Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Əvvəlcə şəhəri top atəşinə tutdular, sonra hücuma başladılar. |
Fevralın 26-da səhər tezdən demək olar ki, bütün Xocalını alov bürüdü. |
Şəhərdə qalan sakinlər - təxminən 2500 nəfər ən yaxın Ağdama piyada gedərək qaçmağa çalışıb. |
Ancaq çox az adam sağ çıxa bilib. |
Yüzdən çox qadın, onlarla uşaq və qoca olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilib. |
Onların bir çoxu ölümdən əvvəl işgəncələrə məruz qalıb”, - materialda qeyd olunub. |
Yazı müəlliflərinin fikrincə, bu faciə Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq. |
İldırım Məmmədov Qubanın Yalavanc kəndində böyük qoyunçuluq təsərrüfatının sahibidir. |
Bu sahədə zəngin təcrübəyə malik olan sahibkar müsahibəsində qoyunçuluğun xalqımızın tarixində oynadığı roldan, ölkəmizdə qoyunçuluq təsərrüfatının inkişaf perspektivindən, təsərrüfatçıların üzləşdiyi çətinliklərdən söz açıb. |
İ.Məmmədov bildirib ki, apardığı araşdırmalar nəticəsində gəldiyi qənaət ondan ibarətdir ki, yaxın 40 il ərzində bazarda qoyun ətinin qiymətinin enmə perspektivi yoxdur. |
Sahibkar bildirib ki, bunun əsas səbəblərini qanunda olan müəyyən boşluqlar, təsərrüfat sahiblərinin kəndi tərk edərək şəhərə axışmasında görür:""“Vaxtı ikən bizim qoyunçuluq sahəsində peşəkar mütəxəssislərimiz var idi. |
Bu gün onların nəvələri qoyunları satıb şəhərdə taksi xidməti ilə məşğul olurlar. |
Bu uşaqlar hamısı qoyunçuluqla məşğul olan kişilərin nəvələridir”. |
İ.Məmmədovun həmçinin qoyunun bəslənməsi, onun ətinin keyfiyyətinin artırılması istiqamətində tövsiyələri də paylaşıb. |
Fermer bildirib ki, ətin keyfiyyəti heyvana qulluqdan, ona vaxtı-vaxtında lazımi dərmanlarla təmin edilməsində, eyni zamanda düzgün kəsim prosesindən asılıdır. |
“Azərbaycanla Ermənistan arasında bütün problemlər həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədini açmayacaq”. |
APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankarada “Türkiyə-Azərbaycan Dostluq Vəqfi” və Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə baş tutan anım mərasimində ç... |
O qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əks olunan Konstitusiyasını dəyişməlidir, əks halda belə bir dövlətlə sülh mümkün olmayacaq. |
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu prosesi yaxından izləyir. |
Şamil Ayrım, həmçinin, iki ölkənin münasibətlərinin Şuşa Bəyannaməsindən irəli gələn prinsiplərə uyğun olaraq daha da dərinləşdiyini bildirərək, bütün Türk dünyasının birləşməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. |
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər Təhsil Sektoruna yeni müdir təyinatı olub. |
Bununla bağlı müvafiq əmr imzalanıb. |
Müvafiq əmrlə bu vəzifəyə Varis Qasımlı təyin olunub. |
Qeyd edək ki, V.Qasımlı bu təyinata qədər Şirvan-Salyan Regional Təhsil İdarəsində aparıcı məsləhətçi çalışıb. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Prezident İlham Əliyev Xocalıda “Xocalı soyqırımı memorialı”nın təməlini qoydu. |
Bölgədəki əmin-amanlığı qəbul edə bilməyənlərə xarici işlər naziri Ceyhun Bayramov hansı mesajı verdi? |
Ukraynaya yardım məsələsi Avropanı parçaladı. |
Tərəflər bir-birini nədə günahlandırırlar? |
Azərbaycanda əxlaq polisi yaradılması təklif olundu. |
Yeni qurum hansı hallarla mübarizə aparacaq? |
Yeniyetmə qızını ərə vermək üçün ata saxtakarlığa əl atdı. |
O, qızının şəxsiyyət vəsiqəsi əvəzinə kimin sənədini təqdim etdi? |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
