Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
17 yanvar — Sovet qoşunları tərəfindən Varşava şəhərinin azad edilməsi. |
19 yanvar — Sovet qoşunları tərəfindən Lodz şəhərinın azad edilməsi. |
23 mart — Rumıniyada aqrar islahat haqqında qanunun qəbul olunması. |
27 mart — Argentinanın Almaniyaya və Yaponiyaya müharibə elan etməsi. |
4 aprel — Macarıstanın azad ediməsinin başa çatması. |
12 aprel — ABŞ prezidenti Franklin Ruzveltin vəfat etməsi. |
16 aprel — Sovet qoşunlarının Berlin əməliyyatına başlaması. |
24 aprel — Müttəfiq qoşunlarının Po çayını keçərək İtaliya ərazisinə daxil olması. |
San-Fransiskoda Millətlər Birliyinin konfransının açılması. |
Sovet və Amerika qoşunlarının Elba çayı sahilində Torqau şəhəri yaxınlığında görüşü 3 may — İngilis-hind qoşunları tərəfindən Birmanın paytaxtı Ranqun şəhərini yapon qoşunlarından azad etməsi. |
5 may — Danimarkadakı faşist qoşunlarının təslim olması 14 may — Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyinin rəsmi fəaliyyətə başlaması. |
24 iyun — Moskvada Qızıl Meydanda Alman faşizmi üzərində qələbə münasibətilə parad keçirilməsi. |
ABŞ tərəfindən Yaponiyanın Xirosima şəhərinə atom bombasının atılması. |
SSRİ ilə Rumıniya arasında diplomatik münasibətlərin yaradılması. |
8 avqust — SSRİ tərəfindən Yaponiyaya müharibə elan edilməsi. |
9 avqust — ABŞ tərəfindən Yaponiyanın Naqasaki şəhərinə atom bombasının atılması. |
19 avqust — Vyetnam kommunistlərinin qüvvələri tərəfindən Hanoy şəhərini ələ keçirməsi. |
sentyabr — ABŞ prezidenti Harri Trumen tərəfindən "Ədalətli xətt" proqramının irəli sürülməsi. |
BMT Nizamnaməsinin qüvvəyə minməsi. |
SSRİ ilə Avstriya arasında diplomatik əlaqələrin tamamilə bərpa edilməsi. |
Suriyanın BMT-yə qəbul olunması. |
27 dekabr — 28 dövlətin iştirakı ilə Dünya Bankının yaradılması. |
28 noyabr – Ermənistan rəhbəri H. Arutinov Stalinə müraciət edərək etnik Azərbaycan torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. |
23 mart- SSRİ Xalq Sovetinin qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının bazasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. |
2 yanvar — Səməndər Rzayev, Azərbaycan SSR Xalq Artisti 14 may – Yohanan Vollax — İsrail futbolçusu. |
30 may – Antonino Leftiy, ukraynalı aktrisa, 15 iyun — Amaliya Pənahova — Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü 25 iyun — Hüseynbala Mirələmov — yazıçı, professor. |
18 oktyabr – Yıldo — Türkiyə futbolçusu, şoumen, serial oyunçusu 21 oktyabr – Nikita Mixalkov, rus kino rejissoru. |
30 mart — Şəfiqə Məmmədova — aktrisa, Azərbaycan SSR xalq artisti 8 fevral — İtalo Santelli — Qılıncoynatma idmançısı. |
12 aprel — Franklin Ruzvelt — ABŞ prezidentı. |
28 aprel — Benito Mussolini, Faşist İtaliyasının rəhbəri, duça. |
30 aprel — Adolf Hitler, Faşist Almaniyasının rəhbəri, fürer. |
25 may — Demyan Bednı — rus və sovet yazıçısı və şairi. |
Lloyd Corc Devid — Böyük Britaniyanın dövlət və siyasi xadimi |
Berlin Qələbə Paradı — 7 sentyabr 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından qısa müddət sonra məğlubiyyətə uğramış nasist Almaniyasının paytaxtı Berlində antihitler koalisiyasının iştirakı ilə keçirilmiş parad. |
Paradda SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa iştirak edirdi. |
1945-ci ilin iyununda təşkil edilmiş Moskva Qələbə Paradının ardından SSRİ bənzər paradın müttəfiq qoşunları ilə birlikdə keçirilməsini təklif edir. |
Hələ iyul ayında Berlində Britaniya parad keçirmişdi. |
Sentyabr paradı Reyxstaq binası və Brandenburq qapısı yaxınlığında baş tutur.Paradda yüksək rütbəli zabitlərdən SSRİ-dən Sovet İttifaqı Marşalı Georgi Jukov, ABŞ-dən General Corc Smit Patton, Birləşmiş Krallıqdan General Brayan Robertson və Fransadan General Mari-Pyer Köniq iştirak edirdi. |
