Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Müsəlman, yəhudi və ya xristian olmasından asılı olmayaraq, hamımız bir ailəyik. |
Bu, bizim genofondumuzun bir hissəsidir”, - E.Əmirbəyov qeyd edib. |
Azərbaycanda daha bir erkən nikahın qarşısı alınıb. |
Bu dəfə Abşeron rayonunda ana 15 yaşlı qızını 32 yaşlı əmisi oğluna nişanlayıb. |
Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar İctimai Birliyinin rəhbəri məlumat verib. |
Onun sözlərinə görə, 15 yaşlı qızın 32 yaşlı şəxslə nişanlanaraq tez bir zamanda evləndirilməsi məsələsindən xəbər tutan kimi qeyri-qanuni izdivaca müdaxilə edib:""“Bərdə rayonundan bu məlumatı mənə vermişdilər. |
Amma bildirirdilər ki, ailə artıq Bakı şəhərində, Abşeron ərazisində məskunlaşıb. |
Ananın himayəsində olan 5 uşağın hər biri təhsildən yayındırılıb. |
Çünki artıq 4 aya yaxındır ki, qadın uşaqları ilə Bakıdadır. |
Ərinin pis vərdişlərə aludə olduğu bildirilir. |
Məsələnin araşdırılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. |
Onlar da öz tərəflərindən həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də Abşeron Rayon Polis İdarəsinə məlumat verdilər. |
Ananın harada olduğu aşkarlanıb. |
Həqiqətən də ana 15 yaşlı qızını 32 yaşlı öz əmisi oğluna nişanlayıb. |
Həmçinin cütlüyə “isti” münasibətlər üçün bütün lazımi şəraiti yaradıb. |
Onu da deyim ki, qız oxumaq istəyir”. |
Kəmalə Ağazadə Daxili İşlər Nazirliyinə səslənərək qurum tərəfindən məsələ ilə bağlı təhqiqat işlərinə başlanılmasını istəyib:""“Qıza qarşı təcavüzün və ya seksual hərəkətlərin olub-olmaması ilə bağlı təhqiqat işi və araşdırma aparılsın”, - deyə Kəmalə Ağazadə qeyd edib. |
Daxili İşlər Nazirliyindən isə sorğumuza cavab olaraq, məsələnin araşdırıldığı bildirilib. |
Belçikada etirazçı fermerlər Avropa Məhəlləsini və Brüsselin əsas magistral yolu hesab edilən Rue de la Lua küçəsini bağlayıblar. |
Məlumata görə, etiraz aksiyası Avropa İttifaqına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin Belçikanın paytaxtında keçirilən iclası fonunda başlayıb. |
Narazı fermerlər Brüsselə 150-yə yaxın traktor gətiriblər. |
Nəqliyyat vasitələrinin üzərində fermerlərin maraqlarını müdafiə etməyə çağıran plakatlar var. |
Fermerlər etiraz əlaməti olaraq şəhərin mərkəzi küçəsinin yoluna peyin atmağa cəhd ediblər. |
Lakin asayiş keşikçiləri su şırnaqlarından istifadə edərək aksiya keçirən fermerlərin qarşısını alıblar. |
“1991-ci ilin yanvar ayından el adəti üzrə nişan taxılmışdı. |
May və iyun ayı toy olmalı idi, vəziyyət də getdikcə pisləşirdi. |
Dedilər ki, eybi yox, payızda edərik. |
Xocalı elə bir ərazidə yerləşir ki, hər tərəfdən mühasirədə idi.Yanvar ayı idi, valideynlərim dirəşdilər ki, nə olursa-olsun, toy olmalıdır. |
Toyu yanvarın 18-nə təyin etdilər. |
Axşam saat 8 olardı ki, kənd istiqamətində bir raket atıldı. |
Toydan sonra vəziyyət elə gərginləşdi ki...O vaxt post qururdular. |
10 gündən sonra çəkilib getdim posta. |
Elə günlər olurdu ki, səhərə kimi döyüşürdük”. |
Bunu Moderator.az-a açıqlamasında Xocalıda sonuncu toyun bəyi Vidadi Qafarov deyib. |
Onun həyat yoldaşı Dürdanə Məmmədova gənclik arzularının ürəyində qaldığını əlavə edir:""“Həyat yoldaşımla eyni yerdən idik, bir qəsəbədə yaşayırdıq. |
O vaxt Xocalıda toyları daha çox şənbə və bazara salırdılar. |
Qardaşımla yoldaşım möhkəm dost olublar. |
Yanvar ayının 6-da bizdə nişan oldu. |
Bir ildən sonra yanvar ayının 18-də toy baş tutdu. |
İşıq da yox idi.Hər dəfə o günü düşünmək mənim üçün ağırdır. |
Hər gəncin ürəyində arzuları var idi.Cehizlərimdən ürəyim istəyən kimi istifadə etmədim. |
Arzu etdik ki, ürəyimizdə qalan arzuları balalarımız üçün edək. |
Xocalıdan çıxanda heç kim heç bir şey çıxartmadı. |
O bəzənmiş evdən biz də bir cehiz götürə bilmədik. |
Bütün xəyalım, fikrim o evdə qalıb. |
Dəfələrlə o evi yuxularımda görmüşəm. |
Arzu edirəm ki, nəvəmin toyu Xocalıda olsun”. |
Dürdanə Məmmədova əlavə edir ki, toy fotoları təsadüf nəticəsində tapılıb. |
“Xocalıda Əliş dayı adlı bir fotoqraf var idi.O dövrdə toylarda fotoqraf olmurdu. |
O vaxt yoldaşım onu dəvət etmişdi, o da gəlib çəkmişdi. |
Məlum hadisələrdən dörd-beş ay sonra yoldaşımı görüb demişdi ki, evdən bir zənbil götürmüşəm, fotoaparat da onun içindədir. |
Yoldaşım ondan xahiş edib ki, şəkillərimiz olan lenti tapsın. |
