Search is not available for this dataset
text
stringlengths
10
518k
Tamilla Əliyeva şirkətin ümumilikdə 528 458 manat pulunu mənimsəyib.
Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
İsrail Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara təxminən 65 milyard dollar vəsait xərcləyib.
Bu açıqlama ilə Knessetin vitse-spikeri, “Bizim evimiz İsrail” partiyasından olan deputat Yevgeni Sova çıxış edib.
O qeyd edib ki, İsrail hökuməti hərbi əməliyyatlara xərclədiyi vəsaiti büdcə kəsirini artırmaqla doldurmağı planlaşdırır.
Xatırladaq ki, ötən il oktyabrın 7-də Fələstinin radikal HƏMAS qrupu İsrailin cənubuna hücum edib və bu hücum nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib.
İsrail rəsmiləri bildiriblər ki, öldürülənlərin əksəriyyəti mülki şəxslərdir.
HƏMAS həmin hücumda 240-dan çox israillini girov götürüb.
İsrail hökuməti bu gözlənilməz hücuma cavab olaraq ölkədə müharibə vəziyyəti elan edib və Qəzzada HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb, anklava hava zərbələri endirib.
24 oktyabrdan etibarən İsrail Qəzzada yerüstü hərbi əməliyyatlara başlayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Cavid Qayıbovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il saat 19 radələrində Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən “Şirvan” şadlıq sarayının həyətindəki adsız kafedə qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Cavid Qayıbov spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş həmkəndlisi və tanışı, zərərçəkmiş Zaman Qədirovla (şərti) mübahisə edib.
Mübahisəyə səbəb isə zərərçəkmiş əvvəllər onun telefon zənglərinə və mesajlarına cavab verməməsi olub.
Sonra o, kafedən bıçaqla Zamanın qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Cavid Qayıbov cinayət məsuliyyətinə cəlb edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirləndirilən Elsevər Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun.
O yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın.
Qeyd:Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib ki, 15 fevral 2000-ci il tarixdə Gəncə şəhər sakini, 1939-cu il təvəllüdlü Solmaz Rzaqulu qızı Yolçuyevanın yaşadığı evdə bədəni üzərində xəsarətlər aşkar olunması faktına görə şəhər prokurorluğunda 2000-ci ilədək qüvvədə olmuş Cinayə...
16 avqust 2022-ci il tarixdə icraat təzələnərək istintaq Gəncə Şəhər Prokurorluğu tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
İstintaqla Gəncə şəhər sakinləri - 1977-ci il təvəllüdlü E.Məmmədov, 1980-ci il təvəllüdlü Xəyal Səfərov və 1978-ci il təvəllüdlü Arzu Hacıyevin cinayət əlaqəsinə girərək külli miqdarda pulu quldurluq yolu ilə talamaq məqsədilə Solmaz Yolçuyevanı yaşadığı mənzildə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həyata keçirilən tədbirlərlə cinayət əməlində şübhəli bilinən E.Məmmədov tutularaq istintaqa cəlb edilib, digər şəxslərin - X.Səfərovun 2001-ci ildə Qazaxıstanda, A.Hacıyevin isə 2004-cü ildə Rusiya Federasiyasında ölmələri müəyyən olunub.
Toplanan mötəbər sübutlar əsasında E.Məmmədova Cinayət Məcəlləsinin (köhnə redaksiya) 94.1-ci maddəsi ilə (tamah məqsədilə qəsdən adam öldürmə) ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırlatma:Cinayət materiallarında qeyd olunub ki, E.Məmmədov şübhəli şəxs qismində tutulduqdan sonra 16 avqust 2022-ci il tarixdə, saat 18:10-da Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilərkən onun üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 0,04 qram təşkil edən üzərində “methadone-40” narkotik maddə aşk...
Azərbaycan müğənnisi, SSR Əməkdar artisti Nəzakət Məmmədovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, sənətkar 1944-cü il fevralın 28-də Gəncə şəhərində anadan olub.
O, uşaq yaşlarında atasını itirib.
Valideynləri onu müəllimə görmək istəyiblər.
Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlib və Xarici Dillər İnstitutuna daxil olub.
Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olub.
Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov veriblər.
Onların qarşısında “Bayatı-Qacar” oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edib.
Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət “Lalə” qızlar ansamblında çalışıb.
1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və 1971-ci ildə tamaşaçılar qarşısına yeni “Leyli”lərdən biri kimi çıxıb.
Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirib.
Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açıb.
O, “Rast”, “Qatar”, “Şahnaz”, “Segah” və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb.
Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilib.
Türkiyə, İran, Əfqanıstan, Almaniya, Belçika, İtaliya və s.ölkələrdə qastrol səfərlərində olub.
1980-ci il oktyabrın 21-də Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyib.
Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi - bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olub.
Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.
Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilib.
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.
İdman.biz xəbər verir ki, yığmamızı yenidən Fərid Cəlalov çalışdıracaq.
