Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Mən və ailəm Xocalı faciəsi baş verən günə qədər orada yaşamışıq. |
1992-ci il fevralın 25-də axşam saat 11:00 radələrində sovet ordusunun bölmələri və ermənilər Xocalıya hər tərəfdən ağır texnikalarla hücuma başladılar...Həmin vaxt mən yatmışdım. |
Atam məni oyadıb tez zirzəmiyə enməyimizi söylədi. |
Xocalıda gərginlik başlayandan sonra biz tez-tez evimizin zirzəmisində qorunmalı olurduq, səslərdən qulaq tutulurdu. |
Sanki döyüş evimizin yanında, bizim öz həyətimizdə gedirdi. |
Qonşularımızın çoxunun evində sığınacaq yox idi.Ona görə atam həyətimizin darvazasını açıq qoydu ki, onlar da gəlib bizim evin zirzəmisində qoruna bilsinlər”. |
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xocalı sakini Ramil Musayev söyləyib. |
O, ermənilərin törətdikləri müsibətləri, gördüyü dəhşətləri belə nəql edir. |
Heç ağlımıza da gəlməzdi ki, rayonu tərk edərik...""Təxminən gecə saat 1:00-də dayım Tahir (o döyüşçü idi) gəlib ermənilərin ahıska türklərini öldürdüyünü, evlərini yandırdıqlarını, irəlilədiklərini dedi. |
Bu xəbərdən sonra biz oradan çıxmalı olduq. |
Qonşularımızla birgə Xocalı mərkəzi poçtunun qarşısına gəldik. |
Orada yaşlı adamlar oturub məsləhət edirdilər. |
Qərara alındı ki, camaatı qırğına verməmək naminə rayondan çıxmaq lazımdır. |
Əhali iki istiqamətdə - Qarqar çayı və Əsgəran rayonu istiqamətlərində gedirdi. |
Biz Qarqar çayı istiqamətində hərəkət edirdik. |
Əsgərana gedənlərin hamısı mühasirəyə alınıb öldürülmüşdü. |
Qarqara çatanda Kətik meşəsinin içinə daxil olmaq üçün çayı keçmək lazım gəldi. |
Mən ayaqqabılarımı çıxarıb çayı keçməyə başlamışdım ki, ayağım sürüşdü və suya yıxıldım. |
Atam məni ayağa qaldırdı, ayaqqabılarımı götürdü, şalvarımın suyunu sıxdı. |
Mən o şaxtada həmin yaş şalvarı geyinib yenidən yola davam etdim. |
Soyuqdan donurdum, ayaqlarımı hərəkət etdirə bilmirdim. |
Köməyimiz yox idi...""Yanımızda bizi qorumağa, atəş açılanda cavab verməyə heç kim yox idi.Bizimlə on üç hərbçi var idi.Onların da silahlarında gülləsi qalmamışdı. |
Rayonun əsgəri, polisi 50 nəfər olar-olmazdı. |
Onlar da Xocalının müdafiəsi üçün orada qalmışdılar. |
Rayondan çıxanda biz 200 nəfərə yaxın idik. |
Hər yer cəsədlərlə dolu idi.Düşmən sanki bizi izləyirdi, hər tərəfdə ermənilər vardı...""Ana öz uşağının ağlamasın deyə sinəsinə sıxdı. |
Körpə boğulub öldü...""Bir ara dincəlmək üçün fasilə verdik. |
Yanımızda körpəli bir qadın vardı. |
Ətrafdakılar ermənilərin səsi eşidib yerimizi tapmaması üçün qadına körpəsini sakitləşdirməsini dedilər. |
O, uşağı sinəsinə sıxdı ki, körpə bəlkə sakitləşə. |
Qadın qorxusundan o qədər uzun müddət uşağı sinəsinə sıxıb saxlamışdı ki, yeni doğulmuş körpə boğulub ölmüşdü. |
Bir müddət sonra körpənin anası da soyuqdan donub öldü. |
Üzü dağa tərəf qalxırdıq deyə çox adam yeriməkdə çətinlik çəkirdi. |
Dəstədə qadın, qoca çox idi, ona görə biz gec irəliləyirdik. |
Yolun ortasında nənəm yeriyə bilmədi, atam onu belinə alıb apardı. |
Bu cür çətinliklərlə təxminən 10 saat yol gedib Kətikdağa çatdıq. |
Dağa çatan kimi ermənilər bizi atəşə tutmağa başladılar. |
Biz anladıq ki, onlar orada pusquda dayanıb bizi gözləyiblər. |
Çünki o hündürlükdə dağa texnikanı çıxarıb rahatlamaq uzun vaxt tələb edir. |
Yolu azdıq...""Atəşlərdən qorunmaq üçün əlacsız qalıb yenidən Qarqar çayına tərəf həmin on saatlıq yolu geri qayıtdıq. |
Bu dəfə dağın digər tərəfi ilə hərəkət etməyə başladıq. |
Meşəni duman almışdı, göz gözü görmürdü. |
Beş-altı saat yol getmişdik ki, yolu azıb Xankəndiyə gəlib çıxdığımızdan xəbər tutduq. |
Ağdama getmək üçün iki dağı aşmalı idik, biz isə o yolu səhv istiqamətdə irəliləmişdik. |
Bizi çağırmağa başladılar ki, gəlin, buraya gəlin...""Bir kəndə yaxınlaşdıq. |
Bizi çağırmağa başladılar ki, gəlin, buraya gəlin. |
Sevindik, düşündük ki, özümüzkülər olan əraziyə gəlib çıxmışıq. |
Bir az irəliləyən kimi bizi atəşə tutdular. |
