Search is not available for this dataset
text
stringlengths
10
518k
Təpənin üstündə bir nəfər qalxıb yıxıldı.
Sən demə, ermənilər onu bizim gəlməyimiz barədə məlumat vermədiyinə görə vurubmuşlar.
Xosrov orada gördüyümüz qadına tərəf gedəndə yıxıldı.
Mən yaxınlaşanda qadın qışqırıb, “qardaş, yoldaşını vurdular, səni də vuracaqlar”, - dedi.
Mən dönəndə erməni silahlısı ilə üzbəüz olduq.
Bir-birimizə silah tuşlamışdıq.
Mən cəld tərpənib, onu öldürdüm.
Sonra yoldaşlarımız gəldilər, xeyli qadın, uşaq xilas etdik.
Bu ərazilərdə olan Xocalı sakinlərini dağın çökək yeri ilə Qaraqayanın arxasına apardıq.
Bütün Ağdam camaatı - həm könüllü döyüşçülər, həm də mülki insanlar köməyə gəlmişdilər.
Yaralılar xəstəxanaya, meyitlər isə Ağdam məscidinə gətirilirdi”.
Qətliamın törədildiyi bu yerlərdə, qışın oğlan çağı olmasına baxmayaraq, açan çiçəklər diqqətimizi çəkir.
Xocalı soyqırımı qurbanlarının qanı ilə suvarılan bu torpaqlarda bitən bənövşəyi rəngli çiçəklər sanki bu yerlərin doğma sakinlərini qarşılamaq üçün baş qaldırıblar.
Adi bir hal kimi görünsə də, özündə nə qədər ağır yük daşıyır bu mənzərə...""Qan yaddaşı"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum ed...
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduğuna görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1 275 nəfər isə girov götürülüb.
NASA astronavtı Jasmin Mogbeli Beynəlxalq Kosmik Stansiyadan (BKS) yaşıl cənub qütb parıltısının heyrətamiz fotosunu çəkib.
O bununla bağlı görüntünü özünün sosial şəbəkə hesabında paylaşıb.
Amerikalı astronavt kosmosdan yaşıl, bəzi yerlərdə isə qırmızı görünən təbiət hadisəsini izləməyin çox möhtəşəm olduğunu bildirib və bu müşahidəsini kosmos missiyasının ən gözəl məqamlarından biri adlandırıb.
Azərbaycanda işsizlikdən əziyyət çəkən və iş tapmaq istəyən vətəndaşlar problemin qısa zamanda həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edə bilərlər.
Baku.ws xəbər verir ki, bunun üçün iş axtaranlara öz bacarıqlarına uyğun vakansiyalarla tanış olmaq imkanı yaradılıb.
Agentlik əhalinin məşğulluğunun təşviq və təmin edilməsi istiqamətində müxtəlif xidmətlərin icra edilməsini həyata keçirir.
Aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarın...
Dövlət Məşğulluq Agentliyində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlərdən bir hissəsini təqdim edirik.
Vakansiyalar üzrə əməkhaqqı 500 manatdan 2000 manatadək dəyişir.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsinin zəruri və günün tələbi olduğunu bildirib.
Onun sözlərinə görə, bu il bələdiyyə institutunun yaradılmasının 25 yaşı olur və onlar bu illər ərzində kifayət qədər böyük yol keçiblər:"""“Bundan başqa, cari ildə keçiriləcək bələdiyyə seçkisi də özlüyündə tarixi əhəmiyyət daşıyacaq.
Çünki sözügedən seçkilər ilk dəfə ölkənin bütün ərazilərində keçiriləcək.
Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız 25 il ərzində bələdiyyəyə seçmək və seçilmək hüququndan da məhrum olublar.
Azad olunmuş ərazilərdə güclü, təkmil bələdiyyələrin yaradılması, ölkə üzrə bələdiyyələrin daha da gücləndirilməsi, maliyyə baxımından müstəqilləşdirilməsi məqsədilə bələdiyyələrin birləşdirilməsi prosesi aparılacaq.
Bununla bağlı müvafiq layihə də artıq Milli Məclisə daxil olub”.
O qeyd edib ki, 25 il ərzində iki dəfə - 2009 və 2011-ci illərdə bələdiyyələrin birləşdirilməsi prosesi gedib:""“1999-cu ildə ilk dəfə bələdiyyə seçkisi keçiriləndə 2 700-dən artıq bələdiyyə mövcud idi və həmin birləşmələr nəticəsində onların sayı 1 606-ya qədər endirilib”, - deputat xatırladıb.
Parlamentari əlavə edib ki, hazırda bələdiyyələrin fəaliyyəti qənaətbəxş hesab olunmur.
