Search is not available for this dataset
text
stringlengths
10
518k
AVF-nin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, o, qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi olacaq.
C.Cəfərov Fransada yerli “Neptunes Nantes” və İtaliyanın “Igor Gorgonzola Novara” klublarının qarşılaşmasında CEV nümayəndəsi qismində hakimlərin və supervayzerin işini qiymətləndirəcək.
Görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsex Maroszek olacaqlar.
Matç fevralın 28-də keçiriləcək.
Qeyd edək ki, finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir:""“Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həmdə məktəblilərlə tez-tez maarifləndirici təd...
Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar”.
BDYPİ valideynlərə çağırış edərək belə hallara yol verməməyə çağırıb.
Azərbaycanda toxumluq kartofu dərmanlayan şəxs effektini görmədiyini bildirib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Sabir adlı fermer kartofa qurd əleyhinə dərman vursa da, nəticəsinin olmadığın deyib.
Onun kartofa vurduğu dərmanın rəngi, həm də nəticəsinin olmaması müzakirələrə səbəb olub.
Məsələ barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülər agentliyin mütəxəssisləri tərəfindən araşdırılıb:""“Bununla əlaqədar bildiririk ki, bir çox kənd təsərrüfatı bitkiləri kimi, kartof üçün də əkinqabağı müvafiq qaydada profilaktik tədbirlər həyata keçirilir.
Əkindən qabaq toxumluq kartof yumruları zəif manqan-sulfat (0,15%-li), bor turşusu, sink-sulfat (0,05%), ammonium-molibdenat (0,05%), kobalt-sulfat (0,01%-li), kalium-yod (0,01%-li) məhlulları ilə işlənir.
Dərmanlama, əsasən, kartof yumrularını bir sıra xəstəliklərdən (xüsusən, göbələk mənşəli) və zərərvericilərdən qorumaq üçün aparılır.
Dərmanlama məqsədilə yalnız dövlət qeydiyyatına alınmış və istifadə təyinatı uyğun olan bitki mühafizə vasitələrindən, eyni zamanda, dərmanlama işləri həyata keçirilərkən qanunvericiliyin tələblərinə uyğun qoruyucu geyim və fərdi mühafizə vasitələrindən istifadə olunması vacibdir.
Əlavə suallar yaranarsa, bununla bağlı aidiyyəti qurumlarla, eyni zamanda, agentliyin “1003 - Çağrı Mərkəzi” ilə əlaqə saxlanıla bilər”.
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) olub.
Agentlik “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi “IaaS” (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib.
VXSİDA informasiya sistemlərini tam olaraq “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Plana uyğun olaraq, ilkin mərhələdə Agentliyin “Hökumət buludu”na miqrasiya olunacaq resursları audit olunub.
Auditin nəticəsi üzrə hesabat hazırlanaraq müvafiq sistem və ehtiyatların miqrasiyasının konsultasiyası xidməti göstərilib.
Konsultasiya xidməti zamanı texniki xüsusiyyətləri və əhəmiyyətlilik dərəcəsi nəzərə alınaraq İT resursların mərhələli şəkildə miqrasiyasını özündə əks etdirən yol xəritəsi hazırlanıb və icrası təmin edilib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.
Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur.
Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
Vətəndaşlar və sahibkarlıqla məşğul olanlar yaşadıqları mənzildə, eləcə də obyektlərdə sayğacların quraşdırılması ilə bağlı müəyyən çətinliklərlə üzləşirlər.
Elektrik enerjisindən istifadə etmək istəyən qeyri-əhali qrupuna aid istehlakçılar sayğacların quraşdırılması zamanı onlardan daha çox pul - hətta 1200 manat tələb olunduğunu iddia edirlər.
Bu il yanvar ayının 1-nə olan məlumata əsasən, Naxçıvan istisna olmaqla, ölkədə elektrik enerjisindən istifadə edən qeyri-əhali qrupuna aid istehlakçıların sayı 186 504 nəfərdir.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, sayğacın quraşdırılması üçün “ASAN xidmət”ə müraciət olunur:""“Rüsum Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşir.
Yəni tarif abonentin istədiyi kilovata uyğun olaraq dəyişir və “ASAN kommunal”da icra olunur”.
