Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak deyib.
Zelenski keçirdiyi mətbuat konfransında Azərbaycanın da sülh forumunda iştirakından məmnunluq duyacaqlarını deyib.
Zelenskinin Azərbaycanla əlaqədar bu açıqlaması:""- Onun 60-cı Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsindən sonraya təsadüf edir;"- Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlı informasiyaların müşayiətində diqqət çəkir.
İpucları bu nöqtədə birləşə bilər ki, Zelenski Qərb oxunda Azərbaycana qarşı Ermənistanı ayaqlandırmaq cəhdlərinə siyasi dəstək vermir.
Əvəzində isə Ukraynadakı münaqişənin nizamlanması prosesində Azərbaycanın tutumu Zelenski üçün formul ola bilər.
Ona görə ki, Azərbaycanı Qərblə Rusiya arasında sıxışan kanala salmaq mümkün olmayıb və Bakı balanslaşdırıcı akta xüsusi diqqət ayıraraq bir-birilə əks qütbdə dayananlarla əməkdaşlıq formatına üstünlük verib.
Postsovet məkanı üçün Azərbaycanın xarici siyasət doktrinası nümunəvi hesab oluna bilər, həm də ona görə ki, Azərbaycan beynəlxalq nizamda daşqınların artdığı zamanda ərazi bütövlüyünü və suverenliyini bərpa edib.
Azərbaycanın Cənubi Qafqazdakı danılmaz əzəməti Zelenski üçün də diqqətəlayiqdir, buna görə o, Azərbaycanın xarici siyasətindəki izləri də Kiyev administrasiyasının formulunda görmək niyyətindədir.
Naxçıvan Muxtar Respublikası (MR) Qaz İstismar Xidmətində yoxlamalar aparılır.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, yoxlama Naxçıvan MR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət İdarəsi tərəfindən aparılır.
Yoxlamanın məqsədi 2021-ci ilin yanvar ayından 2023-cü il dekabr ayının 31-dək olan dövrlərin maliyyə təsərrüfat fəaliyyətinin təftişidir.
Naxçıvan MR Qaz İstismar Xidməti məlumatı təsdiq edib.
Ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Kəngərli Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun baş nahiyəsindən daşla zərbələr endirərək qəsdən öldürməsi və y...
Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.
Faktla bağlı Kəngərli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Rusiyada “Təhsil haqqında” Qanuna dəyişikliklər təklif edilib.
Rusiya Dövlət Duması orta məktəblərdə dərs zamanı mobil telefondan istifadə qadağasını ehtiva edən dəyişikliyi (fövqəladə hallar istisna olmaqla) ikinci oxunuşda qəbul edib.
Eyni zamanda, daha bir dəyişikliklə əmək dərsləri məcburi fənn kimi məktəblərə qaytarılıb.
Sözügedən təklif və qısa zamanda qanuna dəyişikliklərin qəbul edilməsi həm pedaqoqlar, həm də valideynlər tərəfindən sosial şəbəkələrdə müzakirə edilib.
Bunun doğru addım olduğunu hesab edənlərlə yanaşı, əksini düşünənlər də az deyil.
Bu yaxınlarda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təhsil haqqında qanunvericiliyə məktəblərdə dərs zamanı mobil telefondan istifadənin qadağan edilməsini ehtiva edən dəyişikliyi imzalayıb.
Bildirilib ki, qısamüddətli tədris planında tələb olunmadığı təqdirdə tələbələrə dərs zamanı mobil telefondan istifadə etməyə icazə verilməyəcək.
Sənəddə, həmçinin, uşaqların birinci sinfə imtahansız qəbulu, uşaq bağçalarında yerlərin ayrılmasında vahid prioritetin təmin edilməsi, təhsil təşkilatlarında zorakılığa, intihara sövq edən, dini xarakterli məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi də nəzərdə tutulur.
Son zamanlar təhsil müəssisələrində, eləcə də yaxınlığında məktəblilərin neqativ davranışlarının mobil telefonlar vasitəsilə qeydə alınıb ictimailəşdirildiyinin şahidi oluruq.
