Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
- Sxadadzenin qarşısına qoyulan konkret öhdəlik nədir? |
- Mövcud vəziyyətdən qurtulmalıyıq. |
- Son 13 oyununuz qalıb və “Kəpəz”dən 8 xal geridəsiniz. |
Axırıncı pillədən qurtulmaq çətin olmayacaq? |
Sonuncu pillədən xilas olmaq üçün daha artıq çalışmalıyıq və bunun öhdəsindən gələcəyimizə inanıram. |
- Həm Gəncə, həm də Qəbələ Azərbaycan futbolu üçün önəmli bölgələrdir və gələn mövsüm ikisindən biri elitada təmsil olunmayacaq. |
Komanda sayını artırmaqla hər ikisini Premyer Liqada saxlamaq variantına necə baxırsınız? |
- Mənim üçün idman prinsiplərinin qorunması daha vacib məsələdir. |
Komanda sayı artırılacaq və ya artırılmayacaq, bunun da məhz “Qəbələ”yə görə yox, çempionatın inkişafı məqsədilə olmasını dəstəkləyərəm. |
Amma bu barədə indidən nəsə demək düzgün deyil. |
Hazırda əsas diqqətimizi vəziyyətdən çıxmağa yönəltmişik. |
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev parlamentə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsinin bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcəyini bildirib. |
Onun sözlərinə görə, kiçik bələdiyyələrin fəaliyyəti vətəndaşları qane etmir və bələdiyyələr haqqında mənfi fikir formalaşır:""“Bir çoxları deyirlər ki, bu qurum əhəmiyyətsiz, heç bir işə yaramayan qurumdur və ləğv olunmalıdır. |
Əslində, bələdiyyələr bu günümüz üçün vacib olan demokratik təsisatdır. |
Ancaq onların fəaliyyəti yüksəldilməlidir”. |
Milli Məclisin üzvü əlavə edib ki, bələdiyyələrə daha səriştəli, bilikli, bu sahədə bacarığı, təcrübəsi olan insanlar gəlməlidirlər:""“Bu günədək ölkədə bələdiyyələrin birləşməsi, ləğv edilməsi prosesi baş verib. |
Bu islahatların müsbət nəticələrinin də şahidi olmuşuq. |
Ancaq hələ də onların sayı çoxdur. |
Əhalisi Azərbaycan qədər olan bir sıra ölkələr var ki, orada 250-300 bələdiyyə fəaliyyət göstərir. |
Əgər bu gün hər hansı bir kənddə fəaliyyət göstərən bələdiyyə heç bir maliyyə bazasına malik olmayan, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həll edə bilmir və insanlarla münasibət qurmağı bacarmırsa, onun fəaliyyəti heç kimə lazım deyil. |
Ona görə də hesab edirəm ki, bələdiyyələrin sayı azaldılmalıdır. |
Biz bu il ölkə olaraq bələdiyyə seçkilərinə gedirik. |
Əlbəttə, bu prosesin baş verməsi seçkilərin daha şəffaf, demokratik, mütəşəkkil keçirilməsinə imkan verəcək”. |
T.Rzayev vurğulayıb ki, Milli Məclisə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsi bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcək:""“Bəzən bu proses bələdiyyələrə etimadsızlığın bir nəticəsi kimi qiymətl... |
Belə ki, bir çox xarici ölkələrdə bələdiyyə institutları ilə yaxından tanış olmuşuq. |
Həmin ölkələrdə də bundan əvvəl kiçik bələdiyyələr olub, lakin sonradan birləşdirilərək böyük bələdiyyələr, assosiasiyalar, regional bələdiyyələr kimi formalaşdırılıb və qənaətbəxş nəticələr əldə olunub. |
Düşünürəm ki, Azərbaycanda da sözügedən proses, bələdiyyələrin birləşdirilməsi müsbət nəticəsini verəcək”. |
“Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanları yad edirik. |
İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”. |
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 32-ci il dönümü ilə bağlı “X” hesabında paylaşımında bildirib. |
Diplomat qeyd edib ki, onun ölkəsi də bu ağrını anlayır:“Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla günahsız insanların anlamsız şəkildə qətlə edilməsinə şahid olmağın dəhşətini anlayırıq. |
İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ümumi insanlığı qorumağa məcbur edir”, - səfir deyib. |
