Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Dünyanın 13 ölkəsi və dörd beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə tədbirdə iştirak edib. |
Fransa müstəmləkəçilik siyasətindən zərər çəkən bütün regionların nümayəndələrinin iştirakı və onların regionlarda baş verən hadisələri, cari vəziyyəti, reallıqları dünya ictimaiyyətinə düzgün çatdırmaq hədəf olub. |
Xüsusi vurğulanıb ki, ölkələr 200 ildir, Fransanın müstəmləkəsi altında yaşasa da, bu istiqamətdə mübarizə hələ nəticə verməyib. |
Onlar vurğulayıblar ki, Bakı Təşəbbüs Qrupu səslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir. |
Ən önəmli olan odur ki, BMT-nin idarəçilik üzrə beynəlxalq eksperti Karlayl C.Korbin müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib. |
Bildirib ki, hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 kolonizəedilmiş ada var və Azərbaycan tərəfindən təşkil edilən bu kimi tədbirlər buralarda yaşayan insanlar üçün olduqca vacibdir. |
O əlavə edib ki, Fransa müstəmləkəçilik siyasətini aktiv şəkildə 1960-cı illərə qədər davam etdirib. |
Dekolonizasiya prosesi müstəmləkələrə tam müstəqillik və suverenliyin verilməsini, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşmanı təşviq etdiyinə görə Fransa bu prosesin aktivləşməsini istəmir. |
Odur ki, proses 1990-cı illərə qədər aktiv şəkildə davam etsə də, 1990-cı illərin sonlarına doğru səngiyib. |
Konfransın ən mühüm nəticələrindən biri də iştirakçıların Fransa prezidentinə açıq məktub ünvanlamaları olub. |
Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çox müddətdə qəbul edilməsinə baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də fransız kolonializm və neokolonializmindən əziyyət çəkdiyi vurğulanır... |
Emmanuel Makrondan Fransa hökumətinin bu qanunsuzluqları dayandırması tələb edilib. |
Eyni zamanda, tədbirin sonunda elan edilib ki, Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq materik Fransaya daşınan 100 mindən artıq maddi və mədəni sərvətlərin geri qaytarılması üçün petisiyaya start verilib. |
Bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək. |
Beləliklə, görünən odur ki, Bakıdan başlanılan neokolonializmə qarşı kampaniya beynəlxalq məsələyə çevrilir. |
Sözsüz ki, bu, Fransa kolonializmindən, hüquqsuzluqdan əziyyət çəkən ölkələr üçün mühüm töhfə olacaq. |
Makron hökuməti ümid edirdi ki, yürütdüyü irqi ayrı-seçkilik, kolonial siyasət cəzasız qalacaq. |
Lakin səslənən sərt bəyanatlar, keçirilən beynəlxalq tədbirlər, konfranslar onun bütün arzularını puç edir. |
“NASCAR Cup Series” yarışında 16 avtomobil eyni zamanda tüstülənib. |
Mövsümün ikinci mərhələsi olan “Ambetter Health 400” yarışında Martin Trueks (oğul) döngədə sürətini yığa bilməyib və Ostin Dillonun avtomobilinin bamperinə çırpılıb. |
Bundan sonra yarışda iştirak edən maşınların tən yarısı bir-birinə dəyərək fırlanıb, tüstüləyib. |
Amma xoşbəxtlikdən, ciddi qəza baş verməyib. |
Yarışın qalibini isə fotofinişlə təyin etmək lazım gəlib. |
“Trackhouse” komandasının pilotu Daniel Suares 0,003 fərqlə Rayan Bleynini keçərək birinci olub. |
Qalibdən 0,004 saniyə geridə qalan Kayl Buş isə üçüncü olub. |
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın hava məkanına daxil olub və Beyrutdan 65 kilometr şimal-şərqdə yerləşən Baalbek şəhərinin ətraflarına raket zərbələri endiriblər. |
Balbeek şəhərində isə şiə silahlı “Hizbullah” hərəkatının böyük forpostu yerləşir. |
Bu barədə “Əl Hadath” telekanalı məlumat verib. |
Məlumata görə, Livanın şərqində şiə bazalarına hava hücumu 2006-cı il münaqişəsindən sonra ilk dəfə həyata keçirilib. |
Bildirilib ki, İsrail Müdafiə Qüvvələri hazırda Livanın dərinliklərində “Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirir. |
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yoxlamalar aparılır. |
APA xəbər verir ki, yoxlamalar Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən həyata keçirilir. |
2023-cü ildə nazirliyin və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditi aparılır. |
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi paytaxt Sarayevo şəhərində yerləşən Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə tikilmiş, bu yaxınlarda isə əsaslı şəkildə təmir və bərpa edilmiş Azərbaycan-Bosniya Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ... |
Səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycan və Türkiyə Cümhuriyyəti səfirliklərinin əməkdaşları, Türkiyənin Bosniya və Herseqovinada fəaliyyət göstərən çoxsaylı qurum və təşkilatlarının (TIKA, Yunus Emre Institutu, “Maarif Schools”) rəhbər və təmsilçiləri, həmçinin Anadolu Balkan, TRT Balkan xəbər agentliklə... |
Azərbaycan və Türkiyə səfirlikləri adından abidənin önünə əklil və gül dəstələri qoyulub. |
Xocalı və Srebrenitsa şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. |
Türkiyə səfirliyinin dini işlər müşaviri Mustafa Güvenc Xocalı şəhidlərinin və Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizədə həyatlarını qurban vermiş bütün şəhidlərin ruhuna dua oxuyub. |
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev mərasim iştirakçılarına müraciət edərək 32 il bundan əvvəl Azərbaycan torpaqlarını işğal edib burada “ikinci erməni dövləti” yaratmaq fikrinə düşən erməni separatçılarının Xocalı şəhərində ötən yüzilliyin dəhşətli soyqırımılarından birini törətdiklərini, ya... |
Səfir daha sonra bildirib ki, bu il ilk dəfə Xocalı şəhidlərinin ruhu azad edilən və böyük tikinti-quruculuq meydanına çevrilən Xocalıda qeyd olunur. |
Məhz bu gün, dəhşətli faciənin ildönümü günündə Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməlini qoyub. |
Qeyd olunub ki, müasir Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı soyqırımı həm də Azərbaycan xalqının barışmazlığının, müqavimət gücünün və qan yaddaşının rəmzidir. |
Müstəqil apelyasiya komissiyası İngiltərə Premyer Liqasının (APL) turnir cədvəlində “Everton” futbol klubundan 10 xal əvəzinə 6 xalın silinməsinə qərar verib. |
Bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb. |
Noyabrın 17-də “Everton” maliyyə feyr-pley qaydalarını pozduğuna görə turnir cədvəlindəki 10 xaldan məhrum edilib. |
Dekabrın 1-də klub qərardan liqaya şikayət edib və işə baxılması üçün apellyasiya komitəsi təyin olunub. |
Premyer Liqanın bəyanatında qeyd edilib ki, “Everton” maliyyə feyr-pleyini pozduğunu etiraf edib və yalnız kluba qarşı tətbiq edilən sanksiyaların səviyyəsini mübahisələndirib. |
Klubun 9 arqumentindən ikisi apellyasiya komissiyası tərəfindən dəstəklənib. |
Xatırladaq ki, 26 turdan sonra “Everton” İngiltərə çempionatında 21 xalla 17-ci yerdədir. |
Sanksiyaların yumşaldılmasından sonra komanda 25 xalla 2 pillə irəliləyib və əlavə göstəricilərə görə 15-ci yerdə qərarlaşaraq “Brentford”u qabaqlayıb. |
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda erkən nikahın qarşısı alınıb. |
Oxu.Az xəbər verir ki, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2024-cü il 24 fevral tarixdə Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Xatirə Məmməd qızı Məmmədovanın (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsən Hüseyn oğlu Həsənov (ad şərtidir) tərəfindən qaçırılması... |
Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Xatirənin Məmmədovanın (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaş... |
Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub. |
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. |
Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin edilən Pərviz Məhsimovla bağlanan müqaviləyə üç ayın tamamında, fevral ayının 23-də xitam verilib. |
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycanda sosial media istifadəçilərinin etdiyi paylaşımlar həm ölkə daxilində, həm də xaricdə geniş yayılaraq trendə düşüb. |
Oxu.Az xəbər verir ki, fevralın 25-i Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarından etdikləri paylaşımların ardınca sosial media istifadəçiləri soyqırıma dair çoxsaylı fotoşəkil, video və məlumatlar, həm Xocalı faciəsi ilə bağlı 32 il əvvəl çəkilmiş, həm də Xocalının ... |
Xocalı sakinlərinin 32 ildən sonra öz doğma torpaqlarına qayıdışına həsr olunmuş hekayələr əsasında çəkilmiş reportajlar daha böyük maraqla qarşılanıb. |
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımıı ilə bağlı paylaşımda #XocalıyaƏdalət həştəqindən istifadə edib. |
Həmçinin ölkə başçısının Xocalıda soyqırımı memorialının təməlini qoyması və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də sosial mediada böyük maraq doğurub. |
Ümumilikdə, bu mövzuda paylaşımlar Amerika Birləşmiş Ştatları, Türkiyə, Ermənistan, Rusiya, İran, Hollandiya (Niderland), Almaniya, Fransa, Kanada və dogər ölkələrdə sosial media trendinə düşüb. |
