Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu, polşalı fermerlərin etirazı ilə bağlıdır. |
Onlar bildirirlər ki, Avropa İttifaqının Ukrayna taxılına tətbiq etdiyi güzəşt olmamalıdır. |
Çünki güzəşt edildiyi təqdirdə Polşa təsərrüfatı daha çox zərər görəcək”. |
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. |
Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı Aydın Mirzəzadə olub. |
O, ata-baba yurdu olan Göyçə mahalı, Basarkeçər rayonunun Zod kəndi haqqında danışıb. |
Bildirib ki, bu tarixi Azərbaycan kəndində vaxtilə minlərlə soydaşımız yaşadığı halda, hazırda iki yüz nəfərlik erməni icması məskunlaşdırılıb. |
Deputat ötən əsrin ortalarında babasının Qərbi Azərbaycanda əsassız təzyiqlərə, mühakimələrə məruz qaldığını, bu səbəbdən ailəsi ilə birlikdə 1942-ci ildə Gəncə şəhəri ətrafına köçdüyünü söyləyib. |
Qeyd edib ki, sonradan Mingəçevir və su elektrik stansiyası tikiləndə atası orada işləyib, digər ailə üzvlərini də bu şəhərdəki işlərə cəlb edib. |
Beləliklə, Göyçəni tərk edərək Gəncə şəhəri ətrafında məskunlaşan ailə birdəfəlik Mingəçevir şəhərinə köçüb. |
Millət vəkili 1957-ci ildə Mingəçevir şəhərində doğulduğunu, uşaqlıq, yeniyetməlik və gənclik illərinin bu yaşayış məntəqəsində keçdiyini dilə gətirib. |
O dövrdə ata-baba yurdu Zoda qonaq getdiyini diqqətə çatdıran A.Mirzəzadə kəndlə bağlı xatirələrindən də söhbət açıb. |
Bildirib ki, ailəsində valideynləri övladlarını Qərbi Azərbaycana bağlılıq ruhunda tərbiyə edib, genetik yaddaşın itməsinə imkan verməyiblər. |
İndiki Ermənistanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin zaman-zaman mənimsənildiyini, Qərbi Azərbaycandakı soydaşlarımızın müxtəlif təzyiq və təhdidlərə məruz qaldığını xatırladan deputat deyib ki, ulu öndər Heydər Əliyevin 1987-ci ildə vəzifədən kənarlaşdırılmasından sonra erməni millətçiliyi daha kəskin xarak... |
Ermənistan rəhbərliyi dövlət səviyyəsində azərbaycanlılara qarşı deportasiya, etnik ayrı-seçkilik siyasəti həyata keçirib, əsassız iddialarla çıxış ediblər. |
Beynəlxalq güclərin havadarlığına arxalanan ermənilər 1993-cü ilə qədər xalqımıza bir çox faciələr yaşadıblar. |
Millət vəkili A.Mirzəzadə Qərbi Azərbaycanda, eləcə də işğaldan azad olunmuş ərazilərdə azərbaycanlılara məxsus qəbirlərin, dini abidələrin dağıdılmasına da toxunub. |
Qeyd edib ki, bu, yaramazlığın, vəhşiliyin bariz nümunəsidir. |
Hazırda Azərbaycanın öz ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdiyini diqqətə çatdıran müsahib vurğulayıb ki, indi ermənilər vaxtilə babalarının törətdikləri yaramazlıqların acı meyvələrini dadırlar. |
Millət vəkili yeni tarixi dövrdə Qərbi Azərbaycana qayıdış prosesinə start verildiyini, bu istiqamətdə görülən işlərin xalqımız tərəfindən birmənalı olaraq dəstəkləndiyini dilə gətirib. |
Deyib ki, tarixi torpaqlarımız uğrunda mübarizəmizdə qətiyyətli və prinsipial olmalıyıq. |
Deputat A.Mirzəzadə Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmadığını, sadəcə soydaşlarımızın öz ata-baba yurdunda yaşamaq hüququndan istifadə etmək istədiklərini diqqətə çatdırıb. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
Xırdalan-Saray yolunda avtomobil dəmir maneəyə çırpılıb, nəqliyyatın hərəkəti çətinləşib. |
Oxu.Az xəbər verir ki, “Toyota Land Cruiser 200” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb. |
Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib. |
Dərhal əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları cəlb olunublar. |
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. |
Həmin görüntüləri təqdim edirik: |
Bəzi valideynlərin sosial şəbəkələrdə qeyri-etik davranışları artıq onların həyat tərzinə çevrilib. |
Ən acınacaqlısı isə odur ki, onlar övladlarını, bəzən azyaşlı uşaqlarını da canlı yayımlara çıxararaq öz əməllərinə alət edirlər. |
