Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bələdiyyələr birləşdirilərkən əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun adlandırılacaq. |
Dəyişikliyə əsasən, Milli Məclis əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericili... |
“Fransa qoşunlarının Ukraynaya göndərilməsi üçüncü dünya müharibəsinin başlanğıcı olacaq”. |
Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib. |
Filippo Qərbin Ukraynaya əsgər göndərəcəyini istisna etməyən Makronu “dəli” adlandırıb. |
O, Makronun bu niyyətlərinin parlamentdə bloklanmasına çağırış edib. |
“Rusiya ilə müharibə dəlilik olardı”, - deyə “Məğlub olmamış Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon qeyd edib. |
“Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen isə hesab edir ki, Makron bu cür bəyanatlar verməklə hərbi komandir rolunu oynayır. |
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyi üçün Rusiyanın Ukrayna münaqişəsində məğlub olmasının zəruri olduğunu bildirib. |
Fransa prezidenti, həmçinin, NATO qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib, lakin əlavə edib ki, bununla bağlı konsensusa hələ nail olunmayıb. |
Son bir neçə gündə “Elektron məhkəmə” informasiya sisteminin işində problem yaranması ilə bağlı şikayətlərə rast gəlinir. |
Vəkillər sistemin işləmədiyini, lazımi sənədləri sistemə yükləyə bilmədiklərini deyirlər. |
Ədliyyə Nazirliyinin informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə e-huquq.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. |
O bildirib ki, yalnız sistemə “Asan İmza” ilə daxil olan şəxslər sözügedən problemlə qarşılaşırlar. |
“Elektron məhkəmə” sisteminin fəaliyyətində hər hansı problem yoxdur, sözügedən problem “Asan İmza” xidmətindən qaynaqlanır. |
Biz aidiyyəti qurumla əlaqəli şəkildə ötən gün axşam bu problemi aradan qaldırdıq. |
Lakin bu gün yenidən eyni problem yaranıb. |
Hazırda məsələ diqqətimizdədir, bununla bağlı iş gedir, problemi aradan qaldırmağa çalışırıq”, - deyə A.Səmədzadə qeyd edib. |
Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb. |
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında deyilir. |
“Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib. |
Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb”, - məlumatda deyilir. |
Qeyd edək ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova Oxu.Az-a açıqlamasında işlədiyi məktəbin direktoru Azər Arif oğlu Qazıyevin hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət aldığını bildirmişdi. |
Səsləndirilən iddialarla bağlı Oxu.Az-a açıqlama verən məktəb direktoru Azər Qazıyev isə məsələnin prokurorluq tərəfindən araşdırıldığını demiş, qabaqcıl təhsil işçisi olduğunu, “Tərəqqi” medalına layiq görüldüyünü qabartmış və rüşvət iddialarını özünə qarşı qurulma iş adlandırmışdı. |
İctimai TV Goranboydakı Novruz ənənələri ilə bağlı süjet hazırlayıb. |
Həmin süjetdə Su çərşənbəsi zamanı rayonda insanların həyata keçirdiyi ənənələrdən bəhs edilir. |
Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın başçılıq etdiyi biznes nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir. |
Bununla bağlı İqtisadiyyat Nazirliyindən məlumat verilib. |
Bildirilib ki, İqtisadiyyat Nazirliyində Almaniya nümayəndə heyəti ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov, Nazirliyin tabeliyindəki qurumların və Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyi, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms... |
Görüşdə bildirilib ki, beynəlxalq tərəfdaşların, o cümlədən Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli investisiya mühiti mövcuddur və əməkdaşlığımızın uğurlu təcrübəsi iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafına stimul verir. |
Sənaye, tikinti, bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, İKT, maliyyə, hüquq, konsaltinq və digər sahələrdə əməkdaşlıqda maraqlı olan alman şirkətlərinin ölkəmizə böyük nümayəndə heyəti ilə səfəri Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsid... |
