Search is not available for this dataset
text
stringlengths
10
518k
“Xocalı faciəsi gələcək üçün böyük əhəmiyyət kəsb edirdi, çünki bütün Azərbaycan xalqını sadə aydın ideya ətrafında birləşdirdi.
Bu ideya ondan ibarət idi ki, xalqı amansız düşməndən yalnız Azərbaycanın qalib gələn güclü ordusu qoruya bilər”, - S.Markov vurğulayıb.
Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə mülki əhalini qoruyan deyil, həm də Qarabağın bütün ərazisini tamamilə azad edən ordu yaratdı.
“Bundan sonra dəhşətli soyqırımı qurbanlarının anım tədbirləri bilavasitə faciə baş verən yerdə - Xocalıda keçiriləcək”, - S.Markov əlavə edib.
Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün anım abidəsi ziyarət olunub.
Bu barədə Böyük Britaniya səfirliyindən məlumat verilib.
Londonda yaşayan Azərbaycan icmasının üzvləri, Azərbaycanın Londondakı səfirliyinin əməkdaşları və Britaniyada təhsil alan tələbələr Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Londonda “Memorial Garden”in önündə toplaşıblar.
Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olduqdan sonra, abidə önündə qərənfil gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən səfir Elin Süleymanov Xocalı Faciəsi qurbanlarının qanının müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev sayəsində yerdə qalmadığını, artıq Xocalı şəhəri də daxil olmaqla bütün Azərbaycan ərazisində şanlı bayrağımızın qürurla dalğalandığını bildirib.
London Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, iş adamı Şahin Vəlisoy və digər qonaqlar soyqırımı hadisəsi ilə bağlı fikirlərini bölüşüblər.
Bütün tədbir iştirakçıları məşəqqətli illərdən keçən Azərbaycan xalqının bu gün rifaha çatdığını, cənab Prezident və qalib ordumuz sayəsində bütün dünyada başı uca təmsil olunduqlarını vurğulayıblar.
Bakının Sabunçu rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün Latın Amerikası üzrə yayımlanan Kolumbiyanın aparıcı telekanalı “NTN24”də Xocalı soyqırımına həsr olunmuş geniş süjet efirə gedib.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Süjetdə erməni cəlladlarının Xocalıda törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, ölkə ərazisində kütləvi məzarlıqların tapılmağa davam etməsi və bu dəhşətli faciəni törədənlərin hələ də layiqli cəzalarını almadıqları barədə ətraflı məlumat verilir.
Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc Xocalı sakini erməni quldurları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmiş, bəziləri hətta diri-diri yandırılmış və başları kəsilmişdir.
“Humanitar dəhliz” adı altında erməni canilərinin günahsız insanları mühasirəyə alaraq misli görülməmiş qətliam törətdikləri vurğulanır.
Human Rights Watch təşkilatının Xocalı hadisələrini Qarabağ müharibəsi zamanı baş vermiş ən böyük qırğın kimi qiymətləndirdiyinə diqqət çəkilir.
Bildirilir ki, 30 il müddətində işğal altında saxlanılan Azərbaycan torpaqlarında tapılan kütləvi məzarlıqlar təkcə bu ərazilərdə insanlıq əleyhinə həyata keçirilmiş cinayətlərin izlərinə dəlalət etmir, həm də insanların bu ağrılı günləri yenidən yaşamasına səbəb olur.
Yayım zamanı dünyanın, eləcə Latın Amerikasının bir sıra ölkələrinin Xocalı faciəsini soyqırım kimi tanıdıqları, bununla belə bu vəhşilikləri törədənlərin cəza almadıqları qeyd olunur.
“Eurovision” yarışmasının qalibi, tanınmış müğənni Nigar Camalın “Məhv olmuş arzular” klipi vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini Xocalı soyqırımına, ədalətə çağırışa yönəltməyə cəhd etdiyi bildirilir.
Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət” aksiyası keçirilib.
Onlar Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərinə müraciətlərində Xocalı faciəsinin səbəbkarlarının qanun qarşısında cavab verməsini tələb edib, “Ermənistana ar olsun!”, “Xocalıya Ədalət” şüarları səsləndiriblər.
Aksiya zamanı həmvətənlərimiz yerli ictimaiyyəti Xocalı şəhərinin dinc əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, habelə Azərbaycan əhalisinin Ermənistan tərəfindən etnik təmizlənməyə məruz qalmasını barəsində məlumatlandırıblar.
Bir neçə saat davam edən aksiyada Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən erməni canilərinin fotoları da nümayiş olunub və beynəlxalq təşkilatlardan əsrin ən böyük insanlıq cinayəti olan Xocalıya ədalət tələb olunub.
Nümayişçilər aksiyanın sonunda Ermənistan səfirliyinin qapısına etiraz notası buraxıblar.
Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayonun Yenikənd kənd sakini Maxsud Nəsirli rayonun Ərşəli kəndi ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə və əlində olan bağlamaya keçirilən baxış zamanı təmiz çəkisi 5 kiloqramdan artıq olan marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı M.Nəsirli narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini etiraf edib.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Ermənistan baş naziri Nikol Paşinyanla Ermənistan parlamentinin deputatları arasında qapalı görüş baş tutub.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Mətbuatdan gizli baş tutan görüşün üç saatdan çox davam etdiyi bildirilir.
Ermənistan mətbuatı yazır ki, qapalı görüşdə N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş də daxil olmaqla Münhen danışıqlarının nəticələrini təqdim edib.
O, danışıqlar prosesində xüsusi irəliləyişin olmadığını bildirib.
Hələlik qapalı görüşün digər detalları məlum deyil.
Öz növbəsində Ermənistan mətbuatı və hakim partiya görüşlə bağlı hər hansı açıqlama yaymayıb.
Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Qarayevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, hadisə 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Ağstafa şəhəri, Ə.Nəbiyev küçəsində yerləşən evdə qeydə alınıb.
Belə ki, Samir Qarayev evdə olan zaman aralarında əvvəllər yaranmış borc pul mübahisəsinə görə qonşusu, zərərçəkmiş T.Q.
(şərti) onun yaşadığı evinin həyətinə daxil olub.
Bu zaman zərərçəkmiş onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyüb.
Daha sonra o, zərərçəkmiş şəxsi itələyərək evinin qapısından çölə çıxarmaq istəyib.
Həmin vaxt Samir T.Q.-nin saçından tutaraq qəsdən yerə çırparaq ona xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Qarayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
Gəncə Apellyasiya Məhkəməsi protesti təmin etməyib.
Bakı Apellyasiya Məhkəməsində “Naz Studio” MMC-nin direktoru Nazlı Süleymanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Nazlı Süleymanova Bakıda səyyar masaj xidməti göstərmək adı ilə qurduğu şirkətinin intim xidmətlər göstərməsi səbəbindən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Aparılan araşdırma zamanı məlum olub ki, Nazlı Süleymanova 29 sentyabr 2021-ci il tarixdə “Naz Studio” MMC-ni təsis edib və şirkətinin fəaliyyət istiqaməti səyyar masaj xidməti göstərməkdən ibarət olub.
Bununla bağlı müxtəlif elan saytlarında vakansiya elanları yerləşdirib və masaj xidməti göstərmək istəyən xanımlarla “WhatsApp” vasitəsilə əlaqə saxlayıb.
Daha sonra onlardan şəkillərini göndərmələrini xahiş edib.
Bəyəndiyi qadınları evinə çağıraraq, quraşdırdığı videomüşahidə kamerasının altında şirkətin adından tərtib etdiyi müqaviləni imzalatdırıb.
Bundan sonra ona masajla bağlı müraciət edən müştərilərə xidmət göstərəcək qadınların şəkillərindən ibarət olan kataloqu “WhatsApp” vasitəsilə göndərib.
Müştəri bəyəndiyi halda qadınları onların olduğu ünvana yollayıb.
İntim xidmət göstərmək istəməyən qadınları təhqir edib və hədələyib.
Etiraz edənlər arasında Aybəniz, Şəfa, Nuranə, Hülya, Zümrüd adlı qadınlar da olub.
Onlar məhkəmə ifadələrində Nazlı Süleymanovadan şikayətçi olduqlarını deyiblər.
Qadınların “xidmət haqqı” işə görə 100 manatdan 300-400 manat arasında dəyişib.
Məhkəmənin qərarı ilə Nazlı Süleymanova Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 500 manat cərimə cəzası təyin edilib.
Həmin məcəllənin 69.4-cü maddəsinə əsasən Nazlı Süleymanova həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 1 gün nəzərə alınmaqla üzərində qəti olaraq 2 600 manat cərimə cəzası saxlanılıb.
Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Lənkəran sakinləri Yardımlıda 15 kiloqram narkotiklə saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakinləri Xəyal Əlizadə və əvvəllər məhkum olunmuş Valeh Əhmədov VAZ-2106 markalı avtomobil...
Polis əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı saxlanılan şəxslərə məxsus olan 1 ədəd torbanın içərisindən 15 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
V.Əhmədov və X.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Azərbaycan Prezidentinin andiçmə mərasimində söylədiyi nitq yeni tarixi mərhələyə qədəm qoymuş müstəqil dövlətimizin strateji hədəfləri, bugünkü və gələcək qayğıları, qarşımızda duran vəzifələr haqqında kifayət qədər aydın təsəvvür yaradır.
Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də milli dövlətçilik maraqlarımızın müdafiəsi, ölkənin təhlükəsizliyinin qorunması, vətəndaşların rifahının təmin edilməsi üçün zəruri olan siyasi qərarların vaxtında qəbul edilməsinə zəmanət verən idarəetmə sisteminin təxmini konturlarını göstərdi”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Deputatın sözlərinə görə, Prezidentin xüsusi vurğuladığı məqamların hər birini ayrıca təhlil etmək, Azərbaycan tarixinin ən böyük zəfərinə imza atmış siyasi liderin ölkənin gələcəyi haqqında düşüncələrini ifadə edən tezislərin analizini aparmaq çox vacib siyasi-ideoloji əhəmiyyətə malikdir:""“Dünyada baş verən proseslə...