Deputatın sözlərinə görə, onların 87 faizi kənd bələdiyyələridir və bir çoxunun maliyyə durumu da yaxşı deyil:""“Bələdiyyələrin həm yaxşı xidmət göstərmək, həm də özünü saxlaya bilməsi üçün maliyyə vəsaitinə ehtiyacı var.
Bu baxımdan onların birləşməsi maliyyə imkanlarının artırılması və müstəqilləşməsi üçün bir vasitədir.
Çünki bələdiyyələr birləşdikcə, böyüdükcə maliyyə imkanları, torpaq ehtiyatları artacaq, bu da vətəndaşlara daha yaxşı xidmət verməyə kömək edəcək.
Bütün bunlarla yanaşı böyük bələdiyyələrin daha böyük vergi tutma bazası olur.
Hesab edirəm ki, bələdiyyələrin birləşməsi qəbul olunmuş praktikadır və onların sayının azaldılması bələdiyyələri daha çevik, işlək quruma çevirəcək”.
Deputat deyib ki, azad edilmiş ərazilərdə yaradılacaq bələdiyyələr davam edən geniş quruculuq, abadlıq işlərinə uyğun şəkildə aparılmalıdır:""“Çünki bu gün orada xüsusi idarəetmə modeli tətbiq edilir və Prezidentin xüsusi nümayəndəlikləri fəaliyyət göstərir.
Təbii ki, yeni yaradılacaq bələdiyyələr də eyni qaydada, yüksək səviyyədə işini qura bilməlidirlər.
Hesab edirəm ki, bələdiyyələrin fəaliyyətinin yaxın gələcəkdə təkmilləşdirilməsi məqsədilə islahatların keçirilməsi zəruri və günün tələbidir”.
K.Bayramov vurğulayıb ki, Seçki Məcəlləsinin 210-cu maddəsinə əsasən, əhalinin sayına görə bələdiyyələr formalaşıb və ən az 500 nəfərdən ibarət əhalisi olan yaşayış məntəqələrinin bələdiyyələri var idi:""“Yeni layihəyə əsasən, həmin say 3 min nəfərə qaldırılacaq.
Yəni, əhalisi 3 min nəfərdən aşağı olan yaşayış məntəqəsinin bələdiyyələri ya ləğv ediləcək və ya birləşdiriləcək.
Bu addım da xırda bələdiyyələrin kəskin şəkildə azaldılmasına və daha böyük, güclü bələdiyyələrin yaranmasına xidmət edəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.
Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq.
Digər bir dəyişikliklə isə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılacaq.
ADA Universiteti və ali məktəbin fondunun birgə təşkilatçılığı ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin həyətində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində Xocalı soyqırımında həlak olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 meyvə ağacı əkilib.
Hər bir ağaca şəhid uşaqların adı verilib.
ADA Universiteti Fondunun Sponsorluq layihələri şöbəsinin müdiri Firuzə İsmayıl Əliyeva qeyd edib ki, bu layihə Xocalı şəhidlərinin adını əbədiləşdirir, onların xatirəsini yaşadır.
O söyləyib ki, buradakı ağaclar bar verdikcə ondan bəhrələnən bu məktəbin şagirdləri təbiət və cəmiyyətə qarşı məsuliyyətlərini bir daha xatırlayacaqlar.
11 nömrəli məktəbin direktoru Gülnarə Abdullayeva məktəbin sözügedən layihəyə uzun müddətdir hazırlaşdığını bildirib:""“Biz xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız, ümumtəhsil siniflərinin uşaqları ilə birlikdə Xocalı soyqırımında həlak olan 63 uşağın adını əbədiləşdirdik.
Xırda lövhələrdə onların adlarını qeyd etdik və meyvə ağacları alaraq Xocalı bağı saldıq.
Bununla biz həmin uşaqların xatirəsini yaşatmış olarıq”.
ADA Universitetinin nigeriyalı tələbəsi Ceyms Ezimoha isə deyib ki, Azərbaycana gəldikdən sonra Xocalı soyqırımı haqqında məlumat alıb:""“Mən Azərbaycana gələndə bu soyqırımı haqqında öyrəndim.
Bu gün burada həmin faciədə həlak olan uşaqların xatirəsi anılır.
Arxamda gördüyünüz hər bir ağac bir uşağa həsr olunub.
Mən də bu layihənin bir hissəsi olduğum üçün məmnunam”.
Danimarka polisi “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində təxribatla bağlı təhqiqatı dayandırıb.
Bu barədə krallığın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, partlayışlarla bağlı araşdırmalara davam etmək üçün heç bir əsas yoxdur.
Aparılan araşdırmalar əsasında boru kəmərlərində partlayışın qəsdən təxribat nəticəsində törədildiyi qənaətinə gəlmək olar.
