Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu layihə 1910-1912-ci illərdə canişin idarələrində dəfələrlə müzakirə olunduqdan sonra 1912-ci ildə Daxili İşlər Nazirliyi yanında idarələrarası müşavirəyə təqdim edildi.
1912-ci ildə IV Dövlət Dumasında təsdiq edilən qanun layihəsi 1913-cü il iyulun 7-də çarın sərəncamı ilə qüvvəyə mindi.
1912-1013-cü illər aqrar qanunların əsas məzmunu və mahiyyəti 1912-ci il 20 dekabr qanunu bütün Cənubi Qafqazda olduğu kimi, Azərbaycanda da 1913-cü il yanvarın 1-dən həyata keçirilirdi.
Bakı və Yelizavetpol quberniyaları üzrə ödənc 1163 mülkə aid edilmişdi.
1913-cü il yanvarın 1-dən etibarən 403,4 min desyatin.
pay torpağı sahibkar kəndlilərin xüsusi mülkiyyəti elan edildi, kəndlilər xüsusi mülkiyyəti olan pay torp ağı üçün xəzinəyə faizlə birlikdə 20755376 rubl pul ödəməli idilər.
Zaqatala dairəsində isə ödəncə aid edilmiş 47 kənd 20 il müddətində dövlət xəzinəsinə 284969 rubl ödənc verməli idi. Ödənc əməliyyatına başlamaq üçün 1913-cü ildə Azərbaycanda münsif şöbələrinin sayı xeyli artırıldı.
1912-ci ildə, islahat ərəfəsində, Bakı və Yelizavetpol quberniyalarında 12 münsif şöbəsi yaradıldı və 1913-cü ildə onların sayı 32-yə çatdırıldı.
Zaqatala dairəsində isə ödənc əməliyyatını aparmaq üçün üç münsif vəzifəsi təsis edildi, bununla əlaqədar olaraq inzibati dairənin ərazisi 3 barışdırıcı şöbəyə bölündü.
Hər barışdıncı şöbənin işinə bir münsif rəhbərlik edirdi.
Bakı və Yelizavetpol quberniyalarında 1913-cü il yanvarın 1-dən başlamış ödənc əməliyyatının ayrı-ayrı mərhələlərindən birincisində kəndlilər tərəfindən veriləcək ödəncin hər kənd üzrə hesablanması üçün ilk hesablama siyahılarının tərtib edilməsinə 1913-cü ilin əvvəllərində başlandı və 17 kənd istisna olunmaqla, həmin ...
1913-cü ildə hər kənd üzrə ödəncin hesablanıb qurtarması ilə əlaqədar olaraq kəndlilərə çoxlu pul ödəmə vərəqəsi göndərildi.
Bakı quberniyasının kəndliləri 1913-cü ildən başlayaraq hər il həmin vərəqələr üzrə xəzinə palatasına 131678 rubl ödənc verməli idilər.
Lakin kəndlilər hər il bu qədər pulu verib qurtara bilmir və onların borcu sonrakı illərə keçirdi.
İlk hesablama siyahılarının tərtib edilməsilə əlaqədar 1913-cü il yanvarın 1-dən ləğv olunmuş mükəlləfiyyət əvəzində bəylər ödənc almağa başladılar.
1915-ci il yanvarın 1-nə qədər Zaqatala dairəsinin 47 kəndi üzrə 1583 torpaq sahibinə ödənc pulu almaq üçün vəsiqə verildi.
Torpaq sahibləri həmin vəsiqələr üzrə 241811 rubl ödənc pulu almışdılar.
1915-ci il yanvarın 1-nə qədər Zaqatala dairəsində ikinci və üçüncü barışdırıcı şöbələrdə torpaq sahiblərinin ödənc pulunu alması başa çatdırılmışdı, ancaq birinci barışdırıcı şöbədə Zaqatala xəzinəsinin bəylərə və keşkəl sahiblərinə 16962 rubl borcu qalmışdı.
1912-ci il qanunu üzrə ödəncə aid edilmiş mülklərdə pay torpaqlarının ölçülməsi ödənc əməliyyatının başqa bir mərhələsi idi. Kəndlilər üçün pay torpağının mərzlənməsi və ödənc pulunun dəqiq hesablanmasının böyük əhəmiyyəti var idi, çünki münsiflər çox vaxt pay torpağının sahəsini əslində olduğundan artıq göstərir, yara...
