Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
O, zəhərlənmə faktını qəti şəkildə inkar edib:""“Zəhərlənmə olmayıb, bunu heç kim təsdiq edə bilməz, hətta onların dəvət etdikləri ekspertlər belə, bizim alman məktəbi də bunu inkar edir. |
Biz siyasi oyunlara qarışmayacağıq”. |
Onun sözlərinə görə, heç kim Saakaşvilini zəhərlənmədən müalicə etməyib, ona görə hətta zəhərlənmə olduğu güman edilsə belə, xəstə özünü sağalda bilməzdi. |
“Biz zəhərlənmə müalicə etməmişik. |
Bundan öz-özünə sağalma da olmur. |
Bu və ya digər maddə ilə zəhərlənmənin tamamilə fərqli kliniki, vizual, laboratoriya, instrumental təzahürləri var”, - deyə Nadiradze bildirib. |
“Kreml İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak məsələsini aydınlaşdırmaq niyyətindədir, çünki təşkilatın nizamnaməsində “dondurulmuş üzvlük” statusu nəzərdə tutulmur”. |
Bu açıqlama ilə Kremlin sözçüsü Dmitri Peskov çıxış edib. |
O, Rusiyanın erməni tərəfdaşlarla əlaqə saxlayacağını, vəziyyəti aydınlaşdıracaqlarını bildirib. |
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransada verdiyi müsahibədə ölkəsinin KTMT-dəki fəaliyyətini dondurduğunu bildirib. |
Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun “Survivor”da iştirakı Türkiyədə olduğu kimi, Braziliyada da böyük marağa səbəb olub. |
Sosial mediada Ronaldinyonun “Survivor”a qatılması üçün aldığı məbləğlə bağlı iddialar gündəmə gəlib. |
Braziliya mətbuatında yer alan iddialara görə, “Survivor”un aparıcısı, türkiyəli iş adamı Acun İlıcalı Ronaldinyoya oyunda iştirakı üçün 100-150 min dollar (170 min-255 min manat) ödəyib. |
“1 milyon dollarlıq ödənişli rəqabət mühitində Ronaldinyo futbol istedadı ilə yanaşı, digər sahələrdə də necə fərqlənə biləcəyini sübut etməklə diqqətləri üzərinə çəkdi”, - deyə yerli nəşrlərdən birində bildirilib. |
Bu iştirak təkcə braziliyalı azarkeşlərin deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. |
Keçmiş futbolçunun bütün dünyada hələ də çox sevilən və populyar bir sima olaraq qaldığı vurğulanıb. |
Xatırladaq ki, ötən günlərdə Acun İlıcalı hər kəsi təəccübləndirən sürpriz edib və Ronaldinyonun proqramın qonağı olacağını açıqlayıb. |
Dünya şöhrətli ulduz futbolu tərk edəndən illər sonra yarışa qatılıb və demək olar ki, hələ də istedadının qüvvədə olduğunu hamıya nümayiş etdirib. |
“Atam Xocalıda vəfat etdi, heç dəfn edə bilmədik”. |
Bu sözləri İctimai TV-nin efirində Xocalı soyqırımının şahidi, illər sonra öz evinə qayıdarkən deyib. |
“Allah bütün ölənlərimizə rəhmət etsin. |
Cənab prezidentimizə can sağlığı versin, illər sonra torpaqlarımızı özümüzə qaytardı”, - deyə bildirib. |
Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. |
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib. |
Məhkəmədə bildirilib ki, İ.Əsgərov hadisədən bir müddət əvvəl keçmiş qonşusu G.Muxtarova və onun anası K.Muxtarova ilə qarşılaşıb və bir-birlərinə nömrə veriblər. |
Bundan sonra İ.Əsgərov K.Muxtarovanın işlədiyi uşaq bağçasında müdir vəzifəsindən kənarlaşdırıldığını öyrənib. |
O, qadını həmin vəzifəyə bərpa etdirəcəyini vəd edib və bunun müqabilində bir neçə dəfəyə olmaqla ümumilikdə 15 min manat alıb. |
Lakin İ.Əsgərov verdiyi vədlə bağlı heç bir addım atmayıb, aldığı pulları ələ keçirib. |
Bundan sonra K.Muxtarova polisə müraciət edib və İlkin Əsgərov barəsində cinayət işi açılıb. |
Araşdırmalar zamanı İlkinin başqa şəxsə qarşı da əvvəllər dələduzluq etməsi müəyyənləşib. |
Sumqayıt Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi qeyd edilən maddə üzrə təqsirli bilib. |
İstintaq müddətində polisin nəzarəti altında olan şəxsə 3 il 6 ay həbs cəzası verilib. |
“Barselona” hazırda yarımmüdafiəçi Serxi Roberto ilə müqaviləni uzatmaq fikrində deyil və bu, onun yayda gedişinə potensial işarədir. |