General Dvayt Eyzenhaver və Feldmarşal Bernard Montqomeri parada az müddət qalmış dəvəti rədd etmiş və Patton və Robertsonu nümayəndə qismində göndərmişdilər. |
SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransadan ümumilikdə 5,000 nəfərlik qoşun heyəti iştirak edirdi ki, onların təkcə 2,000 nəfəri Sovetləri təmsil edirdi. |
Şəxsi heyətin keçidi ilə başlanan parad zirehli texnikaların nümayişi ilə davam etdirildi. |
Hərbi heyətə SSRİ 248-ci Piyada Diviziyası, Fransanın 2-ci Piyada Diviziyası, İngilis 131-ci Piyada Briqadası və ABŞ-nin 82-ci Hava-desant Diviziyası daxil idi; mövcud qüvvələr ilk növbədə yerli qarnizonlardan gəlirdi. |
Zirehli kontingent isə Britaniya 7-ci Tank Diviziyası, Fransanın 1-ci Tank Diviziyası və ABŞ-nin 16-cı Mexanikləşdirilmiş Süvari Qrupu ilə təmsil olunurdu. |
Qızıl Ordu fürsətdən istifadə edərək paradda IS-3 tankının ilk nümayişini reallaşdırır. |
Sovetlərin zirehli texnikası bununla yanaşı 2-ci Tank Qvardiya Ordusundan 52 tankla təmsil edilmişdi.Qərb mediyasında bu parad çox da işıqlandırılmadığına görə Rusiyada "unudulmuş parad" kimi adlandırıldı. |
Qərbdə parada əhəmiyyət verilməməsi Soyuq müharibənin ilk əlamətlərindən biri hesab edilə bilər. |
Bu dörd müttəfiq dövlətin qoşunları bir neçə ay sonra başqa bir Berlin paradında da iştirak etdilər. |
Həmin parad almanların təslim olmasının birinci ildönümündə — 8 may 1946-cı ildə Brandenburq qapısı önündə Şarlottenburq küçəsində keçirildi. |
Parad Tirqartendə Sovet əsgərlərinin xatirəsinə ucaldılmış memorial abidənin açılış mərasimi ilə əlaqələndirilirdi.Sovet qoşunları 1946-cı ildə Londonda keçirilmiş və daha məşhur olan bir digər qələbə paradında isə iştirak etməmişdilər. |
Həmçinin bax 1945 Moskva Qələbə Paradı Xarici keçidlər Müttəfiq qoşunların 7 sentyabr 1945-ci il paradı (səssiz film) Unudulmuş parad |
1945–1949-cu illərdə Almaniya" və ya "İşğal altındakı Almaniya" — Almaniyanın İkinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlər tərəfindən idarə olunduğu dövrdür. |
Amerika, Böyük Britaniya, Sovet və Fransa qüvvələrindən ibarət olan Müttəfiq Sınaq İdarəsi ölkəni 1945–1949-cu illərdə idarə etdi. |
Onun ərazisində sonralar Qərbi Almaniya, Şərqi Almaniya, Qərbi Berlin və Saar Protektoratı yaradılmışdır. |
Almaniyanın işğalı 1945-ci ilin ilk aylarında İngilislər, Kanadalılar, Amerikalılar və Fransızlar Reyndən keçərək Qərbi və Cənubi Almaniyanı işğal etdilər. |
Sovet ordusu Berlinə Polşa, Macarıstan və Çexoslovakiyanı alaraq daxil oldu. |
Berlin 16 aprel – 2 may 1945-ci illər arasında olan ağır döyüşlərdən sonra təslim oldu. |
Bu vaxt Adolf Hitler intihar etdi. |
Bir neçə gün sonra, 8 may 1945-ci ildə Fransadakı Alman ordusu, general Dvayt Eyzenhaverə təslim oldu. |
Almaniyanın hamısı müttəfiqlər tərəfindən işğal edildi. |
İngilislər Reyn bölgəsində, Hannover, Şlezviq-Holşteyn və Hamburqda idi; Amerikalılar Mərkəzi və Cənubi Almaniya və Bremen; Fransızlar Saarland və Yuxarı Reyn; Elba və Köniqsberqdən şərqdəki bölgələri sovet qüvvələri (bu gün Kalininqrad adlanır); Polyaklar Şərqi Prussiyanın, Pomeraniyanın, Brandenburqun qalan hissəsini... |
ABŞ, İngiltərə və Sovet İttifaqının 1945-ci il 17 iyul – 2 avqust tarixləri arasındakı Potsdam konfransında qəbul etdiyi qərara görə, Almaniya vahid bir ölkə kimi idarə ediləcəkdi. |
Lakin bu qərar heç vaxt yerinə yetirilmədi və Müttəfiqlərin hər biri işğal olunmuş əraziləri öz qaydaları ilə idarə etdi. |
İngiltərə, ABŞ, Fransa və Sovet İttifaqı arasında fikir ayrılıqları getdikcə kəskinləşməyə başladı. |