Buna görə də onlar ödənc pulunun dəqiq hesablanması üçün pay torpağının mərzlənməsini və ölçülməsini inadla tələb edirdilər.
Lakin bu proses çox ləng gedirdi.
1913-cü ildən 1916-cı ilin axırına qədər keçən 4 ildə Bakı və Yelizavetpol quberniyalarında kəndlilərlə torpaq sahibləri arasında mübahisəyə səbəb olmuş 823 mülkün pay torpağını ölçmək barədə tələblərdən cəmi 298-i yerinə yetirilmişdi.
Bakı və Yelizavetpol qubemiyalarında ilk hesablama siyahılarının tərtib edilməsindən sonra münsiflər pay torpağı üzrə mübahisə doğurmayan mülklər üçün ödənc aktı tərtib edirdilər,pay torpağının sahəsi, mərzi ilə əlaqədar mübahisəyə səbəb olmuş mülklər üçün isə ödənc aktının tərtib edilməsi yerin ölçülməsinə qədər təxir...
Kəndlilərin xüsusi mülkiyyətçilər qrupuna daxil olması üçün ödənc aktlarının tərtib və təsdiq olunub-olunmamasının əhəmiyyəti yox idi, çünki, yuxarıda göstərildiyi kimi, kəndlilər ödənc aktlarının tərtib və təsdiq edilməsinə qədər artıq ilk hesablama siyahıları üzrə ödənc pulunu ödəməyə başlamışdılar.
Ödənc aktlarının tərtib və təsdiq edilməsi ilk hesablama siyahılarında təxmini hesablanmış ödənc pulunun qədərini dəqiqləşdirmək və rəsmiləşdirmək məqsədini daşıyırdı.
Lakin qeyd etmək lazımdır ki, ödənc əməliyyatının bu mərhələsi də olduqca ləng getmiş, başa çatdırılmamışdı.
1917-ci ilə qədər Bakı və Yelizavetpol quberniyalarında ödəncə aid edilmiş 1163 mülkün 450-si üzrə tərtib edilmiş ödənc aktının ancaq 281-ni kəndli məsələsi üzrə quberniya idarələri təsdiq etmişdi.
1912-ci il qanunu tətbiq edilən Bakı və Yelizavetpol quberniyalarından fərqli olaraq, Zaqatala dairəsində ödənc əməliyyatının özünəməxsus cəhətləri var idi. 1912-ci il qanunu üzrə, ödənc əməliyyatı bir neçə mərhələdən ibarət olduğu halda, Zaqatala dairəsində bu mərhələlər yox idi, çünki ödənc əməliyyatının başlanmasına...
Odur ki, ödənc əməliyyatı başlayan zaman münsifin vəzifəsi ödənc pulunu hesablamaq deyil, onu ancaq hər kənd üzrə həyətlər arasında bölmək idi.
Buna görə də Zaqatala dairəsində ödənc əməliyyatının sonrakı mərhələlərini həyata keçirməyə ehtiyac qalmamışdı.
1912-1913-cü illər qanunları aqrar məsələni həll edə bilmədi.
1870-ci il islahatından 42 il keçdikdən sonra da mülkədarlar güclə, zorla öz torpaqlarını kəndlilərə satır, onları bu torpaq üçün külli miqdarda pul verməyə məcbur edirdilər.
Həmin qanun aktları kəndliləri qarət edir, onları yenə də torpaq sahiblərinin əsarətində saxlayırdı.
1912-1913-cü illərin aqrar qanunları təhkimçilər tərəfindən həyata keçirilməsinə və təhkimçilik aktı olmasına baxmayaraq, öz məzmununa görə burjua xarakteri daşıyırdı.
Kəndlilər tərəfindən pay torpaqlarının ödənclə alınması özü də xalis burjua xarakterli hadisə idi. Məhsul mülkiyyətinin ləğv edilməsi, kəndlinin ödənc ödəməyə başlaması sahibkar kəndində kapitalist münasibətlərinin inkişafını, təbəqələşməni daha da sürətləndirirdi, yoxsullaşmış və əmlakdan məhrum olmuş kəndlilərin sayı...
Bu qanunlar sahibkar kəndinin iqtisadi həyatında kapitalist münasibətlərin inkişafını daha da sürətləndirirdi.
Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrin əvvəllərinə qədər).
(İ. H. Əliyevin redaktorluğu ilə).
