Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hadisə real olan məsələlərlə qarşılaşmağım nəticəsində baş verib. |
Cinayəti spirtli içki və ya narkotik vasitələrdən istifadə edərək törətməmişəm. |
Əksinə, mərhum həyat yoldaşım Tacirə Salmanova mənə xəyanət etdiyinə görə onu öldürdüm. |
İttiham edildiyim cinayət əməlini Bakı şəhərində törətmişəm. |
Həyat yoldaşımın xəyanət etməsinin şahidi olmuşam. |
Xəyanətdə Tacirəni təqsirli bilirəm. |
Hesab edirəm ki, həyat yoldaşımın mənə xəyanət etdiyi şəxsin (başqa kişinin) heç bir təqsiri yoxdur. |
Mən həmin şəxsi də öldürə bilərdim, lakin bütün günah Tacirədə olduğu üçün yalnız onu qətlə yetirdim. |
Eyni zamanda, Tacirənin mənə xəyanət etdiyi şəxsi tanımıram. |
Həmin şəxsi o vaxt öldürərdim ki, o, mənim həyat yoldaşıma söz atmış olardı, yaxud da arvadıma qarşı səbəbsiz yerə hər hansı bir hərəkət etmiş olardı. |
Amma bu hadisədə həmin kişinin günahı yoxdur. |
Bu cinayəti xuliqanlıq niyyəti ilə törətməmişəm. |
Çünki həyatımın geri qalan hissəsini həbsxanada keçirmək istəməmişəm. |
Həyat yoldaşımın mənə xəyanət etdiyini öz gözlərimlə gördükdən sonra onu bıçaqla qətlə yetirdim. |
Bıçaq zərbələrini Tacirənin kürəyi, boynu və bədəninin digər nahiyələrinə vurdum. |
Heç kəs törətdiyim cinayət hadisəsinin şahidi olmayıb. |
Lakin ittiham aktında göstərilir ki, guya Tacirəni uşaqlarımın gözləri qarşısında öldürmüşəm. |
Ona ümumilikdə 20-dən çox bıçaq zərbəsi vurmuşam. |
Hər bir insanın səbrinin həddi var. |
Həyat yoldaşımın mənə xəyanət etməsi səbrimi daşırdı. |
Bu səbəbdən də onu qətlə yetirdim. |
Ona görə də törətdiyim əməldən peşman deyiləm”. |
Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adamöldürmə) maddələrindən həmin məcəllənin 120.1-ci maddəsinə tövsif olunaraq, ona yüngül cəza təyin edilməsini xahiş edib... |
İttiham aktına görə, T.Məmmədov qeyri-rəsmi nikahda yaşadığı qadın - 1994-cü il təvəllüdlü Tacirə Salmanovanı xəyanət etdiyinə, əxlaqsız həyat tərzi sürdüyünə, habelə narkotik vasitələrdən istifadə etdiyinə dair əsassız şübhələrini bəhanə edərək onu qəsdən öldürmək qərarına gəlib. |
Təqsirləndirilən şəxs ötən ilin avqustunda T.Salmanovanı Nərimanov rayonunda birgə kirayədə yaşadığı evdə qeyri-rəsmi nikahdan dünyaya gəlmiş övladlarının gözü qarşısında qətlə yetirib. |
İstintaqla müəyyən edilib ki, o, qadının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 25 bıçaq zərbəsi vurub. |
T.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. |
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. |
ABŞ-nin Texas ştatında sürətlə yayılan meşə yanğınları ilə əlaqədar nüvə silahlarının yığılması ilə məşğul olan “Pantex” zavodu fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. |
Məlumat “Pantex” zavodunun “X” hesabında dərc edilib. |
Hazırda şirkətin işçilərinin təxliyəsi davam etdirilir. |
Qeyd edək ki, “Pantex” müəssisəsi döyüş başlıqlarının istehsalı ilə yanaşı, xidmətdən çıxarılan silahların utilizasiyası ilə də məşğuldur. |
Kəlbəcərdə ən müasir standartlara uyğun yeni məktəb binası tikilir. |
Bu barədə Oxu.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. |
Qeyd olunub ki, Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasında tikinti işləri sürətlə davam edir. |
Ötən ilin may ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunur. |
41 sinif otağından ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı 8 laboratoriya, akt zalı, yeməkxana və digər zəruri otaqlar yaradılacaq. |
“Vaşinqton Azərbaycan və Ermənistana uzunmüddətli və sabit sülhə nail olunması ilə bağlı çağırış etməkdə davam edir”. |
Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinq zamanı bildirib. |
“Mən indi KİV üçün konkret bəyanatlar verə bilmərəm, lakin biz tərəflərin uzunmüddətli və etibarlı sülh sazişinin bağlanması istiqamətində səylərini dəstəkləməyə davam edirik”, - deyə Miller Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Berlindəki görüşündən gözləntilərlə bağlı sualı cavablandırarkən qeyd edib. |
Xatırladaq ki, daha əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün fevralın 28-29-da Berlində baş tutacağı bildirilib. |
Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir. |
FHN xəbər verir ki, bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri, Totanlı küçəsində fəaliyyət göstərən “KS-3579” markalı avtokranda plan üzrə yoxlama aparılıb. |
Yoxlama zamanı avtokranın istismar müddətinin bitdiyi, texniki nəzarətin təşkili üzrə cavabdeh şəxsin təyin edilmədiyi və kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib. |
Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb. |
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun portuqaliyalı baş məşqçisi Jorje Jezuş futbolun gələcəyinin hazırda işlədiyi ərəb ölkəsindən asılı olduğunu deyib. |
“Dünyanın gələcəyi Avropada deyil, bu ərazilərdədir. |
Orada xaos hökm sürür, heç kim heç kimə cavabdeh deyil. |
Amma bu, idman faktoru deyil, siyasi faktordur”, - Jezuş bildirib. |
Qeyd edək ki, Jezuşun həmyerlisi Kriştianu Ronaldu 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun oyunçusu olub. |
Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 20 oyun keçirib, 22 qol vurub və doqquz məhsuldar ötürmə edib. |
