Search is not available for this dataset
text
stringlengths
10
518k
Missiyaları əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə, hər yerdə fayda verən inklüziv, rəqəmsal iqtisadiyyatı birləşdirmək və gücləndirməkdir.
Təhlükəsiz məlumat və şəbəkələrdən, tərəfdaşlıqlardan və entuziazmdan istifadə edərək, yeniliklərimiz və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökumətlərə və bizneslərə ən böyük potensiallarını reallaşdırmağa kömək edir.
210-dan çox ölkə və ərazidə əlaqələri ilə hamı üçün əvəzolunmaz imkanlar açan davamlı dünya qururlar.
“Mastercard” Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov qeyd edib ki, “CineMastercard”a rebrendinq və “CinemaPlus” ilə tərəfdaşlıq “Mastercard” üçün mühüm məqamlardır:"""“Biz kinoya getmə təcrübəsini artırır, onu daha faydalı və əlçatan edirik.
Kino “Mastercard” üçün mühüm maraq nöqtəsidir və biz kino ekosistemi daxilində istehlakçılara dəyərli təcrübələr təqdim etməyi hədəfləyirik”.
Tədbir Cənubi Koreyanın “CJ 4DPLEX” şirkəti tərəfindən hazırlanmış unikal “ScreenX” texnologiyasından istifadə etməklə “Madam Web” filminin nümayişi ilə başa çatıb.
“ScreenX” 270 dərəcə baxış bucağı ilə filmdən həzz almağa imkan verən tamamilə yeni super texnologiyadır.
Daha çox foto:PhotoStock.az"Nəzrin Vahid
“Qəbələ”nin bu addımını normal qarşıladıq.
Aramızda hansısa narazılıq yoxdur.
Funksioner Premyer Liqadakı əsas rəqiblərinin ot örtüyünün yüklənməsi ilə bağlı bu addımı atdığını bildirib:""“Burada yeni baş məşqçinin tələbi olduğunu düşünmürəm.
Bizi yalnız əldə etdiyimiz nəticələr maraqlandırır”.
Klub rəsmisi Tovuz şəhər stadionunun onlar üçün daha əlverişli olduğunu söyləyib:""“Komandamız təbii meydanda məşq edir.
Belə meydanda da oynamaq əlavə üstünlükdür.
Futbolçular orada özlərini daha rahat hiss edirlər.
Lakin yol və məsafə baxımından Tovuz daha uyğundur.
İlk olaraq ev qarşılaşmalarımızı burada oynayırdıq.
Tovuz şəhər stadionunda işıq dirəyinin aşmasından sonra ev matçımızı həmin arenada keçirə bilmədik.
Həmin vaxt Qəbələ şəhər stadionunu seçmişdik.
“Neftçi”yə qarşı növbəti ev oyunumuzu da məhz Tovuzda keçirəcəyik.
Ardınca milli fasilə gəlir və bu vaxtadək ev matçlarımızın məkanını təyin edəcəyik”.
İlqar Nadiri komandanın paytaxtda oynaya biləcəyini də istisna etməyib:“Oradakı stadionların ot örtüyünə, klubların qrafikinə də nəzər yetirilməlidir.
Milli fasiləyə qədər yekun qərarımızı verəcəyik”.
Qeyd edək ki, “Kəpəz” Gəncə şəhər stadionunun yenidən qurulmasına görə ev oyunlarını bu arenada keçirə bilmir.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Kamışlıda keçirilən əməliyyat zamanı YPG/YPJ-nin terror təşkilatının üzvlərindən olan Emine Seyid Ahmedi zərərsizləşdirib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, “Azadi Derik” kod adlı, suriyaəsilli Emine Seyid Ahmed 2011-ci ildə terror təşkilatına qoşulub.
Onun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları planlaşdırdığı müəyyən edilib.
Terror təşkilatının raketlərlə təminatı və istifadəsinə məsul olan Emine “Zeytin dalı” əməliyyat bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları ilə bağlı təlimatlar verib.
Onun, həmçinin, Kilisdə mülki əhalini hədəf alan raket hücumlarına dair təlimatlar verdiyi məlum olub.
İtalyan siyasətçi Ancelo Culiano Fransa Prezidenti Emmanuel Makronu “Aİ-nin kokain lideri” adlandırıb və onun boş çıxışlarının heç nəyi dəyişməyəcəyini deyib.