1 iyul — Almaniya milli futbol komandası tərəfindən Rusiya milli futbol komandasının 16:0 hesabı ilə məğlub edilməsi.
12 fevral - Çində Tsin monarxiyasının ləğv edilməsi.
1 noyabr — Balkanlarda yaranan hərbi vəziyyət səbəbilə Salonikidə sürgündə olan sabiq Osmanlı sultanı II Əbdülhəmid alman səfirliyinə aid Loreley döyüş gəmisiylə gətirilərək Bəylərbəyi sarayına yerləşdirildi.
3 dekabr — Türkiyə, Bolqarıstan, Serbiya və Monteneqro arasında sülh sazişi imzalanmışı, I Balkan müharibəsinin başa çatması.
20 dekabr - Rusiyada çar tərəfindən Stolıpin aqrar siyasətinin müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsinin təsdiq edilib qüvvəyə minməsi.
İtaliya-Türkiyə müharibəsinə son qoyan Lozanna sazişinin imzalanması.
Rusiyanın və xarici ölkələrin yeddi nəhəng bankı tərəfindən "Oyl" inhisar birliyinin təşkil edilməsi.
Titanik gəmisinin batması.
Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun IV Dövlət Duması tərəfindən təsdiq edildi.
16 avqust - Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi açıldı.
Məhəmməd Qocayev - SSRİ Gürcüstan dövlət xadimi.
3 mart — Manaf Süleymanov - azərbaycanlı yazıçı və tərcüməçi (ö.
19 mart — Adolf Qaland - alman pilot.
28 may - Patrik Vayt - Avstraliyalı yazıçı.
23 iyun — Alan Turinq - ingilis riyaziyyatçı və kompüter mütəxəssisi və müasir kompüterlərin qurucusu (ö.
10 avqust — Jorji Amadu və Braziliya yazıçısı və ictima-siyasi xadimi və modernist məktəbin nümayəndəsi.
14 iyul — Vudi Qatri - amerikalı söz yazarı və xalq musiqisi sənətçisi.
17 iyul — Anri Puankare 16 avqust — Virciniya Kristian — 20-ci əsrdə Virciniya əyalətində edam olunan ilk qadın cinayətkar.
30 may - Birinci Balkan müharibəsinin yekunu kimi London sülh müqaviləsinin imzalanması.
Ford Motor şirkətinin zavodlarında ilk dəfə ilk konveyer xəttinin qurulması.
Buenos-Ayresdə ilk metro xəttinin açılması.
Bu Cənub yarımkürəsində və Latın Amerikasında açılan ilk metropoliten idi. Hindistanda ilk ekran əsərinin lentə alınması.
7 iyul - Pusiya imperatoru II Nikolayın sərəncamı ilə "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanunun qüvvəyə minm'si.
14 mart — Osvaldo Moles, braziliyalı jurnalist 26 mart — Paul Erdös, macar riyaziyyatçı 11 iyun - Hökümə Qurbanova - SSRİ xalq artisti 30 avqust — Riçard Stoun - ingilis iqtisadçı 6 dekabr - Nikolay Amosov - Ukrayna cərrahı, tibb elmləri doktoru (1953), Ukrayna Elmlər Akademiyasının akademiki (1969), SSRİ Tibb Elmlər A...
Vsevolod Miller - Rusiya tarixçisi, etnoqrafı, dilçisi vəfat etmişdir.
Xurşid xanım Vəzirova - Bakıdakı Xeyriyyəçi qadınlar cəmiyyətinin üzvü, Nəcəf bəy Vəzirovun həyat yoldaşı vəfat etmişdir.
Yuxan Liyv - eston şairi, yazıçısı və tərcüməçisi vəfat etmişdir.
Şəmsi Əsədullayev - milli burjuaziyanın görkəmli nümayəndəsi vəfat etmişdir.
Əbülfət ağa Şahtaxtinski - Çar ordusunun polkovniki vəfat etmişdir.
30 may - Birinci Balkan müharibəsinin yekunu kimi London sülh müqaviləsinin imzalanması.
Ford Motor şirkətinin zavodlarında ilk dəfə ilk konveyer xəttinin qurulması.
Buenos-Ayresdə ilk metro xəttinin açılması.
Bu Cənub yarımkürəsində və Latın Amerikasında açılan ilk metropoliten idi. Hindistanda ilk ekran əsərinin lentə alınması.
7 iyul - Pusiya imperatoru II Nikolayın sərəncamı ilə "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanunun qüvvəyə minm'si.
