Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bunu erməni silahlılar keçmiş sovet alayının dəstəyi ilə törədiblər. |
Müdafiəsiz vətəndaşlar, o cümlədən qadınlar, uşaqlar və qocalar insanlığa sığmayan qətliamlara məruz qaldılar. |
Bu amansızlıq qurbanlara nəinki saysız-hesabsız iztirablar gətirdi, həm də bütün bəşəriyyətin qəlbində əbədi yara izləri buraxdı”. |
Deputat bildirib ki, bu faciədə yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verməklə yanaşı, bu vəhşi zorakılığın nəticələrindən hələ də əziyyət çəkənlərə dəstək olmağa çağırış edir. |
“Biz həyatını itirənləri geri qaytara bilmərik, amma deyə bilərik ki, sizi unutmuruq. |
Sağ qalanlara isə ədalət axtarışlarında dəstək olmağa hazırıq. |
Xocalıda günahsız qanların tökülməsi bizə daha dinc və humanist gələcək yaratmaq üçün keçmişdən dərs almağın vacibliyini xatırladır. |
Bu faciə zorakılığa, münaqişələrə son qoymaq istəyimizin və hər bir insanın qorunduğu bir cəmiyyət qurmaq öhdəliyimizin təməl daşı olmalıdır”, - deputat vurğulayıb. |
O bildirib ki, indiki və gələcək nəsillər təkcə həyatını itirənləri xatırlamaq və onları ehtiramla yad etmək üçün deyil, həm də bu faciənin ibrət dərslərinin gələcək nəsillərə xəbərdarlıq olması üçün Xocalı soyqırımı haqqında öyrənməlidirlər:""“Bu cür dəhşətli hadisələrin bir daha baş verməməsi üçün əlimizdən gələni et... |
Bu isə bütün formalarda zorakılığın pislənməsi və münaqişələrin sülh yolu ilə həlli yollarının tapılması öhdəliyindən başlayır. |
Xocalı qurbanlarının xatirəsi hər zaman qəlbinizdə olsun, ruhları şad olsun”. |
Xocalı sakinləri Səadət Zeynalova və Bayram Məmmədov 32 ildən sonra öz doğma torpaqlarına ayaq basıblar. |
Bu barədə görüntülər Baku TV-nin hazırladığı reportajda yayımlanıb. |
S.Zeynalova əliyalın çıxdığı yurdunda 32 il sonra atasının məzarını da taparaq ziyarət edib. |
Onlar Xocalıda gördüklərindən göz yaşına boğulublar. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
Romada poçt şöbələrində bir neçə dəfə oğurluq edən soyğunçu dəstəsi həbs edilib. |
60-70 yaş aralığında olan altı cinayətkarın hamısının artıq əvvəllər məhkum olunduğu bildirilir. |
Məlumata görə, onlar telefondan istifadə etməyib və barlarda görüşərək növbəti silahlı basqının təfərrüatını müzakirə ediblər. |
Quldurların fəaliyyətindən dəyən zərərin ümumi məbləği təxminən 500 min dollar qiymətləndirilir. |
Polis əlavə edib ki, qısamüddətli məhkəmə prosesindən sonra cinayətkar qrupun üç lideri dörd il müddətinə azadlıqdan məhrum edilib. |
“Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin layihəsi çoxdan hazır idi, yer də seçilmişdi. |
Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. |
Dövlətimizin başçısı bildirib:""“Ona görə ki, sizin kimi, mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün burada Memorial Kompleks yaradılacaq”. |
“Yoldaşım Qarabağda gedən müharibələrdə şəhid olmuşdu. |
Buradan çıxacağımızı bilmirdik. |
Son dəfə fevralın 25-i gəldim onu ziyarət etdim. |
Gecə isə meşə ilə qaçıb çıxdıq buradan”. |
Bu sözləri Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişinə birinci Qarabağ müharibəsinin şəhidi Əhmədov Yelman Naib oğlunun həyat yoldaşı deyib. |
O yoldaşının başdaşı olmadığını deyib. |
Şəhidin qızı Salatın üzünü görmədiyi atasının məzarını taparaq onunla fəxr etdiyini deyib. |
İlk uçuşunu uğurla həyata keçirən Türkiyənin beşinci nəsil döyüş təyyarəsi “Kaan” üçün yeni işlərə başlanılıb. |
Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) təyyarəyə radarda görünməzlik xüsusiyyəti qazandıracaq yerli və milli layihələrin hazırlanması üzərində işləyəcək. |
Həmçinin “Kaan”dakı bütün elektron sistemlərin bir-biri ilə uyğunluğunu ölçən və təhlil edən EMC test sistemi hazırlanacaq. |
Eyni zamanda beşinci nəsil görünməz təyyarə üçün radar kəsişmə sahəsinin azalmasını təmin edən “antenna test sistemi” istehsal ediləcək. |
Eyni zamanda “Kaan”a radarda görünməzlik xüsusiyyəti vermək üçün elektromaqnit modelləşdirilməsi və optimallaşdırılması, proqram təminatı kimi işlər həyata keçiriləcək. |
Xatırladaq ki, Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib. |
“Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. |
Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. |
“Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı”. |
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. |
Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlətimizin başçısı qeyd edib:""“Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. |
Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalıb”. |
“Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı - red.) |
dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. |
“Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. |
Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - deyən dövlətimizin başçısı Ermənistan dövlətinin, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələrin bu hadisənin ört-basdır edilməsi üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb. |
“Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. |
Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq”. |