Bu barədə o, özünün “X” hesabında Makronun Aİ-nin Ukraynaya qoşun göndərilməsini müzakirə etdiyi barədə bəyanatını şərh edərkən deyib.
“Yeganə izahat budur ki, NATO uduzub.
O, danışıqlar aparmalı və simasını itirməməlidir.
“NATO-nun Rusiyaya böyük təzyiq göstərməsinin (çalışmasının) vaxtı çatıb” ifadəsi ən böyük blefdir.
Onlar unudurlar ki, Putin sadəlövh deyil, Rusiyanın məqsədləri heç vaxt dəyişməyib və dəyişməyəcək.
Aİ-nin kokain liderlərinin heç bir boş çıxışı heç nəyi dəyişməyəcək” - deyə bildirən politoloq onları artıq məğlubiyyətlərini etiraf etməyə çağırıb.
“Tərtər işi” üzrə məhkum edilərək sonradan bəraət alan hərbçilərdən daha birinə təzminat ödəniləcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə bəraət almış əsgər Turan Marif oğlu İbrahimlinin iddiasına baxılıb.
Nəsimi Rayon Məhkəməsi T.İbrahimliyə həbsdə keçirdiyi 5 ilin mənəvi ziyanına görə 99 min manat təzminat ödənilməsinə qərar verib.
İş üzrə cavabdeh Maliyyə Nazirliyidir.
Vəsait nazirlikdən tutularaq iddiaçıya ödənilməlidir.
Qeyd edək ki, 2021-ci ildə “Tərtər işi”nin istintaqı təzələnib.
Bundan sonra Baş prokurorun təqdimatı ilə dövlətə xəyanət və digər ittihamlarla məhkum edilən 19 nəfərin işi yenidən araşdırılıb.
Yeni məhkəmə baxışı nəticəsində bir neçə hərbçiyə bəraət verilib.
Bəraət alanlardan biri 9 il azadlıqdan məhrum edilmiş Turan İbrahimli olub.
“Crystal Group of Companies” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 23 fevral tarixində ümumi yığıncağı keçirilib.
Yığıncaqda şirkətin qarşısında duran bir sıra mühüm və cari vəzifələr, fəaliyyət istiqamətləri müzakirə edilib.
Yığıncaqda şirkətin fəaliyyətinin səmərəliliyinin artırılması, idarəçiliyin müasir korporativ standartlara uyğun şəkildə təkmilləşdirilməsi və “Crystal Group of Companies” ASC-nin fəaliyyətinə ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi məqsədilə Müşahidə Şurası və İdarə Heyəti seçilib.
Yığıncaqda müəyyən edilib ki, Müşahidə Şurasının sədr də daxil olmaqla 3 nəfərdən ibarət üzvü seçilsin, Müşahidə Şurasının sədri vəzifəsinə “Azəraqrartikinti” ASC-nin sədr müavini Pərviz Vəliyev seçilib.
Pərviz Vəliyev 1982-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit və Bakı Dövlət Universitetinin Hüquq fakültələrini fərqlənmə diplomu ilə bitirib.
İqtisad üzrə fəlsəfə doktorudur.
Uzun illər Azərbaycan Respublikası Maliyyə Nazirliyi strukturlarında və Hesablama Palatasında müxtəlif məsul vəzifələrdə çalışıb.
2015-ci ildə “PZ” Şirkətlər Qrupu MMC-nin prezidenti vəzifəsini daşıyıb, 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib.
“Crystal Group of Companies” ASC 20 ildən artıqdır ki, ölkənin beton, mebel istehsalı, tikinti-inşaat və plastik qapı-pəncərə sistemləri sahəsində fəaliyyət göstərir.
Adı çəkilən sektorlarda, xüsusən də inşaat, beton və mebel istehsalı sektorunda layiqli yer tutan qabaqcıl şirkət respublika əhəmiyyətli bir sıra böyük layihələrin uğurlu icraçısı olub və ölkəmizin inşaat sektorunun çiçəklənməsinə öz layiqli töhfəsini verib.
Qlobal texnologiya markası HONOR yeni “HONOR MagicBook Pro 16”nı təqdim etdi, bu notbuk ənənəvi laptop anlayışını yenidən müəyyənləşdirən inqilabi süni intellektlə təchiz olunub.
