Search is not available for this dataset
text
stringlengths
10
518k
Belə ki, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin qaz təchizatına birləşdirilməsi məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bununla yanaşı, sabah Saatlı rayonunun bir hissəsinin (Saatlı şəhərinin böyük hissəsi, Novruzlu qəsəbəsi, Novruzlu, Bəylik, Mustafabəyli, Qıraqlı, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli kəndləri və 66 qeyri-yaşayış sahəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Buna səbəb “Saatlı” ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara “Təmiz Qaz” QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış “Şəhər kollektoru”nun əlaqələndirici hissələrinin qaynaq və yivli birləşmələrində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağl...
Nəticədə 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir.
Axşam.az xəbər verir ki, səhər yeməyi orqanizmi “işə salır”, ona lazım olan enerji ilə təmin edir.
Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda bir fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemirlər.
Səhər yeməyinin beş faydasını təqdim edirik:""Səhər yeməyi əhval-ruhiyyəni yaxşılaşdırır.
İnsan ac olduqda onun qanında şəkərin səviyyəsi düşür.
Bu da insanın əhval-ruhiyyəsinə mənfi təsir edir - insan əsəbi olur, hər şeyə daha kəskin reaksiya verir, qıcıqlanır.
Bu isə, təbii ki, insanın işinə təsir edir.
Səhər yeməyi gün ərzində aclığı tənzimləyir.
Amerikalı mütəxəssislər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir.
Mütəxəssislərin fikirlərinə görə, yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı ən yaxşı doydurur və gün ərzində qəbul edilən kaloriləri azaldır.
Yumurtanı qızardılmış şəkildə deyil, bişmiş şəkildə yemək daha faydalıdır.
Səhər yeməyi diqqəti və yaddaşı yaxşılaşdırır.
Səhər yeməyi insana informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir.
Səhər yeməyi artıq çəkidən qoruyur.
Aclıq zamanı insan orqanizmində müdafiə reaksiyası işə salınır - orqanizm daha çox kalori qəbul etməyə çalışır ki, onları ehtiyat üçün saxlasın.
Beləliklə, əgər siz səhər yeməyindən imtina edirsinizsə, nahar zamanı lazım olandan daha çox yeyəcəksiniz və bu da bədən çəkinizə mənfi təsir edəcək.
Səhər yeməyi insanın mədə-bağırsaq sistemini xəstəliklərdən qoruyur.
Düzgün səhər yeməyi insanı bir çox mədə-bağırsaq sistemi xəstəliklərindən qoruya bilər.
İlk növbədə bu qastrit və qəbizliyə aiddir.
Səhər 1 stəkan təmiz su, 30 dəqiqə sonra isə sıyıq (xüsusilə yulaf yarması sıyığı) yeyən insan qəbizlikdən azad ola bilər.
Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 25-də bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistansız dağılmayacaq.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın bu təşkilata üzvlüyün dondurulması ilə bağlı sözlərinə belə reaksiya verib.
Minsk Ermənistan hakimiyyətinin demarşını pisləyib, onları Qərbin xeyrinə Avrasiya əməkdaşlığından imtina etmək cəhdində ittiham edib.
İrəvanın bu cür səyləri nəyə gətirib çıxara bilər.
Bu mövzuda NEWS.ru geniş material təqdim edib.
Politoloq Aleksey Dzermant NEWS.ru-ya bildirib ki, İrəvan hazırkı mövqeyilə KTMT üzvü olan bütün ölkələrə ziyan vurur.
“Ermənistanın siyasi addımları təşkilatı gücləndirmir, əksinə onun imicinə xələl gətirir.
Buna müsbət münasibət bəsləyə bilmərik”, - deyə politoloq qeyd edib.
Dzermantın fikrincə, Ermənistan rəhbərliyinin “Avrasiya inteqrasiyasından uzaqlaşmaq” cəhdləri açıq-aydın görünür.
İrəvan bəhanə kimi Qarabağ ətrafındakı münaqişədə KTMT-nin dəstəyinin olmaması ilə bağlı tezislərdən istifadə edir.
“Lakin heç kim Ermənistana özünün belə müstəqil dövlət kimi tanımadığı ərazini müdafiə edəcəyinə söz verməyib.
Bu, öz məsuliyyətini başqalarının üzərinə atmaq cəhdidir”, - Dzermant aydınlıq gətirib.
Politoloqun fikrincə, Ermənistan rəhbərliyinin dəyərləri qərbyönlü xarakter daşıyır, İrəvan Moskvanın dəstəyini Qərbin köməyi ilə əvəz etməyə çalışır.