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. |
Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlətimizin başçısı deyib:""“Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. |
Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. |
Yəni quruculuq işləri geniş vüsət alır”. |
“Biz tarixi ədaləti bərpa etmişik. |
Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”. |
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. |
Buna 30 il vaxt lazım olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib:""“Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradır”. |
“Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik”. |
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib. |
“Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”, - deyə dövlətimizin başçısı əlavə edib. |
“Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. |
Onlar səhv etmişdilər, bu gün də səhv edirlər”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. |
“Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb. |
“Həm 2020-ci ildə, həm də keçən ilin sentyabrında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. |
Bunun bir daha xalqımızın böyüklüyünü göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib:""“Halbuki, hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. |
Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik”. |
“Bu gün biz buradayıq (Xocalı - red. |
), burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. |
Bu gün Xocalı qurbanlarının ruhu şaddır”. |
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə ifadə edib. |
Dövlətimizin başçısı, həmçinin diqqətə çatdırıb:""“Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır”. |
Təxminən 22 milyon əhalisi olan Mexiko şəhəri bir sıra problemlərə görə ciddi su böhranı ilə üzləşib. |
Mütəxəssislərin fikrincə, anormal dərəcədə az yağan yağışlar, uzun müddət davam edən quraqlıq dövr və yüksək temperatur su təchizatında gərginlik yaradıb. |
Hakimiyyət su anbarlarına ciddi məhdudiyyətlər qoymağa məcbur olub. |
Artıq şəhərin bəzi əraziləri həftələrdir su qıtlığından əziyyət çəkir. |
Neokolonializmə qarşı Bakıdan start götürən təşəbbüs beynəlxalq kampaniyaya çevrilir, qlobal əhəmiyyət kəsb edir. |
Azərbaycanın bu təşəbbüsünə getdikcə daha çox ölkə qoşulur və bu, bəşəriyyətin inkişafının qarşısını alan maneələrdən biri kimi qəbul edilir. |
Fransa etiraf etməsə də, müstəmləkəçi dövlət statusunu qoruyub-saxlayan ölkələr sırasında liderdir. |
Son illər keçmiş müstəmləkələrindən biabırcasına qovulan Fransa bu gün özünə yeni-yeni koloniyalar axtarışına çıxıb. |
Ermənistanla bağlı yürüdülən siyasət bunun bariz nümunəsidir. |
Cənubi Qafqazda sülh və əmin-amanlığa ən ciddi maneə olan Fransanın siyasi rəhbərliyi erməni diaspor və lobbi təşkilatlarının təsiri altında anti-Azərbaycan siyasəti yürüdür. |
Yarıtmaz siyasətin nəticəsidir ki, artıq bu gün qlobal proseslərdə Fransanın rolu və təsiri ən aşağı həddə düşüb. |
Yeri gəlmişkən, Azərbaycan azsaylı ölkələrdəndir ki, Fransanın neokolonializm siyasətinə qarşı mübarizəni prioritet elan edib, bununla bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir, hətta bununla bağlı Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupu (BTQ) da yaradılıb. |
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində neokolonializm məsələsinə də toxunub. |
Dövlət başçısı bildirib ki, neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini göstərir və bundan sonra da göstərəcək. |
Prezident vurğulayıb ki, Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda keçirilən konfransın yekunlarına əsasən Bakı Təşəbbüs Qrupunun yaradılması bu məsələdə mühüm əhəmiyyət kəsb edir. |
Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə qarşı nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq müstəvidə yeni və kəsərli mübarizə başlayır. |
Prezidentin bu açıqlaması yalnız neokolonializm siyasəti yürüdən Fransaya yönəlik mesaj deyil. |
Bu, bütövlükdə Azərbaycana qarşı neokolonializm siyasəti yürütməyə çalışan bütün qüvvələrə verilən bir mesaj idi. |
Bu məsələdə Azərbaycan müstəqil və öz gücünə güvənən, inanan dövlət olduğunu ortaya qoymuş oldu. |
Azərbaycan Prezidenti dəfələrlə bu istiqamətdə ölkəmizin kimsədən çəkinmədiyini və haqlı davasını bütün platformalarda davam etdirəcəyini vurğulayıb. |
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu yarandığı ilk dörd ayda beş beynəlxalq konfrans keçirib. |
Əminliklə deyə bilərik ki, məhz Bakıda keçirilən beynəlxalq tədbirlərdən sonra neokolonializmə qarşı beynəlxalq tədbirlərə start verilib. |
Fevralın ortalarında Rusiyanın paytaxtı Moskvada neokolonializmə dair beynəlxalq forum keçirilib. |
“Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda neokolonializmə qarşı tədbirlərin genişləndirilməsi əsas müzakirə mövzusu olub. |
Bu təbirin ardınca ötən həftənin sonu, Türkiyənin İstanbul şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya:İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans mühüm əhəmiyyət daşıyır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.