Bu da öz növbəsində, şagirdlərin nəzarətsiz qaldıqlarına, eləcə də tədris prosesindən daha çox, kənar işlərə maraq göstərdiklərinə işarədir.
Bəs Azərbaycanda necə, məktəblərdə tədris prosesi çərçivəsində mobil telefonlardan istifadə qanunla qadağan edilə bilərmi?
Bu cür dəyişiklik təhsilin səviyyəsinə nə kimi təsir göstərə bilər?
Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, ölkəmizin təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır.
Məktəb ərazisində telefondan istifadəyə gəlincə isə, bu, Avropanın beş dövləti və ABŞ-nin 13 ştatında qadağandır.
Ekspertin sözlərinə görə, hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir.
Halbuki, sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur:""“Ona görə orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir.
Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur.
Əlbəttə ki, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir.
Yəni məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyninə operativ məlumat verir.
Amma bunun üçün təklif edirəm ki, orta məktəblərin girişində turniketlər quraşdırılsın.
Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olarlar.
Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamaq üçün şərait yaratmaq olar.
Qanunvericilik aktlarına uyğun olaraq, deyə bilərəm ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir.
Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.
Elektron vasitələr, mobil telefonlar şagirdlərin diqqətinin dərsdən yayınmasına gətirib çıxarır.
Ona görə hətta müəllimlərin belə, mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır.
Çünki dərs zamanı müəllimə zəng gəlir, o, bayıra çıxdıqda dərsin gedişatı pozulur.
Ümumiyyətlə, tədris prosesini pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol vermək olmaz.
Amma elektron lövhələr, dərs izah etmək üçün cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər.
Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar.
Dünya ölkələrində də bundan istifadə olunur.
Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib.
Həmçinin, Avropanın daha dörd dövləti və ABŞ-nin 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib.
Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər.
Orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək”.
Azərbaycanda 2023-cü il ərzində 58 nəfər mina və partlamamış hərbi sursatlardan əziyyət çəkib.
İctimai Birliyin sədri Hafiz Səfixanovun təqdim etdiyi hesabata əsasən, ötən il minaya düşən 19 nəfər həlak olub, 39 nəfər yaralanıb.
Zərərçəkənlərin hamısı kişilərdir.
Bildirilib ki, mina partlayışları Ağdam, Xocavənd, Tərtər, Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalı, Füzuli və Tovuz ərazilərində baş verib.
Qeyd edək ki, hesabata əsasən, Azərbaycan Avropada Ukrayna və Bosniyadan sonra mina problemindən ən çox əziyyət çəkən üçüncü dövlətdir.
Çeçenistanda Qroznı məhkəməsi Quranı yandırmaqda ittiham edilən Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.
Məhkəmə gəncin cəzasını ümumi rejimli islah koloniyasında çəkməsinə qərar verib.
Universitet tələbəsi olan Juravel dindarların hisslərini təhqir etməkdə və dini nifrətdən qaynaqlanan xuliqanlıqda ittiham olunub.
İstintaq məlumatlarına görə, 2023-cü ilin mayında 19 yaşlı rusiyalı gənc Volqoqrad şəhərinin Povorinskaya küçəsində yerləşən Cümə məscidinin ərazisində müsəlmanların müqəddəs kitabını yandırıb, öz hərəkətlərini telefonla lentə alıb və sonra “Telegram” kanallarında paylaşıb.
Mayın 27-də Juravel Volqoqraddan Qroznı istintaq təcridxanasına aparılıb.
2023-cü ilin oktyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov Juravellə görüşünün videosunu paylaşıb.
Kadrlarda Juravel islamı qəbul etmək istəyindən danışır, buna cavab olaraq Çeçenistan rəhbəri bunun ürəkdən olmadığını bildirir.
Bu görüşdən sonra isə Kadırovun oğlu Adəmin saxlanılan şəxsi döydüyü barədə məlumatlar yayılıb.
Ramzan Kadırov bu məlumatı təsdiqləyib və döyülmə videosunu yayımlayıb.
O, oğlunun hərəkətindən qürur duyduğunu qeyd edib.
İşğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizi mina və hərbi sursatlarla çirkləndirilib.
Hesabatda qeyd edilib ki, azad edilmiş ərazilərdə Köndələnçay, Tərtər, Qoşqar, Xaçın, Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb.