Sən demə, kənd tamamilə ermənilərdən ibarət Dəhrəz kəndi imiş...Atəş başladı, insanlar bir-birinə qarışdı. |
Yanımda Zəhra adlı qadın var idi, o, qışqıranda güllə düz ağzının içindən keçdi. |
Qoyun qumbaranı partladım, hamımız ölək, amma əsir düşməyək...""Əsgərlikdən təzəcə gəlmiş Telman adında oğlanın əlində tank əleyhinə qumbara var idi. |
Dedi ki, icazə verin qumbaranı partladım, hamımız ölək, amma əsir düşməyək. |
Ağsaqqallardan biri ona icazə vermədi, dedi ki, etmə uşaqlar var, camaat yazıqdır. |
Olduğumuz ərazidə xəndək kimi bir yer var idi.Camaatın bir hissəsi xəndəyə düşüb dağa tərəf qaçmağa başladı. |
Həmin o qaçanları dağdan atəşə tutmağa başladılar. |
İnsanlar əlacsız qalmışdılar, nə edəcəklərini bilmirdilər. |
Axırda bir ağsaqqal kişi köynəyini çıxarıb əlində ağ bayraq kimi yelləməyə başladı ki, təslim oluruq. |
Mən isə həmin atəş vaxtı qaçıb meşəyə girmişdim. |
Yanımda da hərbi geyimdə iki oğlan var idi.Mənə dedilər ki, sən getmə, onları əsir aparacaqlar. |
Məni tutdular...""Elə bir az keçmişdi ki, gördüm ermənilər meşəyə tərəf gəlir. |
Məni görəndə atəş açmağa başladılar. |
Ayağımdan güllə dəydiyi üçün qaça bilmirdim. |
Onlar gəlib məni tutdular və tankın içinə atdılar. |
Ümumilikdə altı erməni məni avtoservis kimi bir yerə gətirdi. |
Qapıdan içəri girəndə ermənilərdən biri avtomatın süngü-bıçağı ilə məni qarın nahiyəmdən vurdu. |
Mən elə o andaca müvazinətimi saxlaya bilməyib üzü üstə yerə yıxıldım. |
Əllərimi, ayaqlarımı məftillə bağladılar. |
Başladılar dırnaqlarımı çıxarmağa...Biri artıq bıçaq çıxarmışdı. |
Yəqin artıq məni öldürməyi düşünürdülər. |
Həmin vaxt içəri bir yaşlı erməni qadın girdi, onlara nə dedisə, məndən əl çəkdilər. |
Bizi donuz fermasında saxlayırdılar...""Sonra məni donuz fermasına gətirdilər. |
İçəri girəndə gördüm ki, hamı buradadır. |
Üstümü yoxlayanda cibimdən patron tapdılar, “bununla bizi öldürəcəkdin?” deyib avtomatın qundağı ilə kürəyimə vurdular. |
Əvvəlcə atama mənə edilən işgəncələri demək istəmirdim. |
Amma o ağrıları çəkməyə artıq gücüm yox idi.Həm ayağımda güllə yarası, həm süngü-bıçaq yarası, həm də dırnaqlarımın ağrısına dözə bilmirdim. |
Ferma qaranlıq idi, insanları güclə seçmək olurdu. |
İçəridən dözülməz pis qoxu gəlirdi. |
Bizi orada bir neçə gün saxladılar. |
Ermənilər demişdilər ki, bir nəfər buradan qaçsa, hamını öldürəcəklər. |
Ana dedi ki, iki balamı götürün, heç olmasa birini qaytarın...""Bir gün ermənilər içəri girib hərbi formada olanları çölə çıxardılar. |
Yanımızdakı hərbi formalı oğlanlar çölə çıxanda bir qadın onlardan üçünün də övladı olduğunu dedi. |
O, bundan əvvəl bir balasını Xocalıda itirdiyini, heç olmasa, övladlarından birinin qaytarılmasını istədi.. |
Bunu deyən an erməni avtomatın qundağı ilə qadının başına ağır zərbə endirdi. |
Sonra ermənilər qapını bağladılar və dayanmadan 2-3 dəqiqə avtomatlardan, pulemyotlardan atəş açmağa başladılar. |
Fermanın pəncərəsi olmadığından biz heç nə görə bilmədik. |
Sonradan 13 nəfərdən xəbər ala bilmədik. |
Oğlanlarını öldürüb, atalarına işgəncə verdilər"Anamın əmisinin iki oğlu - Zahid və Vüsal faciə vaxtı şəhid olmuşdu. |
Ermənilər gəlib ondan oğlu olub-olmamasını soruşdular. |
O da cavabında “yox” deyəndə oğlunun qarşısına cəsədini atdılar. |
Kişi övladının cəsədini qucaqlamaq istəyəndə onu aparıb işgəncələr verdilər. |
Sonra bildik ki, rəhmətlik Allahverdi Bağırov bizi əsirlikdən azad edibmiş...""Dörd gündən sonra ermənilər bizi Əsgərandan keçirib Ağdama apardılar. |
Əsgərandan keçəndə o biri dəstədəkilərin cəsədlərini görüb dəhşətə gəldik. |
Kim var idisə, hamısı öldürülmüşdü. |
Ağdama çatanda bizi Abdal-Gülablı kəndində buraxdılar. |
Əvvəlcə başa düşmədik, sonra bildik ki, rəhmətlik Allahverdi Bağırov bizi danışıqlar yolu ilə əsirlikdən azad edibmiş. |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək. |
“Caliber” xəbər verir ki, nazir Antalya Diplomatik Forumunda iştirak edəcək. |
Səfərin martın 1-də baş tutacağı bildirilir. |
Sabah Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.