Search is not available for this dataset
text
stringlengths
10
518k
İsrailin indiki və keçmiş rəsmiləri dəfələrlə bəyan ediblər ki, Sinvar ələ keçirilməyənə, öldürülənə və ya heç olmasa, hərəkata rəhbərlik etməyənə qədər İsrail dövləti Qəzza zolağında hərbi əməliyyatı dayandırmayacaq.
2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi təyinatlıları ilə kəşfiyyat tapşırıqlarının icrası üzrə məşqlər keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Real döyüş şəraitinə uyğunlaşdırılmış təlim məşqlərində xüsusi təyinatlılar müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatlarında, o cümlədən yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqları icr...
Xüsusi təyinatlılar zərbə PUA-sı tətbiq edilməklə şərti düşmənin müşahidə məntəqələri və uzunmüddətli atəş nöqtələrini sıradan çıxarıb, aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil qruplar şəklində mövqelərə qəfil sızaraq pusqu, basqın təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Şərti terrorçu qrup tərəfindən ələ keçirilən gəminin azad edilməsi və gəmi heyətinin təhlükəsiz şəraitdə təxliyəsi tapşırıqlarının icrası zamanı da yüksək peşəkarlıq nümayiş etdirilib.
Təlim məşqlərində qarşıya qoyulan tapşırıqlar dəniz xüsusi təyinatlıları tərəfindən müvəffəqiyyətlə icra olunub.
Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:""“Qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda ağır fəsadlara yol açır.
Odur ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına çağırır:""- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;"- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nə...
Unutmayın:Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
Rusiyanın Primorye diyarında dəhşətli qəza baş verib.
Bu barədə regional Daxili İşlər Nazirliyinin məlumat yayıb.
Belə ki, sürətlə hərəkət edən yük maşınının daşıdığı beton plitələr yola düşərək qəzaya səbəb olub.
Hadisə nəticəsində ölənlər və yaralananlar var.
Bildirilib ki, plitələr arxadan gələn üç maşını əzib.
Avtomobillərdən biri aşaraq yoldan bir neçə metr kənara düşüb.
Ümumilikdə qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Təklif çərçivəsində Türkiyənin aşağıdakı şəhərlərinə endirimli qiymətlərlə aviabilet əldə etmək mümkündür:""İstanbul (İstanbul və “Sabiha Gökçen” hava limanları), Antalya, Ankara, İzmir və Trabzon.
Aksiya Novruz çərşənbələrindən biri olan Su çərşənbəsinə həsr olunub.
Belə ki, fevralın 27-də əldə edilən aviabiletlərə xüsusi qiymətlər tətbiq edilir.
Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel-31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.
İstanbul şəhərinə yeni hava limanı vasitəsilə səyahət edərkən aviabiletləri bir tərəfə 219 manata, hər iki istiqamətdə 309 manata, “Sabiha Gökçen” hava limanı vasitəsilə səyahət edərkən bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini 258 manata əldə etmək mümkündür.
Antalya şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 219 manat, hər iki istiqamətdə 309 manat təşkil edir.
Ankara, İzmir və Trabzon şəhərlərinə bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini isə 258 manata əldə etmək olar.
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir.
Endirimli aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Endirimli qiymətlərdən yararlanaraq yaz aylarında qardaş ölkəyə səyahət etmək fürsətini qaçırmayın.
ABŞ Prezidenti Co Bayden jurnalistlərin Qəzza zolağındakı danışıqlarla bağlı suallarını qəribə formada cavablandırıb.
Dondurmasını əlindən yerə qoymaq istəməyən Bayden danışıqların nə vaxt başlayacağına dair dəqiq fikir bildirməyib.
“Ümid edirəm ki, həftəsonunun əvvəlinə qədər.
Mən həftə sonunun sonunu nəzərdə tuturam.
Ən azından, milli təhlükəsizlik müşavirim bizim buna yaxın olduğumuzu deyir”, - deyə ABŞ prezidenti qeyri-müəyyən cavab verib.
Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib.
Oxu.Az bildirir ki, bu barədə Şəki şəhər Kimya-biologiya təmayüllü liseydən məlumat verilib.
Bildirilib ki, o, BMT-nin Azərbaycandakı proqramlarına gənclərin səslərinin daxil edilməsi və təşkilatın yerli qurumunun ölkə gəncləri ilə əməkdaşlığını, dialoq və tərəfdaşlığı genişləndirməsi istiqamətində məsləhətlər verəcək.
UNYAC üzvləri BMT Azərbaycan və BMT tərəfindən gənclərlə bağlı regional və qlobal səviyyədə təşkil edilən görüş və tədbirlərdə iştirak edərək 2021-25-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin planlaşdırılması və təhlili ilə bağlı müzakirələrin bir parçası olacaq,...
Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli martda yaşıl meydanlara qayıda bilər.
Bu barədə “Slobodnadalmacija” nəşri məlumat yayıb.
Bildirilib ki, Zaqreb təmsilçisində 26 yaşlı hücumçu ilə yanaşı, Dino Periç, Marko Roq və Luka Stoykoviç mərhələli şəkildə martda sıraya dönəcəklər.
Amma klubun həkimlərinin proqnozları çox təmkinlidir.
Onların fikrincə, oyunçuların mümkün qayıdışı çempionatın sonuna qədər də çəkə bilər.
Sadeq Moharrami və Lukas Kacavendanın cari mövsüm oynamayacağı dəqiqdir.
Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində zədələnib.
“İsrail müzakirə olunan atəşkəs razılaşması əsasında müsəlmanların müqəddəs Ramazan ayı ərzində Qəzzaya hücumunu dayandırmağa razılaşıb”.
Bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Ramazan yaxınlaşır və onlar Ramazan ayında döyüşləri dayandırmaq barədə razılığa gəliblər”, - deyə o qeyd edib.
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.
President.az xəbər verir ki, Taufiq bin Fauzən Əl Rabiə İlham Əliyevi prezident seçkisində qələbəsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Qonaq əvvəl çalışdığı vəzifələrdə də ölkəmizə səfər etdiyini xatırladaraq son dövrlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələrdə olduğu kimi turizm sahəsində də əməkdaşlığın genişlənməsini və qarşılıqlı turist səfərlərinin artmasını məmnunluqla qeyd edib, uçuş reyslərində olan d...
Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyini deyən Taufiq bin Fauzən Əl Rabiə ölkəsinin də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində add...
Qonaq “Expo-2030”un və 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Azərbaycanın verdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.
Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının İslam həmrəyliyi prinsipindən çıxış edərək Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan ilə diplomatik əlaqələr qurmamasını xatırladaraq, İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu cür ədalətli mövqedən çıxış etməsinin Azərbaycan xalqı və d...
Prezident İlham Əliyev hazırda Qarabağda aparılan bərpa-quruculuq işlərini qeyd edib və “Böyük Qayıdış” layihəsinin həyata keçirildiyini bildirib.
Azərbaycanda Səudiyyə Ərəbistandan olan turistlərin sayının artmasındakı müsbət dinamikaya toxunan dövlətimizin başçısı turistlərin sayı ilə bağlı COVID-19 pandemiyasından əvvəlki rəqəmlərə çatmağın vacibliyini vurğulayıb və bu istiqamətdə böyük potensialın olduğunu deyib.
Görüşdə Azərbaycanda və Səudiyyə Ərəbistanında ölkələrimizin iqtisadi, investisiya, turizm və digər potensialını əks etdirən sərgilərin təşkilinin vacibliyi bildirilib, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd edilib.
Həm Azərbaycanda, həm də Səudiyyə Ərəbistanında urban inkişaf üzrə çox böyük layihələrin həyata keçirildiyi bildirilərək bu sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.
Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.
10:40"Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.
Bununla bağlı President.az məlumat yayıb.
Ankara Respublika Prokurorluğu İŞİD terror təşkilatına qarşı aparılan istintaqda şübhəli bilinən 20 nəfər haqqında həbs qərarı çıxarıb.
Bu barədə Respublika Baş Prokurorluğundan açıqlama verilib.
Məlumata görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalarda barələrində həbs qərarı çıxarılanların İŞİD-in “Tevhid dergisi” adı altında Ankara strukturunda fəaliyyət göstərdikləri müəyyən edilib.
Həmçinin şübhəlilərin tutulması istiqamətində əməliyyatın davam etdiyi qeyd edilib.
Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb.
“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.
Belə ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb.
Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.
Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib.
Artıq iş üzrə ekspertiza təyin olunub.
Qeyd edək ki, döyülən qadın da həkimdir.
Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.
Faktla bağlı araşdırma aparılır.
Salyan rayonunda məktəbli qız dünyasını dəyişib.
Bu barədə Salyan şəhər Azər Səfərov adına İnternat ümumi orta məktəbi məlumat yayıb.
Bildirilib ki, məktəbin 7-ci sinif şagirdi Fatimə Cavadova kəskin böyrək çatışmazlığından vəfat edib.
Yasamal rayonu, Kənar dairəvi yolun 5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Lökbatan dairəsi istiqamətində sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin NİİM-in əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.
A post shared by Oxu.az RU (@ruoxuaz)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və “McDonald’s Azərbaycan” QSC arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.
DSMF-nin İdarə heyətinin sədri Himalay Məmişov bildirib ki, sənəd korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlığı nəzərdə tutur.
Tərəflər əhalinin sosial cəhətdən həssas kateqoriyaya aid insanlara, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Vətən müharibəsində mübarizə aparan şəhid və qazilərin övladlarına dəstək olmaq məqsədilə sosial layihələr həyata keçirəcək.
“McDonald’s Azərbaycan” QSC-nin baş direktoru Oskar Boqopolskiy qeyd edib ki, sosial məsuliyyət “McDonald’s” şirkətinin korporativ siyasətinin vacib hissəsidir və DSMF-lə əməkdaşlıq bu istiqamətdə şirkətin fəaliyyətinin sərhədlərini daha da genişləndirir.
“Biz bu əməkdaşlığın uzunmüddətli olacağına əminik və nəzərdə tutulan layihələrin başlanmasını səbirsizliklə gözləyirik.
Bu barədə ictimaiyyətə daha ətraflı məlumat təqdim ediləcək.
Şəhidlərin və Vətən müharibəsinin qazilərinin övladlarına dəstək olmaq hər birimizin mənəvi borcudur və biz bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq”, - O.Boqopolski qeyd edib.
NATO-nun Baş katibi Yens Stoltenberq Böyük Britaniyadan olan Farah Daxlallahı qurumun sözçüsü təyin edib.
Bu barədə Alyansın Mətbuat Xidməti məlumat yayıb.
Farah Daxlallah bu vəzifədə Dilan Uaytı əvəz edəcək.
Məlumat üçün əlavə edək ki, Farah Daxlallah daha əvvəl Birləşmiş Millətlər Təşkilatında, Böyük Britaniya hökumətində və “AstraZeneca” şirkətində, eləcə də bir sıra media təşkilatlarında çalışıb.
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov avrokubokun final matçına təyinat alıb.