Search is not available for this dataset
text
stringlengths
10
518k
3 dekabr — Nino Rota, italyan bəstəkar (ö.1979).
Ənvər Məmmədquluzadə — Cəlil Məmmədquluzadənin oğlu, həkim Əminə Mukbilə Sultan İslam Krımşamxalov 12 iyul — Mirzə Ələkbər Sabir, görkəmli Azərbaycan şairi, satirik (d.1862).
7 oktyabr – Con Cekson
1 iyun — Türk Hava Qüvvələrinin yaradılması.
12 dekabr — Hindistanın paytaxtının Kəlküttədən Dehliyə köçürülməsi.
14 dekabr - Rual Amundsenin ekspedisiyasının ilk dəfə Cənub qütbünə yetişməsi.
Bakını Quba və Xaçmazla birləçdirən telefon xəttinin işə salınması.
14 fevral - Bakı və Tiflis şəhərləri arasında birbaşa telefon rabitəsi xəttinin çəkilməsi.
11 may - Görkəmli siyasi xadim və dövlət xadimi, yazıçı Nəriman Nərimanovun "Nadir şah Əfşar" pyesinin ilk dəfə general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyulması.
Şollar-Bakı su kəmərinin çəkilişinə başlanması.
1916-cı ilin axırında kəmərin çəkilişinin başa çatması.
Alekseev adına qızlar gimnaziyası 12 fevral — Bəhram Mansurov, görkəmli Azərbaycan tarzəni, respublikanın xalq artisti (ö.1985).
15 oktyabr — Mirzə İbrahimov, Azərbaycanın xalq yazıçısı (ö.1993).
3 dekabr — Nino Rota, italyan bəstəkar (ö.1979).
Ənvər Məmmədquluzadə — Cəlil Məmmədquluzadənin oğlu, həkim Əminə Mukbilə Sultan İslam Krımşamxalov 12 iyul — Mirzə Ələkbər Sabir, görkəmli Azərbaycan şairi, satirik (d.1862).
7 oktyabr – Con Cekson
1911-ci il Xinhai İnqilabı və ya 1911 (ing.
1911 Xinhai Revolution çin.
辛亥革命) — 2011-ci ildə çəkilmiş Çin tarixi dram filmidir.
Film Sincan İnqilabının 100 illiyinə bir ziyarətdir.
Bu, həmçinin Ceki Çanın karyerasında 100'cü filmidir.
Baş rollarda olmaqdan əlavə, Çan filmin də istehsalçı və həmmüəllifidir.
Co-ulduzlar arasında Çanın oğlu Ceysi Çan, Li Binbin, Vinston Çao, Con Çen və Hu Qe var.
Bu film 24-cü Tokio Beynəlxalq Film Festivalının açılışı üçün seçildi.
Filmin premyerası 23 sentyabr 2011-ci ildə baş tutub.
Film Çindəki Mançu sülaləsinin devrildiyi və Çin Cümhuriyyətinin qurulduğu dövrlərdən bəhs edir.
Hekayə, Huan Sin və Sun Yat-sen mövzularına diqqət yetirməklə, Xinhai İnqilabının əsas hadisələrini yaxından izləyir.
1911-ci il Vuçan üsyanı ilə başlayır və 27 aprel 1911-ci ildə İkinci Quanzou üsyanı, 72 şəhidin ölümü, Sun Yat-senin yeni müvəqqəti Çin Respublikasının müvəqqəti prezidenti seçilməsi, son Qin sülaləsi imperatoru Puyi'nin 12 fevral 1912-ci ildə istefası və Yuan Şikai'nin 10 Mart 1912-ci ildə Pekində yeni müvəqqəti prezi...
Çəkiliş 29 sentyabr 2010-cu ildə Liaoninin Fuxin şəhərində kamera yayma mərasiminin keçirildiyi yerdə başladı.
