Search is not available for this dataset
text
stringlengths
10
518k
Paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, “Toyota Prius” markalı minik avtomobili TIR-la toqquşub.
Hadisə nəticədə hər iki avtomobilə ziyan dəyib, nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Maraqlı məqam ondan ibarətdir ki, “Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin düşdüyü qəza da eyni küçədə baş vermişdi.
Nicat da öz avtomobili ilə eyni yerdə TIR-a çırpılmışdı.
Həmin görüntüləri təqdim edirik:
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 36 il ötür.
Oxu.Az xatırladır ki, 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi.Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti...
Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir.
Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb.
Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.""Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdilər.
1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.
1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu.
Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi.
İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı.
SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 6 azərbaycanlının öldürüldüyü müəyyən edildi.
Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu.
Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçilər...
Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Baş prokurorun qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğ...
İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyy...
Buna sübut olaraq demək olar ki, 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin ...
Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub.
SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən q...
1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülüb.
İstintaqın gedişində, həmçinin məlum olub ki, həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılıb, pul köçürmələri edilib.
İstintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçılarından biri məhz Eduard Qriqoryan olub.
Qriqoryan öz ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla özündə olan və əvvəlcədən hazırlanmış siyahıya əsasən erməni millətindən olan şəhər sakinlərinin evlərinə hücumlar həyata keçirib.
İstintaq zamanı hücuma, zorakılığa və işgəncələrə məruz qalmış erməni millətindən olan zərərçəkmişlər (Lyudmila və Karina Mejlumyan bacıları, Manvel Petrosyan və digərləri) göstəriblər ki, onların evlərinə hücum edənlərə rəhbərlik və göstəriş verən məhz Eduard Qriqoryan olub, orada olan insanlar onun göstəriş və əmrlər...
İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb.
Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra - SSRİ mövcud olduğu zaman – 1991-ci il avqustun 26-da Ermənistan Respublikası, Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülüb.
Ortaya sual çıxır ki, hansı “xidmətlərinə” görə Eduard Qriqoryan Ermənistana təhvil verilib?
2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.
İstintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilib.
Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub.
Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər.
Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir.
Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb.
Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər toydan və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürüblər.
Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı.
Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib.
SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə antiazərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.
Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və on...
Türkiyənin İstanbul şəhərində bloqer Aleyna Dalverenin dəbdəbəli maşının üstündə rəqs edərək pul səpdiyi və cibindən silah çıxardığı videosu sosial şəbəkələrdə gündəm olduqdan sonra o saxlanılıb.
Qeyd olunub ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları məsələ ilə bağlı araşdırmalara başlayıblar.
Araşdırmalar zamanı Aleyna Dalverenin yaşadığı ünvanda əməliyyat təşkil edilib.
Ünvanda aparılan axtarışlar zamanı saxta olduğu ehtimal edilən 1 200 dollar, 250 avro, 50 manat, 50 qriven, pul sayan aparat, saxta mühafizə maşınına giriş kartı, qandal, saxta hesab edilən iki qeydiyyat nişanı və iki rəqəmsal material aşkar edilib.
Nəzarətə alınan Dalveren haqqında aparılan araşdırmada şübhəlinin Dilan Polat və digər bloqerlərlə sıx əlaqədə olduğu müəyyən edilib.
Dalverenə dair araşdırma davam edir.
İsveçrənin Sürix şəhərində bələdiyyə işçiləri kompüterdə baş vermiş nasazlığına görə fevral ayı üçün maaşlarını iki dəfə alıblar.
Bu barədə Sürixin maliyyə qurumu məlumat verib.
Qeyd olunub ki, məlumatların emalı zamanı texniki səhvə görə işçilərə iki dəfə maaş verilib.
Bu, insanların əlavə 175 milyon İsveçrə frankı (təxminən 338,2 milyon manat) alması ilə nəticələnib.
Məlum olub ki, səhv Sürixin Kanton bankının (“Zürcher Kantonalbank”) istifadə etdiyi “Swisscom” telekommunikasiya operatorunun təchizatçısının proqram təminatı ilə bağlı olub.
Bank qeyd edib ki, bələdiyyə işçiləri səhvən ödənilən pulu qaytarmalıdırlar və bunun mümkün qədər rahat həyata keçirilməsi üçün səlahiyyətli orqanlarla əməkdaşlıq edirlər.
Sürixin maliyyə departamentinin mətbuat katibi Klaudiya Negeli qeyd edib ki, bir çox işçi hadisəyə yumorla yanaşıb.
Onun sözlərinə görə, bəziləri bunun əlavə aylıq maaş ödəmək üçün pilot layihə olub-olmadığını soruşublar, digərləri isə sadəcə olaraq “sağ olun, bir daha təkrarlayın” deyə yazıblar.
Bu gün ermənilər tərəfindən Azərbaycanın Sumqayıt şəhərində təxribat törədilməsinin 36-cı ili tamam olur.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) erməni millətçiləri ilə birgə Azərbaycana qarşı həyata keçirdiyi Sumqayıt hadisələrinin təşkilatçılarından birinin erməni Eduard Qriqoryan olduğu hamıya məlumdur.
Himayədarlarının köməkliyi ilə cəzadan yayına bilən Qriqoryanın illər öncə Moskva vilayətinin Sergiyev Posad şəhərində yaşadığı məlum olub.
“AzTV Xəbər” mövzu ilə bağlı reportaj hazırlayıb.
Fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu həmin xəstəxanadan çıxıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Rey Kərimoğlu özü məlumat verib.
“Ayın 22-dən etibarən Xətai Tibb Mərkəzində müalicə alıram.
Vəziyyətim ağır idi.Həkimlərin səyi nəticəsində təzyiqi normala qaytarmaq mümkün olub.
Çox güman ki, yaxın günlərdə ya xəstəxanaların, ya da bərpa mərkəzlərinin birində müalicəmi davam etdirəcəyəm.
Hələlik ev şəraitində müalicə alıram”, - deyə Rey Kərimoğlu bildirib.
Qeyd edək ki, onun vəziyyəti hələ də ağır stabil qiymətləndirilir.
Azərbaycanda, gəliri az, ya da çox olsun, demək olar ki, hamının problem yaşadığı məsələlərdən biri ev qiymətləridir.
Mənzil qiymətlərinin insanların gəlirinə uyğunsuzluğu uzun illərdir ölkədə əsas müzakirə mövzularından biridir.
İlin əvvəlindən bu günə qədər Bakıda mənzillər 10%-dən çox bahalaşıb.
Daşınmaz əmlak bazarında son bir neçə aydır ki, evlərin qiymətində kəskin bahalaşma müşahidə edilir.
Bu ilin yanvarında paytaxtın daşınmaz əmlak bazarındakı qiymətlər ötən ilin uyğun dövrü ilə müqayisədə təxminən 10-11 faiz, dekabr ayı ilə müqayisədə isə iki-üç faiz artıb.
Təbii ki, hərə öz maddi imkanına uyğun ev almaq istəyir.
Özünü belə dağa-daşa salanlar heç də kefdən ev tikmirlər.
Yeni tikilən binalarda mənzil sahibi olmaq hər kəs üçün əlçatan olmadığından gənc ailələr torpaq sahəsi alaraq, fərdi ev tikintisinə üstünlük verirlər.
Bakıətrafı ərazilərdə isə haranın həm qiymət, həm də infrastruktur baxımından daha sərfəli olduğu hər kəsin maraq mərkəzindədir.
Bəs paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha sərfəlidir?
Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.az-a bildirib ki, Bakının bir sıra əraziləri son zamanlar vətəndaşların daha çox üstünlük verdiyi yerlərdir:""“İstər həyət evi olsun, istərsə də bina evi, əsas coğrafi məkan önəmlidir.
İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar.
Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır.
Məsələn, Xırdalan ərazisi beş il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi.Amma hazırda Xırdalandan Bakıya gəlmək tıxac zamanlarında iki saatdan uzun çəkir.
Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar”.
Ekspert qeyd edib ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər Zabratla Masazır ərazisidir.
Onun sözlərinə görə, hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibdirsə, həmin yerlər qiymət baxımından da baha olur:"”Amma əhali artıq ora aktiv köçəndən sonra həmin ərazidə təklif sayı məhdudlaşır, qiymət qalxır, infrastruktur da inkişaf edir.
Hansı ərazidə torpaq sahəsi ucuzdursa, deməli o ərazidə məskunlaşma zəifdir.
Təxminən 15 il əvvəl Zabrat, Masazır və Xırdalanətrafı ərazilərdə torpaq seçimi də çox idi, qiymətlər də münasib idi.Amma bu gün sözügedən ərazilərdə torpaq da tapmaq olmur.
Hazırda Nardaran, Türkan, Mehdiabad qəsəbəsində məskunlaşma zəifdir.
Vətəndaşlar daha az üstünlük verdiyi yerlər buralardır, çünki həmin ərazilərin şəhərə çıxış imkanı azdır, yolları tıxacdır, şəhərin mərkəzindən xeyli uzaqdır.
Bu yerlərdə seçim kifayət qədər çoxdur, amma alıcılıq qabiliyyəti azdır”.
Kolbasalar ət məhsulu hesab edilsə də, bu, heç də belə deyil.
Çünki əksər kolbasa məhsullarının tərkibində ət çox az miqdarda olur.
Maraqlıdır, görəsən, keyfiyyətli kolbasanı necə ayırd etmək olar?
Qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, məhsulun rəngi keyfiyyətindən xəbər verir:""“Açıq rəngdə, çəhrayıya çalan rəng olmalıdır.
Onun hazırlanmasında 70 faiz ət, 30 faiz isə köməkçi maddələrdən istifadə edilməlidir.
Həmçinin kolbasanın qabığını üzərindən ayıran zaman quru olmalıdır, üzəri yapışqan və ya sulu olmamalıdır”.
Mütəxəssis qeyd edib ki, kolbasanın keyfiyyətli olduğunu göstərən amillərdən biri də məhsulun daha bərk olmasıdır:""“Kolbasanı kəsəndə içindəki əlavə inqrediyentlər görünməməlidir və boşluqlar olmamalıdır.
Əgər məsamələr varsa, bu o deməkdir ki, kolbasanın hazırlanmasında təkcə ətdən deyil, həm də dəri və qığırdaqlardan istifadə olunub”.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin 16 fevral 2024-cü il tarixli Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı qurumun baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Məktubda xatırladılıb ki, Azərbaycan Ordusu 2020-ci ilin payızında həyata keçirdiyi əks-hücum əməliyyatı, habelə ötən ilin sentyabrın gerçəkləşdirdiyi antiterror tədbirləri nəticəsində ərazilərin otuzillik işğalına son qoyulub.