“Rusiyalı sərhədçilər İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanında xidmətini dayandırmalıdırlar”.
Erməni mediasının məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
O, bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən belə bir müzakirədə iştirak etmədiyini, ancaq rusiyalı hərbçilərin oradan getməli olduqlarına inandığını bildirib.
“Biz ölkəmizin sərhədlərini qoruyacağıq, amma onların qoruyacaqlarına əmin deyiləm”, - deyə Ermənistan parlamentinin spikeri vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl yerli mediada rusiyalı sərhədçilərin “Zvartnots”dan çıxarılacağı və bunun yaxın vaxtlarda baş verəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Qeyd edək ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir.
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti məsələ ilə bağlı heç bir məlumatın olmadığını bildirib.
Onu da qeyd edək ki, Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş 1992-ci ildə imzalanıb.
Lakin bu müqavilədə hava limanı xidməti ilə bağlı bənd yoxdur.
Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracallı, Laçın rayonunun Suarası və Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var.
Hesabata əsasən, təşkilatın monitorinqləri zamanı müəyyən edilib ki, Yusifcanlı və Suarası məzarlıqlarında baş vermiş mina partlayışları nəticəsində üç nəfər həlak olub, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Laçın rayonunun Zabux, Sus kəndlərinin yaşayış məntəqələrində həyətyanı evlərdə quraşdırılmış improvizə olunmuş partlayıcı qurğuların işə düşməsi nəticəsində bir nəfər xəsarət alıb.
Bundan başqa, hesabatda qeyd olunub ki, Füzuli rayonunun Qarğabazar kəndi ərazisində Şah Abbas karvansarayı, Merdinli kəndində Pirlər türbəsi, Qorqan kəndi ərazisində İbə piri (ziyarətgah), Ağdam rayonunda Cümə məscidi, Tərtər rayonundakı alban kilsələrinin ətrafında müxtəlif sayda partlayıcı sursatlar aşkar edilərək z...
Vəkillər Kollegiyasında keçirilən İclasda 21 müraciət əsasında başlanılan intizam icraatları üzrə işlərə baxılıb.
Bu barədə Oxu.Az-a kollegiyadan məlumat verilib.
Bildirilib ki, cari ilin fevral ayının 23-də Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.
İclasda 21 müraciət əsasında (onlardan üç müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, beş iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 13 iş üzrə səkkiz intizam işi üzrə vəkil hərəkətlərində pozuntunun olması, bir intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, ...
Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, biri məhkəmədən, biri isə hüquq-mühafizə orqanından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olunub.
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Bakıdadır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bəstəkar fevralın 25-də saat 19:00 radələrində İstanbuldan Bakıya qayıdıb.
Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib.
İstanbulda dərhal xəstəxanaya yerləşdirilib.
Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.
Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir.
Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayonu, “Üzeyir Hacıbəyli küçəsi, 62” (“Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti) ərazi partiya təşkilatının cari məsələlərlə bağlı iclası olub.
“Azərkontrakt” ASC-nin İdarə heyətinin sədr müavini Güləddin Dadaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və çıxış üçün sözü iclasda iştirak edən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verib.
Azər Süleymanov dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və “Azərkontrakt” ASC-nin kollektivinin seçkidə fəal iştirakına görə onlara təşəkkürünü bildirib.
Güləddin Dadaşov “Azərkontrakt” ASC-nin fəaliyyətinin YAP prinsiplərinə uyğun qurulduğunu qeyd edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu gün xalqımız kimi “Azərkontrakt” ASC-nin kollektivinin də Azərbaycan Respublikasının Prezidentinin ölkəmizin inkişafına, tərəqqisinə verdiyi layiqli töhfələrin real nə...
Partiya vəsiqələri alan Toğrul Əzimov, Nigar Məmmədova, Rəşad Vahidov və daha 15 nəfər YAP-ın fəaliyyətini, ölkə başçısının uğurlu siyasətini dəstəklədiklərini qeyd edib, YAP-a üzv olmaqdan fəxarət hissi duyduqlarını və bu adı şərəflə daşıyacaqlarını bildirib.