Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Onun üzərində olan, kompozisiyaya daxil olmuş qəbir daşları, Əhməd Kadırovun meydanına köçürülmüşdü və rusiya hakimiyyəti yerli əməkdaşlarının həlak olanların şərəfinə ucaldılmış abidəsinin yanında quraşdırılmışdı. |
1944) — rejissor Elmo Nüqanen tərəfindən lentə alınmış Estoniya hərbi dram filmi. |
Filmin ilk premyerası Estoniyadan və digər şimal ölkələrindən əvvəl 2015-ci ildə Berlində olmuşdur. |
Film əcnəbi dildə ən yaxşı film kimi Xarici dildə ən yaxşı filmə görə "Oskar" mükafatına namizəd olsa da, mükafat qazana bilmədi.Film 1944-cü ildə Tannenberq xətti uğrunda gedən döyüşdən (25 iyul – 10 avqust 1944) Sorve yarımadasında baş vermiş Tehumardi döyüşünədək baş vermiş müharibə səhnələrini əks etdirir. |
Həmçinin film eston əsgərlərinin gözü ilə müharibənin, eləcə də öz həmyerlisinə qarşı döyüşməyin dəhşətlərini göstərir. |
Film həm sovet ordusu tərəfindən döyüşən, həm də alman ordusu tərəfindən döyüşən estonların timsalında müharibənin əsl perspektivlərini göstərir. |
İlk öncə 1939-cu ildə işğalçı sovet ordusu müharibə etmədən Estoniyanı işğal etdi. |
Bir çox eston kişilər 1939-cu ildə Stalinin əmri ilə Sibirə sürgün edildi. |
Bu səbəb ilə yerli xalqın Sovet İttifaqına olan münasibəti onları alman ordusu tərəfindən vuruşmağa vadar etdi. |
Təsadüfi deyil ki, İkinci dünya müharibəsi dövründə sovet ordusu tərəfindən 55.000 eston vuruşduğu halda, alman ordusu tərəfindən bu rəqəm ən azı 72.000 nəfər idi. Seçimlər tək əsgərlər tərəfindən deyil, həmçinin onların yaxınları tərəfindən edilirdi. |
Tannenberq xətti uğrunda gedən döyüşlər isə Stalinqrad döyüşündən sonra şərq cəbhəsində baş vermiş ikinci ən qanlı döyüş kimi tarixə düşmüşdür. |
1944-cü ilin iyul ayında Tannenberq xətti uğrunda başlanan döyüşlər noyabr ayının sonunda sovet ordusunun Sorve yarımadasını tutması ilə yekunlaşdı. |
Müharibə bitdikdən sonra isə Nürnberqdə baş tutmuş beynəlxalq hərbi məhkəmənin qərarı əsasında SS qüvvələri terrorçu təşkilat elan edilsə də, Baltik SS qüvvələri bəraət qazanaraq günahsız elan edildi. |
Elmo Nüqanenin çəkdiyi bu film müharibədə baş verən hadisləri həm sovet ordusu tərəfindən, həm də alman ordusu tərəfindən vuruşan eston əsgərinin simasında təsvir edir. |
Filmdəki hadisələr 1944-cü ildə Estoniyada baş verir. |
Karl Tammik Uaffen SS könüllüsüdür. |
Onun 17 yaşı olarkən valideynləri və kiçik bacısı Sibirə sürgün edilmişdir. |
Bu zaman o evdən qaçmağı bacarmışdır. |
Repressiya 1940-1941-ci illərdə də davam etmiş və nəticədə yüzlərlə günahsız insanlar həbs edilmiş, sürgün edilmiş və ya öldürülmüşdür. |
Bu səbəb ilə bir çox estonlar tarixi düşmənlərinə qarşı savaşmaq üçün alman ordusuna könüllü üzv olmuşdur. |
Karl onlardan biridir. |
1944-cü ilin yayından etibarən o, iyirminci eston SS qoşunları qüvvələrinə qoşulmuşdur. |
Döyüşlərin birində hər iki cəbhədə vuruşan eston əsgərlər üz-üzə gəlir. |
Bu zaman sovet ordusunda böyük serjant olan Yuri Yoqi Karl ilə üz-üzə gələrək onu qətlə yetirir. |
Lakin sonradan onun eston olduğunu bilərək qeyd dəftərçəsini götürərək Tallində məskunlaşmış ailəsinə baş çəkir. |
Bu zaman Yuri Ayno Tammikə aşiq olur. |
Buna baxmayaraq, dövrün şərtləri buna əks idi. |
Sonradan o, döyüş komandiri tərəfindən təhdid edilir. |
Bundan sonra isə döyüşlərin birində o, alman ordusu tərəfindən vuruşan azyaşlı eston uşaqlarını komandirinin əmri ilə öldürməkdən boyun qaçırdığı üçün yerindəcə güllələnir. |
Döyüş yoldaşı isə onun qeyd dəftərçəsini sevdiyi Aynoya çatdırır. |