14 mart — Osvaldo Moles, braziliyalı jurnalist 26 mart — Paul Erdös, macar riyaziyyatçı 11 iyun - Hökümə Qurbanova - SSRİ xalq artisti 30 avqust — Riçard Stoun - ingilis iqtisadçı 6 dekabr - Nikolay Amosov - Ukrayna cərrahı, tibb elmləri doktoru (1953), Ukrayna Elmlər Akademiyasının akademiki (1969), SSRİ Tibb Elmlər A...
Vsevolod Miller - Rusiya tarixçisi, etnoqrafı, dilçisi vəfat etmişdir.
Xurşid xanım Vəzirova - Bakıdakı Xeyriyyəçi qadınlar cəmiyyətinin üzvü, Nəcəf bəy Vəzirovun həyat yoldaşı vəfat etmişdir.
Yuxan Liyv - eston şairi, yazıçısı və tərcüməçisi vəfat etmişdir.
Şəmsi Əsədullayev - milli burjuaziyanın görkəmli nümayəndəsi vəfat etmişdir.
Əbülfət ağa Şahtaxtinski - Çar ordusunun polkovniki vəfat etmişdir.
İdman gimnastikası üzrə 6-cı Dünya Çempionatı 15-16 noyabr 1909-cu ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir.
Medal cədvəli Beynəxalq Gimnastika Federasiyası rəsmiləri Bohemiya idmançılarının qazandıqları medalları sənədləşmələrdə Çexoslovakiyanın xeyrinə yazır.
Komanda şəklində çoxnövçülük Fərdi şəkildə çoxnövçülük Dəstəli at üzərində hərəkətlər Halqalarla hərəkətlər Parallel qollarda Turnik üzərində hərəkətlər
4 fevral - Limada Peru ordusu tərəfindən prezident sarayının tutulması.
Prezident Qilermo Billinqxerstin devrilməsi və ölkədən sürgün olunması.
8 mart - İspaniyada kortesə seçkilərdə monarxistlər qələbə qazanması.
14 mart - Serbiya ilə Türkiyə arasında sülh müqaviləsinin imzalanması 21 aprel - ABŞ ordusunun Meksikanın Veraskus limanına çıxarılması 28 iyun — Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinantın Serbiya millətçisi Qavrilo Prinsip tərəfindən öldürülməsi.
23 iyul - Avstriya-Macarıstan vəliəhd Frans Ferdinantın öldürülməsi ilə əlaqədar Serbiyaya ultimatum verməsi.
28 iyul- Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi, I Dünya müharibəsinin başlanması.
1 avqust - Almaniyanın Rusiya imperiyasına müharibə elan etməsi.
2 avqust - Almaniyanın Fransaya müharibə elan etməsi.
İtaliyanın öz bitərəfliliyini elan etməsi.
3 avqust - Almaniyanın Belçikaya müharibə elan etməsi 4 avqust - Böyük Britaniya və Avstraliyanın Almaniyaya müharibə elan etməsi Argentinanın öz birtərəfliliyini elan etməsi.
6 avqust - Avstriya-Macarıstanın Rusiya imperiyasına müharibə elan etməsi 15 avqust - Panama kanalının istifadəyə verilməsi 18 dekabr - Misirin Böyük Britaniyanın protektoratlığı elan edilməsi Osmanlı dövlətində Fuat Uzkınay tərəfindən ilk türk filmi sayılan "San-Stefanodakı rus abidəsinin çöküşü"nün çəkilməsi.
yanvar - "H.Z.Tağıyevin birləşmiş fabriklərinin kontoru"nun təsis edilməsi.
12 aprel - 1914-cü ildə Bakıda Azərbaycan dilində "Bəsirət" adlı həftəlik siyasi, ictimai, iqtisadi və ədəbi qəzetin nəşrə başlaması.
15 aprel — H.Z.Tağıyev və Musa Nağıyev tərəfindən ilk milli bank - Bakı Tacir Bankının təşkil edilməsi.
25 iyun - Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyətinin açılması.
15 oktyabr - Ə.Müznibin redaktorluğu ilə "Dirilik" jurnalının nəşrə başlaması.
Bakıda Musa Nağıyevin vəsaiti ilə xəstəxana tikintisinə (1914-1918) başlanılması.
M.Q.Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti"nin təşkil olunması.
Gəncədə Müəllimlər Seminariyasının açılması.