ildə Müəssislər Məclisinə keçirilən seçkilərdə seçicilərin sayı ilk dəfə 9,3 milyon nəfərə çatmışdı. |
Nəzərə almaq lazımdır ki, 1848-ci ilin fevralına qədər bu rəqəm 240 min nəfər idi. İndi isə 9,3 milyon nəfər seçkilərdə iştirak etmək hüququ qazanmışdı. |
Onların 84%-i seçkilərdə iştirak etdi. |
Seçkilərin nəticəsində səslərin təqribən 500-nə qədərini Lamartin və Lendryu-Rollen tərəfdarları qazandılar. |
Çox maraqlıdır ki, monarxistlər departamentlərin səsi hesabına 300 yer tuta bildilər, halbuki bu vaxta qədər onların belə bir hüququ yox idi. Eyni zamanda 80 nəfər sol respublikaçı nümayəndələr idi ki, onların içərisində 15 fəhlə, 6 sənətkar var idi. Beləliklə hökumət Müəssislər Məclisində seçkilərdə barrikadaların təm... |
880 nəfərdən ibarət Müəssislər Məclisi bir qayda olaraq hökumətin maraqlarını təmin edirdi. |
4 may 1848-ci ildə Müəssislər Məclisi öz işinə başladı. |
Müəssislər Məclisinin ilk verdiyi qərar Müvəqqəti hökumətin istefa verməsi və onun əvəzinə 9 mayda Fransua Araqonun başçılığı ilə İcraiyyə Komitəsi yaradılması oldu. |
İcraiyyə Komitəsinin tərkibinə Lamartin, Lendryu-Rollen, Mari, Qarnie Pajes daxil idilər. |
Hökumət ilk olaraq Parisdə qarışıqlıq salan fahlə çıxışlarının qarşısını almaq üçün tədbirlər planı hazırlamağa başladı. |
15 may 1848-ci ildə Müəssislər Məclisi iclas keçirməli idi. |
Bu iclas keçirilən zaman Avstriya və Prussiyanın hakimiyyəti altında olan Polşa torpaqlarından inqilabçılar gəlmişdilər. |
Onlar Fransadan Polşanın müstəqilliyini qazana bilməsi üçün yardım istəyirdilər. |
Fransanın bu dövrdə xarici siyasətini müəyyən edən Lamartin idi. Lamartin hadisələrin ilk günlərində Fransanın xarici ölkələrdəki səfirlərinə bir təlimat göndərmişdi. |
Bu təlimatda səfirlərə tapşırılırdı ki, olduqları ölkələrdə hökumətləri inandırsınlar ki, Fransada qurulan hal-hazırkı respublika ilə 1792-ci ildə qurulan respublika arasında heç bir oxşarlıq yoxdur. |
O fikrini belə izah edirdi ki, iki inqilab forması var: ərazi inqilabı və ideya inqilabı. |
1792-ci ildə Fransada ərazi inqilabı nəticəsində respublika qurulmuşdur. |
O respublikanın qarşısında duran məqsəd ərazi işğalları, yeni hücumlar idi. |
Bu inqilab isə ideya inqilabıdır. |
Onun məqsədi işğal yox, azadlıq və demokratiya ideyalarının tərəqqisinə nail olmaqdır. |
Ona görə də Fransada qurulan hal-hazırkı respublika 1792-ci ildəkindən fərqli olaraq heç bir dövlətin daxili işinə qarışmayacaqdır. |
Amma eyni zamanda Fransa Respublikası hər bir xalqın öz tiranlarına qarşı apardığı mübarizəyə anlayış göstərərək və əlində olan bütün imkanlardan istifadə edərək ona mənəvi dəstək olmağa hazırdır. |
1848-ci il aprelin 2-də verdiyi növbəti bir təlimatda Lamartin bu fikirlərini daha da genişləndirdi. |
Dolayısı ilə Lamartin Fransanın xarici siyasətinin əsas prinsipini müəyyən etdi: başqa dövlətlərin işinə qarışmamaq. |
Eyni zamanda Lamartin Avropa dövlətlərinə bildirirdi ki, Fransanın istəyi 1815-ci il müqaviləsinin ləğv olunmasıdır. |
Bu müqavilə Fransaya qarşı haqsız olmuşdur. |
Fransa da Avropa dövlətlərinin ailəsində bərabər hüquqlu bir dövlət olmaq istəyir. |
Lakin fəhlələr Fransa hökumətindən Polşa inqilabçılarının xahişlərinə müsbət cavab verilməsini tələb edirdilər. |
1848-ci il mayın 15-də Parisdə fəhlələrin bu məsələ ilə əlaqədar olaraq təqribən 150 min nəfərlik izdihamlı nümayişi keçirildi. |
Lakin Mobil qvardiya dərhal işə keçərək bu izdihamlı nümayişi darmadağın etdi. |
Bu hadisədən sonra Fransada fəhlələrin mütəşəkkil çıxışları baş vermədi. |
1848-ci ildə hökumət Milli Emalatxanaların gələcək taleyini müəyyən etməkdən ötrü bir komissiya yaratdı. |
Bu komissiyanın gəldiyi qənaət hökumət tərəfindən rəsmən iyun ayının 21-də bəyan edildi. |
İyunun 21-də qəbul edilmiş qərar ayın 22-də divarlara vuruldu. |
Qərara əsasən: 1.Milli Emalatxanalar bağlanır ; 2.18-25 yaş arası bütün şəxslər orduda xidmət edə bilərlər ; 3. |
25-55 yaşlı şəxslər isə departamentlərə gedərək orada müxtəlif işlərlə məşğul ola bilərlər. |
Bu xəbər yayılandan sonra Pejol adlı bir fəhlə hökumətin bu tədbiri ilə razılaşmamaq və bu qərarı geri götürmək üçün hökuməti məcbur etmək qərarına gəlir. |
Fəhlələr pansiona yığışaraq Fransa inqilabçılarının ruhuna and içərək son damla qanlarına qədər mübarizə aparmağa söz verdilər. |
1848-ci ilin iyunun 22-26-da Parisdə dəhşətli hadisələr baş verdi. |
23-26 iyun 1848-ci ildə Paris fəhlələrinin 45 minlik dəstəsi barrikadalar qurdular. |
Hökumət bu çıxışların yatırılmasını general Kavenyaka tapşırdı. |
General Kavenyak diktator səlahiyyəti aldı. |
İyun ayının 26-da çıxışlar yatırıldı, ayın 27-28-də isə Parisdə kütləvi repressiyalar keçirildi. |
Dəqiq rəqəm məlum olmasa da bu üsyanda iştirak edən fəhlələrin əksər hissəsi Fransa müstəmləkələrinə sürgün edildilər. |
Bu çıxış Milli Emalatxanalarda toplaşan fəhlələrin son çıxışı oldu. |
Beləliklə Kavenyak üsyanı yatırandan sonra onun stausunda dəyişiklik edildi: Kavenyak diktator statusundan hökumət başçısı statusuna qədər yüksəldi. |
Hökumətin ilk tədbirlərindən biri də yeni konstitusiyanın hazırlanması idi. Mayın ortalarında konstitusiyanın hazırlanması üçün komissiya yaradılmışdı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.