Search is not available for this dataset
text
stringlengths
10
518k
Xüsusilə Sizin ötən il oktyabrın 15-də, yəni Prezidentliyinizin 20-ci ilinin tamamında məhz Xocalıda Bayraq ucaltmağınız onu bir daha sübut etdi ki, bu neçə ildə ürəyiniz məhz Xocalıdan olan şəhid ailələri ilə birgə döyünür.
Biz Sizə hər zaman minnətdarıq, Allah Sizi qorusun, Ordumuzu qorusun.
Bütün şəhid övladları adından Sizə minnətdarıq.
Prezident İlham Əliyev:Çox sağ olun.
Kişi sakin:Cənab Prezident, bizim ailəmiz 1996-cı il fevralın 24-nə qədər tamamilə ümidinizi itirmişdi ki, bir daha nə Xocalını, nə də Qarabağı görməyəcəyik.
1996-cı il fevralın 24-də Ümummilli Liderimiz, böyük sərkərdəmiz, dünyaşöhrətli Heydər Əliyevimiz bizimlə - Xocalının şəhid ailələri, ziyalıları ilə görüş təyin etdi.
Orada bizi əmin etdi ki, bir qarış torpağımızı da işğal altında qoymayacağıq.
Onda demişdi ki, mən İlham Əliyevə özüm qədər inanıram.
Onda mən hiss etdim ki, bu, onun gələcəyə verdiyi bir mesaj idi.O inanırdı ki, Ali Baş Komandanımız, cənab Prezident bunun öhdəsindən Siz gələcəksiniz, bunu Siz yerinə yetirəcəksiniz.
Sizə böyük təşəkkürümüzü, minnətdarlığımızı bildiririk ki, bu gün bu şərəfi, bu şöhrəti bizə qazandırdınız.
Prezident İlham Əliyev:Sağ olun.
Kişi sakin:Cənab Prezident, bu gün diqqətinizə çatdırmaq istəyirəm ki, mən “Azərbaycan Bayrağı” ordenli həkiməm.
1994-cü ildə məhz Ulu Öndərin Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşəm.
1996-cı ildə həmin ordeni mənə şəxsən özü təqdim edən vaxt mən xocalılıların bir arzusunu çatdırmışdım ki, kaş o gün olsun, torpaqlarımız azad edilsin və biz Sizinlə Xocalıda görüşə bilək.
Həmin gün bu günə təsadüf edir.
Ulu Öndərin daxili və xarici siyasətini çox uğurla davam etdirən məhz Sizin sayənizdə bu gün doğma, azad Xocalımızdayıq.
Kişi sakin:Cənab Prezident, vaxtınızı çox almayaq.
Bütün xocalılıların Ulu Öndərimiz qarşısında verdiyi bir vəd var.
Mən vermişəm o vədi Ulu Öndərimizə.
Mən demişdim ki, cənab Prezidentimiz, Sizin rəhbərliyinizlə biz torpaqlarımızı işğaldan azad etdikdən sonra Xocalının ən dəyərli, görkəmli bir yerində Sizin abidənizi ucaldacağıq.
Cənab Prezidentimiz, Sizdən çox xahiş edirik, necə ki, bax bu yeri uğurla seçmisiniz, Xocalının ən dəyərli bir yerində Ulu Öndərimizin abidəsini ucaltmağı bütün xocalılılar adından Sizdən xahiş edirik.
Prezident İlham Əliyev:Çox sağ olun.
Sakinlər:Çox sağ olun, təşəkkür edirik.
Sonra Prezident İlham Əliyev sakinlərlə birlikdə Xocalı şəhərində aparılan tikinti işləri ilə tanış olub.
Dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri daha sonra Xankəndi şəhərində olublar.
14:13"Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.
President.az xəbər verir ki, sonra dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində olublar.