Çexiya Prezidenti, keçmiş general Petr Pavel növbəti dəfə qeyri-adi hərəkəti ilə ölkəni heyrətləndirib. |
O, canlı yayımlanan idman tədbirində iştirak edərək paraşütlə tullanıb. |
Pavelin iştirakı həyat yoldaşı və bilavasitə təşkilatçılardan başqa hamı üçün son ana qədər sirr olaraq qalıb. |
Qeyd edək ki, siyasətçi uzun müddətdir ki, motosikletlərə olan həvəsi ilə tanınır və dağ gəzintisi, kayak kimi digər idman növləri ilə də məşğul olur. |
Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. |
Həmçinin qəza zamanı iki sərnişin də yüngül bədən xəsarəti alıb. |
Faktla bağlı araşdırmalar davam etdirilir. |
20:46"Fevralın 26-sı saat 07:26 radələrində Bakı-Astara magistralının Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan dörd nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. |
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib. |
Bildirilib ki, onlardan 1965-ci il, 1979-cu il və 1986-cı il təvəllüdlü (kişi cinsli) üç nəfərə bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib:""Onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar . |
“1971-ci il təvəllüdlü (kişi cinsli) şəxsə onurğanın 12-ci fəqərəsinin sınığı diaqnozu təyin edilib. |
Xəsarət alan şəxsə ixtisaslı tibbi yardımın göstərilməsi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib”, - deyə məlumatda qeyd edilib. |
20:24"Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. |
Belə ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Vəkilağa Əhmədağa oğlu Əbişov “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. |
Nəticədə sürücü və dörd sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. |
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. |
Faktla bağlı araşdırma aparılır. |
Bütün komanda ilə qürur duyuram”. |
Bu sözləri AZƏRTAC-a açıqlamasında basketbol üzrə Azərbaycan millisinin məşqçisi Alberto Blanko dünya çempionatının seçmə mərhələsində Bakıda Kosovoya 87:77 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib. |
İspaniyalı mütəxəssis bildirib ki, bu qələbə Azərbaycan basketbolunun inkişafı üçün böyük təkan olacaq:“Yeni səviyyəli yarışda mübarizə apardıq. |
Qalib gəlməyimiz müsbət məqam idi.Oyunçular meydanda ürəklərini qoydular. |
Bu, inanılmaz idi.Layiqli qələbə qazandıq. |
Sübut etdik ki, Azərbaycan basketbolu inkişaf edir. |
O, oyundan-oyuna daha yaxşı çıxış edəcəklərini söyləyib:“İnkişaf etmək üçün bütün detalları analiz etməli, daha çox qələbə qazanmalıyıq. |
Heç bir məğlubiyyət hədəflərimizi dəyişə bilməz. |
Öz üzərimizdə daha çox işləməliyik”. |
A.Blankonun sözlərinə görə, Azərbaycan basketbolunda potensialı yüksək olan oyunçular var:“İndi onların inkişafı üçün çalışmalıyıq. |
Oyunçuları üst səviyyəyə qaldırmaq istəyiriksə, plan hazırlamalı və bu yolda əlimizdən gələni etməliyik”. |
Qeyd edək ki, Azərbaycan millisinin seçmə mərhələdəki növbəti rəqibi İrlandiya yığması olacaq. |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb. |
O, Putinlə gələcək görüşünü dəyərləndirərək bəzi açıqılamalar verib. |
mənə səfəri gecikdirmədən edəcəyini bildirdi və Türkiyənin beynəlxalq platformadakı münasibətindən, iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnunluğunu ifadə etdi”, - deyə Ərdoğan Putinlə son telefon danışığını xatırladıb. |
Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsində təmsil olunan QHT-lərlə, o cümlədən ekoloji profil üzrə... |
Oxu.Az xəbər verir ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı Azərbaycan QHT-lərindən olan gözləntilər diqqətə çatdırılıb, onların COP29-da fəal şəkildə iştirakı üçün zəruri məsələlər müzakirə edilib. |
Qeyd olunub ki, Təşkilat Komitəsində dövlət qurumları ilə yanaşı, müvafiq profil üzrə işgüzar, ən fəal vətəndaş cəmiyyəti təsisatlarının yüksək səviyyədə təmsilçiliyi Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərilən böyük etimadın parlaq nümunəsidir. |
Görüşdə COP29-la əlaqədar müvafiq Təşkilat Komitəsinin üzvləri - QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “EkoSfera” Sosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri Firuzə Sultanzadə, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, “Sağlamlığa Xidmət” İctimai Birliyinin i... |
Müzakirələr və müvafiq məsləhətləşmələr mütəmadi olaraq davam etdiriləcək. |
“1977-ci ildə Xocalıda anadan olmuşam. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.