O, bunun üçün “Azərişıq” ASC-nin saytında onlayn hesablayıcının olduğunu da qeyd edib:""“Əhali üçün də fərqi yoxdur, eyni qayda tətbiq olunur.
Amma əhalinin çox hissəsinin istifadə etdiyi, ayrılan standart enerjinin rüsumu 160 AZN-dir.
Sayğac pulsuzdur, bu da sayğacın yox, ayrılan kilovatın puludur”.
“Hesablamalara görə, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq”.
O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında yerli və xarici şirkətlərin iştirakı ilə irimiqyaslı infrastruktur layihələrinin icrası davam edir:""“Biz Qarabağda avtomobil və dəmir yollarının yenidən qurulmasına, regionun tarixi əlaqəsinin bərpasına sərmayə qoyuruq.
Digər prioritet layihə Şərqi Zəngəzur iqtisadi rayonundan Türkiyəyə nəqliyyat kommunikasiyasının yaradılmasıdır.
Bu əlaqə nəqliyyat-logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq və Orta Dəhlizin tərkib hissəsi olacaq”.
R.Hümmətov qeyd edib ki, texniki nöqteyi-nəzərdən Zəngəzur dəhlizi daşıma müddətini də əhəmiyyətli dərəcədə azaldacaq:""“Bunun sayəsində illik tranzit imkanlarında artım olacaq.
Biz birlikdə Orta Dəhlizin bütün potensialını reallaşdırmağa, ticari əlaqənin həyati arteriyası kimi onun davamlı uğurunu təmin etməyə sadiqik”.
“Son iki ayda Transxəzər Beynəlxalq Tranzit Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib və görülən tədbirlər sayəsində bu konteynerlərin Gürcüstan limanlarına çatması cəmi 12 gün çəkib.
Məlumat üçün qeyd edim ki, əvvəllər bu, təxminən, 40-50 gün çəkirdi”, - deyə nazir müavini vurğulayıb.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb.
Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub.
Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.
Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64% çoxdur.
Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.
Qeyd edilib ki, agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanovun müvafiq əmri ilə Rauf Hüseynov bu vəzifəyə təyin olunub.
Rauf Hüseynov 1982-ci ildə anadan olub.
Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb.
2020-23-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri, 2023-cü ilin aprel ayından son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.
R.Hüseynov Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin məzunudur.
“Cənubi Afrika Respublikasının nümayəndələri Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə onun təhlükəsizliyini təmin edə bilməyəcəklər”.
Bu sözləri Cənubi Afrika Respublikasının Rusiyadakı səfiri Mzuvukile Cef Maketuka deyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsi ilə bağlı verdiyi orderdir.
Bu, doğrudur”, - deyə səfir Rusiya prezidentinin səfərinin mümkünsüzlüyündən danışarkən etiraf edib.
O qeyd edib ki, Cənubi Afrika Putinin səfərini təşkil etmək üçün bir şəxsin maraqları naminə qanunvericiliyi dəyişdirmək və ya Roma statusunu pisləmək niyyətində deyil.
Səfir xatırladıb ki, Yohannesburq Rusiya liderinə qarşı ittihamlar məsələsini Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri ilə müzakirə etməyə söz verib, lakin məsləhətləşmələrin nəticələrini açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl Maketuka bildirib ki, müxalifət prezident seçkisində qalib gələrsə, Cənubi Afrika xarici siyasət kursunu dəyişə və BRİKS-i tərk edə bilər.
Onun sözlərinə görə, Cənubi Afrikada bir sıra müxalifət partiyaları Rusiyaya qarşı düşmən münasibətdə kökləniblər.
Səfir əlavə edib ki, hazırda hakim olan Afrika Milli Konqresi partiyası hakimiyyətini qoruyub saxlayarsa, heç bir dəyişiklik olmayacaq.
Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində üç nəfər xəsarət alıb.
Avtomobildə olanlar, Rusiya vətəndaşları 1961-ci il təvəllüdlü Mustafayeva Fetima Sultanovna, 1980-cı il təvəllüdlü Mustafayev Memet Qasım oğlu və 1998-cı il təvəllüdlü Mustafayev İgramedin Zakireviç müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə “Isuzu” markalı avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib.
Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb.
Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır.
Rusiyanın Baş naziri Mixail Mişustin 2024-cü il martın 1-dən benzin ixracına qadağa qoyub.
Məlumata görə, qadağa altı aylıq dövrü əhatə edəcək.
Müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı ölkələri, Monqolustan, Özbəkistana tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək.
Qadağa təklifi baş nazirin müavini Aleksandr Novakdan gəlib.
Fevralın 21-də baş nazirə göndərdiyi məktubda o, yaz-tarla işləri, neft emalı zavodlarında planlı təmir işləri, eləcə də yay tətili ilə əlaqədar yaxın vaxtlarda daxili bazarda yanacağa tələbatın artacağını vurğulayıb.
“Neft məhsullarına olan tələbatı tarazlamaq üçün daxili neft məhsulları bazarında qiymətlərin sabitləşməsinə kömək edəcək tədbirlər görmək lazımdır”, - Novak bildirib.
Ödəniş sənayesinin qlobal texnologiya lideri “Mastercard” və Azərbaycanın premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” innovativ strateji tərəfdaşlığı elan edib.
Oxu.Az xəbər verir ki, “CineMastercard” təqdim olunub.
Hər iki tərəf əməkdaşlıqdan məmnunluqlarını bildiriblər:""“CinemaPlus” misli görünməmiş ödəniş innovasiyaları ilə birlikdə kino təcrübələrinin yeni dövrünü simvolizə edən “CineMastercard” kimi rebrendinq olunub.
Bu, istehlakçı təcrübəsini görünməmiş şəkildə artırmaq məqsədi daşıyan iki sənayenin - əyləncə və maliyyə texnologiyasının birləşməsini təmsil edir.
Tərəfdaşlıq bir sıra innovativ xüsusiyyətlər nümayiş etdirəcək.
“Mastercard”ın təkmil ödəniş texnologiyası sayəsində bilet və güzəştlərin daha sürətli və təhlükəsiz alınmasına imkan verən qüsursuz əməliyyatlar gözlənilir.
Bundan əlavə, “Mastercard” kart sahiblərini onlara xüsusi sövdələşmələrə, prioritet nümayişlərə və “CineMastercard” məkanlarında unikal təcrübələrə giriş təklif edən eksklüziv üstünlüklər gözləyir.
Kart sahibləri il ərzində bütün bilet, yemək və içki alışlarında 10% endirim əldə edə biləcəklər.
Bundan əlavə, kart sahibləri “Mastercard”ın qlobal miqyasda qürurla sponsorluq etdiyi Kann, Berlinale və Venesiya Film Festivalları kimi kino tədbirlərinə uyğunlaşdırılmış unikal kampaniyalardan faydalanacaqlar.
Bu kampaniyalar kart sahiblərini il boyu eksklüziv təkliflərlə əlaqələndirmək üçün nəzərdə tutulub.
2024-cü ilin gələn ayından başlayan ilk kampaniyada şanslı cütlük Kann Film Festivalını birbaşa yaşamaq fürsəti əldə edəcək.
Onlar məşhurlarla qırmızı xalıda gəzəcək, festivalın tədbirlərinin şahidi olacaq, xüsusi toplantı və şənliklərdə iştirak etməkdən həzz alacaq, orijinal festival təcrübəsi qazanacaqlar.
Kampaniyanın şərtləri tezliklə “Mastercard Digital Pass” vasitəsilə təqdim olunacaq.
Bu əməkdaşlıq kino həvəskarlarına öz sevimli filmlərindən həzz almaq üçün daha immersiv və rahat üsul təklif edərək, əyləncə sənayesində yeni standart yaratmaq üçün nəzərdə tutulub.
“CineMastercard” kino və ödənişlər haqqında düşüncə tərzimizdə inqilab etməyə hazırlaşır.
Əlavə texnoloji yeniliklərin tətbiqi planları ilə bu tərəfdaşlıq əyləncəni problemsiz ödəniş həlləri ilə birləşdirmək üçün daha geniş strategiyanın yalnız başlanğıcıdır.
“Mastercard” ödəniş sənayesində qlobal texnologiya şirkətidir.