Ronaldunun ardınca bir çox futbol ulduzları Səudiyyə Ərəbistanı çempionatına gəliblər. |
İndi ölkə çempionatında Kərim Benzema, Sadio Mane, Neymar, Sergey Milinkoviç-Saviç və başqaları çıxış edirlər. |
Jezuşun “Əl-Hilal”ı 59 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə başçılıq edir. |
Milli Məclisin deputatı Fatma Yıldırım Qərb dairələrinin Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə çalışdığını bildirib. |
Onun sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində addımlar atıb və BMT nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən özünün beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edib:""“Görünən odur ki, Qərb dairələri üçün Azərbaycana münasibətdə beynəlxalq hüququn tətbiq edilməsi maraqlı de... |
Lakin dünyanın ədalətsizliyinə rəğmən Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib”. |
Deputat bildirib ki, Azərbaycan regionun sülh və əməkdaşlıq məkanına çevrilməsində maraqlıdır:""“Bu məqsədlə Ermənistana sülh sazişi imzalamaq təklif edilib. |
Lakin regionda geosiyasi maraqları olan Qərb dairələri Paşinyan hakimiyyətini sülhə gəlməməyə təhrik edir. |
Onlar beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, guya Ermənistana qarşı yeni hücuma hazırlaşması barədə yalan təbliğat həyata keçirirlər. |
Bu təbliğat fonunda Azərbaycan Ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması və hərbçimizin yaralanması, şərti sərhəddə atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılmasında məqsəd də vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaqdır. |
Bu prosesdə Fransa xüsusi “fəallıq” göstərir. |
Parisin mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. |
Bu ölkənin prezidenti Emmanuel Makronun fevralın 21-də Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı ölkəmizə qarşı səsləndirilən əsassız iddialar qəbulolunmazdır. |
Ermənilərin maraqları naminə Fransanın beynəlxalq hüquqa hörmətsizliyi, bəşəri dəyərləri ayaqlar altına atması ən azı təəssüf doğurur. |
Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. |
Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. |
Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. |
Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. |
Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır”, - parlamanetari söyləyib. |
F.Yıldırım vurğulayıb ki, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır:""“Ermənistanın silahlandırılması məhz bu məqsədə xidmət edir. |
Fransa Avropa İttifaqı üzərindən planlar qurur, Cənubi Qafqaza Ermənistanın vasitəsilə yerləşməyə çalışır. |
Ermənistana yerləşdirilən “mülki missiya”nın əsl məqsədi də məhz bundan ibarətdir. |
Təsadüfi deyil ki, Paşinyan Fransada olarkən Rusiya və KTMT əleyhinə sərt bəyanatlar səsləndirib. |
Görünür, budəfəki səfər zamanı Makron Paşinyana yeni vədlər verib. |
Paşinyanın Parisə səfərindən bir gün sonra Fransanın müdafiə naziri Sebastian Lekornun Ermənistana səfəri məsələyə aydınlıq gətirir. |
Bir müddət öncə imzalanmış müqaviləyə əsasən, Fransa Ermənistana silahlar verib. |
Eyni zamanda, İrəvan və Paris artilleriya və raket sistemlərinin tədarükü ilə bağlı da danışıqlar aparır. |
Artıq səfər zamanı iki ölkənin müdafiə nazirləri yeni müqavilədə imzalayıblar. |
Bir sözlə, Ermənistanın silahlandırılması regionumuzda yeni təxribatlar məqsədi güdür. |
Rəsmi İrəvan anlamalıdır ki, başqalarının təhrikinə uymaq onun üçün xeyir gətirməyəcək”. |
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Müşfiq Kərəmovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. |
İttihama görə, hadisə ötən il, saat 20:45-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fəaliyyət göstərən “Diamond” çay evinin qarşısında qeydə alınıb. |
Belə ki, 2003-cü təvəllüdlü Müşfiq Kərəmov sevgilisinə söz atan taksi sürücüsü, zərərçəkmiş Sabir Həsənovla (soyadı şərti) mübahisə edib. |
Daha sonra o, zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vuraraq, ona xəsarət yetirib. |
Hadisədən sonra Müşfiq Kərəmov cinayət məsuliyyətinə cəlb edilib. |
Türkiyənin Bingöl vilayətinin Yenisu kəndi qar uçqunun altında qalıb. |
Hadisədən dərhal sonra kəndə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) axtarış-xilasetmə qüvvələri və polislər cəlb ediliblər. |
Daxil olan məlumata görə, bir nəfər kənd sakini itkin düşmüş hesab olunur. |
Hazırda həmin vətəndaşın tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir. |
Paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. |
Baku.ws xəbər verir ki, hadisə səhər saat 9 radələrində qeydə alınıb. |
Nəticədə iki avtomobil bir-birinə çırpılıb. |
Qəza zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. |
Hadisə yerindən görüntüləri təqdim edirik: |
Rusiya hərbçiləri Kremennaya (Luqansk) ərazisində əvvəllər məlum olmayan elektron mübarizə sistemlərini (EMS) müəyyən ediblər. |
Bu barədə istefada olan rusiyalı polkovnik-leytenant Andrey Maroçko öz mənbələrinə istinadən xəbər verib. |
Onun sözlərinə görə, Ukrayna ordusu qurğulardan Qərb radarları ilə birlikdə fəal istifadə edir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.