Yarım illik gərgin çəkilişdən sonra, 20 mart 2011-ci ildə Hainan'ın Sanya şəhərində çəkilişlər tamamlandı tamamlandı.
Filmin üzərində işləyənlər Filmin rejissoru Ceki Çan, prodüseri Van Çjzbin, ssenari Van Sindun, operatoru isə Çan Lidir.
Film 23 sentyabr 2011-ci ildə Çində, 29 sentyabr 2011-ci ildə isə Honq Konqda nümayiş olundu.
22 oktyabr 2011-ci ildə 24-cü Tokio Beynəlxalq Film Festivalını açdı.
Filmin orijinal versiyası 7 oktyabr 2011-ci ildə Şimali Amerika teatrlarına buraxıldı.
Film ümumiyyətlə mənfi rəylər aldı; hazırda Rotten Tomatoes-da 9% "çürük" reytinqə sahibdir.
Tənqidçilərin rəylərinin orta hesabını istifadə edən Metacritic-də "ümumiyyətlə əlverişsiz" rəyləri göstərən məsələn, 37/100 tutur.
Filmin imdb səhifəsi Ən yaxşı dəstəkləyici aktyor üçün yüz çiçək mükafatı Ən yaxşı dəstəkləyici aktrisa üçün yüz çiçək mükafatı Treyleri YouTube'da oxudun
1911-ci ildə Güləş üzrə Avropa Çempionatı Budapeşt şəhərində (Avstriya-Macarıstan) keçirilmişdir.
Güləş üzrə ilk Avropa Çempionatı idi. Yarışçılar ancaq Yunan-Roma güləşində mübarizə aparırdılar.
Yunan-Roma güləşi FILA Wrestling Database
1 iyul — Almaniya milli futbol komandası tərəfindən Rusiya milli futbol komandasının 16:0 hesabı ilə məğlub edilməsi.
12 fevral - Çində Tsin monarxiyasının ləğv edilməsi.
1 noyabr — Balkanlarda yaranan hərbi vəziyyət səbəbilə Salonikidə sürgündə olan sabiq Osmanlı sultanı II Əbdülhəmid alman səfirliyinə aid Loreley döyüş gəmisiylə gətirilərək Bəylərbəyi sarayına yerləşdirildi.
3 dekabr — Türkiyə, Bolqarıstan, Serbiya və Monteneqro arasında sülh sazişi imzalanmışı, I Balkan müharibəsinin başa çatması.
20 dekabr - Rusiyada çar tərəfindən Stolıpin aqrar siyasətinin müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsinin təsdiq edilib qüvvəyə minməsi.
İtaliya-Türkiyə müharibəsinə son qoyan Lozanna sazişinin imzalanması.
Rusiyanın və xarici ölkələrin yeddi nəhəng bankı tərəfindən "Oyl" inhisar birliyinin təşkil edilməsi.
Titanik gəmisinin batması.
Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun IV Dövlət Duması tərəfindən təsdiq edildi.
16 avqust - Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi açıldı.
Məhəmməd Qocayev - SSRİ Gürcüstan dövlət xadimi.
3 mart — Manaf Süleymanov - azərbaycanlı yazıçı və tərcüməçi (ö.
19 mart — Adolf Qaland - alman pilot.
28 may - Patrik Vayt - Avstraliyalı yazıçı.
23 iyun — Alan Turinq - ingilis riyaziyyatçı və kompüter mütəxəssisi və müasir kompüterlərin qurucusu (ö.
10 avqust — Jorji Amadu və Braziliya yazıçısı və ictima-siyasi xadimi və modernist məktəbin nümayəndəsi.
14 iyul — Vudi Qatri - amerikalı söz yazarı və xalq musiqisi sənətçisi.
17 iyul — Anri Puankare 16 avqust — Virciniya Kristian — 20-ci əsrdə Virciniya əyalətində edam olunan ilk qadın cinayətkar.