O, millimizin baş məşqçisi təyin olunub.
Bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası verib.
O, bu postda Pərviz Səmədovu əvəzləyib.
Cəlalov millimizə Qızıl Avropa Liqasının oyunlarında rəhbərlik edəcək.
Bu turnirin görüşləri may-iyun ayılarında keçiriləcək.
Qeyd edək ki, Cəlalov hazırda həm də “Murov Az Terminal” klubunun baş məşqçisidir.
Fransa paytaxtında biabırçı hadisə yaşanıb.
Paris meriyasının əməkdaşının yayda şəhərdə keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizlik planlarının olduğu notbuku oğurlanıb.
Məlumata görə, oğurluq hadisəsi barədə polisə şəhər meriyasının əməkdaşı, mühəndis məlumat verib.
İşçi Parisdən Kreyə gedərkən qatarı dəyişəndə çantasının itdiyini görüb.
Çantada kompüter və yaddaş kartları olub.
Hər üç cihazda təhlükəsizlik planları da daxil olmaqla “məxfi” qrifli məlumatlar olub.
“Qarabağ”ın futbolçusu Andrey Lunyov Rusiya millisindən dəvət gözləyir.
Bunu 32 yaşlı qapıçı “Championat”a açıqlamasında deyib.
Lunyov yığmanın əsas heyət üzvü olmağı hədəflədiyini bildirib:""“Millidən zəng var idi, amma hələ dəvət yoxdur.
Yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi.
Mən təkcə çağırılmaq yox, oynamaq istəyirəm.
Qeyd edək ki, Rusiya millisi martda Serbiya və Paraqvay yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Fərid Həsənovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 16 oktyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 4 saylı binanın qarşısında qeydə alınıb.
Belə ki, Fərid Həsənov tanışı, zərərçəkmiş Samir Dəmirovla (şərti) hadisədən bir neçə gün əvvəl almış olduğu 40 manat borc pulu qaytarmamasına görə mübahisə edib.
Mübahisə zamanı zərərçəkmişin onu əli ilə itələməsi səbəbindən üzərində gəzdirdiyi ov bıçağı ilə tanışının döş qəfəsinin sol yan nahiyəsindən bir dəfə vurub.
Hadisədən sonra Fərid Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Strasburq şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri təşkil edib.
Oxu.Az xəbər verir ki, şəhərin tarixi “Motsart” konsert salonunda reallaşan tədbirdə Avropa Şurası yanındakı diplomatik missiyaların, Strasburqun akademik dairələrinin və yerli ictimaiyyətin nümayəndələri, habelə Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən qadın, uşaq və ahılların amansızlıqla qətlə yetirildiyini vurğulanıb.
Fəxrəddin İsmayılov dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb və Strasburqdak...
Bundan əlavə, tədbirdə 2023-cü ildə Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsinin nəticəsi olaraq Xocalı soyqırımının 32-ci ildönümündə qətliamdan sağ çıxan sakinlərin öz doğma torpaqlarına səfər etdikləri və onların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən Xocalı soyqırımı memorialının təm...
Daha sonra Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova və müxtəlif nüfuzlu beynəlxalq müsabiqələr laureatı, istedadlı gənc pianoçu Nazxanım Dadaşovanın ifasında tanınmış Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bülletenlərin 50%-i işləndikdən sonra Miçiqanda Respublikaçıların ilkin seçkisində (praymerizdə) qalib gəlib.
Tramp səslərin 67%-dən çoxunu qazandığı halda, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli cəmi 27,2% səs toplayıb.
Eyni zamanda, Heyli seçki yarışından çəkilməyəcəyini və Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi mübarizəni davam etdirəcəyini bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Tramp 2022-ci ilin noyabrında seçki kampaniyasına qoşulacağını açıqlayıb.
Demokrat Co Bayden isə 2023-cü il aprelin 25-də prezidentlik uğrunda yarışacağını bəyan edib.
Rusiyanın Murmansk vilayətində Qütb parıltısının yaratdığı əsrarəngiz mənzərələr ortaya çıxıb.
Bölgə sanki “yaşıl işığa bürünüb”.
Başınızın üzərində Qütb parıltısını görmək ancaq aydın, buludsuz səmada mümkündür.
Qış mövsümündə bu, tez-tez havanın temperaturu mənfi 12-20 dərəcəyə endikdə müşahidə olunur.
Ancaq ötən gecə temperaturun mənfi 1 dərəcə olmasına baxmayaraq, bölgə sakinləri bu gözəl və maraqlı təbiət hadisəsini izləməyə müvəffəq olublar.
Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Teymur Məmmədovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilib.
O, ifadəsində göstərib ki, ağıllı adamdır və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir:""“Həmçinin, özümə hörmət edən bir şəxsəm.
İnsanın dörd uşağa sahib olduqdan sonra belə bir cinayət əməlini törətməsi təsadüfi deyil.
Bu cinayət əməlini törətmək üçün əlimdə əsaslar vardı.