HONOR-un platforma səviyyəsində “AI” imkanlarına və “Microsoft”, “Intel” və NVIDIA kimi texnologiya tərəfdaşları ilə birgə əməkdaşlığına əsaslanan, PC-ləri “AI PC” dövrünə gətirən HONOR hesablamada mühüm mərhələni vurğulayaraq, istifadəçilərə misilsiz “Al” təcrübəsi təklif edir və onların cihazla qarşılıqlı əlaqəsini t...
“HONOR-da bizim öhdəliyimiz çiçəklənən ekosistemi inkişaf etdirmək üçün sənaye tərəfdaşları ilə açıq əməkdaşlığı əhatə etməkdən ibarətdir.
Biz xüsusilə süni intellekt dövründə əməkdaşlıq sinerjisinin dəyişdirici gücünə inanırıq.
Ən yaxşı sənaye oyunçularının kollektiv təcrübəsindən istifadə edərək, biz müstəsna məhsullar yaratmağa və dünya miqyasında istehlakçılara misilsiz təcrübələr təqdim etməyə qadirik” – “HONOR Device Co.
Ltd.” CEO-su George Zhao deyib.
“Microsoft” ilə birgə, “HONOR MagicBook Pro 16” real vaxtda resursların optimallaşdırılması, çoxsaylı cihaz əlaqəsi və bir sıra “AI” xüsusiyyətləri təklif edir.
“Intel” ilə uzunmüddətli əməkdaşlıq sayəsində, HONOR yeni “Intel Core Ultra” prosessorlarının faydalarından istifadə edir və nəzarətçiləri üçün üstün istifadəçi təcrübələri təklif edir.
Platforma səviyyəli süni intellektin gücü ilə HONOR istifadəçiləri indi öz cihazlarını müxtəlif platformalar arasında asanlıqla birləşdirə və problemsiz əməkdaşlığa imkan yarada bilərlər.
Məsələn, onlar mesajlaşma proqramları kimi pəncərələri problemsiz şəkildə HONOR smartfonundan kompüterlərinə köçürə və birbaşa cavab verə, bütün cihazlarda fasiləsiz iş axını təmin edə bilərlər.
Notbukun əsas yerləşdiyi yerlə “MagicRing” müxtəlif cihazlar arasında tapşırıqların və bildirişlərin sinxronlaşdırılmasına və əməkdaşlığına imkan verir.
“MagicRing” səkkizə qədər bir-biri ilə əlaqəli funksiyaları mükəmməl şəkildə birləşdirərkən, audio/video fayllar və mesajlar da daxil olmaqla, çoxsaylı paralel axınları idarə etməyə qadirdir.
“HONOR MagicBook 16 Pro” yüksəkperformanslı “Intel® Core™ Ultra 7” prosessoru 155H ilə təchiz edilmişdir.
Xüsusi “NVIDIA GeForce RTX 4060” qrafik kartı ilə “HONOR MagicBook 16 Pro” heyrətamiz vizual görüntülər yaratmaqla bərabər, misilsiz performans və qüsursuz çoxşaxəli imkanlar təqdim edir.
“HONOR MagicBook Pro 16” süni intellektlə işləyən “OS Turbo X” ilə təchiz olunub və istifadəçilərə yüksək performans rejimini asanlıqla aktivləşdirməyə, prosessorun tam gücünü işə salmağa, gecikməni minimuma endirməyə və üstün qrafika keyfiyyətini təqdim etməyə imkan verir.
“HONOR MagicBook Pro 16” 16 düymlük “HONOR FullView Displey”, 3072 x 1920, 100% DCI-P3 yüksək ayırdetmə qabiliyyəti və 100% sRGB geniş rəng diapazonu dəstəyi ilə təchiz edilib, heyrətamiz rəng dəqiqliyi və canlı vizual görüntüləri təmin edir.
Notbuk həm də 165 Hz-ə qədər yeniləmə sürəti sayəsində ultrahəssas və maye oyun təcrübəsi təmin edir.
Bundan əlavə, “HONOR MagicBook Pro 16” həm “TÜV Rheinland Low Blue Light” sertifikatını, həm də “TÜV Rheinland Flicker Free” sertifikatını almışdır.
“HONOR MagicBook Pro 16” səs səhnəsinin enini, dərinliyini və hündürlüyünü effektiv şəkildə artırmaq üçün qabaqcıl audio texnologiyası ilə dörd vufer və iki tvit də daxil olmaqla altı dinamiklə gəlir.