1912-1913-cü illər aqrar qanunları — Çar Rusiyası tərəfindən Azərbaycanda kəndlilərin torpaq sahiblərindən asılılığından azad olunmasını rəsmiləşdirən qanunlar.
Yeni aqrar qanunların qəbul edilməsi zəruriliyi XX əsrin əvvəllərində çarizm vergi siyasətində ancaq dövlət kəndinə aid edilmiş 1900-cü ilin 1 may və 1903-cü ilin 21 aprel əsasnamələrindən sonra heç bir dəyişiklik və tədbir nəzərə çarpmır; verilən qanun və qaydalar isə vergi və mükəlləfiyyət sistemini xəzinə kəndində a...
Sahibkar kəndində isə çarizmin vergi siyasəti, kəndlilərlə mülkədarlar arasında mükəlləfiyyətli münasibətlərin ləğv edilməsi məsələsinin meydana çıxması ilə əlaqədar olaraq, torpaq siyasəti elə qarışmışdı ki, onları bir-birindən ayırmaq mümkün deyildi.
Bu dövrdə bütün Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda da çarizmin aqrar siyasətinin əsas məqsədi kənddə icmaları dağıtmaq, kənd burjuaziyasının-qolçomaqların şəxsində özünə dayaq yaratmaq idi. Qafqaz ali hakimiyyət orqanları və yerli burjuaziya torpaq məsələsində yeganə çıxış yolunu Stolıpin aqrar siyasətinin...
Qafqaz canişini Vorontsov-Daşkov və digər çar məmurları hesab edirdilər ki, Stolıpinin aqrar siyasəti kəndlilərin xüsusi torpaq mülkiyyətçilərinə çevrilməsi üçün zəmin yaradır və buna görə də o, təkcə Rusiya üçün deyil, Cənubi Qafqaz üçün də məqsədəuyğun və xeyirxah aktdır.
1907-ci il mayın 10-da Dövlət Dumasında Stolıpinin torpaq məsələsi haqqındakı bəyanatı Cənubi Qafqazda Stolıpin aqrar siyasətinin tərəfdarlarını bir daha ruhlandırdı, çünki bu bəyanat çar hökumətinin təkcə Rusiyanın daxili quberniyaları yox, milli ucqarları üçün də aqrar məsələ məramnaməsi idi. Stolıpin aqrar siyasətin...
Çünki çar hökuməti bu siyasətin ancaq bütün kəndlilərin 20 faizini təşkil edən sahibkar kəndinə tətbiq olunmasına razılıq vermişdi.
Buna görə də 1908-1909-cu illərdə xəzinə kəndlilərini xüsusi mülkiyyətçilər qrupuna daxil etmək haqqında III Dövlət Dumasının müzakirəsinə çıxarılan layihələr təsdiq edilməmiş, kağız üzərində qalmışdı.
Qanun layihəsinin hazırlanması 1909-cu ilin əvvəlində - Stolıpin aqrar siyasətinin həyata keçirilməsinin qızğın dövründə Qafqaz canişini Vorontsov-Daşkov tərəfindən Cənubi Qafqaz quberniyaları, o cümlədən Azərbaycan üçün tərtib edilmiş qanun layihəsi yalnız sahibkar torpaqlarda yaşayan kəndlilərə torpaqlarını ödənclə a...
Rusiyada olduğu kimi, bu, nağd pulla deyil, beşfaizli pul təəhhüdü ilə verilməli idi. Kəndlilər isə dövlət tərəfindən torpaq sahiblərinə verilən pulu faizlə birlikdə 28, 41 və 56 il müddətində xəzinəyə qaytarmalı idilər Qanun layihəsinə görə, kəndlilər çəmən, otlaq, meşə yerlərindən və su arxlarından ancaq torpaq sahib...
Vorontsov-Daşkov tərəfindən tərtib olunan qanun layihəsi 1909-cu il aprelin 2-də canişin şurasının müzakirəsinə verildi.
Müzakirələr 1910-cu il mayın 22-nə qədər davam etdi.