Belə hallar isə balacaların tərbiyəsinə mənfi təsir göstərməklə yanaşı, həm də cəmiyyətdə qıcıq yaradır. |
Elə isə problemdən çıxış yolu nədir? |
Bu şəxslərin cəzalandırılması üçün hansı nəzarət mexanizmi var? |
Qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni bir qurum - Əxlaq polisi yaradıla bilərmi? |
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, gənc nəslin tərbiyəsinə zərər verəcək kontentlərin sosial şəbəkələrdə yayılması və bunun artıq bir tendensiya halını alması çox ciddi təhlükələrdən xəbər verir:""“Biz gələcək nəsillərin əxlaqını qorumalıyıq. |
Məsələn, bir sıra ölkələrdə əxlaq polisləri fəaliyyət göstərirlər. |
Hesab edirəm ki, oxşar bir nəzarət sisteminin yaradılması haqqında Azərbaycanda da düşünmək üçün ciddi əsaslar mövcuddur”. |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov isə qeyd edib ki, internet informasiya ehtiyatlarında söyüş xarakterli ifadələrin istifadəsi yolverilməzdir və buna qarşı artıq İnzibati Xətalar Məcəlləsində sanksiyalar mövcuddur:""“Belə ki, Məcəllənin 388-1-ci maddəsinə əsasən, intern... |
Türkiyə Super Liqasının 27-ci həftəsinin bağlanış matçında “Qalatasaray” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. |
Artıq 12-ci dəqiqədə ev sahibləri hesabı açıblar. |
Aktürkoğlu penaltini qola çevirib. |
33-cü dəqiqədə qonaqlar Sander van de Streekin sayəsində hesabı bərabərləşdiriblər. |
İlk hissənin əlavə olunmuş dəqiqələrində Aktürkoğlu dubla imza ataraq komandasını önə keçirib. |
59-cu dəqiqədə isə o növbəti penaltidən yararlana bilməyib. |
Görüş 2:1 hesabıyla “cim-bom”un xeyrinə başa çatıb. |
Bu qələbə sayəsində Okan Burukun yetirmələri xallarının sayını 72-yə çatdıraraq turnir cədvəlində liderliklərini bərpa ediblər. |
Sarı-qırmızıları ikinci pillədəki “Fənərbağça”dan cəmi iki xal ayırır. |
“Antalyaspor” isə 35 xalla 9-cu yerdədir. |
Bəzi universitet məzunları ali təhsilli olmalarına baxmayaraq, mağazalarda satıcı işləyirlər. |
Məzunların məşğulluq reytinqinə görə, 2018-2021-ci illərdə ölkənin 11 aparıcı ali təhsil müəssisəsindən məzun olanların ən çox işə qəbul olunduğu 10 müəssisədən 5-i market və məişət əşyaları satan şəbəkələrdir. |
Baxmayaraq ki, bu sahədə elan olunan vakansiyalarda əsasən orta təhsil tələb edilir. |
Bəs universitet məzunlarını belə işlərdə çalışmağa nə vadar edir? |
İqtisadçı Eyyub Kərimli bildirib ki, beynəlxalq təcrübədə, həmçinin ölkəmizdə baş verən iqtisadi proseslərdən dolayı hazırda əmək bazarında çox ciddi rəqabət formalaşıb:""“Belə ki, bəzən hansısa işə düzəlmək üçün universitet diplomu yetərli olmur. |
Əlavə bilik və bacarıqların olması tələb olunur. |
Bu baxımdan əgər insan yalnız universitetdə oxuyub və ixtisasına uyğun biliklərə tam yiyələnməyibsə, işə düzəlməkdə müəyyən çətinliklərlə üzləşəcək”. |
Təhsil eksperti Kamran Əsədov isə deyib ki, peşə təhsilli şəxslərin daha çox hissəsi ixtisasları üzrə işləyirlər. |
Ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrini bitirənlərlə bağlı isə mənzərə fərqlidir. |
Onların cəmi 42 faizi ixtisasları üzrə iş tapa bilir. |
Ekspertin sözlərinə görə, abituriyentlər topladıqları ballara uyğun ixtisas seçdikləri üçün müəyyən sahələrdə təhsil alanların iş tapması bəzən mümkünsüz olur. |
Odur ki, ixtisas seçərkən əmək bazarının təhlil edilməsi çox vacibdir. |
İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb. |
Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. |
İti təpikləyir, ona yemək, su vermir, bu azmış kimi yağışda, qarda saxladığı bildirilir. |
Xezerxeber.az-ın məlumatına görə, görüntülər yaxınlıqda yerləşən binanın sakinləri tərəfindən çəkilib. |
Onlar iddia edirlər ki, videodakı şəxs itləri binanın damına çıxarır və orada heyvanlara işgəncə verir. |
Hadisə şahidlərinin sosial şəbəkələrdə yazdıqlarına görə, həmin şəxs hər dəfə binanın damına müxtəlif cins itlər çıxarır. |