Amma o hesab edir ki, bu, səhvdir, çünki postsovet məkanında NATO, ATƏT, Avropa Şurası kimi strukturlar peyda olanda onlardan yaxşı heç nə gözləmək olmaz.
“Onlar Ermənistanın təhlükəsizliyinə tam təminat verə bilməyəcəklər və şübhəsiz ki, sabitliyi pozacaqlar.
Ermənistan Rusiya ilə Belarus və İran arasında kommunikasiyada əsas körpüdür.
Nə yaxşı ki, Ermənistan artıq Türkiyə ilə təmaslara başlayır, bunu çoxdan etmək lazım idi.Amma biz - Rusiya, İran, Türkiyə, Azərbaycan çoxdandır ki, belə əməkdaşlığı təklif edirik.
Avrasiya problemlərini Qərb strukturları deyil, Avrasiya dövlətləri özləri həll etməlidir.
Fransa və ABŞ-dəki erməni lobbi strukturları İrəvanı öz təsir dairələrinə çəkir, Rusiya, İran və Türkiyəyə qarşı tarazlıq yaradır.
Biz Ermənistan rəhbərliyinin siyasətindən çox narahatıq”, - Dzermant bəyan edib.
Eyni zamanda, politoloq xatırladıb ki, Ermənistan hələ də Avrasiya strukturları ilə əməkdaşlıqdan böyük iqtisadi gəlirlər əldə edir.
Məsələn, Ermənistanla Belarus arasında ticarət dövriyyəsi durmadan artır.
Son beş ildə bu rəqəm 2,5 dəfə artıb və ötən il 84 milyon dollara çatıb.
Aİ-yə inteqrasiya perspektivlərinin öyrənilməsi üzrə Belarus Mərkəzinin rəhbəri Dmitri Belyakov əmindir ki, Paşinyanın bəyanatları Qərb üçün nəzərdə tutulub, Ukrayna sxemi ilə böyük məbləğlər almaq üçün edilir.
Onun sözlərinə görə, Paşinyanın ölkədəki siyasi və maliyyə qruplarına yenidən bölüşdürülməsi üçün köməyə ehtiyacı var.
“Bunun müqabilində bu qruplar onun hakimiyyətdə qalmasını təmin etməlidir.
Paşinyanın şəxsi marağı buradadır”, - Belyakov NEWS.ru-ya bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri KTMT-yə qarşı irəli sürülən iddiaların hüquqi uyğunsuzluğunu başa düşdüyü üçün səs-küylü bəyanatlardan o tərəfə keçmir.
2020 və 2023-cü illərdə hərbi əməliyyatlar eksklüziv olaraq Azərbaycan ərazisində aparılıb, Ermənistanın bütövlüyünə heç bir təhlükə olmayıb, ona görə də KTMT-nin İrəvana necə kömək edə biləcəyi bəlli deyil.
“Ermənistan Rusiya üçün troya atı rolunu oynayır.
Paşinyanın bəyanatları Qərbin ümumi oyun zənciri kimi qiymətləndirilməlidir.
Fransa Ermənistana ciddi silah vəd edərək nə əldə edir?
ABŞ niyə bu ölkənin problemlərini müzakirə edir?
Onların məqsədi Rusiyanı məhv etməkdir.
Ukrayna böhranı hərbi sahəyə keçib və bunda NATO və Ukrayna Silahlı Qüvvələri çox böyük hərbi potensiala malik Rusiya ilə rəqabət apara bilmir”, - ekspert vurğulayıb.
Belyakov hesab edir ki, Ermənistan Rusiyaya növbəti zərbəni endirmək üçün Qərb tərəfindən seçilib.
Belyakov proqnozlaşdırır ki, növbəti addım erməni millətçilərinin Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbləri ola bilər.
“Baza Cənubi Qafqaz və Xəzər regionunda ciddi rol oynayır.
Oradan Əfqanıstan və Pakistandan olan dini ekstremistlərin aktiv oyun oynamağa çalışdığı Mərkəzi Asiyaya qüvvələr ötürmək olar”, - belaruslu ekspert deyib.
İrəvanın Moskvaya qarşı daha bir addımı Ermənistan ərazisinə başqa ölkələrin hərbi kontingentlərinin yerləşdirilməsi ola bilər.
Bundan əlavə, bu, Qərbin kəşfiyyat strukturlarının Rusiyanın cənubundakı vəziyyəti pozmaq üçün Cənubi Qafqaza daxil olmasına yol açacaq.