“Şahdəniz 2” layihəsi çərçivəsində “Şahdəniz” yatağının şimal-şərq cinahından hasilata başlanılıb. |
Bu barədə bp şirkətindən bildirilib. |
Məlumata görə, ilin əvvəllərinə planlaşdırılmış bu hadisə tam təhlükəsiz şəkildə yerinə yetirilib. |
Bundan əvvəl şimal-şərq cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilmişdi. |
Yenicə istismara başlamış şimal-şərq cinahında hazırda beş quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 kilometr uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli Şahdəniz qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var. |
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir. |
Fransız jurnalist Antuan Qalindo Efiopiyada saxlanılıb. |
O, ölkədə xaos yaratmaqda ittiham olunur. |
Məlumata görə, jurnalist Afrika İttifaqının sammitini işıqlandırmaq üçün fevralın 13-də Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə gəlib. |
Qalindo Efiopiyanın Oromiya əyalətinə daha çox muxtariyyətin verilməsini tələb edən müxalif Oromo Azadlıq Cəbhəsi partiyasının nümayəndəsi ilə görüş zamanı həbs edilib. |
Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında ərizəsini ratifikasiya edib. |
Bu barədə ölkənin ali qanunverici orqanının saytında yayımlanan iclasın moderatoru məlumat verib. |
Deputatların böyük əksəriyyətinin İsveçin alyansa qoşulmasını dəstəkləməsindən sonra o, “Qərar verildi” - deyə bildirib. |
Səsvermənin nəticələri tabloda göstərilib:188 lehinə, 6 əleyhinə. |
Qeyd edək ki, Macarıstan parlamentində 199 deputat var. |
Bununla da, Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi olub. |
Həmçinin, Macarıstan parlamenti ölkə prezidenti Katalin Novakın fevralın 10-da təqdim etdiyi istefa ərizəsini təsdiq edib. |
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. |
President.az xəbər verir ki, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı yubileyi münasibətilə təbrik edib, Türkiyənin rifahı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. |
Türkiyə dövlətinin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. |
Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinə və xalqına başsağlığı verib. |
Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını ifadə edib. |
Söhbət zamanı İlham Əliyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin önəmi bir daha qeyd edilərək, bu səfərin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. |
Dövlət başçıları Şuşa Bəyannaməsinin əhəmiyyətinə bir daha toxunaraq, bu Bəyannamənin uğurla həyata keçirilməsindən məmnunluqlarını bildiriblər. |
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi a... |
Azərbaycanın qadınlardan ibarət əsas, U-20 və U-17 yığmalarının üzvlərindən formalaşmış geniş heyət Göygöl Olimpiya İdman Kompleksində məşqlərə başlayıb. |
Federasiyadan verilən məlumata görə, martın 10-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev, eləcə də U-20 və U-17 millilərinin böyük məşqçisi Rövşən Umudovla Solmaz Adilovanın rəhbərliyi altında 27 güləşçi yer alıb. |
Qeyd edək ki, hazırlıq prosesinə qatılan güləşçilərin bir qismi martda Türkiyənin Antalya şəhərində keçiriləcək “Zəfər kuboku” və “Çempionlar” turnirində iştirak edəcək. |
Bakı sakini narkotikdən zəhərlənərək ölüb. |
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. |
Rayon sakini, 34 yaşlı Ələsgər Rəhimbala oğlu Cəlilov qəbul etdiyi narkotikdən zəhərlənərək ölüb. |
22-25 fevral 2024-cü il tarixlərində Bolqarıstanın Varna şəhərində Azərbaycan Karate Federasiyasının rəhbərliyi - vitse-prezidentlər Füzuli Musayev, Rəhman Hətəmov və baş katib Qabil Sayadov Kyokuşin Dünya Birliyinin (KWU) SENŞİ qış seminarında iştirak ediblər. |