Çox güman ki, “Barselona”nın bir neçə oyunçusu cari maliyyə problemlərini həll etmək üçün bu yay klubu həmişəlik tərk edəcək. |
Ötən mövsüm Jordi Alba və Serxio Busketsin gedişindən sonra klub bu yay daha çox veteranla yollarını ayıra bilər. |
Gəncliyin, cavanlığın güc, enerji, hərəkət, dinamiklik, təşəbbüskarlıq və başqa üstün xüsusiyyətləri var. |
Odur ki, “yaş öz işini görür” deyiminin də bir həqiqət payı var. |
Böyük adamların səhvi də böyük olar. |
Xüsusən, onlar dünyanın aparıcı güclərinə başçılıq edəndə yanlışlıqları da diqqəti daha tez cəlb edir. |
Bir zamanlar Qərbdə keçmiş Sovet İttifaqı Kommunist Partiyası baş katibinin, xüsusən Leonid Brejnevin və Siyasi Büro üzvlərinin yaşlı olmasına lətifələr qoşar, ələ salardılar. |
Məsələn, 1980-ci il Yay Olimpiya Oyunlarının açılışında Siyasi Büro üzvlərinin tribundakı görüntülərini zarafatla belə şərh edirdilər:yeni idman növü - tabut idmanı meydana gəlib. |
O vaxt deyirdilər ki, Leonid Brejnevin Siyasi Bürosu ölkəni reanimasiyadan idarə olunan qocalar evinə çevirib. |
Onların orta yaşı 70-75-i əhatə edirdi. |
L.Brejnevin hakimiyyətdən gedəndə 76 yaşı, Yuri Andropovun 70, Konstantin Çernenkonun 74, Mixail Qorbaçovun isə 60 yaşı olub. |
Sonrakı hadisələr sübut etdi ki, keçmiş sovetlərin yaşlı insanlar tərəfindən idarə edilməsi böhrana gətirib çıxardı. |
Onların ənənəvi idarəetmə üsulunu cəmiyyət qəbul etmirdi. |
Mixail Qorbaçovun yeni nəsil nümayəndəsi kimi hakimiyyətə gətirilməsi isə SSRİ-ni uçurumun bir addımlığından qaytara bilmədi. |
Odur ki, sovet imperiyasının çökməsinin başlıca səbəblərindən biri də “Brejnevin qocalar evi” idi.1982-ci il sentyabrın 29-da Brejnevin Bakıya səfəri və Azərbaycanla Əfqanıstanı qarışıq salması, sonra “günah məndə deyil” deməsini orta nəsil yaxşı xatırlayır. |
Nəzəri cəhətdən gənc və orta nəsil yaşlılarla müqayisədə daha çox təşəbbüskar və enerjili olduqları üçün idarəetmədə onlara üstünlük verilir. |
O vaxt SSRİ dünyanın aparıcı iki gücündən biri idi.Ancaq idarəetmədə yanlışlıqlar, rəhbərlərin vəzifə başında yaşlaşaraq ölməsi, yeniliyin, dəyişikliyin qəbul edilməməsi, dünyaya inteqrasiyanın qarşısının alınması və s.milyonlarla sovet insanının qanı bahasına yaranan bu qütbün batması ilə nəticələndi. |
İdarəetmə sistemi, quruluşu, iqtisadiyyatı, hərbi qüdrəti, milli valyutası, demokratikliyi və başqa üstünlükləri ilə bugünkü ABŞ ovaxtkı SSRİ-dən dəfələrlə güclüdür. |
Hazırda dünya az qala onun başçılığı altında birqütblüdür. |
Düzdür, Çin yeni qütb olaraq ortaya çıxsa da, hələ özünü açıq rəqib kimi göstərə bilmir. |
Bununla belə, ABŞ keçmiş sovetlərdən nə qədər güclü olsa da, o da yaşlı dövlət başçısı sindromundan 8 ildir qurtula bilmir. |
SSRİ dağılandan sonra Rusiyada mərhum prezident Boris Yeltsin Vladimir Putin kimi cavan, enerjili şəxsi hakimiyyətə gətirməklə ölkəni dağılmaqdan xilas edə bildi. |
ABŞ-də isə Barak Obama istisna olmaqla, o birilər yaşlı nəslin nümayəndələridir. |
2017-ci ildə 77 yaşlı Donald Tramp ştatların 45-ci dövlət başçısı seçildi. |
Onun hakimiyyətə gəlişi, seçilməsi və prezidentlik müddətini başa vurması qalmaqallarla yadda qaldı. |
Məlum oldu ki, onun heç normal komandası da yox imiş. |
Rusiyanın ABŞ-də keçirilən prezident seçkisinə müdaxiləsi də onun dövrünün yadigarıdır. |
D.Tramp dünya siyasətində daha çox qalmaqallarla yadda qalıb. |
Xüsusən, Avropa İttifaqından olan müttəfiqləri onun prezidentlik müddətinin daha tez başa çatmasını istəyirdilər. |
Məsələn, Donald Tramp Almaniyada hərbçilərin sayını azaltmaq konsepsiyasını irəli sürdü. |
O bildirirdi ki, Rusiya ilə ticarət edənlərin təhlükəsizliyini niyə ABŞ təmin etməlidir? |
Ehtimal edilirdi ki, onun yerini daha gənc prezident tutacaq. |
Ancaq 46-cı prezident ondan da yaşlı oldu. |
Belə ki, 2021-ci il seçkilərində Cozef Bayden 79 yaşında bu posta seçildi. |
Hər iki prezident keçmiş sovet liderlərinin lağ edilən yaşından da qocadır. |