Qanun layihəsinin məzmunu ilə tanış olan Azərbaycan torpaq sahiblərinin nümayəndələri canişin idarəsinə öz tənqidi mülahizələrindən ibarət məktublarını göndərmişdilər.
Onlar həmin məktublarda kəndlilər tərəfindən torpaqların ödənclə alınması ilə əlaqədar bir çox məsələlərə qarşı çıxırdılar.
Yelizavetpol quberniyası torpaq sahiblərinin nümayəndəsi Fərrux bəy Vəzirov məktubunda ödənc pulunun kənd təsərrüfatı məhsulunun keçən əsrin 60-70-ci illərindəki qiymətilə müəyyənləşdirilməsinə etiraz edirdi.
Bu, yalnız Fərrux bəy Vəzirovun deyil, bütün Azərbaycan torpaq sahiblərinin tələbi idi. Gündən-günə genişlənən kəndli hərəkatı və kəndlilərin narazılığından ehtiyat edən hökumət bu tələblə razılaşmaqdan çəkinməyə məcbur oldu.
1910-cu il may ayının 22-də qanun layihəsi canişin idarəsi tərəfindən qəbul olunub, yenidən baxılmaq üçün Daxili İşlər Nazirliyi yanında idarələrarası müşavirəyə təqdim edildi.
Burada qanun layihəsinin müzakirəsi ilə əlaqədar təkliflərini vermək üçün Azərbaycan torpaq sahibləri özlərinin iki nümayəndəsini - Abbasqulu xanı və Cəfərqulu xanı 1910-cu il dekabrın 1-də Peterburqa göndərdi.
Müşavirə torpaq sahiblərinin ehtirasla dolu tələblərindən ancaq birini nəzərə aldı, yəni kəndlilərin mülkiyyətinə veriləcək pay torpağının əvəzinə onlar sahibkarlara, Rusiyada olduğu kimi, pul verməli idilər.
Müşavirə 1910-cu il dekabrın 20-da qanun layihəsinə əhəmiyyətsiz düzəlişlər edib, onu Nazirlər Şurasının sərəncamına verdi.
Qanun layihəsinin III Dövlət Dumasında müzakirəsi və təsdiqi 1911-ci il martın 17-də Nazirlər Şurası layihəni III Dövlət Dumasına təqdim etdi.
Müzakirələrdə III Dövlət Dumasının üzvü, Bakı və Yelizavetpol quberniyaları torpaq sahiblərinin nümayəndəsi Xəlil bəy Xasməmmədov iştirak edirdi.
Bütün Zaqafqaziya torpaq sahiblərinin nümayəndələri və millətçi-burjua deputatlar ödəncin xüsusi sahibkarların xeyrinə aparılmasını tələb edir, hətta əkin üçün yararsız yerlərin kəndlilərə pulsuz verilməsinə qarşı çıxırdılar.
III Dumada qanun layihəsinin əleyhinə ancaq sosial-demokratlar səs verdilər.
Canişinin layihəsi ilə əlaqədar olaraq, sonradan bir deputatın da qoşulduğu 34 deputat hələ 1908-ci ilin dekabrında Zaqafqaziyada kəndlilərin mülkədarlara olan mükəlləfiyyətli münasibətlərini ləğv etmək haqqında özlərinin qanunverici təkliflərini Dumanın müzakirəsinə vermişdilər.
Bu təkliflərdə göstərilirdi ki, təhkimçiliyin qalıqları iqtisadi və mədəni inkişafa mane olur, "kəndli istismarının ən vahid formalarının mühafizə olunmasına və qüvvətlənməsinə imkan yaradır, bütün xalqı səfalətdə, cəhalətdə və hüquqsuz vəziyyətdə saxlayır".
Qeyd edilirdi ki, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yerli kəndlilərin Rusiyanın daxili quberniya kəndlilərindən iki-üç dəfə az pay torpaqları olmasına baxmayaraq, onlar 3-4 dəfə artıq mükəlləfiyyət daşıyırlar.
