Search is not available for this dataset
text
stringlengths
10
518k
Etnik zəmində törədilmiş bu cinayətin Ermənistan tərəfindən həyata keçirilməsinin faktlarla sübuta yetirildiyi qeyd edilib.
Beynəlxalq birlik, o cümlədən Bolqarıstan Respublikasının parlamenti tərəfindən Xocalı soyqırımını pisləyən qətnamə və bəyanatların qəbul edildiyi qeyd edilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etməklə Azərbaycanın intiqam deyil, ədalətə və gələcəkdə belə halların baş verməməsinə nail olmağı hədəflədiyi bildirilib.
İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
“İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir”, - deyə səfirliyin “X” hesabında bildirilib.
Yeni Zelandiyada ralli sprint yarışı zamanı 15 yaşlı sürücü Bruklin Horan və onun şturmanı Tayson Cammet həlak olub.
Bu barədə Yeni Zelandiya Motor İdmanı Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, onların avtomobili yoldan çıxaraq çaya düşüb.
Qeyd etmək lazımdır ki, Yeni Zelandiyalı yeniyetmələr 16 yaşına qədər sürücülük vəsiqəsi ala bilməsələr də, müəyyən şərtlər altında qapalı yollarda avtoidmanda yarışa bilərlər.
Dünyanın ən zəngin ailələrindən birinin nümayəndəsi Ceykob Rotşild dünyasını dəyişib.
Məşhur bankirin 87 yaşı var idi.O, Rotşildlər sülaləsinin London qanadının rəhbəri olub.
Ceykob 1991-ci ildən bəri dünyadakı böyük münaqişələrin təhrikçilərindən biri hesab olunur.
Onun Afrika, Gürcüstan, Qırğızıstan və Ukraynada rəngli inqilablara sponsorluq etdiyi güman edilir.
“Bir neçə gün bundan öncə Qarqar çayını görəndə canıma ağrı doldu.
Kəndimizin viran qalması isə məni lap pərişan etdi”.
Bunu AzVision.az-a açıqlamasında Xocalı sakini Nigar Cəfərova deyib.
1992-ci ildə onun 18 yaşı var idi və faciədən iki ay əvvəl ailə qurmuşdu.
Nigar xanım əsir düşən xocalılardan biri olub və Ağdamın Şelli kəndinin döyüşçüləri tərəfindən əsirlikdən xilas edilib.
Onun qucağında uşaqla olan şəkli faciənin simvoluna çevrilib.
Bakıda yerləşən “Ana haraya” abidəsi də Nigar xanımın bu fotosunun əsasında hazırlanıb.
O, yalınayaqla tərk etdiyi Xocalıya 32 ildən sonra gedib və keçmişlə üz-üzə gəlib.
Bu səfərdə bir gözü gülüb, biri isə ağlayıb.
Yaşadıqları gözünün önündən kino lenti kimi keçib.
“1992-ci ildə ermənilər hər gün atırdılar.
Fevralın 25-dən 26-na keçən gecə isə silahlar heç susmadı.
Hamı narahat idi.Deyirdik, görəsən, nə olub.
Kişilər postda keşik çəkirdilər.
Onlar vəziyyətin gərginləşdiyini görüb tələsik ailələrinin yanına gəlib kənddən çıxmalı olduqlarını bildirdilər.
Evdən çıxıb çölə boylananda geri qayıda bilmədik.
Artıq ermənilər evlərə dolmuşdular.
Ayağı yalın, əyni nazik mərkəzi yola doğru qaçdıq.
Yanımda bibim və onun ailəsi var idi.""Camaata qoşulub Qarqar çayını keçdik.
Həmin vaxt suya yıxıldığımız için tir-tir əsirdik.
Sulu paltarlarla dağlardan adlayıb Naxçıvanlı yoluna getdik.
Atamı soruşdu, dedim, bilmirəm.
Elə bir az keçmişdi ki, ermənilər güllə atdılar, əmimi, gəlinini və nəvəsini öldürdülər.
Biz yolumuza davam etməyə məcbur olduğumuz üçün təpəni aşdıq, bir xeyli yol getdik.
Ancaq yolu səhv saldığımız üçün özümüz də bilmədən erməni postuna gedib girdik.
Erməni əsgərlər bizi Azərbaycan dilində çağırıb aldatdılar.
Dedilər:“Bura gəlin, Ağdam postudur”.
Yaxınlaşanda 400-500 erməninin əhatəsində olduğumuzu anladıq.
Kişiləri və qadınları sıraya düzdülər.
Qızıllarını, pullarını əllərindən aldılar.
Hansı kişinin üstündə silah tapılırdısa, onu yerindəcə güllələyirdilər.
Yoldaşımın əlində avtomat olduğu üçün onu da öldürdülər.
Silahın qundağı ilə vurub alın sümüyünü parçalamışdılar.
Qaynım gedib Şelli camaatını köməyə çağırdı.
Onlarla ermənilər arasında atışma başlayanda biz qaçıb qurtula bildik.
Anam, bacım və qardaşım salamat Ağdama gəldilər.