Əliş dayı da tapıb yoldaşıma vermişdi. |
Şəkilləri görəndə çox sevindik”, - deyə o bildirib. |
Onun sözlərinə görə, Xocalıdakı evlərindən əsər-əlamət qalmayıb. |
“Təəssüf ki, müəyyən səbəblər üzündən hələ də Xocalıya getməmişəm. |
Çox kədərlənirəm ki, valideynlərimin əzab-əziyyətlə tikdikləri evdən əsər-əlamət yoxdur. |
Xocalı aeroportu istiqamətində olan bütün evləri yerlə-yeksan ediblər. |
Bir daxma belə yoxdur ki, təsəlli tapaq. |
Çox istərdim, Xocalıya gedim və orada gözəl bir nəvə toyu edim. |
Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin! |
Allah dövlətimizi, dövlət başçımızı qorusun!” |
“Qollarımdan tutub dırnaqlarımı kəlbətinlə çıxarmağa çalışırdılar. |
Soyuqdan titrəyirdim, həm də bacardığım qədər onlara güc gəlmək istəyirdim. |
Axırda istədiklərini etdilər, dırnağımı kəlbətinlə tutub çıxardılar”. |
Bu sözləri İctimai TV-nin efirində Xocalı soyqırımı zamanı əsir düşən, işgəncələrə məruz qalan kənd sakini deyib. |
“Əllərindən çıxıb odun sobasına dəydim. |
Məni məcbur etdilər ki onu düzəldim. |
Əynimdəki köynəyi qoluma bağlayıb düzəltmək istəyəndə anladılar. |
Əllərimlə yanar sobanı düzəltdirdilər mənə. |
Gördülər ki, əllərim yanıb, əllərimdən su axır, yenidən əllərimi tutub sobaya basdılar. |
Sonrasını isə xatırlamıram, huşumu itirmişəm”, - deyə o qeyd edib. |
Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. |
Oxu.Az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırıldı, ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirildi. |
Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, onun önünə əklillər qoyub, qərənfillər düzüb. |
Respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib. |
Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. |
Şuşa və Ağdam məscidlərində, əzəmətli Azərbaycan Bayrağının dalğalandığı Xocalı, Xankəndi şəhərlərində və digər azad olunmuş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. |
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. |
Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. |
Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. |
Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. |
A post shared by Oxu.Az (@oxuaz) |
Bəzi Avropa İttifaqı (Aİ) və NATO ölkələri öz hərbçilərinin Ukraynaya göndərilməsi imkanlarını nəzərdən keçirirlər. |
Bu barədə Slovakiyanın Baş naziri Robert Fiso Aİ və NATO üzvlərinin Ukraynadakı vəziyyəti müzakirə edəcəkləri Paris görüşü fonunda danışıb. |
Fiso, həmçinin, Bratislavanın qəti olaraq belə bir addım atmayacağını da bildirib. |
Baş nazir qeyd edib ki, hərbçilərini Ukraynaya göndərəcək ölkələr ikitərəfli razılaşmalar əsasında fəaliyyət göstərəcəklər. |
“Bəşəriyyətə qarşı cinayətin törədildiyi və eynilə bu gün olduğu kimi dünyanın seyrçi qaldığı Xocalı soyqırımının 32-ci ildönümünü unutmadıq, unutmayacağıq”. |
Bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana verdiyi başsağlığı mesajında bildirilib. |
“Şəhid qardaşlarımızı və bacılarımızı rəhmətlə yad edirəm...”, - deyə paylaşımda vurğulanıb. |
İnsanlık suçunun işlendiği ve tıpkı bugün olduğu gibi dünyanın seyirci kaldığı #HocaliKatliamı’nın 32.yıl dönümü...Unutmadık, unutmayacağız. |
Şehit kardeşlerimizi rahmetle anıyorum...🇹🇷🇦🇿 Bəşəriyyətə qarşı cinayətin törədildiyi və eynilə bu gün olduğu kimi dünyanın seyrçi… pic.twitter.com/U0rwjesJFu |
Xocalı soyqırımının 32-ci ildönümü, faciənin başvermə səbəbləri dünya ictimaiyyətinin diqqətindədir. |
Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi dünya üzrə “Xocalıya ədalət!” kampaniyası bu soyqırımını beynəlxalq arenada daha da aktuallaşdırıb. |
Təəssüf ki, cinayətkarlar hələ də məsuliyyətə cəlb olunmayıblar. |
Bundan sonra onların havadarları çox yerdə belə cinayətlər həyata keçirdilər. |
Rusiya 2014-cü ildə Ukraynaya müdaxilə edib, 2022-ci ildə isə genişmiqyaslı müharibəyə başlayıb. |
Bütün bunlar dünyanın susqunluğunun nəticələridir və ən böyük səhvlərdəndir. |
Dünya susmamalıdır, Xocalı və digər yerlərdə törədilən cinayətlərə hüquqi qiymət verilməlidir. |
Dünya təhlükəsizlik yanaşmalarını və insan hüquqlarının real müdafiəsini nəzərdən keçirmək, dövlət suverenliyinə hörmət etmək və sülhü təmin etmək barədə düşünməlidir”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.