Sonda birlikdə işləmək imkanı tamamilə itirildi. |
Almaniya şərq və qərbə bölündü. |
Berlinin bir hissəsi Sovet ərazisində qaldı. |
İki Almaniya Respublikası İkinci Dünya Müharibəsindən sonra Almaniya viran qaldı. |
Milyonlarla insan ac qaldı və milyonlarla alman viran qalmış evlərdə, xarabalıqlarda yaşamağa çalışırdı. |
Fabriklərin əksəriyyəti dağıdılmışdı. |
Salamat qalmış fabriklər isə yanacaq çatışmazlığı və ya xammal çatışmazlığı səbəbindən iş görə bilmirdilər. |
Onları kənardan almaq üçün pul da yox idi. Bir çox körpü, lokomotiv, yük maşını dağıdılmış, dəmir yolları yararsız hala düşmüşdü. |
Nəticədə ağır işsizlik oldu. |
Müttəfiqlər bu problemləri həll etməklə məşğul olduqları bir dövrdə, 1948-ci ilin iyun ayında yeni bir böhran baş verdi. |
Sovet İttifaqı Berlin ilə Qərbi Almaniya arasında nəqliyyat əlaqəsini kəsdi. |
İngiltərə və ABŞ daha sonra doqquz ay hava yolu ilə Berlin şəhərinin ərzaq və digər ehtiyaclarını qarşılamışdı. |
Bu vaxt ABŞ, İngiltərə və Fransa Almaniyanın yeni hökumətinin yaradılması üzərində işləməyə başladılar. |
Qərbi Almaniyanın federal bir respublika olmasına qərar verildi. |
1949-cu il avqust seçkilərindən sonra Bonn şəhərində yeni parlament işə başladı. |
Konrad Adenauer Almaniya Federativ Respublikasının ilk kansleri olur. |
Sovet İttifaqı da Almaniya Demokratik Respublikasının qurulmasına səbəb oldu. |
1954-cü ildə ABŞ, İngiltərə və Fransa bir il ərzində Almaniya Federativ Respublikasının işğalına son qoymağa və ölkənin müdafiə sahəsində əməkdaşlıq müqaviləsi olan Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmağa razılıq verdilər. |
Elə həmin il Sovetlər Almaniya Demokratik Respublikasının müstəqil bir dövlət olduğunu elan etdilər. |
Nasizmdən təmizlənmə müddəti Almaniyanın işğalı zamanı müttəfiqlər Nasional Sosializmin bütün izlərini ölkədən silmək üçün çalışdılar. |
Nasional Sosialist Alman Fəhlə Partiyası cinayətkar təşkilat elan edildi və yenidən qurulması qadağan edildi. |
Nasional sosializmi simvolizə edən hər şey çıxarıldı, svastika "qadağan simvolu" kimi elan edildi. |
Nasistlərin hakimiyyəti dövründə istifadə olunan bayraq ləğv edildi və onu bu gün də istifadə olunan qara-qırmızı-qızılı rənglərdən ibarət bayraq əvəz etdi. |
Hitlerin adını daşıyan yüzlərlə küçə nişanları çıxarıldı və bu küçələrin adları dəyişdirildi. |
Reyx" anlayışı, yəni dövlət mexanizminin əsasını təşkil edən "İmperiya" ləğv edildi. |
Müttəfiq qoşunlarının əsgərləri Alman xalqını ölüm düşərgələrinə apararaq öldürülən yəhudilərin cəsədlərini göstərdilər. |
Bu və buna bənzər digər işlər Almaniya cəmiyyətinin düşüncə baxımdan yenidən təşkilatlanması üçün aparılmışdır. |
11 yanvar - Albaniya Xalq Respublikasının yaradılması. |
Fevral - ABŞ-də "Məşğulluq haqqında" qanunun qəbul edilməsi. |
15 mart - SSRİ-də Stalin dövrünün ən böyük inzibati islahatı keçirildi: Yeni qəbul olunan qanuna əsasən SSRİ Xalq Komissarları Sovetinin SSRİ Nazirlər Soveti adlandırılması, xalq komissarları sistemi ləğv olundu, onun əvəzində nazirliklərin yaradılması. |
18 mart - SSRİ ilə İsveç arasında diplomatik münasibətlərin bərpa edilməsi. |
7 aprel — Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması. |
BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. |
7 aprel Dünya səhiyyə günü kimi qeyd olunur. |
May - ABŞ-də iki il ərzində veteranlar üçün 2,7 milyon mənzil tikilməsini nəzərdə tutan xüsusi fövqəladə qanun qəbul edilməsi. |
7 may - Tokioda Soni kompaniyasının əsasının qoyulması. |
9 may - İtaliya kralı III Viktor Emmanuilin öz oğlu II Umbertonun xeyrinə taxtdan əl çəkməsi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.