Atam isə bir həftədən sonra yaralı vəziyyətdə yanımıza qayıtdı.
Danışırdı ki, yerlimiz Güllü xala ilə Sadıq dayı yaralı imişlər, onları çıxara bilməyiblər.
Atam həmişə o səhnəni çox kədərlə yada salardı.
Ermənilər sinif yoldaşım Müşfiqi doğrayıb tikələrini əskinin arasında Ağdamdakı əmilərinə göndərmişdilər.
Meyitini benzin qarşılığında vermişdilər”.
Nigar xanım deyir ki, qucağında daşıdığı körpə bibisinin nəvəsi olub.
“Atası və anası gətirə bilmədi, mən onu xilas etdim.
Həmin körpənin adı İncidir, onun iki övladı var”.
O, Xocalıya bir neçə gün öncə etdiyi səfərindən də danışıb:""“Qarqar çayını görəndə canıma, ürəyimə ağrı doldu.
Kəndimizi görəndə ürək ağrısı yaşadım.
Yerində ancaq qurumuş kolluqları tapdım.
Sevindirici hal isə odur ki, qorxularımı yendim.
Əvvəllər düşünürdüm ki, Xocalıya qayıdıb yaşaya bilmərəm.
“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı mənə zəng edərək vəziyyəti bildirdi.
Birlikdə yaxşı işlər görə biləcəyimizi dedi.
Ondan sonra gəlməyə qərar verdim”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı təcrübəli mütəxəssis “Qəbələ”də uğurlu ola biləcəyinə inandığını deyib:""“Bu kluba hörmət edirik.
Adı və ənənələri olan komandadır.
İnfrastruktur əladır, azarkeşlərə, rəhbərliyə hörmət edirik.
Bu çətin vəziyyətdən çıxmalıyıq.
Azərbaycan Premyer Liqasını izləyirdik, bilirik ki, burada nə necədir.
Dünən Bakıya gələndə özümü evdəki kimi hiss etdim.
İlk oyunumuz “Qarabağ”a qarşı olacaq.
Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidir.
Yeri gəlmişkən, Azərbaycan xalqını “Qarabağ”ın Avropa Liqasında 1/8 finala çıxması münasibətilə təbrik edirəm”.
Cari mövsümə avrokuboklarda çıxışla start verən “Qəbələ”nin Azərbaycan Premyer Liqasında işləri yolunda getmir.
Ölkə kubokunun qalibi bu turnirdə yarımfinala yüksəlsə də, daxili çempionatda sonuncu pillədə qərarlaşıb.
Uğursuz nəticələr baş məşqçi Elmar Baxşıyevin üç ildir çalışdırdığı komandadan istefa verməsinə səbəb olub.
Bu posta isə ötən gün gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze təyin edilib.
- Sabiq baş məşqçi Elmar Baxşıyevin 3 illik “Qəbələ” dönəmini necə dəyərləndirirsiniz?
Elmar Baxşıyevin dönəmində komandamız bir sıra uğurlara imza atdı.
Son olaraq ölkə kubokunu qazandıq.
Komandanı çalışdırdığı müddətdə ona daim dəstək olmuşuq və inanmışıq.
- Onun istefasını necə qarşıladınız?
- Mövcud vəziyyətdə istefa vermək qərarını hörmətlə qarşıladıq.
Elmar müəllim haqqında vaxtilə dediyim müsbət fikirlərdə qalıram və ona gələcək karyerasında uğurlar arzu edirəm.
- Ötən mövsüm Premyer Liqada 4-cü yeri tutdunuz və Azərbaycan Kubokunu qazandınız.
Birdən-birə yaşanan bu enişi nə ilə əlaqələndirirsiniz?
- Komandanın yenidən qurulmasını qeyd edə bilərəm.
Hansı ki, böyük ölçüdə bizdən asılı olmadı.
Kuboku qazanan həmin heyət təxminən 3 ilə formalaşmışdı.
Bu komanda yenidir, üstəlik, transfer olunan bəzi futbolçuların mövcud potensiallarından aşağı səviyyədə çıxış etmələrini gözləmirdik.
Təbii ki, bu, bəhanə olmamalıdır.
Bundan başqa, çempionatın gedişindəki bəxtsiz oyunları, zədə şanssızlıqlarını və digər səbəbləri qeyd etməliyəm.
- Kaxaber Sxadadzenin təyinatı hər kəsi təəccübləndirdi.
Klubun maliyyə durumu yüksək olmasa da, gürcüstanlı mütəxəssis bu baxımdan tələbkarlığı ilə tanınır.
Maraqlıdır, onu necə razı saldınız?
- Kaxaber Sxadadze kifayət qədər təcrübəli, oyun sisteminə daim sadiq, bizim çempionatı yaxından tanıyan məşqçidir.
Təklifimizi qəbul etməyinə səbəb aramızda olan qarşılıqlı hörmət və “Qəbələ” klubuna olan diqqətdir.
Hər halda, nəticə qazanacağına inanıram və bunun üçün ona hər cür dəstək verəcəyəm.