Seçildiyi vaxtdan Cozef Bayden tez-tez səhvlər edir. |
Bəziləri iddia edirlər ki, o, demensiyadan (yaddaşın itməsi) əziyyət çəkir. |
Bu yaxınlarda Çin Xalq Respublikasının sədri Si Cinpindən bəhs edərkən onu Rusiyanın dövlət başçısı kimi təqdim edib. |
Yaxud Rusiya müxalifətinin həbsxanada ölmüş lideri Aleksey Navalnının dul xanımı Yuliyanın adını səhvən “Yolanda” adlandırmışdı. |
Qeyd edək ki, Donald Tramp da ovaxtkı “Twitter” səhifəsində həyat yoldaşı Melaniyanın adını səhv yazmışdı. |
Heç şübhəsiz, hər kəs səhv edə bilər və heç kim bundan sığortalanmayıb. |
Ancaq nüvə silahına malik bir dövlətin başçısının səhvi dünya üçün baha başa gələ bilər. |
Xatırladaq ki, Cozef Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. |
Cons Hopkins Universitetinin professoru Marti Makari onda yaşla əlaqədar demensiya əlamətlərinin özünü göstərdiyini, yaxşılaşmağa ümid olmadığını bildirib. |
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Larri Conson isə prezidentin yaddaş probleminin ABŞ-nin təhlükəsizliyinə problem yaradacağını əminliklə deyib. |
ABŞ də dünyanın nüvə silahına malik dövlətlərdən biridir. |
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov bildirib ki, Cozef Baydenin yaddaşındakı problem nüvə müharibəsi riskini artırır. |
Bütün hallarda hər kəsin bir sayılı ömrü var. |
Heç kəs bu bəlli sayı aşa bilmir. |
Kimin necə yaşlanacağı da məlum deyil. |
Necə deyərlər, kimin əvvəli, kiminin axırı...""Bu hikmətləri xatırlatmaqda məqsədimiz Cozef Bydenin, yaxud prezidentlik iddiasında olan Donald Trampın yaşına hörmətsizlik etmək deyil. |
Dünyanın taleyində ABŞ-nin oynadığı rol danılmazdır. |
Odur ki, Baydenin bu vəziyyətindən başqaları ABŞ-ni təxribata çəkmək üçün istifadə edə bilərmi?! |
Nüvə atəşi açılsa, kim onun qarşısını alacaq? |
1962-ci il oktyabrın 16-28-də baş vermiş Karib böhranı tarixdən məlumdur. |
ABŞ-də demokratik mühitdən istifadə edənlər, yenidən milyardlara sahib olmaq istəyənlər bəlkə də bu acı gerçəkliyi elə də nəzərə almırlar. |
Bayden də, Tramp da yenidən prezident olmaq istəyirlər. |
Bu ölkədə prezidentlik bu qədər mənasız vəzifədir?! |
Odur ki, ştatların “prezident şousu”na dünyanın təhlükəsizliyini qurban vermək məsuliyyətini ABŞ seçiciləri və demokratiyası daşıyır. |
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bu faciənin qurbanlarını anmaq və həqiqətlər barədə Bolqarıstan ictimaiyyətini məlumatlandırmaq məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. |
Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi məlumat yayıb. |
Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sofiyanın mərkəzi məscidində Bolqarıstan Baş Müftiliyi ilə birgə anım mərasimi keçirilib. |
Tədbirdə iştirak etmiş Bolqarıstanın Baş Müftisi mərasimdə iştirak edən yüzlərlə insan qarşısında söylədiyi xütbədə Xocalı soyqırımı kimi kütləvi qırğınların gələcəkdə təkrarlanmaması üçün insanların günah əməllərdən çəkinməsinin önəmini vurğulayıb, Azərbaycanın bütün şəhidlərinin ruhuna dualar oxuyub. |
Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiya mərkəzi məscidinin ətrafında Xocalı soyqırımı ilə bağlı müvafiq posterlər yerləşdirilmiş və ehsan süfrəsi açılıb. |
Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı həqiqətlər Bolqarıstan mətbuatında işıqlandırılıb. |
Məqalələrdə bir vaxtlar çiçəklənən və 7000 nəfərlik əhaliyə malik Xocalı şəhərinin erməni işğalçılar tərəfindən bir gecədə qəddarlıqla məhv edildiyi, 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyi, 5379 nəfərin zorla didərgin salındığı, 1275 nəfərin əsir götürüldüyü barədə həqiqətlər bolqar oxucuların diqqətinə çatdırılıb. |
150 nəfərin, o cümlədən 6 nəfər qadın və 26 nəfər uşağın itkin düşdüyü və aqibətlərinin bu günədək naməlum qaldığı açıqlanıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.