13:13"Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
“Azərbaycan məktəblərində baş verən bütün hadisələr araşdırılır”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev son günlər məktəblərlə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, məktəblərdə baş verən hadisələr təsdiqini tapdığı zaman tədbir görülür.
Nazir əlavə edib ki, bir neçə gün sonra brifinq keçirib, məktəblərlə bağlı suallara cavab verəcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verib.
Bu barədə o, özünün “X” hesabında paylaşım edib.
“32 il əvvəl Xocalıda dünyanın gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, Can Azərbaycana başsağlığı verirəm.
Türkiyə hər zaman Azərbaycanın yanındadır!”, - deyə qurum rəhbəri bildirib.
32 yıl önce Hocalı’da, dünyanın gözü önünde katledilen kardeşlerimizi rahmetle anıyor, Can Azerbaycan’a başsağlığı diliyorum.
Türkiye, her daim Azerbaycan’ın yanındadır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi.
Üç istiqamətdən hücuma məruz qalan Xocalıda 2 500 sakin şəhəri tərk edərək, Ağdam istiqamətində qaçmağa məcbur oldu.
Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edildi, əsrin faciəsi törədildi.
AZƏRTAC-ın bölgə müxbiri Xocalıda qanlı cinayətlərin törədildiyi ərazilərdən birində - Qaraqaya yaxınlığında faciə şahidləri ilə həmsöhbət olub, 32 il əvvəl baş verən hadisələri onların dilindən dinləyib.
Taleyin qismətidir ki, 32 il əvvəl qırğından sağ çıxıblar.
32 ildir ki, o dəhşətli gecəni unuda bilmirlər.
32 ildir ki, doğma yurdlarından ayrı düşüblər.
Yolboyu o dəhşətli günləri xatırladılar, göz yaşları axıtdılar.
Nəhayət, uzun ayrılıqdan sonra Xocalını görəcəkdilər.
Bir xeyli yol gəldikdən sonra şəhərin girişində “Xocalı” yazısını görürlər, üzlərində kiçik təbəssüm yaranır.
Amma hələ də o qara günün ağrı-acısından danışırlar.
Nəhayət, uzun illər sonra həyatlarının qaraldığı Qaraqayadadırlar.
Avtomobildən düşdükdən sonra Xocalı sakini, soyqırımı şahidi Hümbət Hümbətov ətrafa nəzər salır, dərindən köks ötürür.
Yenidən o dəhşətli gecəni xatırlayır, danışmağa çətinlik çəkir.
Birtəhər toxtayıb, özünü ələ alır.
“Xocalı işğal olunan zaman Ağdama tərəfə qaçdıq.
Ağır, məşəqqətli gün idi.Çaydan keçib dağla, dərə ilə çox çətinliklə Qaraqaya deyilən yerə qədər gəldik.
Xilas olmaq üçün yeganə ümid yerimiz Qaraqaya istiqaməti idi.Lakin burada ermənilərin atəşinə məruz qaldıq.
Güllələrdən qorunmaq üçün dərəyə endik.
Bacım Aynurə, qonşum Savalan kişi qətlə yetirildilər, baldızım və qaynımın yoldaşı yaralandılar.
Güllə mənim də sinəmdən girib, kürəyimdən çıxmışdı.
O tərəfdə dağın döşündə də xeyli insan öldürülmüşdü.
Gecə 2-3 radələrində atəş səngidi.
Qaraqaya tərəfdən Ağdam könüllüləri bizə köməyə gəldilər, bizi Şellidən Ağdama apardılar”, - deyir və susur, gözləri dolur..."""Xocalı faciəsi zamanı baş verən dəhşətli hadisələr o zaman 11 yaşı olan Ramil Həsənovun yaddaşında da dərin izlər qoyub.
Ramil Həsənov 32 il əvvəl baş verənləri belə xatırlayır:""“Erməni silahlıları Xocalıya hücum edəndə biz Qarqar çayını keçib Kətik istiqamətinə getdik.