Film real hadisələr əsasında çəkilmişdir və müharibənin dəhşətlərini, insanlarda buraxdığı yaraları əks etdirir. |
Kaspar Velberq — Karl Tammik Kristyan Yuksküla — Yuri Yoqi Mayken Şmidt — Ayno Tammik Hert Raudsep — Ants Saareste Peter Tammearu — Partorg Mart Pius və Prit Pius — Kaar Qardaşları Hendrik Tompere — Kristian Poder Kristian Sarv — Abram Coff Rayn Simmul — Prohhor Sedoh Martin Mill — Alfred Tul İvo Ukkivi — Rudolf Kask F... |
Daha sonra çəkilişlər 2014-cü ilin yayından etibarən Sinimaed təpələrində davam etdirilmişdir.Film Estoniya Film İnstitutu, Estoniya Müdafiə Nazirliyi və şəxsi investorlar tərəfindən maliyyələşdirilmişdir. |
Nailiyyətlər "1944" filmi bir çox film festivallarında da nümayiş etdirildi. |
Buraya Let’s Cee (Avstriya), Cameraimage (Polşa), Qahirə (Misir) və Arras (Fransa) kimi kino festivalları daxildir. |
Həmçinin film Osloda "Baltik film günləri" çərçivəsində və Vaşinqtonda "Avropa filmləri proqramı" çərçivəsində nümayiş olunmuşdur. |
Film 1005 nəfərin səs verməsi nəticəsində Britaniyanın film toplusu sayılan IMDb saytı tərəfindən mümkün 10 baldan 7.5 bal (orta) ilə qiymətləndirilmişdir. |
Film Estoniyada böyük uğur qazanmağı bacardı. |
Estoniyada ilk dəfə 2015-ci ilin 15 fevral tarixində nümayiş olundu. |
Həftəsonu baş tutmuş ilk seansda 19.030 nəfər tamaşaçı filmi izləmişdir. |
İlk həftəsində isə 44.879 tamaşaçı tərəfindən izlənilməklə eston film tarixində yeni bir rekorda imza atıldı. |
Belə ki, bir əvvəlki rekord yenə də Nüqanenin ssenari müllifi olduğu 2002-ci ildə çəkilmiş "Mərmər üzərində adlar" filminə məxsus olmuşdur. |
Bu filmi 15.611 nəfər tamaşaçı izləmişdir. |
Həmçinin film nümayiş edilən ilk həftəsində 44.879 nəfər tamaşaçı toplamaqla da rekord qırmışdır ki, bu da Estoniyada nümayiş olunan və ən çox tamaşaçı toplayan eston filmi kimi tarixə düşmüşdür. |
Həmçinin bax Estoniya filmlərinin siyahısı Finlandiya filmlərinin siyahısı Xarici keçidlər 1944 — Internet Movie Database saytında. |
1944 — Ukraynanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı və eyni zamanda müsabiqənin qalibi. |
Camala "1944" mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdır. |
Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Camalanın özü tərəfindən 2014-cü ildə yazılmışdır. |
Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. |
Lakin mahnıda hansısa birbaşa siyasi ismarış olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. |
Camala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır. |
XIII Yay olimpiya oyunları — BOK-un iyun 1939-cu ildə aldığı qərarına əsasən oyunları 1944-də Londonda keçirilməsi planlaşdırılmışdı. |
London oyunların keçirilməsində Roma, Detroyt, Lozanna, Afina, Budapeşt, Helsinki və Monrealdan daha layiq görüldü. |
İkinci dünya müharibəsi başlaması səbəbi ilə oyunlar ləğv edildi. |
London oyunların keçirilməsi hüququnu 1948-ci ildə əldə etdi, üstəlik heç bir seçkisiz. |
1944-cü ilin oyunları BOK-un 50 illiliyi münasibətilə keçiriləcəkdi. |
Müharibənin davam etməsinə baxmayaraq neytral İsveçrədə, BOK-un Lozannada yerləşən baş binasında komitənin yubileyi keçirildi. |
XIII Yay olimpiya oyunları — BOK-un iyun 1939-cu ildə aldığı qərarına əsasən oyunları 1944-də Londonda keçirilməsi planlaşdırılmışdı. |
London oyunların keçirilməsində Roma, Detroyt, Lozanna, Afina, Budapeşt, Helsinki və Monrealdan daha layiq görüldü. |
İkinci dünya müharibəsi başlaması səbəbi ilə oyunlar ləğv edildi. |
London oyunların keçirilməsi hüququnu 1948-ci ildə əldə etdi, üstəlik heç bir seçkisiz. |