Qeyd edilib ki, Azərbaycan Almaniya ilə iqtisadi-ticarət və investisiya əməkdaşlığının inkişafına böyük əhəmiyyət verir. |
2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 45,4% artaraq 1,8milyard ABŞ dolları təşkil edib. |
Vurğulanıb ki, hazırda Azərbaycanda 180-ə yaxın alman şirkəti uğurla fəaliyyət göstərir. |
Bugünkü nümayəndə heyətinin tərkibində həmin şirkətlərin nümayəndələrinin olması da təqdirəlayiqdir. |
Tədbirdə Azərbaycan iqtisadiyyatı, biznes və investisiya mühiti barədə məlumat verilib. |
Vurğulanıb ki, həyata keçirilən iqtisadi islahatların nəticəsində qeyri-neft iqtisadiyyatı və qeyri-neft ixracı ildən-ilə artır. |
Ölkəmizin makroiqtisadi sabitliyi, dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılması, insan kapitalının inkişafı Azərbaycanın iqtisadi imkanlarını daha da genişləndirir. |
Tədbirdə ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən vergi və gömrük sahələrində həyata keçirilən islahatlar barədə məlumat verilib. |
Görüşdə həmçinin Azərbaycanda bərpa olunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələr barədə danışılıb, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlıq vurğulanıb. |
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə dair imzalanmış dördtərəfli memorandumun əhəmiyyəti qeyd olunub. |
Ölkəmizin müəllifi və iştirakçısı olduğu beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika layihələri, Orta Dəhlizin yaratdığı imkanlar alman iş adamlarının diqqətinə çatdırılıb. |
Sənaye zonaları, o cümlədən Ələt Azad İqtisadi Zonasında sahibkarlar üçün yaradılan əlverişli investisiya mühiti, rezidentlər üçün tətbiq edilən güzəştlər barədə məlumat verilib. |
Qeyd edilib ki, Azərbaycanın logistika və nəqliyyat imkanlarının artması Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətləri üçün geniş imkanlar açır. |
Ölkəmizin regional əməkdaşlığa verdiyi önəm və töhfələr diqqətə çatdırılıb. |
Bildirilib ki, Azərbaycan Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı dövlətləri ilə müxtəlif platformalarda səmərəli əməkdaşlıq edir, bir sıra ölkələrlə imzalanmış azad ticarət sazişləri iqtisadi-ticarət əlaqələrinin asanlaşdırılmasına xidmət edir. |
Azərbaycan və Türkiyə arasında icrası uğurla reallaşdırılan Preferensial Ticarət Sazişi bu istiqamətdə uğurlu nümunədir. |
Görüşdə həmçinin Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətindən məmnunluq ifadə olunub, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə imkanlar yaratdığı vurğulanıb. |
Bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl iqtisadiyyatın inkişafına, qlobal problemlərin həllinə verdiyi önəmin göstəricisidir. |
Sonda alman şirkətlərinin və qurumlarının nümayəndələri təkliflərini səsləndirib, Azərbaycanda müxtəlif sahələrdə, eləcə də dövlət-özəl tərəfdaşlığı layihələrində, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan bərpa-quruculuq işlərində iştirakda maraqlarını ifadə ediblər. |
Alman iş adamlarının Ələt Azad İqtisadi Zonasına, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfərləri nəzərdə tutulub. |
14:16"“Azərbaycan Almaniya investorlarını ölkəyə sərmayə qoymağa dəvət edib”. |
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. |
“Almaniyanın Şərqi Biznes Assosiasiyası”nın (“Ost-Ausschuss der Deutschen Wirtschaft”) idarəedici direktoru Mixael Harms və ölkəmizdə səfərdə olan Almaniya şirkətlərinin təmsilçiləri ilə görüşdə Azərbaycanın biznes mühiti, xarici investorlar üçün yaradılmış imkanlar barədə danışdıq və onları bu fürsətlərdən yararlanmağ... |
İnvestisiya əlaqələrini gücləndirmək və daha çox birgə layihələr həyata keçirmək barədə perspektivləri dəyərləndirdik”, - deyə o qeyd edib. |
Almaniyanın Şərqi Biznes Assosiasiyası"nın (@OstAusschuss) idarəedici direktoru Mixael Harms və ölkəmizdə səfərdə olan #Almaniya şirkətlərinin təmsilçiləri ilə görüşdə #Azərbaycan-ın #biznes mühiti, xarici investorlar üçün yaradılmış imkanlar barədə danışdıq və onları bu… pic.twitter.com/BC2apohdqX |