Mayın 24-də Türkmənistanın paytaxtında MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək.
Bu barədə qurumun İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Birliyə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri fevralın 27-də Minskdə keçirilən iclasda MDB Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təkliflərə baxacaqlar.
Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə baş tutub.
Həmin vaxt iclasda Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan hökumət başçıları, Azərbaycan, Ermənistan və Türkmənistanın baş nazirlərinin müavinləri, həmçinin Avrasiya İqtisadi İttifaqının strukturlarının və Birlik İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
32 il əvvəl Xocalıda törədilən qətliamın şahidlərindən biri də əslən Axıska türkü olan Mehriban Bəkirovadır.
Faciə baş verən gün həyat yoldaşı şəhid olan qadın dörd övladı ilə birgə ermənilər tərəfindən girov götürülüb.
“Qız-gəlinlərimizi girov götürdülər, onları məhv etdilər.
Hamilə qadının qarnına pişik balası qoyub tikmişdilər.
Bakıda həkim həmin qadını o halda görüb öldü”, - deyə M.Bəkirova Xocalı dəhşətlərindən danışarkən deyib.
Qeyd edək ki, M.Bəkirovanın faciə zamanı üçgünlük olan qızı Günay Həzəyeva aldığı travmalardan sonra 19 yaşında epilepsiya xəstəliyindən vəfat edib.
Almaniya Hindistanla Ukrayna üçün mərmilərin tədarükü ilə bağlı gizli danışıqlar aparır.
Bu barədə “Der Spiegel” nəşri öz mənbələrini istinadla xəbər verib.
Bildirilir ki, danışıqların gizli aparılmasına səbəb Nyu-Delhinin Moskva ilə dostluq münasibətlərinin olmasıdır.
Nəşrdə həmçinin vurğulanır ki, Hindistanda yüzminlərlə artilleriya mərmisi saxlanılır.
Ehtimal olunur ki, Ukraynanın maraqlarına uyğun belə əməliyyatlar ərəb ölkələri ilə də mümkündür.
Nəşrin müsahibə götürdüyü ekspertlər hesab edirlər ki, Balkan ölkələri və bir sıra Afrika ölkələrinin sursat vermək imkanı var.
Almaniya və Hindistan danışıqlar barədə məlumatı şərh etməyib.
Qeyd edək ki, 2023-cü ilin martında Avropa İttifaqı Ukraynaya 12 ay ərzində bir milyon artilleriya mərmisi verəcəyini vəd etmişdi - lakin 10 ay ərzində bu ölkəyə cəmi 330 min mərmi çatdırılıb.
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Bakıda əməliyyat olunacaq.
O bildirib ki, bərpa məqsədli cərrahi əməliyyatın martın əvvəllərində baş tutacağı gözlənilir:""“Elxan müəllim bərpa mərhələsindədir.
Bir neçə gündür ki, həkimlər oturmasına icazə veriblər.
Hazırda fizioterapiya ilə yanaşı, fiziki olaraq bərpası üçün dəstək verilir.
Özünü yaxşı hiss edir, qidalanması da tam qaydasındadır.
Amma hələ ki, yalnız əyləşməsinə icazə verilir.
Həkimlərin rəyinə görə, əzələlər özünü tam bərpa etdikdən sonra, təxminən martın əvvəlində əsas zədə aldığı sağ ayağı sonuncu dəfə cərrahi əməliyyat ediləcək”.
Mətbuat Xidmətinin rəhbəri vitse-prezident Aslan Şahgəldiyevin səhhətində də müsbətə doğru irəliləyiş olduğunu söyləyib:""“Aslan müəllim də müalicəsini xəstəxana şəraitində davam etdirir.
Çətinliklə olsa da, ayağa qalxa, xüsusi dəstəkçi vasitələrlə çox qısa məsafələrə hərəkət edə bilir.
Fizioterapiyası davam etdirilir”.
Sənan Abdullayev PFL-in qəza zamanı xəsarət alan digər əməkdaşlarının durumu barədə də məlumat verib:""“Mən, texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktor Zaur Hacı-Məhərrəmov iki aya yaxındır, işə çıxırıq.
Bacardığımız qədər zədələrimizi yükləməməyə çalışırıq.
Ciddi ağrılarımız yoxdur, hər şey qaydasındadır”.
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən yol nişanına çırpılıb.
Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
“Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili zəhərlənməyib.
Bu, bir sıra klinik tədqiqatlarla sübut olunub”.
Bu barədə gürcüstanlı siyasətçinin müalicə olunduğu “Vivamedi” klinikasının baş direktoru Nino Nadiradze bildirib.