Bu barədə Federasiyadan məlumat verilib. |
Bildirilib ki, seminar müddətində SENŞİ professional Liqa yarışları da təşkil olunub. |
Dörd günlük seminarda dünyanın ən tanınmış kyokuşinkay karate, K-1, kudo, UFC, kikboksinq və senşi ulduzları iştirak ediblər. |
Onlar arasında Akira Masuda, Semmy Şilt, Albert Kraus, Fransisko Filyo, İvo Kamenov, Qlaub Feitosa, Yusuke Fuji və digər məşhur ustalar yer alıblar. |
Fevralın 26-sı saat 19 radələrində Tərtər rayonu ərazisində 1984-cü il təvəllüdlü Elburus Şəmilovun öldürülməsi barədə Tərtər Rayon Prokurorluğuna məlumat daxil olub. |
Baş Prokurorluqdan verilən məlumata görə, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. |
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. |
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. |
21:12"Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Elbrus Cəbrayıl oğlu Şəmilovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Muradxan İsa oğlu Hüseynov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Zaqatalada ikimərtəbəli, doqquzotaqlı fərdi yaşayış evi yanıb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, yanğın hadisəsi saat 19:23-də rayonun Danaçı kəndində, kənd sakini Mohuma Məmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 390 kvadratmetr olan ikimərtəbəli, doqquz otaqdan ibarət fərdi yaşayış evində baş verib. |
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. |
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. |
Yanğın məhdudlaşdırılıb, söndürülmə işləri aparılır. |
İlkin məlumata görə, xəsarət alan olmayıb. |
Azərbaycan xalqı ən yeni tariximizin ən qanlı hadisələrindən biri - Xocalı faciəsinin 32-ci ildönmünü qeyd etdiyi bir zamanda həmin ərazidə daha bir kütləvi məzarlığın aşkar olunduğu barədə xəbərlər yayılıb. |
Bu barədə “Caliber”in “YouTube” səhifəsində yayımlanan yeni süjetdə qeyd edilib. |
Qeyd olunur ki, bu və daha öncə tapılan analoji məzarlarda məhz soyqırımına məruz qalan azərbaycanlıların dəfn olunduğu heç bir şübhə doğurmur. |
Belə ki, ermənilər yalnız nifrət etdikləri azərbaycanlılara qarşı bu cür davrana, onları kütləvi şəkildə heç bir ad və ya nişanlama olmadan basdıra bilərdilər. |
Bununla yanaşı, cəsəd qalıqları üzərində işgəncə əlamətləri də açıq-aydın müşahidə olunur. |
Daha ətraflı “Caliber”in yeni videomaterialında: |
Macarıstan parlamenti Konstitusiya Məhkəməsinə rəhbərlik etmiş Tamaş Şuyoku ölkənin yeni prezidenti seçib. |
Yeni prezidentin seçilməsi yaz sessiyasının ilk günündə baş tutub. |
Belə ki, 67 yaşlı Şuyokun namizədliyi hakim partiyalar olan FİDES - Macarıstan Vətəndaş Birliyi və onların partnyorları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən irəli sürülüb. |
Səsvermə zamanı bütün hökumətyönlü deputatlar Şuyoku dəstəkləyiblər və bu, onun birinci turda qələbəsini təmin edib. |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, ötən gün Ukraynanın Dnepropetrovsk, Nikolayev, Xarkov, Xerson, Donetsk vilayətləri çox güclü hava hücumuna məruz qalıb:""“Donetsk və Xersonda qarşılıqlı döyüşlər daha da şiddətlənib. |
Nikolayev vilayətində hətta Ukraynaya səfər etmiş Almaniyanın xarici işlər naziri Annalena Berbokun olduğu ərazi dron hücumlarına məruz qalıb. |
Onu sığınacağa təxliyə ediblər”. |
Qeyd edilib ki, Polşa ilə sərhəddə də vəziyyət olduqca gərginləşib:""“Hər gün Ukrayna vaqonları darmadağın edilir, taxıllar yerə tökülür. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.