“Windows 11”ə əsaslanan “HONOR MagicBook Pro 16” iki rəngdə mövcuddur:ağ və bənövşəyi.
Yeni məhsul tezliklə Çində satışa çıxarılacaq və qlobal buraxılışı 2024-cü ilin ikinci rübündə gözlənilir.
Hələ yanvarda, Davos İqtisadi Forumunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəni sonlandıran sülh planını müzakirəyə çıxarmışdı.
Hərçənd ki, Rusiya həmin müzakirələrdə iştirak etməmişdi, ümumiyyətlə, Rusiyasız keçən danışıqları mənasız adlandırmışdı.
Zelenski tərəfindən irəli sürülən sülh planı Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymaq üçün üç əsas tələbə söykənən 10 bəndlik plandır.
Üç baza istiqamət isə belə təsnifatlandırılır:""1.
Rusiya qoşunları Ukraynadan çıxarılmalıdır.
Ukrayna dövlət sərhədlərini bərpa etməlidir.
Rusiya müharibəyə görə məsuliyyət daşımalıdır.
Təzadlı nöqtə budur ki, həmin sülh planı Rusiyanın iştirakı olmadan necə müzakirə oluna bilər?
Müzakirə edilsə belə, bu, Rusiyanı Ukraynadakı ambisiyalarından kənarlaşdıra bilərmi?
Hər halda, üzdə görünən budur ki, Ukrayna bu planı Rusiya ilə müzakirə etməməkdə israrlıdır.
Elə isə, Zelenski nəyi, necə hədəfləyir?
Birinci növbədə, həmin planın birbaşa müəllifinin Zelenski olduğuna dair düşüncələr özü şübhəlidir.
Çünki cənab Zelenski ölkəsinin müdafiə qabiliyyətini və müharibəyə dayanıqlılıq həddini Qərbdən alına biləcək yeni partiya silahlarla mütənasibləşdirir.
Deməli, sülh planı da Qərb kuluarlarında razılaşdırılmış bəndlərdir və bu, Ukraynaya minimallaşan silah tədarüklərinin fonunda diqqət çəkir.
İkincisi, Zelenski dünyanın maliyyə və biznes elitasının yüksəkprofilli toplantısı olan Davos İqtisadi Forumunda həmin planı 2024-cü il üçün aktuallaşdırdı.
Bununla Zelenski, yəqin ki, “postmüharibə dövrünün reallıqlarının” qlobal investorlara faydalı olacağı qənaətini formalaşdırmağa çalışırdı.
Amma Ukraynada hələ də döyüşlər davam edir və cəbhə xəttində Rusiyanın irəliləyişləri qeydə alınır.
Əgər Zelenski “Rusiyasız danışıq”larda israr edirsə, onda adıçəkilən sülh planı Ukrayna ordusunu yenidən qruplaşdırmaq, yenidən əks-hücum əməliyyatlarını planlaşdırmaq, yaxşı nizamlanmış koordinasiya üçün məqamları əhatə edə bilər.
Bu fikri qüvvətləndirəcək iki açıqlamaya diqqət edək:""- Zelenski fevralın 25-də bəyan edib ki, Rusiya 2024-cü il may ayının sonu və ya yayında yeni hücuma hazırlaşır,"- Zelenski, həmçinin, bildirib ki, Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı açıq planı var.
Məntiqlə, Zelenskinin sülh təklifləri Rusiya üçün məqbul deyil, əksinə, Kreml hər keçən gün ritorikasını cəbhədə qazandığı ərazi nailiyyətləri ilə daha da sərtləşdirir.
Hərçənd, bu fakt da mövcuddur ki, Rusiya qeyri-rəsmi elçiləri vasitəsilə Ukrayna ilə danışıqlara açıq olduğunu bildirir.
Hər halda, Rusiyada da, Ukraynada da hansısa plan varsa, bunun səbəbini müharibə yorğunluğu daha aydın izah edir.
Zelenski isə sülh planının müzakirəsi üçün sülh forumunun keçirilməsində qətiyyət göstərir və bu tədbirə İsveçrənin ev sahibliyi edəcəyi gözlənilir.
Ukrayna sülh forumu ilə əlaqədar ən azı 160 ölkəyə dəvət göndərəcək.