Yaşadığımız regionda, eləcə də bizə yaxın və uzaq coğrafiyalarda müşahidə etdiklərimizə əsaslanaraq tam əminliklə söyləmək olar ki, dünya heç vaxt indiki qədər təhlükəli olmayıb.
Onu da qətiyyətlə söyləmək mümkündür ki, indi yaşadığımız hadisələr həm də dünyanın heç vaxt əvvəlki kimi olmayacağına işarə edir.
Bəs bu mürəkkəb, ziddiyyətli, ənənəvi nizamı artıq pozulmuş, gücün beynəlxalq hüququ amansızcasına üstələdiyi dünyada Azərbaycan kimi kiçik dövlətlərin öz mövcudiyyətini qoruması üçün nə etməsi lazımdır?
Prezident İlham Əliyevin nitqində bu sualın çox aydın, birmənalı və geniş cavabını tapmaq mümkündür.
Bu nitqi dövlət başçısının əvvəlki andiçmə mərasimlərindəki nitqlərindən, hətta bəlkə də, bütün çıxışlarından fərqləndirən əsas məqam da, fikrimcə, elə bundan ibarətdir.
Mübaliğəsiz və əminliklə demək olar ki, Azərbaycanı indiki mürəkkəb geosiyasi şərtlərdə şanslı hesab etməyə əsas verən də ölkəyə məhz belə güclü liderin rəhbərlik etməsidir.
Müstəqillik tariximizin ayrı-ayrı dövrlərini, nailiyyətlərimizi və uğursuzluqlarımızı saatlarla təhlil etmək mümkündür.
Lakin bu yazının əsas məqsədi Azərbaycanın gələcək hədəfləri, yeni geosiyasi situasiyada qlobal çağırışların diktə etdiyi məsələlərin həlli üçün həyata keçiriləcək ən mühüm vəzifələrdən birinin həllinə verə biləcəyimiz töhfəyə diqqəti çəkməkdir.
Azərbaycan tarixinin yeni dövrü təkcə dünya nizamının transformasiya mərhələsinə təsadüf etmir, eyni zamanda, qlobal ekoloji problemlərin ümumbəşəri təhdidə çevrildiyi taleyüklü bir anda başlayır”.
Ramin Məmmədov fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin müstəqillik tarixinin çox mühüm və zəfərlərlə zəngin mərhələsinə yekun vurduğu və indi yeni dövrə qədəm qoyduğumuz fikrindədir.
O, bu dövrün ən vacib məsələlərindən birinin iqlim dəyişikliklərinin dünya üçün yaratdığı təhdidlər olduğunu vurğulayır:""“Bərpa olunan enerji istehsalı sahəsində atılan ardıcıl addımlar, COP29 kimi mötəbər bir forumun Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar göstərir ki, bu gün qarşımızda duran ən strate...
Bu ona görə vacibdir ki, qlobal enerji sisteminin transformasiyasının vüsət alması, enerji və iqlim məsələlərinin nəinki ölkələrin daxili siyasətində, eləcə də beynəlxalq münasibətlər sistemində ən aktual mövzular sırasında olduğu müasir dövrdə enerji innovasiyasının sərhədləri yenidən müəyyən olunur.
Bütövlükdə bəşəriyyətə təhlükə yaradan ekoloji çağırışlar fonunda Azərbaycanın sol illərdə həyata keçirdiyi enerji və iqlim siyasəti enerji təhlükəsizliyi arxitekturasının bərpa olunan enerji mənbələri hesabına möhkəmləndirilməsini təşviq edir.
Təsadüfi deyil ki, Azərbaycan son illərdə əldə etdiyi uğurlar nəticəsində Dünya İqtisadi Forumunun hesabatlarında Enerji Keçidi İndeksinə (ETİ) görə çox böyük sıçrayışa nail olub və dünya ölkələri arasında 32-ci yerdə qərarlaşıb.
Dünya üzrə orta ETİ göstəricisi 56,3 olduğu halda, Azərbaycanda bu göstərici 62-dir.
Prezidentin də qeyd etdiyi kimi, 2030-cu ilin sonuna qədər Azərbaycanda beş min meqavata yaxın bərpa olunan enerji növlərinin yaradılması planlaşdırılır.
Bunlar, əsasən, Günəş, külək və hidro - su elektrik stansiyaları hesabına həyata keçiriləcək.
Dünya İqtisadi Forumunun hesabatlarına istinad etsək, Azərbaycan bərpa olunan enerji mənbələrinə qoyulan investisiyanın ÜDM-də payına görə aparıcı ölkələrin siyahısındadır.
ÜDM investisiyalarının ən böyük payına (1,5 faiz) sahib ölkə olan Çindən sonrakı yerdə Vyetnam, Azərbaycan və Bosniya və Herseqovina gəlir”.
“Ölkəmizin son illərdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə qurmağa başladığı yaşıl enerji sistemi Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunması, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım öl...