Birinə işgəncə verib öldürdükdən sonra, başqa bir it gətirib eyni əməlləri ona qarşı tətbiq etdiyi iddia edilir. |
Hüquqşünas Emil Aslanov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə (heyvanlarla rəhmsiz rəftar edilməsi) əsasən məsuliyyət nəzərdə tutulub. |
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu görüntülərdən sonra məsələ dərhal polis tərəfindən nəzarətə götürülüb. |
Faktla bağlı araşdırma aparılır. |
Ayağına mismar batan 10 yaşlı uşaq müalicə olunsa da, sonradan səhhətində ciddi problem yaranıb. |
Xezerxeber.az-ın məlumatına görə, Tərtər rayonunun Hüsənli kənd sakini Teymur Hüseynov övladının ayağında problem yaranmasına görə Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Vüsalə Məmmədovanı ittiham edir. |
Onun dediyinə görə, övladının ayağına mismar batdığı üçün xəstəxanaya müraciət edib. |
Vüsalə Məmmədova uşağı müayinə edib, müalicə yazıb. |
Ancaq uşağın ayağında bir neçə ay sonra irin və şiş əmələ gəlib. |
Övladının ayağının sağalmadığını görən ata sonradan Bakıdakı klinikalara müraciət edib. |
Həkimlər uşağın ayağının tezliklə əməliyyat edilməli olduğunu deyiblər. |
Şikayətçinin sözlərinə görə, o uşağın səhhətində yaranmış problemlə bağlı ilkin müalicəsini aparmış Vüsalə Məmmədovaya məlumat versə də, şikayətlərinə önəm verilməyib. |
Rayon Mərkəzi Xəstəxanasının direktoru Sərxan Cəlahani isə iddialarla razılaşmır. |
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) gələn ay dörd ölkədə sınaqdan keçiriləcək FIFA Seriyası adlı yeni beynəlxalq yoldaşlıq görüşləri turnirinə start verir. |
Heç bir kubok və ya pul mükafatı olmasa da, bu turnir milli komandalara digər konfederasiyaların komandaları ilə oynamaq imkanı verir. |
FIFA səyahət xərclərini qarşılamaq niyyətindədir. |
FIFA Seriyası 18-26 mart tarixlərində dörd yerdə - Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada baş tutacaq. |
Hər ölkədə dörd komanda çıxış edəcək və onlardan hər biri iki oyun keçirəcək. |
FIFA-nın Avropa regional assosiasiyalarının direktoru Elxan Məmmədov jurnalistlərə bildirib ki, bəzi ölkələr heç vaxt öz konfederasiyalarından kənar komandalarla oynamayıb:""“Onlar öz konfederasiyalarından kənar, tamamilə fərqli oyun tərzi olan komandalarla oynamaqla rəqabət təcrübəsi qazana bilərlər. |
Hazırda pilot layihə üçün 20 komandamız var. |
2026-cı il Seriyada onlardan daha çoxunun olacağına ümid edirik”. |
Səudiyyə Ərəbistanı iki qrupa ev sahibliyi edəcək. |
Ev sahiblərinin özləri isə heç vaxt dünya çempionatına vəsiqə qazana bilməyən komandalardan fərqli olaraq matçlarda iştirak etməyəcəklər. |
E.Məmmədov bildirib ki, hazırda Seriyanın televiziya yayımı ilə bağlı müqavilələrin bağlanması üzərində iş gedir, həmçinin FIFA+ platformasında matçların yayımı planlaşdırılır. |
O, əlavə edib ki, beynəlxalq bayram tətil günlərində keçirildiyi üçün bu turnirlərin vaxtı ilə bağlı konfederasiyalarda heç bir fikir ayrılığı yoxdur. |
2026-cı ildə keçiriləcək növbəti turnirə daha çox sayda komandalar daxil ola bilər:""“Biz böyük komandalarla danışıqlara başlamışıq və onlar 2026-cı ilin martında növbəti turnirdə oynamağa və hətta ev sahibliyi etməyə ümid edirlər. |
FIFA Seriyası"Əlcəzair"Komandalar:Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika"Azərbaycan"Komandalar:Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan"Şri Lanka"Komandalar:Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası"Səudiyyə Ərəbistanı"A qrupu:Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca. |
B qrupu:Qvineya, Vanuatu, Bermud adaları, Bruney. |
“Xocalıda soyqırımı törədənlər hətta bir neçə onilliklər keçsə də, ədalətli məhkəmə qarşısına çıxarılmalıdır”. |
Ekspert qeyd edib ki, bu faciə göstərdi ki, Qarabağ münaqişəsində təkcə hüquqi deyil, həm də mənəvi həqiqət Azərbaycanın tərəfindədir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.