Today we remember the victims who were murdered in Khojaly in 1992. |
On behalf of Israel, my heartfelt condolences extend to the people of Azerbaijan. |
The pain of our Azerbaijani friends resonates deeply with us. |
We understand firsthand the horror of witnessing innocent lives,… pic.twitter.com/flSTjQoYaQ |
“Azərsu” ASC xüsusi ittiham qaydasında vətəndaş Zaur Orucov barəsində Binəqədi Rayon Məhkəməsinə müraciət edib. |
Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Azərsu” şikayətində göstərib ki, Z.Orucov yaşadığı ərazidə su gəlmədiyini deyərək sosial şəbəkə vasitəsilə qurum haqqında təhqiramiz ifadələr səsləndirib. |
Lakin məhkəmə araşdırması zamanı ortaya çıxıb ki, “Azərsu” yanlış adam haqqında şikayət verib. |
Sosial şəbəkədəki hesabın sahibi Z.Orucov deyil. |
Buna görə də həmin şəxsə bəraət verilib. |
Ermənistanın paytaxtı İrəvanda hakim “Mülki Müqavilə” Partiyasının ofislərindən birinin yaxınlığında partlayıcı qurğu yerləşdirilib. |
Erməni KİV-i yazır ki, hadisə yerinə İrəvanın polis rəisi Aram Ovanisyanın başçılığı ilə çox sayda polis gəlib. |
Təhlükəsizlik qüvvələri partlayıcı qurğunu aşkar edərək zərərsizləşdiriblər. |
Məlumat üçün əlavə edək ki, bir neçə gün əvvəl elə həmin küçədə daha bir partlayıcı qurğu tapılmışdı. |
O zaman partlayıcı vasitənin hökumətyönlü deputat Qurgen Arsenyanın ofisinin yaxınlığında aşkarlandığı məlum olmuşdu. |
Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 22 ünvanında yol kənarındakı bir neçə işıq dirəyi qəzalı vəziyyətdədir. |
Məsələ ilə bağlı Baki Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsindən Oxu.Az-a bildirilib ki, müəssisənin mütəxəssisləri tərəfindən işıq dirəyinə baxış keçirilib və dirəyin dekorativ hissəsində yerdəyişmənin baş verməsi müəyyən edilib, dirəyin sütün hissəsinin isə tam qaydasında olduğu aşkar edilib. |
Bəzək elementindəki problem qısa vaxt ərzində aradan qaldırılılıb. |
17:20"Bakıda işıq dirəkləri təhlükə saçır. |
Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 22 ünvanından gedir. |
Yol kənarındakı bir neçə işıq dirəyinin vəziyyəti videogörüntüdəki kimidir. |
Küləkli havada isə durum daha da qəlizləşir:dirəyin üzərindəki iri lampalar elə yellənir ki, sanki qopacaq. |
Həmin görüntüləri təqdim edirik: |
İsmayıllı yolunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. |
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. |
Hadisə ilə bağlı sorğumuza cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsi xəsarət alanın olduğunu təsdiqləyib. |
İdarədən qeyd edilib ki, hadisə bu gün Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 33-cü kilometrliyində baş verib. |
Hadisəyə səbəb isə KIA markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması olub. |
Qəza nəticəsində KIA da olan sərnişin, 2005-ci il təvəllüdlü Elcan Qarayev xəsarət alıb. |
Bir ailənin üç üzvünü qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. |
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nofəl Səfərovun bacanağı Arif Ağalarov ifadə verib. |
O, ifadəsində Nofəl Səfərovla 10-15 ildir əlaqəsinin olmadığını bildirib:""“Hadisə barədə məlumatım olmayıb. |
Nofəl bu ailə ilə məndən qabaq qohum olub. |
Nofəlin qəddarlığını görməmişəm”. |
Daha sonra məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. |
Prokuror təqsirləndirilən Nofəl Səfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. |
Məhkəmə prosesi martın 4-də davam etdiriləcək. |
Xatırladaq ki, hadisə ötən il noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. |
Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb. |
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldü... |
Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. |
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. |
32 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbçiləri Qarabağın Xocalı şəhərinə hücuma keçdilər. |
Yüzlərlə dinc sakin həlak oldu...Xocalı qətliamı Azərbaycan xalqının tarixinin ən kədərli səhifələrindən biridir, bununla belə yalnız bir neçə ölkə bu hadisəni soyqırımı kimi tanıyıb. |
“News.ru” saytı bunun səbəbləri ilə əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin münasibətini öyrənib. |
O, müvafiq tanınmanı daha çox humanitar hüququn dəyərindən danışan ölkələrdən gözlədiklərini deyib. |
“Söhbət Fransa, ABŞ, Niderland, Belçika və digər ölkələrdən gedir. |
Onlar erməni “soyqırımı”ndan çox danışırlar, Xocalı faciəsinə isə məhəl qoymurlar. |
Bakı üçün, ümumiyyətlə, bu, təəccüblü deyil - Qarabağ müharibəsinin başlanğıcından bu günə qədər davam edən ikili standartların şahidi olmuşuq”, - deyə Fərid Şəfiyev qeyd edib. |
Ekspertin sözlərinə görə, bu dövlətlər faciədə erməni tərəfini günahkar kimi tanısalar, o zaman İrəvanın “əzabkeş” imici çökəcək və Qarabağın uzunmüddətli işğalı məsələsinə də başqa gözlə baxacaqlar. |
“Qərbin geosiyasi marağı da var, çünki onlar Ermənistanı Cənubi Qafqazda təsir aləti kimi görürlər. |
Eyni zamanda, Ermənistan rəhbərliyi Xocalı hadisələrinə görə respublikanın məsuliyyətini inkar edir. |
Bakıyla İrəvan arasında münasibətlərin qurulması məsələsinə görə isə erməni tərəfinin bu faciəni tanıması vacibdir”, - deyə o əlavə edib. |
Qərbin Xocalı soyqırımını nə vaxt tanıyacağına gəlincə, F.Şəfiyev Ermənistanın işğalçı və aqressor ölkə olmasına baxmayaraq, hər cür yolla özünü qurban kimi təqdim etməyə çalışdığını, xüsusən də 2020-ci ildə 44 günlük müharibədə itkisini nəzərə alsaq, buna nail olduğunu vurğulayıb. |
“Azərbaycan əraziləri işğal altında olanda rəğbət Bakının tərəfində idisə, indi vəziyyət başqadır. |
Qərb dövlətləri Ermənistanın tərəfinə keçib və onu qorumağa çalışır. |
Ona görə də yaxın gələcəkdə soyqırımının tanınması məsələsində nəyinsə dəyişməsi ehtimalı azdır, qarşıda bizi uzun və gərgin iş gözləyir. |
Amma zaman keçdikcə baş verənlərlə bağlı əlimizdə daha çox sübut olacaq - məsələn, fevralın əvvəllərində qazıntılar zamanı kütləvi məzarlıq, Xocalı faciəsi qurbanlarının qalıqları tapıldı. |
Ona görə də beynəlxalq platformalarda baş verənləri sübut etmək üçün daha çox imkanlarımız olacaq”. |
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 28-29-da Berlində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcək”. |
Bununla bağlı TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. |
“Münhendə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılığa əsasən, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq”, - deyə xəbərdə qeyd edilir. |
Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh sazişinin müzakirəsi ilə bağlı görüş keçiriləcək. |
“Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik”. |
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin “Zenger” portalına açıqlamasında söyləyib. |
Azərbaycanın ABŞ-nin din azadlığına görə xüsusi nəzarət siyahısına daxil edilməsinə münasibət bildirən E.Əmirbəyov ölkəmizin bu qərardan təəssüfləndiyini vurğulayıb. |
“Biz bu qərəzli və əsassız fikirləri rədd edirik. |
Roma Papası Fransisk 2016-cı ildə ölkəmizə səfəri zamanı Azərbaycanı dini tolerantlıq modeli kimi qiymətləndirib. |
Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.