Kəndliləri ödənc verməyə məcbur etmək onların onsuz da tükənmiş büdcələrinə əlavə və gücçatmaz yük olar, təsərrüfat vəziyyətlərini sarsıdır, bu "görülən iş ədalətsizlik, ümumxalq və ümumdövlət mənafeyinə açıqcasına zidd gedən bir aktlardı".
Deputatların tələbləri asılı və müvəqqəti mükəlləfiyyətli münasibətlərin təxirəsalınmaz və danışıqsız surətdə ləğv edilməsinə, müvəqqəti mükəlləfiyyətli və asılı kəndlilərdən, həmçinin Dağıstanda və Zaqatala dairəsində olan asılı rəiyyətlərin və keşkəlçilərin torpaq sahibləri üçün icra etdikləri hər cür mükəlləfiyyətlə...
Mülkədarların mənafeyini müdafiə edən canişin bu təkliflərin əleyhinə çıxdı.
1911-ci ilin mayında Dövlət Dumasının torpaq komissiyası 35 deputatın təklifini müzakirə edib, kəndlilərin mülkədarlara müvəqqəti mükəlləfiyyətli münasibətləri ləğv etmək mülahizəsi ilə razılaşdı.
Lakin komissiya kəndliləri mülkədarlar qarşısında daşımalı olduğu mükəlləfiyyətlərdən əvəzsiz azad etmək haqqında təklifləri rədd edərək, onların öz pay torpaqları müqabilində ödənc ödəmələrini bunun üçün əsas şərt hesab etdi.
III Dövlət Dumasında qanun layihəsinə Stolıpin aqrar siyasətinin əsas müddəaları əlavə edilmişdi, bu dəyişiklik və tamamlamalar qanun layihəsinin mətnində deyil, onun əlavələrində öz əksini tapmışdı.
Bu əlavələrdən birinin məzmunu belə idi: "Ayrı-ayrı kəndlilər tərəfindən əldə edilən pay torpağı bəxşiş, yaxud satmaq vasitəsilə başqasının əlinə keçə bilər...".
Lakin pay torpağının sərbəst alınıb-satılmasını məhdudlaşdırmaq üçün əlavələrdə müəyyən şərtlər də qoyulmuşdu.
Həmin şərtlərə görə, kəndli xüsusi mülkiyyəti sayılan pay torpağını ancaq kənd icmasının iclasında kəndlilərin 2/3-dən az olmayan hissəsinin razılığı ilə sata bilərdi.
Bundan başqa, satılan torpağın qiyməti 500 manatdan baha olduqda, həmin torpaq ancaq maliyyə nazirinin icazəsinə əsasən Daxili İşlər Nazirliyinin sərəncamı ilə alqı-satqı obyekti ola bilərdi.
Daha sonrakı müzakirə mərhələlərində qanun layihəsi torpağını ödənclə əldə etmiş kəndliyə xüsusi mülkiyyətçi hüquqi verirdi.
Stolıpin aqrar siyasətini müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi Dövlət Dumasında təsdiq olunduqdan sonra Dövlət Şurasına təqdim edildi, 1912-ci il dekabrın 19-da Şuranın 36 üzvünün razılığı ilə, heç bir dəyişiklik edilmədən 1912-ci il dekabrın 20-də çar tərəfindən təsdiq edilib qüvvəyə mindi.
1912-ci il 20 dekabr qanunu Azərbaycan ərazisində Bakı və Yelizavetpol quberniyalarını, İrəvan quberniyasında isə Naxçıvan qəzasını da əhatə edirdi.
Qanun Zaqatala dairəsinə aid edilmədi.
Müstəqil inzibati ərazi sayılan Zaqatala dairəsində asılılıq münasibətlərinin ləğvi haqqında müddəalar isə 1908-ci ildə canişinin tərtib etdiyi "Dağıstan və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun layihəsində verilmişdi.