1944-cü ilin oyunları BOK-un 50 illiliyi münasibətilə keçiriləcəkdi. |
Müharibənin davam etməsinə baxmayaraq neytral İsveçrədə, BOK-un Lozannada yerləşən baş binasında komitənin yubileyi keçirildi. |
5 yanvar — SSRİnin Polşa Respublikasının müvəqqəti hökumətini tanıması. |
12 yanvar — Sovet qoşunlarının irimiqyaslı Visla-Oder əməliyyatına başlaması. |
17 yanvar — Sovet qoşunları tərəfindən Varşava şəhərinin azad edilməsi. |
19 yanvar — Sovet qoşunları tərəfindən Lodz şəhərinın azad edilməsi. |
23 mart — Rumıniyada aqrar islahat haqqında qanunun qəbul olunması. |
27 mart — Argentinanın Almaniyaya və Yaponiyaya müharibə elan etməsi. |
4 aprel — Macarıstanın azad ediməsinin başa çatması. |
12 aprel — ABŞ prezidenti Franklin Ruzveltin vəfat etməsi. |
16 aprel — Sovet qoşunlarının Berlin əməliyyatına başlaması. |
24 aprel — Müttəfiq qoşunlarının Po çayını keçərək İtaliya ərazisinə daxil olması. |
San-Fransiskoda Millətlər Birliyinin konfransının açılması. |
Sovet və Amerika qoşunlarının Elba çayı sahilində Torqau şəhəri yaxınlığında görüşü 3 may — İngilis-hind qoşunları tərəfindən Birmanın paytaxtı Ranqun şəhərini yapon qoşunlarından azad etməsi. |
5 may — Danimarkadakı faşist qoşunlarının təslim olması 14 may — Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyinin rəsmi fəaliyyətə başlaması. |
24 iyun — Moskvada Qızıl Meydanda Alman faşizmi üzərində qələbə münasibətilə parad keçirilməsi. |
ABŞ tərəfindən Yaponiyanın Xirosima şəhərinə atom bombasının atılması. |
SSRİ ilə Rumıniya arasında diplomatik münasibətlərin yaradılması. |
8 avqust — SSRİ tərəfindən Yaponiyaya müharibə elan edilməsi. |
9 avqust — ABŞ tərəfindən Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılması. |
19 avqust — Vyetnam kommunistlərinin qüvvələri tərəfindən Hanoy şəhərini ələ keçirməsi. |
sentyabr — ABŞ prezidenti Harri Trumen tərəfindən "Ədalətli xətt" proqramının irəli sürülməsi. |
BMT Nizamnaməsinin qüvvəyə minməsi. |
SSRİ ilə Avstriya arasında diplomatik əlaqələrin tamamilə bərpa edilməsi. |
Suriyanın BMT-yə qəbul olunması. |
27 dekabr — 28 dövlətin iştirakı ilə Dünya Bankının yaradılması. |
28 noyabr – Ermənistan rəhbəri H. Arutinov Stalinə müraciət edərək etnik Azərbaycan torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. |
23 mart- SSRİ Xalq Sovetinin qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının bazasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. |
2 yanvar — Səməndər Rzayev, Azərbaycan SSR Xalq Artisti 14 may – Yohanan Vollax — İsrail futbolçusu. |
30 may – Antonino Leftiy, ukraynalı aktrisa, 15 iyun — Amaliya Pənahova — Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü 25 iyun — Hüseynbala Mirələmov — yazıçı, professor. |
18 oktyabr – Yıldo — Türkiyə futbolçusu, şoumen, serial oyunçusu 21 oktyabr – Nikita Mixalkov, rus kino rejissoru. |
30 mart — Şəfiqə Məmmədova — aktrisa, Azərbaycan SSR xalq artisti 8 fevral — İtalo Santelli — Qılıncoynatma idmançısı. |
12 aprel — Franklin Ruzvelt — ABŞ prezidentı. |
28 aprel — Benito Mussolini, Faşist İtaliyasının rəhbəri, duça. |
30 aprel — Adolf Hitler, Faşist Almaniyasının rəhbəri, fürer. |
25 may — Demyan Bednı — rus və sovet yazıçısı və şairi. |
Lloyd Corc Devid — Böyük Britaniyanın dövlət və siyasi xadimi |
5 yanvar — SSRİnin Polşa Respublikasının müvəqqəti hökumətini tanıması. |
12 yanvar — Sovet qoşunlarının irimiqyaslı Visla-Oder əməliyyatına başlaması. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.