Dmitri Belyakov hesab edir ki, bu gün postsovet məkanında KTMT-də ciddi islahat tələb edən yeni çağırışlar var.
Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, doqquz ədəd daraq və 293 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əlavə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində üç nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
“Xocalıya ədalət” Türkiyə olaraq bizim də şüarımızdır”.
Baş katib deyib ki, əslən Türkiyənin Sarıqamış bölgəsindəndir və vaxtilə onun yaxın qohumları da ermənilər tərəfindən soyqırıma məruz qalıb:""“Osmanlı zamanında bizim o coğrafiyada eyni Xocalıdakı kimi Qarsda, Ərzurumda, İğdırda, Bitlisdə, Sarıqamışda erməni silahlıları ata tərəfdən bütün nəslimi qətlə yetiriblər.
Təsadüfən atamın babası başqa bir kəndə gedib, yalnız o sağ qalıb.
Ona görə də mən Xocalı soyqırımını anma tədbirində çox duyğusal anlar yaşadım”.
Talıb Uzun TBMM sədri Numan Kurtulmuşun bu tədbirin təşkilində birbaşa təlimatının olduğunu vurğulayıb.
Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə...
Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məktubda deyilib ki, Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları və prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq.
Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə və onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir.
Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan, Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlmişdir.
Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir.
Qeyd olunub ki, bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümumi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübəsi də sarsılmış, qurumun iki orqanı arasında inamsızlığın yaranmasına gətirib çıxarmışdır.
Bu mənada, biz hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır.
Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdirməkdədir.
Macarıstan nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA sədrini siyasi qruplarla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyətinin təcili surətdə Parlament Assambleyasının işinə geri qayıtmasına icazə verməyə çağırıb.
Bunun artıq qurumun aprel ayında keçiriləcək sessiyasında baş verməsi arzuolunan hesab edilib.
Nemet əminliyini bildirib ki, belə bir addımın atılması Azərbaycana Avropa Şurasının məruzəçilərini ölkəyə dəvət etməyə və onların səfərini təşkil etməyə şərait yaratmaqla yanaşı, həmçinin Parlament Assambleyasını ölkədə keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün dəvət etməyə də imkan verəcək.
Məktubun sonunda deyilib:“Qeyd olunanların fonunda, qış sessiyasında qəbul edilmiş 2527 (2024) saylı qətnaməyə bir daha etirazımızı ifadə edir, Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasına geri qaytarılması istiqamətində davamlı səylər göstərmək məqsədilə şəxsən özümün və həmkarlarımın dəstəyini təklif edirə...
Bu gün, fevralın 26-da Azərbaycan sakinləri Xocalı qətliamının qurbanı olmuş həmvətənlərinin xatirəsini ehtiramla yad edirlər.
Bu barədə info24.ru resursunda yer alan məqalədə bildirilir.
“Rəsmi məlumata görə, 32 il əvvəl Ermənistan silahlı qüvvələri Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla 613 nəfəri qətlə yetirib.
8 ailə tamamilə məhv edilib, 25 uşaq yetim qalıb, 150 məhbusun taleyi hələ də məlum deyil”, - deyə yazıda bildirilir.
Qeyd olunur ki, hazırda Xocalıda fəal bərpa prosesi gedir və işi əsasən o insanlar həyata keçirirlər ki, onlar bir vaxtlar kiçik uşaq ikən doğma şəhərlərindən sağ-salamat çıxa biliblər.
Vurğulanır ki, vaxtilə Xocalıdan sağ çıxanlar və hər bir Azərbaycan vətəndaşı indi ləyaqət və qürurla azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzura baş çəkə bilər.
“Xocalı faciəsi 1992-ci il fevralın 25-dən fevralın 26-dək baş verib.
Qarabağda əsasən azərbaycanlıların yaşadığı şəhər Ermənistan silahlı qüvvələrinin kütləvi hücumuna məruz qalıb.
Hücumdan əvvəl uzun hazırlıqlar aparılıb.
Artıq 1990-cı ildən etibarən mərkəzi sovet hakimiyyətinin zəiflədiyini hiss edən Ermənistan rəhbərliyi nisbətən kiçik yaşayış məntəqəsinə təzyiqləri artırıb.
İrəvanın Xocalıya nəzarəti ələ keçirməkdə maraqlı olmasının səbəbi şəhərin əlverişli strateji yerləşməsi hesab olunur - Qarabağ ərazisində yeganə hava limanı məhz orada yerləşirdi və bir neçə mühüm magistral yol kəsişirdi.