Qar yağmışdı, hava çox soyuq idi.Meşədə azdıq, hara gedəcəyimizi bilmirdik.
Ayaqyalın, başıaçıq günlərlə meşədə qaldıq.
Nəhayət, gəlib Qaraqaya yaxınlığındakı bu ərazidən keçəndə gördük, burada qətliam olub, camaatı kütləvi qırıblar, uşaq, qadın, qoca demədən insanları öldürüblər.
Uşaq olsam da, gördüyüm o dəhşəti heç cür unuda bilmirəm.
Bu dərd biz xocalıların qəlbindən heç vaxt silinməyəcək.
Ermənilər bizim qəlbimizə sağalmaz yara vurublar”.
Elyana Kərimova meşədə altı yaşlı övladı ilə birlikdə iki gecə qalıb, ermənilərin mühasirəsinə düşüb, sonda azərbaycanlı hərbçilər tərəfindən xilas edilib.
“Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlayanda bizim evdən çaylaq tərəfdə böyük boru var idi, girib orada gizləndik.
Sonra fermadan aşağıda olan Kətik yoluna gəldik, dağlara çıxdıq.
Ermənilərin bir zirehli texnikası gəlib camaatı atəşə tutdu, Qulu kişini, Rayanı öldürdülər.
Yoldaşım bizi təpədən aşağı ötürüb, özü qayıtdı arxada qalanlara kömək etməyə.
Ermənilər bizi çağırdılar, elə bildik, azərbaycanlıdırlar.
Təxminən dörd saat orada qaldıq.
Mühasirədə olanda dörd nəfəri öldürdülər.
Mənim uşağım anamın kürəyində idi.Anamı da öldürdülər.
Uşağı anamın kürəyindən götürdüm.
Sonra bizi tikiliyə aparırdılar.
Gördüm, kolun dibində gizlənməyə yer var.
Uşağı aldım qucağıma, ana-bala orada gizləndik.
Qaranlıq düşəndə çıxdıq, Qaraqaya tərəfə getdik.
Səhər açıldı, üç azərbaycanlı hərbçi gəldi.
Biri ayaqqabısını çıxarıb mənim ayağıma geyindirdi, uşağın əlinə corab taxdılar.
Bizi apardılar Ağdama”, - deyə Elyana Kərimova o gecə yaşadığı dəhşətləri dilə gətirir.
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub.
Faciənin baş verməsi xəbərini eşidən könüllülər dərhal Əsgəran istiqamətdə hərəkət edərək, Qaraqayadakı erməni silahlılarını zərərsizləşdirib, sağ qalan Xocalı sakinlərini, yaralıları və cəsədləri çıxarıblar.
Keçmiş döyüşçü Oruc Cabbarov 32 il əvvəl baş verənlər haqqında danışır:""“Xocalı faciəsi baş verən vaxt mən Ağdamın Qarağacı qəbiristanlığının yaxınlığındakı postda idim.
Digər postlarla əlaqə saxladıq, dedilər, Xocalıdakıları qırırlar.
Öyrəndik ki, xocalılar xilas olmaq üçün Şelli istiqamətinə gəlirlər.
Gördüyünüz bu Qaraqayada ermənilərin postu var idi.
Bu postdan Ağdam istiqamətinə gələn xocalıları qırırdılar.
Fikirləşdik ki, Qaraqayanı götürsək, camaatın çıxarılması üçün dəhliz aça bilərik.
Biz bir neçə yoldaşla Qaraqayadakı erməni postunu götürdük.
Oraya çıxanda qayanın aşağı hissəsində Yaşarla İsgəndəri vurdular.
Biz aşağı enəndə dəhşətli mənzərənin şahidi olduq.
Qadın, qoca, uşaq demədən öldürmüşdülər.
Arxadan köməyə gələnlər cəsədləri, yaralıları götürüb Ağdama aparırdılar.
Biz daha çox insanı xilas etmək üçün daha da qabağa gedirdik.