Search is not available for this dataset
text
stringlengths
10
518k
“Azərbaycanın işğaldan azad edilmiş yüzlərlə şəhər, qəsəbə və kəndləri arasında indi tədricən həyatın qayıtdığı Xocalı da var idi.Azad edilmiş ərazilər vəhşiliklərin miqyasını, insan iztirablarını üzə çıxarıb.
Bu ərazilərdə tapılan kütləvi məzarlıqlar Azərbaycanın mülki əhalisinin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsini təsdiqləyir”, - sənəddə diqqətə çatdırılıb.
Bildirilib ki, “Ermənistan Xocalı qətliamını və öz qüvvələri, agentləri və məsul şəxsləri tərəfindən törədilmiş çoxsaylı hərbi cinayətlərin günahkarlarını məsuliyyətə cəlb etməkdən imtina edir”.
Qeyd olunub ki, bu xüsusda Ermənistanın hərəkətsizliyi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Yaşar Əliyev nəql edib ki, İrəvanın bu fəaliyyətsizliyi cəzasızlığı möhkəmləndirir və bölgədə çoxdan gözlənilən sülhə təhlükə yaradır.
Sənəddə qeyd olunub ki, bu xüsusda BMT-nin və bütövlükdə beynəlxalq ictimaiyyətin vəhşilikləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasında israrlı olması vacibdir.
“Azərbaycan cəzasızlığa son qoymaq və regionda sülh və sabitliyin möhkəmləndirilməsi və qorunması istiqamətində səylərini davam etdirmək əzmindədir”, - məktubda vurğulanıb.
İşğaldan azad edilən Turşsu kəndində də illər sonra çərşənbə tonqalı qalanıb.
AZƏRTAC xəbər verir ki, turizm potensialı, həm də əsrarəngiz təbiəti ilə seçilən Turşsu kəndi yenidən qurulur.
Elə Turşsunun yenidən qurulmasında çalışan işçilər tərəfindən kənddə uzun illər sonra çərşənbə tonqalı alovlandırılıb.
İnanclara görə tonqalda köhnə illərin ağrı-acıları və uğursuzluqları yanaraq külə çevrilir.
Qeyd edək ki, Turşsu kəndi də azadlığının ilk baharına doğru yol alıb və ərazidə yenidənqurma işləri sürətlə davam etdirilir.
Turşsu kəndinin layihə rəhbəri Elnur Abdullayevin sözlərinə görə, dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşən kəndin ümumi ərazisi 122,7 hektardır.
Kənd təbiətin füsunkar gözəlliyi olan bir ərazidə yerləşdiyi üçün ümumi konsept layihə gələcəkdə turizm sektorunun inkişafına töhfə verəcək şəkildə hazırlanır.
Kənddə infrastruktur, yaşayış evləri, kommunikasiya xətləri və digər tikililər tamamən yenidən qurulacaq.
Tikinti işləri vahid memarlıq üslubunda görüləcək.
Həmçinin mərkəzi və əsas küçələrdən biri turizm üçün nəzərdə tutulub.
Kəndin yaxınlığında yerləşən Turşsu bulağı ətrafında da turizm sektoru üçün vacib olan obyektlərin qurulması nəzərdə tutulur.
Gələcəkdə burada kempinq tipli istirahət mərkəzinin yaradılması planlaşdırılır.
NASA Marsda pəri qırılmış “Ingenuity” uçuş aparatının vida fotosunu paylaşıb.
Qeyd olunub ki, şəkil hazırda Marsın səthində yerləşən zədələnmiş aparatdan uzaqlaşan və çox güman ki, bir daha onun yanında olmayacaq “Perseverance” roverinin “SuperCam” kamerası ilə çəkilib.
Fotoşəkilin əlavə təhlili göstərib ki, qırılmış pər “Ingenuity”dən təxminən 15 metr aralıda yerləşir.
Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın bu gün 24 ailəyə qucaq açıb.
Ailələr Laçında qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.
Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti”...
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və evlərində məskunlaşıblar.
Beləliklə bu gün 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib.
16:25"Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi gerçəkləşib.
Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonu bu dəfə 24 ailəyə qucaq açıb, daha 89 laçınlının yurd həsrəti bitib.
Onlardan 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçüb.
Uzun illər sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşub.
Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
08:32"Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.
Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınıb.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər g...
Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər) köçürülüb.
Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).
“32 il idi ki, Laçını görmürdük, indi gözəl vətənimizə – Laçınımıza qayıdırıq”.
Doğma yurduna qayıdan keçmiş məcburi köçkün Azərbaycan ordusunun şəhid olmuş hərbi qulluqçularına rəhmət, qazilərə isə şəfa diləyib.
O, həmçinin, yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
“Növbəti çərşənbələrimizi tonqaldan tullanaraq orada qeyd edəcəyik”, - deyə yaşlı qadın gülərək söyləyib.
Xatırladaq ki, bu gün, fevralın 28-də, Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
“Sözlə ifadəedilməz sevinc hissləri yaşayıram”.
“O qədər sevincli hisslər yaşayıram ki, onu sözlə ifadə edə bilmirəm.
Neçə il aradan sonra doğma yurduma qayıtdığıma görə çox xoşbəxtəm.
Nəhayət, 32 illik həsrətə son qoyulur”, - təqaüdçü qeyd edib.
Daha öncə Laçında abadlıq-quruculuq işləri ilə tanış olduğunu söyləyən keçmiş məcburi köçkün şəhərin daha da gözəlləşdiyinə diqqət çəkib.
Sonda Laçın sakini şəhidlərə rəhmət, qazilərə şəfa diləyib.
Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Ucarlı kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fərdi yaşayış evinə qanunsuz yolla daxil olaraq oradan ümumi dəyəri 8 000 manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Qeyd olunub ki, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən S.Mehracov oğurladığı əşyaların bir qismini satdığını bildirib.
Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaq təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat verib.
Bildirilib ki, keçirilmiş əməliyyat tədbiri zamanı Gəncə şəhər sakini Mövsüm İsgəndərov saxlanılıb.
Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib.
Araşdırma zamanı M.İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib.
M.İsgəndərov əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqatala rayonundakı ünvandan narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Malinin cənub-şərqində sərnişin daşıyan avtobusun körpüdən keçərkən çaya yuvarlanması nəticəsində azı 31 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə Malinin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Ehtimal edilir ki, qəzaya səbəb sürücünün idarəetmənin itirməsi olub.
Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə zamanı “Toyota Prius” və “Opel” markalı avtomobillər toqquşublar.
Qəzanın “Toyota Prius” markalı maşının sürücüsünün ara məsafəsi gözləməməsindən baş verdiyi deyilir.
Şosedə hərəkətdə olan “Toyota”nın sürücüsü maşınını eyni zolaqda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpıb.
Zərbə o qədər güclü olub ki, “Opel” deformasiyaya uğrayıb.
Qəza zamanı “Opel”də olan sərnişin xəsarət alıb.
Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib.
APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Oruc Elşən oğlu Ağayev dava zamanı bıçaqlanıb.
O, sağrı və kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, avtoqəza Zabrat şosesində baş verib.
Yolu keçən 1975-ci il təvəllüdlü Aynur Tərxan qızı Əmirovanı minik avtomobili vurub.
Qadın açıq kəllə-beyin travması və sağ ayaq sümüklərinin sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Səhiyyə ocağından verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
Bakı Apellyasiya Məhkəməsində “RİCH S.A” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü mülki iddiaya dair hissəsində dəyişdirilib.
Təqsirləndirilən şəxsin mülkiyyətində olan, üzərinə həbs qoyulmuş daşınmaz əmlakın hərrac yolu ilə satılmaqla əldə olunan 528 458 manat maddi ziyana və 920 manat mülki iddianın təmin edilməsinə yönəldilməsinə dair müddəalar hökmdən xaric olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qismən - Tamilla Əliyevanın mülkiyyətində olan üzərinə həbs qoyulan daşınmaz əmlakın üzərinə həbs qoyulması hissəsində ləğv edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tamilla Əliyeva 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş mühasib vəzifəsində çalışıb.