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində monitorinqlərə başlayıb. |
Bu barədə APA-ya Agentlikdən xəbər verilib. |
Məlumata görə, monitorinqlərin məqsədi təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsidir. |
“Yuğ”u ənənəvi tamaşa tandemini alt-üst edən, bu sahəyə yeni nəfəs gətirən teatrlardan hesab edirlər. |
1989-cu il 18 oktyabrda Xalq artistləri Həsənağa Turabovun rəhbərliyi, Vaqif İbrahimoğlunun təşəbbüsü və iştirakı ilə qurulub. |
Müasir teatr sənətinin inkişafında, yeni fəlsəfi axınında, onun öz rolu, öz yeri var. |
50 yaşını qeyd edən aktyor Qasım Nağı (Qasım Gəncalı oğlu Nağıyev) 30 ildir ki, burada çalışır. |
1974-cü ildə İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin Teatr kollektivi rejissorluğu şöbəsində təhsil alan aktyor 1994-cü ildən “Yuğ” Dövlət Teatrında çalışır. |
Aktyor 2015-ci ildə “Humay” mükafatına layiq görülüb. |
- Tanrıya şükürlər olsun ki, əsrin yarısını haqlamışam, insan olaraq yaradılmışam və Azərbaycan torpağında dünyaya göz açmışam. |
Ailədə 5 qardaş, 6 bacı olmuşuq. |
Mehriban, tərbiyəyə böyük önəm verən bir ailədə boya-başa çatmışam. |
Mən həmişə deyirəm ki, valideynin övlada verə biləcəyi ən önəmli nemət ədəbdir. |
Buna da çox şükür edirəm ki, bu mirasdan bizə bolluca pay düşüb. |
- 11 uşaq olmusunuz, bacı və qardaşlarınız arasında bu sahədə olanlar var? |
- Yoxdur, incəsənət sahəsində tək mənəm. |
Onlar hərəsi bir işlə məşğuldurlar. |
Hər kəs istedadlıdır, ən istedadlılar isə onu özündə kəşf edəndir"- Bəs sizin bu sahəyə marağınıza səbəb nə olub? |
Mən həmişə deyirəm, hər kəs istedadlıdır, ən istedadlılar isə onu özündə kəşf edənlərdir. |
Uşaq vaxtı bir az musiqiyə həvəsim vardı, kənd klubunda, məktəbin tədbirlərində, konsertlərdə aktiv idim, səhnəciklərdə oynayırdım. |
1991-ci ildə məktəbi bitirdim, sənədlərimi Xarici Dillər İnstitutuna təqdim etdim, ingilis dilindən yaxşı qiymət alsam da, Azərbaycan dilindən kəsildim. |
Nəhayət, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə test imtahanı verib qəbul oldum, qabiliyyət imtahanını məndən Həsənağa Turabov götürdü. |
Tələbə olanda Xalq artisti Məmmədsəfa Qasımov səhnə danışığı müəllimim idi.Bir dəfə, elə bircə kəlmə məndən soruşdu ki, teatrda çalışmaq istəyərsən? |
Elə ondan sonra o mənim əlimdən tutub “Yuğ” Teatrına gətirdi. |
Beləcə 1994-cü ildən bu günədək - 30 ildir ki, buradayam. |
“Yuğ” mənim üçün tamam başqa mövzudur və uşaqlıqdan başlayır"- “Yuğ”çular insan ruhunda olan keyfiyyətləri bədii hala gətirməklə məşğuldurlar. |
Sizcə, hansı keyfiyyəti bədiiləşdirmək çətindir? |
Ümumiyyətlə, “Yuğ” Teatrı mənim üçün tamam başqa bir mövzudur və uşaqlıqdan başlayır. |
Bir dəfə efirdə ustadımız Vaqif İbrahimoğlunun müsahibəsini izləmişdim. |
Həmin dövrdə mənə elə gəldi ki, o, bu dünyanın adamı deyil. |
1994-cü ildə onunla görüşəndə Allahıma şükür etdim. |
Bu gün də şükür edirəm ki, Vaqif İbrahimoğlu ilə görüşmək nəsibim oldu. |
Düzdür, mən başa düşürdüm ki, bu yolda çətinliklər, imtahanlar olacaq. |
Onu da deyim ki, Vaqif İbrahimoğlunun “Yuğ” Teatr məktəbindən hər kəs uğurla keçə bilmirdi. |
Bu bir həqiqətdir, bilənlər bilir. |
Sualınıza gələndə isə ümumiyyətlə, insanlıq heç bir izimə sığmır. |
“Yuğ” Teatrının loqosuna diqqətlə baxanda insan simasını xatırlatdığını sezəcəksiniz. |
O, rəhmətlik Əməkdar rəssam Rəşid Şərifin kəşfidir. |
Bir sözlə, “Yuğ” elə mənim özüməm. |
- Çətinliklər deyirsiniz, çətin, əziyyətli günləriniz çox olub? |
- Olub, onlar olmasaydı, hər şey düz xəttin üstündə, mənasız olardı, sənət də həmçinin. |
İnsanı yetişdirən o dediyimiz çətinliklər, imtahanlar və döngələrdir. |
- Qasım müəllim, adətən sənət adamları giley edirlər ki, insanlar teatra gəlmirlər, bir çox müsahibim də bunu təsdiqləyib, amma bu yaxınlarda Xalq artisti Hacı İsmayılovla görüşəndə nikbin danışdı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.